Month: August 2019

  • Сильный пожар в Сумгайыте – ВИДЕО

    В азербайджанском городе Сумгайыте на территории одного из заводов вспыхнул пожар.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, черный дым заметен во всем городе.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям, на территории завода в поселке Иншаатчилар горят отработанные покрышки.

    На место происшествия прибыли спасатели МЧС.

    В настоящее время пожар тушат.

  • Evi sənədsiz olanların diqqətinə!

    Son günlər ən çox müzakirə edilən məsələlərdən biri “riskli ərazi” hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsidir.

    “Evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır”.

    Bbunu iqtisadçı Vüqar Bayramov sənədsiz evlərlə bağlı irəli sürdüyü təklifdə bildirib.

    O, “FacebooK” səhifəsində yazıb ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı təkliflər paketindən belə evlərə kompensasiyanın ödənilməsi təklif olunur.

    Təklifin şərtlərindən biri də vətəndaşlara kompensasiyanın ödənilməsidir:

    “Bakı və ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyənin xəbəri olmadan nəinki ev tikmək, hətta evin bünövrəsini belə tökmək mümkün deyildi.

    Bu “xəbərdarlıq” üçün ev sahibləri əlavə ödəniş etmək məcburiyyətində qalırdılar.

    Buna görə də, belə ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində “göz yumublarsa”, niyə həmin ev sahiblərinə kompensasiya ödənilməməlidir?

    Bu baxımdan beyin mərkəzi olaraq belə evlərin köçürülməsi baş verərsə, kompensasiyanın ödənilməsini vacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarının daxili mənbələri hesabına həyata keçirilə bilər.

    Bununla da dövlət büdcəsinə ağırlıq yaratmadan qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin oluna bilər.

    Yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olar

    Bizim təkliflərimiz “Əmlak Aministiyası”nı nəzərdə tutur. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir.

    Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir.

    Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin və eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında olan evlərdir.

    Təklif edirik ki, elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın.

    Su və qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə, evlərin köçürülməsi təmin edilsin.

    Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər.

    Bizim konsepsiyadan inkişaf etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada tətbiq edilən praktikadan istifadə olunub.

    Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir.

    Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var.

    Bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır.

    Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır.

    Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır”.

  • Anjelika Anar Nağılbazın il mərasimində niyə iştirak etməyib? – Özü açıqladı

    Dünən məşhur repçi Anar Nağılbazın vəfatının bir ili tamam oldu.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, il mərasimində bir sıra tanınmış şəxslər Nağılbazın dostları iştirak etsə də, keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva məclisdə olmayıb. A.Cəbiyeva əməkdaşımızla söhbətində bildirib ki, anım gününə qayınatası Rizvan Cəbiyevin istəyi ilə getməyib:

    “Qayınatam il mərasimindən bir neçə gün əvvəl bizdə idi, uşaqlara baş çəkməyə gəlmişdi. Dedi ki, gəlmə, məsləhət görmürəm. Səbəbini soruşdum. Dedi ki, gəlsən söz-söhbət olacaq, birdən arvad (qayınanasını nəzərdə tutur-red.) söz atar, yaxşı olmaz. Məsləhət gördü ki, uşaqlarla başqa vaxt gedib Anarın məzarını ziyarət edərsən. Ona görə mən də uşaqları götürüb anamgilə gəlmişəm, hazırda rayondayıq”.

    Qeyd edək ki, Anar Nağılbaz 1974-cü ildə Bakıda anadan olub. Repin Azərbaycanda yayılması məhz onun adı ilə bağlıdır. O, 4 avqust 2018-ci ildə vəfat edib.

  • Küləkli hava 3 gün davam edəcək – XƏBƏRDARLIQ!

    “Bu gün müşahidə olunan güclü küləklə bağlı avqustun 2-də bütün müvafiq qurumlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən xəbərdarlıq edilib”.

    Bunu ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

    O bildirib ki, bu gündən başlayaraq avqustun 8-dək ölkə ərazisində, xüsusən də Bakı və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, küləyin maksimal sürəti bu günə təsadüf edəcək: “Avqustun 5-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 23-28, yarımadanın bəzi ərazilərində isə 30-35 m/san-dək şiddətlənəcəyi proqnozlaşdırılırdı. Bu gün saat 11:00 olan məlumata görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeronda 26-28 m/san təşkil edir, açıq dənizdə dalğanın hündürlüyü 2,5 metrdir. Lakin gün ərzində külək daha da güclənəcək və açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası olacaq. Ayın 6-7-də küləyin maksimal sürəti aşağı enəcək”.

  • Bakıda sürət həddi 20 km/saat endirildi

    Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü küləklə bağlı xəbərdaredici məlumat yazılıb.

  • Azərbaycanda toyda dava: ana və oğlu döyüldü

    Şəkidə toyda dava düşüb, 32 yaşlı kişi və anası döyülüb.

    Median.Az apa-ya istinadən məlumatına görə, dünən axşam saatlarında rayonun Aşağı Göynük kənd sakinləri 1987-ci il təvəllüdlü Mahir Laçın oğlu Mustafayev və anası 1959-cu il təvəllüdlü Qəndavət Səlim qızı Mustafayevə müxtəlif dərəcəli bədən xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

    Bildirilir ki, Mahir və anası Qəndavətin yaşadıqları kənddə keçirilən toy mərasimində tanıdıqları şəxs tərəfindən döyüldükləri məlum olub. M.Mustafayevə döş qəfəsinin qapalı travması, anasına isə sol baldırın əziyi diaqnozu qoyulub. M.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir. Q.Mustafayevanın xəsarəti yüngül olduğundan müayinədan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda güclü külək ağacları sındırır – VİDEO

    Bu gün başlanan güclü külək Bakıda fəsadlar törədib.

    Paytaxtın Ə.Haqverdiyev küçəsi 11, Mərkəzi Dənizçilər Xəstəxanası yaxınlığında külək nəticəsində ağacların budaqları sınıb və yola düşüb.

    Budaqların ərazidən təmizlənməsi üçün aidiyyəti qurumlar cəlb olunub.

    Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

  • С сообщника Джахангира Гаджиева сняли судимость

    Бывший глава Наримановского филиала Международного банка Азербайджана Мамед Джахангиров, обвиняемый вместе с бывшим председателем Межбанка Джахангиром Гаджиевым, обратился в суд по поводу снятия с себя судимости.

    Ясамальский районный суд удовлетворил исковое заявление и принял решение снять судимость с М.Джахангирова.

    Недовольный решением государственный обвинитель подал апелляцию, которая рассматривается в Бакинском апелляционном суде.

    Отметим, что Дж.Гаджиев был арестован 5 декабря 2015 года. Вместе с бывшим банкиром обвинение в хищении средств были выдвинуты в отношении М.Джахангирова и других лиц.

    Бакинский суд по тяжким преступлениям приговорил Дж.Гаджиева к 15 годам лишения свободы. В отношении М.Джахангирова применили статью 70 УК и назначили условное наказание.

    Напомним, что новое дело в отношении Дж.Гаджиева и еще нескольких лиц в настоящее время рассматривается в Бакинском суде по тяжким преступлениям.

  • Sumqayıtda güclü yanğın: qara tüstü hər yerdən görünür – VİDEO

    Sumqayıt şəhərində yerləşən zavodlardan birinin ərazisində yanğın başlayıb.

    Yanğın zamanı əmələ gələn qara tüstü şəhərin bütün ərazisindən görünür.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, şəhərin İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.

    Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
    /oxu.az/

  • Çərpələng uçuran uşaq Azərbaycanda bir qəsəbəni işıqsız qoydu

    Abşeron rayonu, Saray qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

    Ffasiləyə səbəb qəsəbə ərazisində yaşayan uşaqların uçurduğu çərpələng olub.

    Belə ki, çərpələng yüksək gərginlikli xətlərin üzərinə düşüb. Nəticədə “Saray 3” yüksək gərginlikli xəttinin ərazisinə düşən evlərdə elektrik enerjisi kəsintisi yaranıb.

    Qeyd edək ki, “Azərişıq” ASC qəsəbənin bəzi küçələrində elektrik enerjisi təchizatında fasilə olacağı ilə bağlı məlumat yaymışdı. Havanın küləkli keçməsi səbəbindən planlaşdırılan təmir-bərpa işləri təxirə salınıb.
    /oxu.az/