Month: August 2019

  • Peşə məktəblərində ixtisasların sayı azalıb: Onlara tələbat yoxdur

    Ötən il 168 ixtisas üzrə kadr hazırlığı aparılıb. Daha əvvəl isə bu say 176 idi. Çünki bəzi ixtisaslara təlabat yoxdur.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, Azərbaycanda peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılacaq:

    “Bu gün peşə təhsili təsnifatına daxil olan ixtisasların çoxu mövcud əmək bazarının tələbatına uyğun deyil.

    Hər il təsnifata yeni ixtisaslar daxil olur. Amma yenə də təsnifatın yenilənməsinə ehtiyac duyulur. Bu, qısa müddətli iş deyil. Bu istiqamətdə işlər aparılacaq”.

  • Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

    Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində 145 ixtisas üzrə sənəd qəbulu həyata keçiriləcək:

    “Bunlardan 23-ü tam yeni ixtisaslardır. Onlardan 14-ü peşə təsnifatına yeni daxil edilib. 9-u isə təsnifatda olub indiyə kimi tədris olunmayan ixtisaslar idi. Ümumilikdə isə yeni tədris ilində tədris proqramları və kurikulum əsasında dərslər keçiriləcək. Əsas sənaye və innovasiyalar sahələri üzrə kadr hazırlığı nəzərdə tutulur”.

    Amil Əlili qeyd edib ki, bu il də sənəd qəbulu “ASAN xidmət”lə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək:

    “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi də nəzərdə tutulur”.

    Qeyd edilib ki, sənəd qəbulu prosesinə mərkəzin 120 könüllüsü cəlb olunacaq.

  • Şabranda kütləvi zəhərlənmə: nazirlik tortdan olmadığını deyir – YENİLƏNİB

    Səhiyyə Nazirliyi Şabranda kütləvi zəhərlənməyə münasibət bildirib.

    Nazirlikdən oxu.az-a verilən məlumata görə, zəhərlənənmə ilə müraciət edənlərin sayı 30 yox, 15 nəfərdir:

    “Eyni məclisdə qida zəhərlənməsi ilə bağlı Şabran Rayon Mərkəzi Xəsətəxanasına 15 nəfər müraciət edib. Onların konkret tortdan zəhərləndiklərini demək olmaz.

    Bəziləri digər qidaları yedikdən sonra vəziyyətlərinin pisləşdiyini deyir. Bundan əlavə daha 3 nəfər də qida zəhərlənməsi ehtimalı ilə müraciət edib. Lakin onlar həmin ad günü məclisində olan adamlar deyil. Müraciət edən şəxslərin mədəsi yuyulub. Vəziyyətləri stabildir. Ehtiyat məqsədi ilə həkim nəzarətində saxlanılırlar”.

    ***

    Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, iki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

    Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, həkim İmamqulu İbrahimov saytımıza açıqlamasında bildirib ki, zəhərlənmə tortdan baş verib.

    Ad günü mərasimində olan şəxslər müxtəlif vaxtlarda halsızlıq şikayəti ilə xəstəxanaya müraciət ediblər.

    “Bu gün səhər də bir müraciətimiz oldu. Təxminən 30-a yaxın adam xəstəxanaya gəlib. Amma həyati təhlükə yoxdur”, – deyə həkim bildirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda siqaret çəkən və içki içənlərin sayı artıb

    2019-cu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8041,7 milyon manat olub.

    Median.Az-ın məlumatına görə, bu haqda Oxu.Az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

    Qeyd olunub ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4523,1 milyon manata bərabər olub.

    Həmçinin İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

  • Xəzərdə daha bir boğulma – Bu dəfə qurban 11 yaşlı oğlandır

    Xaçmazda 11 yaşlı uşaq dənizdə batıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə Xəzər dənizinin Xaçmaz sahilində qeydə alınıb.

    Batan azyaşlı Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini Həsənov Polad İlham oğludur.

    Hazırda axtarışlar davam edir.

  • Спасатели ищут утонувшего в Куре – ОБНОВЛЕНО

    Стала известна личность человека, утонувшего в реке Кура на территории села Варвара Евлахского района Азербайджана.

    Как передает Median.Az со ссылкой на oxu.az, им оказался житель Евлахского района Насибзаде Насиб Маариф оглу 1991 года рождения.

    Спасатели продолжают искать его тело .

    * * * * *

    На «горячую линию» 112 Министерства по чрезвычайным ситуациям Азербайджана поступило сообщение о том, что в реке Куре на территории села Варвара в Евлахском районе утонул человек.

    Как сообщили в МЧС, к поискам утонувшего приступила группа спасателей-водолазов.

    Позднее будет предоставлена дополнительная информация.

  • Üzmək üçün Kürə getdi, FHN indi onu axtarır – YENİLƏNİB

    Kür çayında batan şəxsin kimliyi məlum olub.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Kür çayının Varvara kəndindən keçən hissəsində üzərkən batan şəxs Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Nəsib Maarif oğlu Nəsibzadədir.

    Batan şəxsin axtarışları davam etdirilir.

    * * * * *

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Претенденты на должности директоров школ сдают тестовый экзамен

    Сегодня, 2 августа, состоится этап тестовых экзаменов конкурса по приему на должности директоров государственных общеобразовательных учреждений.

    Как сообщили в Минобразования Азербайджана, экзамены состоятся в спортивном зале Азербайджанского технического университета. В этом этапе должны принять участие более 2000 кандидатов, электронные заявления которых были подтверждены.

    Кандидаты должны будут ответить на 60 тестовых заданий на такие темы, как трудовое и образовательное законодательство, управление и логика.

    Проходной балл будет определяться с учетом результатов кандидатов и количества вакансий.

    Отметим, что конкурс по приему на должности директоров школ состоит из четырех этапов (прием электронных заявлений, тестовый экзамен, конкурс и занятие вакантных мест). На конкурс выставлено около 500 вакансий.

  • Direktorların imtahanı başlayır

    Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün başlayır.

    Nazirlikdən verilən məlumata görə, imtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.

    İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq.

    Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

    Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

  • Еще два бакинских пляжа включены в «черный список»

    Сотрудники Управления каспийского комплексного экологического мониторинга Министерства экологии и природных ресурсов Азербайджана с 25 июля по 1 августа провели очередной мониторинг морской воды на пляжах. Были проведены микробиологические анализы.

    Согласно результатам нынешних анализов пляжи в поселках Бузовна и Шувелян самые грязные.

    Об этом журналистам заявила сотрудница управления Нармин Бабашова.

    По ее словам, на Абшеронском полуострове, за исключением пляжей в поселках Бильгя, Нардаран, Пиршаги, Загульба и Мардакян, пляжи на территории Сумгайыта, поселков Новханы, Бузовна, Шувелян, Тюркан, Говсан, Ших, Сахиль, а также в Яламе, Сейидлер, Истису (Мухтадыр), Набрань в Хачмазском районе, на территории Лянкярана и Астары с микробиологической точки зрения грязные:

    «Пляжи Бузовны и Шувеляна стали грязными потому что функционирующие там центры отдыха начали работать в полную силу и сточные воды без очистки сбрасываются в море».