Month: August 2019

  • В Гахе бывший зэк совершил 2 квартирные кражи

    Как сообщает Median.Az, сотрудники Гахского РОП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого
    А.Абдурахманова, который 20-го июля украл из дома на территории города золотые и серебрянные украшения.

    Во время разбирательства выяснилось что, в тот день он украл еще из одного дома мобильный телефон.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Qaxda eyni gündə 2 evdən oğurluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki evdən qızıl və gümüş əşyalar oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdurahmanov saxlanılıb.

    Araşdırma zamanı onun, həmin gün daha bir evdən mobil telefon oğurlaması məlum olub.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb

  • “Skripal işi”nə görə Rusiyaya qarşı yeni sanksiya gəlir

    ABŞ “Skripal işi”nə görə Rusiyaya qarşı sanksiyaların ikinci paketinə start verir.

    “RİA Novosti” xəbər verir ki, bu haqda ABŞ administrasiyasındakı yüksək vəzifəli şəxs bildirib.

    Bu, Rusiyanın rəsmi Vaşinqtonun çağırışlarına zəmanət verməməsi ilə əlaqələndirilib.

    Qeyd edək ki, Skripallara görə, sanksiyaların birinci paketi 2018-ci ilin 27 avqustundan işə düşüb.

    Xatırladaq ki, 2018-ci ilin martın 4-də Britaniyanın Ultşir Qraflığında yerləşən Solsberi şəhərində Britaniyanın xeyrinə casusluq etmiş Rusiya Baş Kəşfiyyat İdarəsinin (“QRU”) eks polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripal səhər saatlarında parkda huşsuz vəziyyətdə tapılıb. Daha sonra onların zəhərləndiyi məlum olub və zərərçəkmişlər koma vəziyyətində reanimasiyaya aparılıb.

    Hər iki şəxsin hazırda sağ olduğu bildirilir.

  • США ввели новые санкции против России

    США ввели новые санкции против России в связи с делом об отравлении бывшего офицера ГРУ Сергея Скрипаля и его дочери Юлии, передаёт Median.Az со ссылкой на РИА «Новости».

    Эту информацию подтвердил представитель администрации.

    «После первого пакета санкций в ответ на использование Россией «Новичка» при покушении на частное лицо в Соединенном Королевстве Россия не предоставила гарантий, требуемых в соответствии с законодательством США, поэтому мы вводим второй пакет санкций», — сообщил чиновник.

  • На праздник Гурбан будут запущены дополнительные поезда в Гянджу

    В связи с праздником Гурбан по направлению Баку-Гянджа-Баку будут запущены дополнительные поезда.

    Как сообщили в ЗАО «Азербайджанские железные дороги», это связано с увеличением пассажиропотока в этом направлении во время праздника. С целью обеспечить потребность пассажиров 10 и 13 августа на линию выйдут дополнительные составы.

    Так, 10 августа скорый пассажирский поезд №704 будет двигаться в одну сторону – Баку-Гянджа. Поезд отправится из Баку в 07:40 и прибудет в Гянджу в 11:55.

    13 августа будет обеспечено движение скорого пассажирского поезда №704 Баку-Гянджа-Баку в обе стороны. Он отправится из Баку в 07:40 и прибудет в Гянджу в 11:55, в 18:30 отправится из Гянджи и прибудет в Баку в 22:45.

  • В ДТП в Сабирабаде погиб один человек

    Как сообщает Median.Az, 1-го августа примерно в 15 часов в селе Ястыгобу Сабирабадского района столкнулись автомобили марки “ВАЗ 21074” и “Mercedes”, управляемые жителями района Ф.Фарзалиевым и Э.Расуловым.

    Помещенный в больницу Ф.Фарзалиев скончался.

    В Главном Следственнном управлении МВД по факту ведется расследование.

  • Sabirabadda yol qəzasında 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, avqustun 1-i saat 15 radələrində Sabirabad rayonunun Yastıqobu kəndində, rayon sakinləri F.Fərzəliyevin idarə etdiyi “VAZ-21074” və E.Rəsulovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

    Xəstəxanaya yerləşdirilmiş F.Fərzəliyev orada ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Səhiyyədə daha bir biabırçılıq: yeni doğulan uşaq ölüm təhlükəsi altındadır

    Qurbanova Rəqsanə Məzahir qızı Qaynarinfo-ya açıqlamasında xəstəxanada çalışan ginekoloq Dilarə Hacıyevanı məsuliyyətsizlikdə ittiham edib.

    Onun şikayətini olduğu kimi təqdim edirik:

    “Mən 2018-ci ilin 4 dekabr tarixində Qələbə Rayon Mərkəzi xəstəxanasına yoxlanışa getdim. Ultrasəs müayinəsindən keçdikdən sonra ginikoloq Dilarə Hacıyeva 4 həftəlik hamilə olduğumu dedi. Mənə 10 gün sonra gəlib testlərdən keçməli olduğumu dedi. Dekabrın 15-i yenidən getdim və analizlər verdim. Dilarə xanım analizlərimin cavabına baxıb heç bir problem olmadığını bildirdi. Halbuki, analizlərimdə mikobumun olduğu görünürdü. 35-ci həftədə Qəbələ Diaqnostika mərkəzində Nəsrəddin Əmirovun qəbuluna getdim. O amniotik mayemdə bulanıqlıq olduğunu, bu həftələrdə belə şeylərin normal olduğunu dedi. İyun ayının 31-i normal doğumla qızımı dünyaya gətirdim. Doğum zamanı amniotik suyumun bulanıq yox, çox çirkli olduğunu gördüm. Qızım doğulanda ağlamadı, həkimlər iynə vurduqdan sonra ağlamağa başladı. Çəkisi cəmi 2 kilo 200 qramdır. Hazırda nəfəs almaqda problemlər yaşayır, oksigen aparatına bağlıdır, aparatdan ayrıldığı zaman göyərir. Bunun da günahı Dilarə Hacıyevadadır. O analizlərə baxanda mənə mikrobun olduğunu desəydi, mən vaxtında müalicə alardım, uşağıma da mikrob keçməzdi. Ya da normal doğum əvəzinə keysəriyyə yolu ilə dünyaya gətirərdim.

    Doğumdan sonra xəstəxana lazimı tibbi avadanlıqların olmadığını deyib, bizə Şəki rayon Mərkəzi klinikasına getməyimizi məsləhət gördülər. Həkimlər özləri təcili tibbi yardın maşını çağırdı, baş həkimin razılığını belə almadan bizi göndərdilər. Dedilər ki, əgər biraz gecikmə olsa, uşaq ölə bilər. Dilarə Hacıyeva hazırda istirahətdədir. Telefonunu söndürüb, bəzən açır, mesajlara baxıb, telefonunu yenə söndürür. Axı bu məsuliyyətsizlikdir. Uşağım onun səhlənkarlığı üzündən ölə bilərdi.

    Hazırda Şəki Perinat Mərkəzindəyik. Uşağı müayinə edib dedilər ki, ürəyində qüsur, beynində şiş var. Halbuki, hamilə olanda Şəki Perintal Mərkəzində dopler müayinəsindən də keçmişəm, uşağın ürəyində qüsur olduğu deyilməmişdi. Ailəm Səhiyyə Nazirliyinin “Qaynar xətti” ilə əlaqə yaradıb. Xəstəxana ilə danışılıb, bizə deyirlər təcili tibbi yardım maşını gəlir, amma hələ xəbər yoxdur. Şəki Perintal Mərkəzin şöbə müdiri köməkçisi Sərxan həkim bizimlə danışdı, dedi Qəbələ rayon Xəstəxanası səhlənkarlıq edib. Şəkiyə yox, Bakıya göndərmək lazım imiş. Şöbə müdiri isə biraz əvvəl taksiyə minib xəstəxanadan getdi. Bizə deyirlər uşağa dövlət hesabına qiyməti 800 manat olan iki iynə vurmuşuq, artıq vəziyyəti düzəlib. Amma inanmıram”.

    Məsələ ilə bağlı Qəbələ rayon Mərkəzi Xəstəxanası və Şəki Perintal Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

    Qarşı tərəfin açıqlamasını yayımlamağa hazırıq.

  • Bakı Zooparkında “dövlət sirri”: təmir haqqında məlumatlar niyə gizlədilir? (FOTOLAR)

    Bu ilin fevral ayından Bakı Zooparkı təmirə bağlanıb.

    Qaynarinfo-nun əməkdaşı yenidənqurma işlərinin gedişatından xəbər tutmaq, reportaj hazırlamaq üçün Zooparka yollanıb.

    Əvvəlcə telefon vasitəsi ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı. Üz tutduq təmir işləri aparılan əraziyə. Lakin giriş qapısının yanında əyləşən və vəzifəsinin nə olduğunu açıqlamayan bir bəy girişin qadaqan olduğunu dedi. Ərazinin bağlı olduğunu, mətbuata açıq olmadığı və kimsənin açıqlama verməsinə, şəkil çəkməsinə icazə olmadığını qeyd etdi.

    Heç olmasa təmir işlərinin nə zamana kimi davam edəcəyi ilə bağlı sualımıza cavab verəcəyinə ümid etdik. Lakin həmin şəxs israrla zooparka aid bütün məlumatların gizli olduğunu vurğuladı. Hətta bir sıra telekanalların da çəkiliş üçün müraciətinə rədd cavabı verildiyini bildirdi. Bir sözlə Bakı Zooparkında gedən işlər “dövlət sirri” kimi gizli saxlanılır.

    Bu qədər çək-çevirdən sonra israr etməyin mənasız olduğunu görüb, zoopark ərazisinin ətrafını saran plakatların arxasından bir neçə kadr çəkməyə çalışdıq.

    Ancaq az-çox göründüyü kimi fevraldan təmirə bağlanan zooparkda elə də ciddi iş görülməyb.





  • В Закатале за выращивание конопли задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Закатальского РОП на основании полученной оперативной информации задержали жителей села Ашаги Тала К.Гурбанова, ранее судимого С.Гурбанова и С.Гумбатова, который путем культвации вырастили 52 куста конопли.

    По факту ведется расследование.