Month: August 2019

  • Zaqatalada çətənə yetişdirən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, daxil olan məlumat əsasında Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Tala kəndi ərazisində, kənd sakinləri K.Qurbanovun, əvvəllər məhkum olunmuş S.Qurbanovun və S.Hümbətovun kultivasiya yolu ilə yetişdirdikləri 52 ədəd çətənə kolu aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Мощное землетрясение в Индонезии: угроза цунами

    У побережья индонезийского острова Суматра произошло мощное землетрясение. Магнитуда подземных толчков, по данным Европейского средиземноморского сейсмологического центра, достигала отметки 6,9.

    Местная геофизическая служба объявила об угрозе цунами. Жителей острова Ява просят немедленно эвакуироваться. Данных о пострадавших и разрушениях пока не поступало, передаёт Median.Az со ссылкой на ТАСС.

    Толчки были такой силы, что раскачивались высотные здания в Джакарте. Жителей прибрежных районов вывозят в безопасное место, сообщает Reuters.

  • Qurban bayramında Gəncəyə gedən qatarların sayı artırılacaq

    Qurban bayramı ərəfəsində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, buna səbəb Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir. Bu məqsədlə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.

    Belə ki, Bakıdan 10 avqust tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq.

    13 avqust tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək, Bakıya saat 22:45-də çatacaq.

  • Hava yenə dəyişir – Güclü külək, yağış, leysan

    Bir neçə gün davam edən isti hava şəraitindən sonra, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində, avqustun 2-i axşamdan 4-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Belə ki, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

    Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 5-6 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 5-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

    Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

    “Yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhalinin açıq havada olarkən bu faktoru nəzərə almaqlarını tövsiyə edirik”, – deyə departamentdən bildirilib.

  • Ильхам Алиев принял новых послов – ФОТО

    Президент Азербайджана Ильхам Алиев 2 августа принял новоназначенных послов.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Ильхам Алиев принял верительные грамоты новых назначенных чрезвычайных и полномочных послов Омана Гасима Мохаммада Салима Аль Салхи и Лаоса Сивиенгпхета Пхетворасака.

  • İlham Əliyev yeni səfirləri qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    İ.Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Mohammad Salim Al Salhinin və Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.

  • Врач-инфекционист: От сибирской язвы умирает один человек из ста

    На днях появилась информация, что в Сабирабаде два человека заразились сибирской язвой. Один из них, 60-летний мужчина, позже скончался, другой находится в тяжелом состоянии. В настоящее время его лечение продолжается.

    Какова вероятность распространения этой инфекции в нашей стране?

    Заведующая вторым инфекционным отделением Городского клинического медицинского центра №1 Гюльнара Бабаева рассказала oxu.az об этой страшной болезни.

    По ее словам, от этой инфекции из ста человек умирает один:

    «Нет необходимости создавать ажиотаж. Мужчина в Сабирабаде скончался не от сибирской язвы. У него были обнаружены тяжелая форма сахарного диабета и гепатит С, о которых умерший не знал. Это человек никогда не обследовался. Сахарный диабет разрушил его почки. У него была кожная форма сибирской язвы, от которой умирают в очень редких случаях.

    Хочу отметить, что вероятность случаев смерти от сибирской язвы составляет один из ста».

    Врач рассказала о путях заражения этой опасной болезнью:

    «Источником сибирской язвы обычно бывают больные домашние животные: лошади, ослы, бараны, верблюды, свиньи, иногда и маралы.

    Чаще всего заражение происходит контактным путем. Очень редко этой инфекцией можно заразиться при употреблении мяса больного животного.

    Иногда инфекция может попасть через воздух или пыль при обработке кожи или шерсти зараженного животного».

    Г.Бабаева отметила, что сибирская язва – бактериальная инфекция, а не вирусная.

    Она добавила, что работники Республиканского центра гигиены и эпидемиологии должны на месте проводить исследование:

    «Нужно узнать, кто держит скот, в каких условиях, заражены ли животные. Чем животные питаются и в какой земле роются. Потому что в земле микробы сохраняются долгое время, и животные могут заразиться инфекцией во время поедания травы. Это все нужно внимательно исследовать».

  • Лейла Алиева поздравила брата – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева поздравила своего брата Гейдара Алиева с днем рождения.

    Свои поздравления Л.Алиева опубликовала в Instagram-аккаунте:

    «Поздравляю моего любимого, доброго, светлого, умного и достойного брата Гейдара с днем рождения! Пусть все твои мечты исполнятся! Спасибо тебе за все! Дай бог всем здоровья, любви, мира и света!»

    Отметим, что Гейдар Алиев-младший родился 3 августа 1997 года.




  • В аварии в Баку погиб племянник начальника ГДП

    Установлена личность погибшего в ДТП с участием автобуса сегодня в Баку.

    Как передает Median.Az со ссылкой на АПА, в результате столкновения автобуса с легковым автомобилем на улице Рустамова, дом 86 в Сабунчинском районе столицы погиб водитель легкового автомобиля, 26-летний Али Аман оглу Аббасов.

    Добавим, что А.Аббасов – племянник начальника Хазарского районного отделения Государственной дорожной полиции, полковника-лейтенанта полиции Садига Аббасова.

    Отметим, что сегодня утром на улице Рустамова, дом 86 в Сабунчинском районе автобус столкнулся с легковым автомобилем.

    Как сообщили в пресс-службе Министерства здравоохранения, в результате аварии 1 человек погиб, двое получили ранения. Пострадавшие доставлены в Городскую клиническую больницу №3.

  • Rasim Balayev: “Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar” – MÜSAHİBƏ

    2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.  “Yeni Müsavat”ın əməkdaşı “ söhbətləşib.

    Median.Az “Yeni Müsavat”ın bu münasibətlə Babək”, “Nəsimi”, “Dədə Qorqud” və digər filmlərdə yaratdığı obrazlarla xalqın böyük sevgisini qazanmış, xalq artisti Rasim Balayevlə müsahibəsini təqdim edir:

    – Rasim müəllim, milli kinomuzun bugünkü vəziyyətini necə dəyərləndirərdiniz və yaxud necə görmək istərdiniz?

    – İstərdim ki, bu gün elə filmlər çəkilsin ki, tamaşaçı ona baxıb ibrət götürsün, ləzzət alsın. Lakin bu gün bu dediyim yoxdur. Bilmirəm, nə olacaq..

    – Sizcə, səbəb nədir və nə etmək lazımdır?

    – İndi əsas gəncləri yetişdirmək lazımdır. Qocalar öz işlərini görüb getdi. Gənclərin yetişdirilməsi məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Nə qədər ki, peşəkar rejissorlar, operatorlar olmayacaq, bu iş əmələ gəlməyəcək.

    – Bildiyim qədər, “Babək” filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu gün elə bir filmimiz yoxdur ki, dünyanın heç olmasa 50-60 ölkəsində göstərilsin.

    – Yaranmır və səbəbi də bilinmir. Bir daha qeyd edirəm ki, bunun üçün yüksək peşəkarlıq lazımdır, elə-belə söhbətlərlə alınan məsələ deyil.  Vaxtilə Kinematoqrafiya İnstitutu yer verirdi, indi ora gedən yoxdur, çünki ora pulludur. Deyəndə də acıqları gəlir. Bizim institutun rejissor, operator hazırlamağa bazaları yoxdur. Rejissorluğu bitirən şəxslər tutaq ki, iki hissəli film çəkmək istəyir, ona vəsait ayrılmır. İndi qeyri-peşəkar adamlar seriallar və yaxud rejissorluqdan xəbəri olmayanlar film çəkir. Hansı ki, bir müddət əvvələ qədər həmin adamlar toy çəkib. Bunların fərqi var axı.

    -Tamaşaçılar da sanki artıq ciddi filmlərə maraq göstərmirlər.

    – Çünki tamaşaçıların zövqünü korlayıblar. Boş-boş hır-hırla, söyüşlə, meymunluqla guya ki, film çəkirlər. Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar. Bu sənət deyil, ötəri şeylərdir.

    Çox adamlarla söhbət edirəm, onlar bildirir ki, çəkilən yerli seriallara baxmırlar, çünki səviyyəsizlik var. Ona görə də deyirəm ki, peşəkarlıq lazımdır. Bədahətən şeir deyən Aşıq Ələsgər, Əliağa Vahid olub. Amma bədahətən film çəkmək olmaz. Kinonu çəkməyə həm istedad, həm də məktəb lazımdır. Onun montajından tutmuş o qədər dərinlikləri, xırdalıqları var ki, mütləq buna görə məktəb keçməlisən. Yoxsa ki… bir dəfə səhv edib getdim seriala çəkildim. Onda gördüm ki, heç kəs öz işini bilmir. Düşünmüşdüm ki, evdə bekar oturmuşam, gedim çəkilim, mənəvi zövq alım, amma sonra çox peşman oldum . Çünki sənət deyilən bir şey yox idi, elə “basməmmədi”, “xaltura” çəkilişləri idi. Bununla da sənət inkişaf edə bilməz.

    – Yəqin ki, elə buna görə sizi uzun illərdir ki, filmlərdə görə bilmirik…

    – Bəli, bu məni daxildən çox incidir. Layiqli bir əsər oxuya bilmirəm ki, orada oynamaq, obraz yaratmaq istəyim. Neçə illərdir ki, arxasınca gözümün qaldığı rol olmayıb. Buna görə çox təəssüf hissi keçirirəm. Beləliklə, yazanlar da yoxdur. Bu gün qeyri-peşəkarlar ssenari yazır. Ssenari yazmaq hər adamın işi deyil, bunun üçün kinonu, bu sənəti dərindən bilmək lazımdır.

    Kino teatrdan fərqli olaraq mətni sevmir. Kino təsviri sənətdir. Bəzən elə olur ki, heç mətn yazmaq lazım deyil, adi baxışlarla bir neçə dəqiqə tamaşanı ələ almaq olur. Bu gün bu yoxdur.

    İndi kimlərsə gedib hansısa şirkətlərdən, sponsorlardan nəsə alırlar və filmin ssenarisinə həmin şirkətlərin mallarının tərifi ilə bağlı epizodlar salırlar. Belə olmaz! Biri var ki, hansısa məhsulun reklamı, biri də var ki, həmin məhsulu filmə salırlar. Məsələn, tez-tez belə bir ssenari ilə rastlaşırıq, bir gəlib deyir ki, “başım ağrıyır”, o birisi də deyir ki, “başın ağrıyırsa filan çayı iç, başının ağrısı kəsiləcək”. Nə var ki, həmin çayın şirkəti 5-10 manat pul verib ki, məhsulu reklam olunsun. Yəni, dediyim budur ki, hər şeyi ucuzlaşdırıblar.

    – Bir neçə xarici ölkədə də filmlərə çəkilmisiniz. İndi belə dəvətlər yenə də alırsızmı?

    – Bəli, əvvəllər xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Orta Asiyada filmlərə çəkilmişəm. Amma təəssüf ki, bu gün dəvət yoxdur, əlaqələr qırıldı. Doğrudur, onlarda da bu sahədə bəzi problemlər var.

    – Yadınızdadırsa, bu yaxınlarda müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini mahnı kimi ifa etdi. Onun bu addımına ictimai qınaqlar olsa da, dəstək verənlər də çıxdı. Sizin reaksiyanız da sərt oldu…

    – Onda təqsir yoxdur ki, onu efirə buraxandadır təqsir. Elə adamları vaxtilə efirə buraxmırdılar. Toy edirsən, get toyda nə istəyirsən, et. Bu gün efirlər “proxodnoy” olub, kim istəyir, nə istəyir, ağzına gələni deyir, danışır, oxuyur. O qız televiziyaların hesabına özünü yaxşı reklam edə bildi. Axı ortalıqda sənət yoxdur, nə etsin? Bu gün özünə yalandan sənətkar deyənlərin sayı çoxalıb. İki mahnı oxuyub, deyir, sənətkaram. O gün Yusif Eyvazov və xanımı Anna Netrobka ilə konsertinə baxdım. Bax sənət, korifey odur. Təsəvvür edin, İtaliyada verdikləri konsertdə bütün zal ayaq üstə ən azı 10 dəqiqə azərbaycanlı ifaçıya əl çalır, alqışlayırdı. Mən opera sənətini dərindən bilmirəm, amma məşhur oxuyanlar var, məsələn, Pavarotti, düşünürdüm ki, o dünyasını dəyişdikdən sonra elə də oxuyan yoxdur. Amma Yusif Eyvazovun ifası möhtəşəm idi, görərdiz ki, o ifası ilə nələr edir.

    Amma indi müğənnilər yığışır bir yerə, başlayırlar bir-birinə korifey, sənətkar deməyə. Hansısa yollarla gəlib çıxırlar efirə, sonra da ağzılarına gələni danışırlar. Artıq efiri bazara döndəriblər, hər şeyi ticari ediblər. Beləliklə də tamaşaçıların zövqünü korlayıblar. Həmin zövqləri təmizləmək, inkişaf etdirmək üçün, heç bilirsiz, neçə il lazım olacaq?

    – Səhhətiniz, sağlamlığınız necədir?

    – Yaşayırıq da… Doğrudur, adam yaşlaşanda hər xəstəlik ortaya çıxır. Hələ ki, dərmanla, müalicə ilə yaşayırıq, buna da çox şükür.

    – 6 gün sonra sizin doğum gününüzdür. Bu münasibətlə indidən sizi təbrik edirik. Yeni doğum gününüzdə özünüzə nə arzulayardız?

    – Vallah həmişə, cavanlığımda belə öz- özümə deyirəm ki, Allah heç vaxt məni heç kəsə möhtac etməsin, özüm-özümü idarə edə bilim. Nə zaman istəsə canımı alsın, amma bir kimsəyə möhtac olmayım, heç ailə üzvlərimə də. Ölən günə qədər özümü idarə edə bilim. Bir də arabir yaxşı əsər olsun, oynayım və bundan mənəvi zövq alım. Hətta epizod olsun, amma yaxşı rol olsun”.