Month: August 2019

  • Bilgəh çimərliyində İYRƏNC MƏNZƏRƏ – VİDEO

    Ötən illərə nisbətən bu mövsüm Bakı və Abşeron çimərliklərində çirklənmə çoxdur.

    Çimərliklərdə vəziyyətin bərbad olması ilə bağlı Baku.ws-in “qaynar xətti”nə şikayətlər daha çox daxil olub.

    Şikayətlər əsasən Novxanı, Bilgəh, Sahil, Buzovna, Şıx çirmərliklərindən edilir.

    Şikayətlər əsasən çimərlikdə sahil ətrafı ərazilərin çirkləndirilməsi, zibillərin hara gəldi atılmasıdır.

    Şikayətlərdən biri də, Bilgəh çimərliyindəndir. Bilgəh sanatoriyasının qarşısında çimərliyə gələnlər ətrafı zibilləyiblər. Baxmayaraq ki, əraziyə zibil qutuları qoyulub, bura gələnlər əllərinə gələnləri hara gəldi atırlar.

    Bilgəh çimərliyindən çəkilən iyrənc mənzərəni təqdim edirik.

    Qeyd edək ki, bu il çimərliklərdə dəniz suyunun də çirklənməsi barədə rəsmi məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər.

    Nəticələrə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir.

  • Mobil telefondan çox istifadə etməyin! – Alimlərdən XƏBƏRDARLIQ

    Əgər bir insan gündə 3 saatdan artıq davamlı olaraq smartfonda vaxt keçirirsə, onda piylənmə başlayır.

    Median.Az “medicina.az”a istinadən xəbər verir ki, təcrübə üçün tələbələr arasında müşahidə aparılıb.

    5 saat və daha artıq telefon istifadə edən tələbələrdə 43% daha çox piylənmə və kökəlmə problemləri başlayıb, nəinki az müddət istifadə edənlərdə.

    Artıq çəkidən əziyyət çəkən 25% və tam piylənmədə diaqnozu olan 5% gənclər gündə 4-5 saatdan artıq telefonda vaxt keçirənlər idi.

    Alimlər bildirir ki, telefonda daha çox vaxt keçirdikcə gənclər az hərəkət edir, durğunluq yaranır, eləcə də internetdə nəyəsə baxdıqda daha çox qida, şirniyyat və şirin sular qəbul edirlər.

    Bu zaman iştaha nəzarət etmək olmur.

    Alimlər həyəcan təbili çalaraq, bu gənclərin gələcəkdə təkcə piylənmədən yox, diabet, ürək xəstəlikləri, xərçəngdən əziyyət çəkəcəyini bildirir.

    Eləcə də hava qaralanda, gecəyarı qaranlıq otaqda telefon ekranına baxmaq maddələr mübadiləsi və beyni pozur.

  • “Qarabağ” kimi komanda olmaq istəyirik” – Daniel Kleri

    Düşünmürdük ki, məğlub olarıq. Bu oyun bizim üçün yaxşı təcrübə oldu. Növbəti mərhələyə adlamaq istəyirdik. Görünən odur ki, bunu növbəti illərdə reallaşdırmalı olacağıq.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Dundalk”ın müdafiəçisi Daniel Kleri İrlandiyanın “İndependent” nəşrinə müsahibəsində bildirib.

    “Qarabağ”ın köklü klub olduğunu söyləyən futbolçu onlardan nümunə götürmək istədiklərini deyib: “Düşünürəm ki, qarşıdakı illərdə biz də “Qarabağ” kimi yaxşı oyun göstərməyi bacaracağıq. Bizim “Qarabağ” kimi güclü komanda olmaq üçün böyük potensialımız var”.

    Kleri bildirib ki, “Qarabağ”da yüksək keyfiyyətli oyun nümayiş futbolçular çıxış edir: “Texniki və taktiki baxımından bizdən üstündürlər. Bundan əlavə komandanın son 5 mövsümdə avrokubokların qrupunda çıxışı onun potensialından xəbər verir”.

    Xatırladaq ki, “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində “Dundalk”ı üstələyərək (1:1, 3:0) növbəti mərhələyə adlayıb.

  • В Сабирабаде за кражи задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Сабирабадского РОП в результате оперативно-розыскных мер задержали жителя села Шихлар Н.Дадашова, который в ночь на 1-е августа в селе Сурра украл из автомобиля марки “ВАЗ-21011” магнитофон.

    Кроме этого, сотрудники РОП в ходе оперативно-розыскных мер задержали жителя села Йолчубейли М.Мамедова, который 30-го июля украл из дома на территории села 475 манатов.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Sabirabadda avtomobildən və evdən oğurluq edən 2 nəfər tutulub

    Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-nə keçən gecə, Surra kəndi ərazisində “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan Şıxlar kənd sakini N.Dadaşov saxlanılıb.

    Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Yolçubəyli kəndi ərazisindəki evdən 475 manat pul oğurlayan kənd sakini M.Məmmədov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Leyla Əliyeva qardaşını təbrik etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibətilə təbrik edib.

    O, fikirlərini “Instagram” hesabında paylaşıb:

    “Sevimli, xeyirxah, nurlu, ağıllı və layiqli qardaşım Heydəri ad günü münasibəti ilə təbrik edirəm! Qoy, bütün arzuların yerinə yetsin! Hər şeyə görə sənə minnətdaram! Allah hamıya can sağlığı versin, sevgi, sülh, əmin-amanlıq və xeyirli günlər qismət etsin”.

    Qeyd edək ki, Heydər Əliyev 1997-ci il avqustun 3-də anadan olub.

  • В Губе спасли раненую косулю – ФОТО

    В Губинском районе Азербайджана жители спасли раненую косулю.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, раненое животное обнаружили возле центра отдыха, расположенного в лесу Гечреш.

    Сотрудники центра сообщили об инциденте в местную структуру Министерства экологии и природных ресурсов.

    Прибывшие на место специалисты поймали косулю и отвезли ее в Центр восстановления дикой природы и реабилитационную клинику в поселке Алтыагадж Хызынского района.

    После лечения косулю выпустят на волю.




  • Qubada yaralı cüyür xilas edildi – FOTO

    Qubada sakinlər yaralı cüyürü xilas ediblər.

    Yaralı cüyür Qubanın Qəçrəş meşəliyində yerləşən istirahət mərkəzinin yaxınlığında aşkarlanıb.

    İstirahət mərkəzinin əməkdaşları hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumuna məlumat veriblər.

    Əraziyə gələn mütəxəssislər cüyürü tutduqdan sonra Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına aparıblar.

    Yaralı cüyür tam müalicə olunduqdan sonra təbiətə buraxılacaq.




    /oxu.az/

  • Новое назначение в ASAN Xidmət

    В центр ASAN xidmət № 3 Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана назначен новый директор.

    Как передаёт Median.Az со ссылкой на Report, соответствующий приказ в связи с этим подписал глава Госагентства Ульви Мехтиев.

    Согласно приказу, Хатамов Хатаи Севиндик оглу назначен директором ASAN xidmət №3.

    До этого назначения он работал заместителем директора данного центра. С мая 2018 года исполнял обязанности директора центра ASAN xidmət №3.

    Отметим, что Х.Хатамов является сыном главы Исполнительной власти Сальянского района Севиндика Хатамова.

    Распоряжением Президента Азербайджана Ильхама Алиева от 27 декабря 2018 года, за эффективную деятельность по усовершенствованию оказания госуслуг и по случаю профессионального праздника работников ASAN xidmət Х.Хатамов был награжден медалью «Терегги».

    Напомним, что в мае 2018 года директор центра ASAN xidmət №3 в Баку Сеймур Мовлаев уволился с работы. Он был назначен председателем ОАО «Агролизинг» при Министерстве сельского хозяйства. С 16 января 2019 года С.Мовлаев является председателем Агентства по аграрным кредитам и развитию при Минсельхозе.

  • В Баку молодой человек проехался на капоте – ВИДЕО

    Ночью на бакинской дороге привлек внимание груженый ящиками автомобиль марки ВАЗ 2106.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, странное в этом автомобиле с госномером 23 BB 267 было то, что на капоте сидел молодой человек, который таким образом подвергал себя опасности.

    Также с правой стороны автомобиля отсутствовало зеркало заднего вида.

    Предлагаем вниманию это видео: