Month: August 2019

  • Ökənin qarpız və yemiş sahələri yoxlanılır

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar müşahidələri davam etdirir. Növbəti müşahidələr Kürdəmir rayonu Pirili kəndi ərazisində bostan – qarpız və yemiş sahələrində həyata keçirilib.

    AQTA-dan bildirilib ki, müşahidələr zamanı əkin sahələrində nitratester vasitəsilə bostan bitkilərində (qarpız, yemiş və s.) nitrat və nitritin qalıq miqdarı yoxlanılıb.

    Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib. Bildirlib ki, torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsi bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının normadan artıq yığılmasına səbəb olur ki, bu da insan orqanizmində bəzi fəsadlara gəririb çıxara bilər. Odur ki, aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq və müəyyən edilən normanı keçməmək lazımdır.

    Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığını qorumaq və təhlükəsiz qida məhsulları ilə təmin etmək məqsədi ilə müşahidələr mütəmadi olaraq davam etdiriləcək.//milli.az

  • В Каспии утонула женщина, ребенка удалось спасти

    В Баку женщина утонула в Каспийском море.

    Как передает Median.Az со ссылкой на Report, происшествие зарегистрировано на территории поселка Тюркан Хазарского района столицы.

    Как заявили Report в министерстве здравоохранения, в 15:26 на станцию Скорой медицинской помощи поступил вызов о том, что два человека утонули:

    “Приехавшим на место происшествия врачам удалось вернуть к жизни одного из утонувших – 5-летнего мальчика, 30-летняя женщина скончалась. В тяжелом состоянии мальчик был доставлен в Объединенную городскую больницу №26. Как сообщили в “скорой”, после оказания необходимой медицинской помощи его планируется перевести в больницу №3″, – говорится в сообщении министерства.

  • Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində tank əleyhinə mina tapılıb

    Avqustun 3-ü tarixində saat 11:49-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

    Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən “Report”a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli tank əleyhinə TM-62M minası aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır. Minaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Ölçüsü balaca, faydası böyük – VİDEO

    Sumax nadir bitkilərdən sayılır. Azərbaycanda sumax ağaclarına, əsasən, Böyük və Kiçik Qafqazın dağ meşə ərazilərində rast gəlinir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Lənkəranın Tükəvilə kənd sakini Xanəhməd Mirzəyev uzun illərdir bu ağacları öz təsərrüfatında çox çətinliklə qoruyub saxlayır.

    X.Mirzəyev bildirir ki, marketlərdə satılan sumaxların əksəriyyəti yararsızdır. Əsl sumax çay kimi dəmlənir.

    250-yə yaxın növü olan sumaxın tumu mütləq qabığından ayrılmalıdır. İstifadəyə isə tum yox, qabıq verilir.

    Təbii şəkildə yetişdirilən sumax qan təzyiqini aşağı salır, dadı turş olsa da, mədədə turşuluğu artırmır və həzm sisteminə yaxşı təsir göstərir, metabolizmi sürətləndirir.

    Hündürlüyü 3-5 metr olan ağaclardan çətinliklə yığılan sumaxın 1 kq-nın qiyməti isə 20-25 manat arasında dəyişir.

  • Bakıda iki nəfər suda boğuldu, biri azyaşlıdır

    Bakının Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 5 yaşlı oğlan və 30 yaşlı qadın dənizdə çimərkən boğulublar.

    Hadisə zamanı qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb.

    Bildirilib ki, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır.

  • Азербайджанские борцы в полуфинале ЧМ

    В столице Болгарии Софии продолжается чемпионат мира по борьбе среди юниоров.

    Как сообщили Oxu.Az в Федерации борьбы Азербайджана, в шестой день соревнований в борьбу вступили пять наших борцов греко-римского стиля.

    Фарид Садыхлы победил представителя России, но в 1/8 финала уступил казахстанскому спортсмену.

    Эльмир Алиев за минуту справился с представителем Аргентины, а затем одержал победу над румынским спортсменом и вышел в полуфинал.

    Хасрат Джафаров в дебютной схватке победил соперника из Казахстана, однако затем проиграл иранцу.

    Рауф Алиев победил представителей Сербии и Греции и вышел в четвертьфинал, но на его пути встал иранский спортсмен.

    Лачын Велиев вышел в полуфинал, одержав победу над израильтянином и белорусом.

    Отметим, что полуфинальные встречи начнутся в 18:30 по бакинскому времени.

  • İki güləşçimiz dünya çempionatının yarımfinalında

    Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

    Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

    Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb.

    Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində “tuşe” ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb.

    Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib. Ancaq növbəti mərhələdə iranlı pəhləvana məğlub olub.

    Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub.

    Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb.

    Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

    45 kq
    Təsnifat – Fərid Sadıxlı – Valeri Manqutov (RUS) 4:3
    1/8 final – Fərid Sadıxlı – Samatbek İzimqali (KAZ) 4:15

    51 kq
    Təsnifat – Elmir Əliyev – Eduardo Lovera (ARG) 4:0 (tuşe)
    1/8 final – Elmir Əliyev – Məhəmməd Şaban (EGY) 5:0
    1/4 final – Elmir Əliyev – Denis Florin Mihay (ROU) 4:2
    1/2 final – Elmir Əliyev – Vladimir Voytoviç (UKR)

    60 kq
    Təsnifat – Həsrət Cəfərov – Əziz Qasımov (KAZ) 10:4
    1/8 final – Həsrət Cəfərov – Seyid Söhrabi (İRİ) 1:3

    71 kq
    Təsnifat – Rauf Əliyev – Uros Rayiç (SRB) 8:0
    1/8 final – Rauf Əliyev – Andreas Vasilakopulos (GRE) 9:0
    1/4 final – Rauf Əliyev – Rza Rəcəb Əli Saki (İRİ) 0:3

    92 kq
    1/8 final – Laçın Vəliyev – Maik Haimov (İSR) 5:0
    1/4 final – Laçın Vəliyev – Vladislav Valodin (BLR) 2:0
    1/2 final – Laçın Vəliyev – Oktay Demir (TUR)

  • Ermənistanda avtobus qəzası: 18 yaralı

    Ermənistanda uşaq bağçasının işçilərini aparan “PAZ” markalı avtobus qəzaya uğrayıb.

    Hadisə Tavuş vilayətinin Qoş kəndində baş verib.

    Avtobusun aşması nəticəsində 18 nəfər xəsarət alıb.

    Yaralılar Dilijan tibb məntəqəsinə aparılıb. Hadisənin səbəbləri məlum deyil.

  • Эд Ширан побил мировой рекорд по сборам за гастроли

    Гастрольный тур Divide Эда Ширана побил мировой рекорд по сборам, обойдя даже группу U2, сообщает Guardian.

    Британец собрал 736 миллионов долларов за 12 концертов. Его тур начался в марте 2017 года и завершится в августе этого года в Ипсвиче.

    Восемь лет назад группа U2 собрала 735 миллионов долларов.

    Концерты Ширана посетили более 8,5 миллиона человек в 43 странах.

  • Тегеран отказался от предложения о встрече Трампа с Зарифом

    Власти Ирана отклонили предложение о встрече главы иранского МИД Джавада Зарифа с президентом США Дональдом Трампом в Белом доме, сообщает интернет-версия еженедельника The New Yorker со ссылкой на источники.

    Предложение о встрече Зарифу передал в Нью-Йорке, в резиденции постпреда Ирана при ООН, американский сенатор Рэнд Пол.

    Зариф ответил, что решение о встрече принимает не он, и ему нужно проконсультироваться с Тегераном, сообщает издание.

    «После встречи с Полом Зариф передал предложение иранским лидерам. На этот раз они встречу не одобрили», – сообщает The New Yorker, отмечая, что Зариф должен приехать в США на Генеральную Ассамблею ООН в сентябре.

    В Белом доме информацию о приглашении комментировать не стали.

    В ходе встречи Пол и Зариф обсудили вопрос ядерной программы Тегерана и напряженность в Персидском заливе, сообщили источники издания. Разговор продлился час, Зариф высказал Полу свои идеи о том, как США и Иран могут выйти из тупика по ядерному вопросу, отмечает издание.

    Власти США в среду включили Зарифа в санкционный список. Санкции предполагают блокировку активов министра в США при их наличии.