Month: August 2019

  • Xətai rayonunda seksual manyak saxlanılıb

    Bakıda azyaşlı oğlanlara təcavüz edən seksual manyak saxlanılıb.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, payxatın Xətai rayonunda küçədə 10 yaşlı C.H.-yə seksual hərəkətlər edən 62 yaşlı kişi polis tərəfindən tutulub və şəxsiyyəti dəqiqləşdirilib.

    İstintaqda onun bənzər, yaxud digər cinayətlər törədib-törətmədiyi araşdırılır.

  • Bakıda lombarda basqın olub

    Bakının Xətai rayonu ərazisində yerləşən lombardlardan birində işləyən qadına qarşı quldurluq edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı zərərçəkənin baş nahiyyəsinə xəsarət yetirən naməlum şəxslər quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

    Faktla bağlı məlumat daxil olan kimi DİN, Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxslər – Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Ceyhun Əliyev tutularaq istintaqa təqdim ediliblər.

    Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər.

    Qeyd edək ki, hadisə zamanı N.Əhmədov və C.Əliyev lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.//report.az

  • В Агстафе задержан обвиняемый в убийстве

    В Агстафинском районе Азербайджана задержан мужчина, обвиняемый в совершении убийства.

    Как передает Median.Az со ссылкой на Report, задержан 39-летний Анар Нуриев, в отношении которого Гедабекской районной прокуратурой было возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса.

    По факту ведется расследование.

  • Azərbaycanda qətlə görə axtarışda olan şəxs saxlanılıb

    Azərbaycanda qətlə görə axtarışda olan şəxs tutulub.

    Median.Az report-a istinadən xəbər verir ki, Gədəbəy Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 39 yaşlı Anar Nuriyev Ağstafa rayonunda saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В Баку из психиатрической лечебницы сбежал пациент

    Проходящий лечение в психиатрической лечебнице пациент сбежал, сообщает АПА.

    Жительница города Эльнара Алиева обратилась в 14-ое отделение полиции Сабунчинского районного управления полиции с сообщением, что ее душевнобольной сын Тогрул Довлятов 2002 года рождения, два дня назад вышел из Психиатрической больницы №1 подышать свежим воздухом и не вернулся.

    По факту ведется расследование.

  • Gürcüstanda ərzaq məhsulları bahalaşıb

    Gürcüstanda illik inflyasiya 4,6% təşkil edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

    İyul ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,02% azalıb. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,4%-ə bərabər olub. İllik müqayisədə qiymətlərdə 3,9% artım qeydə alınıb.

    Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,2%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 4,3%, süd, pendir və yumurtanın qiyməti 3,1%, balığın qiyməti 1,9%, ətin qiyməti isə 1,0% artıb.

    Tərəvəzlərin qiyməti 8,1%, meyvə və üzümün qiyməti isə 2% ucuzlaşıb.

    İllik inflyasiyaya gəlincə, qonşu ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,9%, alkoqollu içkilər və tütünün qiyməti 13,7%, nəqliyyat xərcləri 3,9%, istirahət xərcləri 5,6%, səhiyyə xərcləri isə 3,5% artıb.

  • Dövlət Agentliyi: İşəgötürənlərin kadrlara tələbatı nəzərə alınmalıdır

    Peşə təhsili müəssisələrinə cəlb olunan mütəxəssislərin stimullaşdırılması baxımından onlara verilən məvacib ən azından peşə təhsili müəssisəsində olan ustanın əməkhaqqı səviyyəsinə uyğunlaşdırılmalıdır.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, Strateji Yol Xəritəsinə əsasən işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını təmin etmək üçün onların tələbatı nəzər alınmaqla kadr hazırlığı aparılmalıdır:

    “Bu, diplomlu işsizlərin cəmiyyət üçün istehsalı deməkdir. Buna görə də istənilən sahədə işəgötürənlərin kadrlara olan tələbatı nəzərə alınmalıdır. İşəgötürənləri peşə təhsilinə inteqrasiyaya stimullaşdırmaq üçün həm “Peşə təhsili haqqında” qanunda xüsusi müddəlar nəzərdə tutulub, həm də bu, Strateji Yol Xəritəsində öz əksini tapıb. Qaydalar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Müvafiq qurumların rəy və təklifləri Təhsil Nazirliyinə daxil olduqdan sonra layihəyə yenidən baxılacaq. Hazırda bu təkliflər nəzərə alınmaqla layihə üzrə iş davam etdirilir. Yaxın vaxtlarda layihə yenidən aidiyyəti qurumlara təqdim ediləcək”.

    A.Əlili əlavə edib ki, qaydalar layihəsində “Peşə təhsili haqqında” qanunda nəzərdə tutulan məsələlərlə bağlı təkliflər də irəli sürülüb.

  • Девушка впала в кому после укола стоматолога

    В Азербайджане девушка впала в кому во время визита к стоматологу. Инцидент произошел в Джалилабаде, передаёт Median.Az со ссылкой на Baku.ws

    Проживавшая по адресу Вугар Мурсалов 44, Шахбазова Кенуль Бавядар гызы 1991 года рождения, обратилась в один из местных стоматологических пунктов, чтобы удалить зуб.

    Стоматолог по имени Муса для удаления зуба сделал пациентке три укола подряд.

    Во время удаления зуба пациентка потеряла сознание. Кенуль Шахбазова была доставлена в центральную районную больницу Джалилабада, где стало известно, что она впала в кому.

    Хотя пациентка вышла из комы через несколько дней после вмешательства врачей, ее состояние все еще остается критическим.

    Сообщается, что работающий в качестве стоматолога Муса не имеет медицинского образования и лицензии.

  • General bölmələrin qışa hazırlığını yoxladı – FOTO

    Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi heyət və hərbi birliyin komandanlığı cəbhəboyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olub.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Səfər zamanı bölmələrin qışa hazırlıq işlərinin keyfiyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatı yoxlanılıb.

    Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan nazir müavini qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi ilə əlaqədar müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələblərini vəzifəli şəxslərə çatdırıb və konkret tapşırıqlar verib.

  • Dişini çəkdirmək istəyən qız komaya düşdü – “Həkim”in tibbi təhsili yox imiş

    Cəlilabadda dişini çəkdirmək istəyən pasiyent komaya düşüb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, Vüqar Mürsəlov küçəsi 44 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişi ağrıdığı üçün rayondakı stomatoloji məntəqələrdən birinə müraciət edib.

    Həkim xəstənin dişini keyitmək üçün üç iynə vurub. Diş çəkilən zaman K.Şahbazova huşunu itirib. Bundan sonra xəstə dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun komaya düşdüyü məlum olub.

    Həkimlərin səyi nəticəsində qız komadan çıxarılıb. Diş həkiminin tibbi təhsili və fəaliyyət göstərməsi üçün lisenziyasının olmadığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.