Month: August 2019

  • ABŞ-da qaz kəməri partladı: ölən var

    ABŞ-ın Kentukki ştatında qaz kəməri partlayıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 1 nəfər həlak olub.

    Partlayışdan sonra başlayan yanğın kəmərin ətrafındakı evlərə keçib. Bölgədə sakinlərin təxliyəsi aparılır.

    Yanğının qarşısının alınması üçün 10 yanğınsöndürmə briqadası cəlb edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.

  • İlham Əliyev bir qrup şəxsə orden və medallar verdi – SİYAHI

    Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, 2019-cu il 30 iyun-10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilirər:

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Qarayev Əbülfəs Mürsəl oğlu

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Məmmədəliyeva Sevda Yusuf qızı

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Kərimov Anar Qabil oğlu

    “Tərəqqi” medalı ilə

    Abbəkirov Ramil Ələkbər oğlu

    Axundov Tamerlan Məmmədbağır oğlu

    Əliyev Rəşad Rahib oğlu

    Həsənov Seymur Qadir oğlu

    İbrahimova Xumar Asif qızı

    Qəmbərova Təranə Əlikram qızı.

  • Şamaxıda bədbəxt hadisə: kombayn sürücünün üstünə aşdı

    Taxıl biçini zamanı kombayn sürücünün üzərinə aşıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şamaxıda baş verib.

    Şamaxı rayon Dəmirçi kənd sakini 1976-cı il təvəllüdlü Ağayev Niyaməddin Ağaəli oğlu taxıl biçərkən texniki problem yaranıb.

    Kombayndan yerə enən sürücü texnikanı təmir etmək istəyib. Anidən kombayn onun üzərinə aşıb.

    Xoşbəxtlikdən yaxınlıqdakı insanlar onun köməyinə gəlib.

    N.Ağayev ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

    Cərrahiyə şöbəsində müalicəsi davam edən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sibirdəki yanğınların kosmosdan şəkilləri çəkildi – FOTO

    Sibirdə başlayan və bir həftədir davam edən yanğınları söndürmək mümkün olmur.

    “RİA Novosti” xəbər verir ki, Rusiya hökuməti bununla bağlı ərazidə fövqəladə vəziyyət elan edib və yanğınla mübarizə məqsədilə xüsusi komitələr təşkil olunub.

    Artıq yanğın ocaqlarının müəyyənləşdirilməsi və birbaşa mənbəyə müdaxilə etmək üçün kosmosdan fotolar da çəkilib.


    Rusiya Kosmik Agentliyinin əldə etdiyi görüntülərə əsasən, əsas atəş ocaqlarının Saxa Respublikası, Buryatiya və İrkutsk bölgəsi, eyni zamanda, Krasnoyarsk və Xabarovsk əyalətlərində olduğu müəyyən edilib.

    Təxminən 500-ə qədər ocaq aşkarlanıb.

    Qeyd edək ki, iyulun 25-də başlamış yanğın əsasən Sibirdə, Arktikanın bəzi hissələrində üç milyon hektaradək ərazini əhatə edir və yayılmaqda davam edir.

  • BP Azərbaycandan olan işçilərinin sayını açıqladı

    2019-cu ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2510 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

    Median.Az xəbər verir ki, BP-nin Bakı ofisindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

    Bu ilin birinci yarısı ərzində BP Azərbaycan şirkətinin on yerli işçisi BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.

  • Yakutiyada fövqəladə vəziyyət elan edildi

    Rusiyanın Yakutiya respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, respublikanın rəhbəri Aysen Nikolayev bununla bağlı avqustun 1-də fərman imzalayıb.

    Hazırda Yakutiyada ümumi ərazisi 1431 hektarı əhatə edən 20 meşə yanğınının qarşısının alınması üçün mübarizə aparılır.

    Yanğınların söndürülməsi üçün 700-ə yaxın yanğınsöndürən, o cümlədən paraşütçü və desantçı yanğınsöndürənlər cəlb edilib.

  • Назван популярный овощ, разрушающий зубную эмаль

    В большей части населения нашей страны наиболее популярным и востребованным овощем является картофель. Но этот овощ, констатируют специалисты, способен «убить» наши зубы.

    Все дело в кариесе, который возникает почти 90 процентов населения. Кариес может перерасти в пульпит, что приводит к удалению нерва, и зуб становится «мертвым», информирует enovosty.com.

    Первый признак появления кариеса — генетическая предрасположенность, но если питаться правильно, то появления кариеса можно избежать. Врачи-стоматологи советуют исключить из рациона некоторые продукты, главный из которых — картофель.

    Причина кроется в том, что в картофеле повышенное содержание крахмала, который, попадая в рот, производит молочную кислоту, и, в свою очередь размягчает эмаль зубов.

    Достаточно нескольких минут и уровень кислотности в полости рта приближается к нулю, появляются вредные бактерии, которые портят эмаль. При воздействии крахмала и слюны производятся крахмалистые продукты, они превращаются в глюкозу, которая также повреждает эмаль.

  • Prokurorluq orqanlarına qəbulla bağlı imtahanın vaxtı açıqlandı

    Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant 80 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 2-də saat 18:00-da başa çatacaqdır.

    Baş prokurorluqdan verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 9 avqust 2019-cu il tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçirilməsi nəzərdə tutulur.

    Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər 7-8 avqust 2019-cu il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcəkdir.

    Məlumat üçün bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 1 iyul 2019-cu il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilmişdir.

    Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.//milli.az

  • Məşhur dünya çempionu 8 yaşlı qızına təcavüz edirmiş – 18 il CƏZA ALDI

    Boks üzrə argentinalı keçmiş dünya çempionu Karlos Baldomir qızına qarşı zorakılığa görə 18 il həbs cəzasına məhkum edilib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, istintaq, Baldomirin öz qızına uşağın səkkiz yaşından təcavüz edirmiş. Prokurorluq 14 şahidin ifadəsinə etibar edib. Baldomir qızına qarşı bir neçə cinsi istismar epizodu ilə təqsirli bilinib.

    Qeyd edək ki, Baldomir karyerasını 2014-cü ildə başa vurub. 2006-cı ilin iyul ayında Arturo Gattini məğlub edərək Dünya Boks Şurasının (WBC) dünya çempionu kəmərini qazanıb. Həmin ilin noyabrında amerikalı Floyd Mayweatherə uduzaraq titulunu itirib. Baldomir karyerası ərzində 49 qələbə qazanıb və 16 məğlubiyyətə uğrayıb.

  • В Агдаше будет проложена новая дорога

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по строительству автомобильной дороги Орта Гасил-Шордехне-Гараган-Шыхлар-Кюкяль-Эреб-Икинджи Арал Агдашского района, передает Азертадж.

    Согласно распоряжению, что с целью строительства автомобильной дороги Орта Гасил-Шордехне-Гараган-Шыхлар-Кюкяль-Эреб-Икинджи Арал, соединяющей 16 населенных пунктов с населением численностью 17 тысяч человек, из средств, предусмотренных для строительства и реконструкции автомобильных дорог в разделе государственных капиталовложений расходной части госбюджета на 2019 год, Государственному агентству автомобильных дорог Азербайджана выделяются 18,7 миллиона манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в этом распоряжении.

    Кабинету министров поручено решить вопросы, вытекающие из настоящего распоряжения.