Month: August 2019

  • Azyaşlı qıza təcavüz edən gənc oğlana cinayət işi açılıb

    Abşeron rayonunda azyaşlı qıza təcavüz edən gənc oğlana cinayət işi açılıb.

    Median.Az-ın teleqraf.com-a istinadən xəbərinə görə, Abşeron rayon sakini Samir Cavadovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    Məlum olub ki, Samir Cavadov yaşadığı ərazidə qonuşlarının 14 yaşına çatmayan qızı Səidə Vəliyevaya (ad və soyad şərti verilib – red.) qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib.

    Samir Cavadov onunla cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.

    Hüquq-mühafizə orqanlarına edilən şikayətdən sonra Samir Cavadov həbs edilib.

    Onun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

    Cinayət işi araşdırılması üçün hakim Vaqif Həsənovun icraatına verilib.

    Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

  • Binəqədidə 42 yaşlı kişinin qanını tökdülər

    Bakının Binəqədi rayonunda bıçaqlanma olub.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, rayon ərazisində 42 yaşlı İftixar İsayev tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

  • “Ona sözünü “yedizdirəcəm” – İradə İbrahimova

    “Bəzi söylənən sözlərin altında qalmağa qərar verdim. Biri mənə söz atdığında, hətta söyləyən sözünün mənasının fərqində olmursa, məni deşib, əzib keçdiyini görərək, başa düşməyə çalışıram. Mənə ağır gələn o söz “altında əziləcəyim, ya da əziləcəkləri” qədər ağır bir şeylərimin olduğunu xatırladır mənə”.
    Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova yazıb. Sənətçi ona söz atanlara cavab verib:

    “Əvvəlcə sözü söyləyənə əsəbləşirəm, sonra “niyə bu qədər etina edirəm ki?” deyib, yaxşıca özümə əsəbləşirəm. kaş ki, söyləyənlər də o qədər ağır sözlər sərf etməsəydi… Əslində, o da söyləyə bilər, sözünü deməkdə, fikrini söyləməkdə hər kəs sərbəstdir. Yaxşı, bəs, onun o sözü mənə nə edir ki?
    İstəyirəmsə, qarşımdakı insanı başa düşməyin yollarını axtarıb tapacam. Lazım bilsəm, ona “sözünü yedizdirib”, yeni bir məsuliyyət alacağam. İstəsəm də münasibətin pozulmamağının yollarını axtaracağam. Söylədiyi sözün yaşadığı travmalarla, yaralarla əlaqəli olub-olmadığını ölçüb-biçəcəyəm. Qısası, özümü dinləyəcəm”.

  • Məşhur boksçu intihar etdi — Həbsxanada

    Boks üzrə keçmiş dünya çempionu intihar edib.

    Ölkə.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ümumdünya Boks Şurasının (WBC) versiyasına görə dünya çempionu olmuş polşalı boksçu David Kosteçki özünü öldürüb 38 yaşlı idmançı həbsxanada özünə qəsd edib. Cəzaçəkmə müəssisəsindən xəbəri təsdiqləyiblər.

    Qeyd edək ki, Kosteçkicinayət qrupu təşkil etməkdə günahkar bilinərək, 5 il həbs cəzasına məhkum edilmişdi. Kosteçkinin cəzasının başa çatmasına iki ili var idi. Sonuncu dəfə o, 2014-cü ildə rinqə çıxıb. Sonra həmyerlisi Andrzej Wajdaya məğlub olaraq, karyerasını başa vurmuşdu. Polşalı idmançı yüngül çəkidə çıxış edib. Karyerası ərzində 41 dəfə rinqə çıxan polyak, bu görüşlərin 39-da qalib gəlib.

  • Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları – 2019”un açılış mərasimində – FOTO

    Moskvada səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 3-də Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Zakir Həsənov, həmçinin bütün dünya sülhməramlılarına həsr edilmiş heykəltəraşlıq kompozisiyasının açılış mərasiminə qatılıb.

    Sonra nazir “Səhra mətbəxi” müsabiqəsinin iştirakçı ölkələrinin milli mətbəxlərinin xüsusiyyətləri ilə tanış olub və “Tank biatlonu” müsabiqəsinin birinci mərhələsinin çıxışını izləyib.

    Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edirlər.

  • Фотографу удалось запечатлеть удар молнии в вершину вулкана

    Уникальную фотографию, запечатлевшую момент, когда мощная молния бьет в вершину вулкана, удалось сделать фотографу Серхио Монтафару. Как сообщил в пятницу интернет-портал Space.com, электрический разряд ударил в две антенны связи, установленные на самой вершине вулкана Агуа (высота 3761 метр) в Гватемале.

    Комментируя эту фотографию, эксперты Национального управления США по аэронавтике и исследованию космического пространства (NASA) отметили, что в облаках при перемещении воздушных масс из нижних слоев в верхние происходит взаимодействие тех слоев, где частички воды превратились в снежинки, с теми, где они стали мелкими льдинками. При этом происходит медленный процесс накопления электрических зарядов в верхней и нижней части облака и в результате из-за разности электрических потенциалов возникает мощный разряд – молния. Этот электрический разряд распространяется прихотливым зигзагом, стремительно нагревая небольшие участки воздуха до температуры, в три раза превышающей температуру на Солнце. Возникшая в результате разряда ударная волна распространяется поначалу со сверхзвуковой скоростью, а затем замедляется и в этот момент раздается раскат грома.

    В среднем, по оценкам экспертов NASA, во всем мире ежеминутно возникает около 6 тыс. мощных молний.

  • Sumqayıtda iki maşın toqquşdu, çox sayda yaralı var

    Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Xəsarət alan şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Özünü ərəb şeyxinin arvadı kimi qələmə verib Parisin bahalı butikini soydu

    Parisdə artıq adi hal alan, lakin qeyri-adi üsulla törədilən növbəti oğurluq hadisəsi baş verib.

    Median.Az musavat.com-a istinadən bildirir ki, bu ilin iyulun 31-də şəhərin mərkəzində yerləşən zərgərlik mağazalarından birinə iki qadın daxil olub.

    Onlardan biri özünü Dubay şeyxinin arvadı, digərini isə köməkçisi kimi təqdim edib.

    Satıcının sözlərinə görə, qadınlar bəzək əşyalarını seçdiyi zaman dükana dəfələrlə müxtəlif zənglər həyata keçirilib.

    Ən sonda qadın seçdiyi məmulatların pulunu növbəti gün verəcəyini deyərək mağazanı tərk edib. Öncə qadınların bir şey almadan çıxması satıcını aldadıb. Daha sonra içində ləl-cəvahirat olan qutunun içindən bəzək yerinə şokolad konfetlərinin çıxması hər şeyi aydınlaşdırıb.

    Yerli BFM TV-ni məlumatına görə, oğurlanan zərgərlik məmulatlarının ümumi dəyərinin 1,3 milyon avro olduğu güman edilir. Hazırda Paris polisi zirək qarətçilərin izinə düşüb.

    Qeyd olunur ki, iyul ayında Braziliyanın San-Paulu şəhərinin hava limanında qarətçilər polis formasında 750 kq qızıl və digər qiymətli metalları oğurlamağa müvəffəq olmuşdular. Oğurlanan məmulatlar 40 milyon dollar məbləğində dəyərləndirilib.

  • Qaxda arvadı komada olan ər özünü doğradı

    Qaxda həyat yoldaşı ağır xəstə olan şəxs özünə xəsarət yetirib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

    Belə ki, rayon sakini Abdurahmanov Adil Yahya oğlu özünü şüşə qırıntıları ilə doğrayıb.

    Qax Rayon Xəstəxanasından verilən məlumata görə, xəstəyə aşağı və yuxarı ətrafların qarın nayihəsinin çoxsaylı kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

    Adil özünə qəsd etmə səbəbini həyat yoldaşının vəziyyətinin ağır olması ilə əlaqələndirib.

    Qeyd edək ki, onun həyat yoldaşı Abdurahmanova Nərmin xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həkimin dediyinə görə, xəstə koma vəziyyətindədir.

  • Bakıda ölümlə nəticələnən qəzaların ƏSAS SƏBƏBİ açıqlandı

    Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının bəzi ərazilərində ölümlə nəticələnən yol qəzalarının səbəbini açıqlayıb.

    Trend-in məlumatına görə, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol nəqliyyat hadisələri narahatçılıq doğurduğundan ərazi təhlil edilib və qəzaların baş vermə səbəbi kimi bir sıra problemlər qeydə alınıb.

    Problemlərdən biri prospektin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin olmamasıdır. Nəticədə idarəetməni itirən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxır və ağır qəzaların baş verməsinə səbəb olur. Qeyd edək ki, yolun əks istiqamətinə çıxmaqla törədilən yol nəqliyyat hadisələrində ölüm riski digər yol nəqliyyat hadisələrindən 3 dəfə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, son 1 ay ərzində bu ərazidə Agentlik tərəfindən qeydə alınmış bu tip hər iki yol nəqliyyat hadisəsi ölümlə nəticələnib;

    BNA-nın təhlilinə əsasən, digər problem yolda sürət həddinin yüksək olmasıdır. Hal-hazırda Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan əksər hissəsində sürət həddi ilk iki zolaqda 120 km/saat müəyyən edilmişdir. Bu da yüksək sürət halında sürücülərin bir çox vəziyyətlərdə qeyri-peşəkarlıqları nəticəsində idarəetməni itirmə risklərinin artmasına səbəb olur.

    Sürücülərin ara məsafəsini gözləməməsi də qəzalara səbəb olan əsas məsələlərdən bidir. Nəticədə sürücülər yolda baş verən hadisələr və qabaqlarına çıxan maneələrə lazım olan kimi reaksiya verə bilmirlər. Məsafənin sürücünün reaksiya müddəti ilə mütənasib olmaması zəncirvari qəzaların baş verməsinə səbəb olur.