Month: August 2019

  • Daha iki çimərlik “qara siyahı”ya düşdü – Üzmək olmaz

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-dək çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər. Ərazidə mikrobioloji təhlillər aparılıb. Bu dəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir.

    Bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova deyib.

    Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zuğulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir:

    “Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır”.

  • Su motorunu təmir etmək istədi, həyatından oldu

    Xaçmazda bədbəxt hadisə baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini 50 yaşlı Oqtay Şıxsadat oğlu Hüseynovu elektrik cərəyanı vuraraq öldürüb.

    Hadisə O.Hüseynovun öz evində su motoronu təmir etdiyi vaxt baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəbələdə musiqi bayramı başladı: Mehriban Əliyevadan təbrik – FOTO

    Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

    Məktubda deyilir:

    “Hörmətli festival iştirakçıları. Əziz dostlar.

    Sizi – XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını səmimi qəlbdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram.

    Mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub. Bu gün də müasir cəmiyyətin həyatında, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınmadan beynəlxalq əlaqələrin, xalqlar arasında əməkdaşlığın səmərəliliyi hiss oluna bilməz.

    Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə – forum, konfrans və festivallara ev sahibliyi edir. Azərbaycanın başladığı və mədəniyyətlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş “Bakı Prosesi” çərçivəsində bu ilin aprel ayında biz V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. İyun ayında Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyanın keçirildiyi tarix bizim üçün əlamətdar hadisə ilə yadda qaldı – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkidə yerləşən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

    Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu münasibətlə payız aylarında təşkil olunacaq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir. Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESCO-nun xoşməramlı səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm.

    Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir.

    Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

    Açılış mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib:

    “Əsası ulu öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən qoyulan bu festival öz əhəmiyyətinə görə artıq dünyanın hər yerində tanınır. Bu festival ölkəmizlə bərabər inkişaf edir. İnkişaf edərək böyüyür, gözəlləşir, əhatə dairəsi genişlənir. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. İndi dünyanın ən uzaq ölkələrindən – Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Bu festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik”.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi bir dövrə təsadüf etdiyini vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

    Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

  • Nazirliklərin qazı kəsiləcək

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat və N.Nərimanov prospektləri, Şərifzadə, H.Cavid küçələri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, Gömrük komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılacaq.

    Bundan başqa, bu gün səhər saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində qaz təchizatı dayandırılacaq.

    Eyni zamanda, saat 09:30-dan 17:30-dək müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar İsmayıllı rayonunun 2 yaşayış məntəqəsində də qaz təchizatı dayandırılacaq.

  • Внучка Роберта Кеннеди умерла от передозировки наркотиков

    Внучка американского политика, бывшего генерального прокурора Роберта Кеннеди – младшего брата 35-го президента США – Сирша Кеннеди Хилл умерла в четверг в результате передозировки наркотиками.

    Об этом сообщила газета The New York Times со ссылкой на источник.

    По ее данным, 22-летняя девушка умерла в семейном поместье Кеннеди в местечке Хайэннис-порт (штат Массачусетс). В заявлении родственники погибшей отметили, что «ее сердце было наполнено мечтами, надеждами и любовью».

    Правоохранительные органы начали расследование. Официально причина смерти на данный момент не подтверждена.

    The New York Times отмечает, что девушка ранее признавалась в том, что страдает от депрессии. Сирша Кеннеди была единственным ребенком Кортни Кеннеди Хилл – дочки Роберта Кеннеди и его супруги Этель Кеннеди, и Пола Майкла Хилла.

    Роберт Кеннеди (1925-1968 годы) был третьим из четырех сыновей семейства Кеннеди. Занимал с 1961 года по 1964 год по назначению своего старшего брата – президента США Джона Кеннеди (1917-1963 годы) – пост генерального прокурора США. Скончался 6 июня 1968 года после смертельного огнестрельного ранения в результате покушения, совершенного днем ранее.

  • Robert Kennedinin nəvəsi narkotikdən öldü

    Amerika siyasətçisi, keçmiş baş prokuror Robert Kennedinin nəvəsi Sirşa narkotikdən dünyasını dəyişib.

    Bu haqda “The New York Times” xəbər verir.

    22 yaşlı Sirşa Kennedilərin ailəvi mülkü Xayennis-portda ölüb. Qızın uzun müddət depressiyadan əziyyət çəkdiyi bildirilir.

    Hüquq-mühafizə orqanları ölümün araşdırlmasına başlayıblar.

    Robert Kennedi 1961-64 illərdə qardaşı, prezident Con Kennedinin təyinatı ilə baş prokuror vəzifəsində çalışıb. O, 1968-ci ildə qatil gülləsinə tuş gələrək dünyasını dəyişib.

  • Sabunçuda tanımadığı şəxslər 32 yaşlı kişini yaraladılar

    Sabunçu rayonunda orta yaşlı kişi bıçaqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində baş verib.

    1987-ci il təvəllüdlü Səfərov Vüsal Şakir oğlu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

    Yaralı xəstəxanaya çatdırılıb və təcili olaraq cərrahi əməliyyat edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Nikahdankənar doğulan uşaqların sayı açıqlandı – Kəndlərdə vəziyyət qəlizdir

    Hər il kənd yerlərində nikahdankənar doğulan uşaqların sayı çoxalır.

    Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova məlumat verib.

    A.Veysəlova nikahdankənar doğulmaların sayında həmişə dəyişkənliyin olduğunu bildirib:

    “Bu rəqəmlər hər il gah azalır, gah da artır. 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı daha çox idi. Həmin il 30 983 uşaq doğulub. Amma 2011-ci ildən başlayaraq indiyədək bu rəqəmlərdə azalma var. Sonuncu rəqəmlər artıq 20 min civarındadır. Bununla belə, şəhər yerlərinə nisbətdə kəndlərdə bu göstərici çoxluq təşkil edir”.

    O qeyd edib ki, verilən rəqəmlər ümumi xarakter daşıyır:

    “Amma qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların qeydiyyatının aparılması ilə bağlı başqa yanaşma da var. Belə ki, Ədliyyə Nazirliyinə hər iki valideynin və ya tək qadının ərizəsi ilə müraciət edilir. Məsələn, bəzən normal ailələrdə 4 və ya 5 uşaq olmasına rəğmən, ailə başçılarının rəsmi nikahı olmur, münasibətlərini hansısa səbəblərdən rəsmiləşdirə bilmirlər. Amma valideynlər öz uşaqlarından imtina etmir, normal ailə münasibətləri çərcivəsində yaşayırlar. Biz belə ailələrə öz maarifləndirici təlimlərimiz zamanı rəsmi nikahla bağlı məsləhətlər veririk. Çünki bu, çox mühüm məsələdir. Rəsmi nikah həm uşağın, həm ananın, həm də atanın hüquqlarının qorunması və digər məsələlərdə mühüm amildir”.


    Komitə rəsmisinin sözlərinə görə, narahatedici və düşündürücü məqam tək ananın ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib doğum haqqında şahədətnamə almasıdır:

    “Tək qadınlar qeyri-rəsmi nikahda olan qadınların çox az hissəsini təşkil edir. Bunun səbəblərini araşdırmaq lazımdır. Çünki ola bilər ki, xanım hamilə olduğu zaman əri rəhmətə gedə və ya boşanma prosesi ola bilər. Ötəri münasibətlər nəticəsində, yarımçıq qeyri-rəsmi əlaqə nəticəsində doğulan uşaqlar da olur”.

    A.Veysəlova vurğulayıb ki, 2011-ci il də daxil olmaqla, bu cür uşaqların doğulma dinamikasında artım var idi. Amma 2011-ci ildən etibarən azalma müşahidə edilir:

    “Deməli, insanlar nikah məsələlərinə artıq çox məsuliyyətlə yanaşırlar. Münasibətlərin rəsmiləşdirilməsi hər cəhətdən faydalıdır. Bu, bir prosedur qaydasıdır. Həm də hüquqların müdafiəsi üçün çox önəmlidir. Xüsusilə dünyaya gələn uşaqların hüquqlarının qorunması, vətəndaşlığının müəyyən olunması, doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin alınması və digər məsələlərə görə lazımdır.

    Amma kənd yerlərində problemlər çoxdur. Onu da bildirim ki, rayon yerlərində daha çox azərbaycanlı olmasına baxmayaraq, Rusiya, Gürcüstan və ya başqa ölkə vətəndaşı olan şəxslər nikah bağlamırlar. Çünki həmin ölkədə nikahda olmaması barədə sənəd hansısa səbəblərdən təqdim edilmir. Hətta şəxsiyyət vəsiqəsinin vaxtının keçməsinə rəğmən, onu gedib dəyişdirməyənlər də var. Bu halda nikah rəsmi olaraq qeydə alınmır. Kənd yerlərində bu cür sənədləşmə problemləri var”.


    O vurğulayıb ki, bütövlükdə 1990-cı illərlə müqayisədə rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artmaqdadır:

    “Qeyd edim ki, 1990-cı illərdə nikahdankənar doğulan uşaqlar şəhər yerlərində daha çox idi. 2003-cü ildən etibarən kənd yerlərində doğulan belə uşaqların sayında artım var. 2017-ci ildə şəhərdə 8167, kənd yerlərində isə 14 629 belə uşaq doğulub. Ümumiyyətlə, 2016-cı ildə 26 288, 2017-ci ildə 22 796, 2018-ci ildə isə 20 716 uşaq nikahdankənar doğulub. Göründüyü kimi, ilbəil nikahdankənar doğulan uşaqların sayı azalır.

    Rəsmi nikahları olmasa da, 2017-ci ildə Ədliyyə Nazirliyinə hər iki valideyn tərəfindən 16 471 uşaq üçün ərizə təqdim olunub. Həmin ildə yalnız tək ana tərəfindən 6325 müraciət daxil olub”.

  • В Саудовской Аравии женщинам разрешено путешествовать в одиночку

    Власти Саудовской Аравии расширили список действий, который разрешено совершать женщинам из королевства. Об этом пишет «Газета.ру»

    Отмечается, что теперь женщины, достигшие 21 года, смогут самостоятельно получать паспорт для вылета за границу без согласия опекуна мужского пола.

    Кроме того, девушкам разрешили становиться опекуном несовершеннолетних, а также регистрировать новорожденных в государственных органах.

  • Səudiyyə Ərəbistanında qadınlara təklikdə səyahət etməyə icazə verildi

    Səudiyyə Ərəbistanının rəhbərliyi qadınlara icazə olunan hərəkətlərin sayını artırıb.

    “Gazeta.ru” xəbər verir ki, bundan sonra 21 yaşına çatmış qadınlar kişisiz xaricə sayahət edə bilərlər.

    Bundan əlavə qadınlar yetkinlik yaşına çatmamış uşaqları himayəyə götürə bilərlər və yeni doğulmuş körpələri dövlət orqanlarında qeydiyyatdan keçirmək hüququ əldə etmiş olurlar.