Month: August 2019

  • Zəvvarlara Həcc təlimi keçirilib

    Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarlara Heydər Məscidində təlim keçirilib.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, məscidin imamı hacı Rüfət Qarayev zəvvarları Həcc ziyarətinin texniki və şəriət məsələləri ilə bağlı məlumatlandırıb.

    Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az -a bildirilib ki, zəvvarların ilk qruppası avqustun 2-də gecə saat 03:30-da yola çıxacaq. Ümumillikdə avqustun 2-də iki təyyarə reysi ilə 8 qrup gedəcək.

    Zəvvarların gedişi avqustun 2-dən 6-dək davam edəcək.

    Qeyd edək ki, ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

    Azərbaycana ayrılan kvota dolub.

    Bu il Həcc ziyarətinin qiyməti 4285 dollardır.

    Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

    Ziyarətdən dönüş avqustun 21-dən 25-dək baş tutacaq.

  • Arvadını öldürüb polisə zəng edərək “Namusumu təmizlədim, gəl məni tut” deyib

    49 yaşlı Tufan Qurbanov 22 illik ömür-gün yoldaşını namus üstündə qətlə yetirdiyini deyir. Arvadına 18 bıçaq zərbəsi endirən ərin ürəyi bununla soyumayıb, onun boğazını kəsib.

    Polislər tərəfindən həbs olunan Tufan Qurbanov üzünü hadisə yerinə toplaşanlara tutaraq “qonşular, eşidin, mən namusumu təmizlədim” deyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bakı şəhər sakini Tufan Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə şahid qismində Gülay Muradova ifadə verib. O, ifadəsində mərhumla qohumluq əlaqələri olmadığını, onların həyətində kirayə yaşadıqlarını deyib: “Hadisə baş verən gün evdə idim. Qışqırıq səsi eşitdim. Anası qışqırırdı, deyirdi ki, “öldürdü”. Sonra polislər gəldilər. Qətlin nə səbəbə görə baş veridyini bilmirəm. Özü deyirdi ki, xəyanətə görə öldürüb”.

    Tərəflərin suallarını cavablandıran şahid mərhum Lalənin kiminlə yazışdığını bilmədiyini söyləyib: “Whatsapp”da statusda şəkil paylaşırdı. Bir kişi ilə çəkdirmişdi. Həmin kişinin kim olduğunu bilmirəm. Şəkli ötəri görmüşdüm”.

    Təqsirləndirilən T.Qurbanov yerindən replika verib: “Yazışırdı da, görüşürdü də, neçə dəfə özüm tutmuşam. Mənim uşaqlarımın yanında başqa kişi ilə danışırdı, görüşürdü”.

    Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər aşkarlanıb. Onun istintaqa verdiyi ifadəsi elan edilib. İstintaq zamanı G.Muradova ifadəsində Lalənin dəniz kənarında bir kişi ilə şəkil çəkdirdiyini, həmin şəkli statusa qoyduğunu göstərib…

    Məhkəmə digər şahid Ənvər Quliyevin məcburi gətirilməsi barədə qərar çıxarıb.

    Məhkəmə prosesi avqustun 29 -da davam edəcək.

    Qətl hadisəsi bu il fevralın 11-də Binəqədi rayonu, İsfahanlı küçəsində baş verib. 40 yaşlı Lalə Qurbanova xüsusi amansızlıqla qətlə yetirilib. Onun əri Tufan Qurbanov mətbəx bıçağı ilə qadına 18 zərbə vurub. Daha sonra isə boğazını kəsib.

    İttihama görə, T.Qurbanov arvadını, başqa şəxslə münasibətdə olduğu üçün qətlə yetirib. O deyib ki, yaşadığı məhəllədə biabır olduğuna görə bu hadisəni törədib. Hadisədən sonra özü sahə müvəkkilinə zəng vurub deyib ki, “namusumu təmizlədim, gəl məni tut, apar”.

    Mərhumun anası isə deyilənləri təkzib edir, qızına şər atıldığını, boşanmaq istədiyi üçün əri tərəfindən öldürüldüyünü iddia edir. O, üç uşaq anası olan Lalənin ər evində zülm çəkdiyini, döyüldüyünü, işgəncələrə məruz qaldığını, gecə saatlarında dəfələrlə döyülüb evdən qovulduğunu, əriştə kəsib, düşbərə büküb sataraq pul qazandığını deyib: “Mənim qızım ərinə xəyanət etməyib. Qızımı şərləyirlər”.

  • Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşamsaat22:00-danBakı şəhəri,Yasamal rayonu Şərifzadəküçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

    Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.//lent.az

  • Ильхам Алиев выделил 18,7 млн на строительство дороги

    Президент Ильхам Алиев подписал распоряжение о мероприятиях по строительству автомобильной дороги Орта-Гасил-Шордахна-Гараган-Шыхлар-Кюкяль-Араб-Икинджи Арал в Агдашском районе.

    Согласно распоряжению, на строительство дороги, соединяющей 16 населенных пунктов с населением 17 тысяч человек, Государственному агентству автомобильных дорог выделено из госбюджета 18,7 млн манатов.

    Минфину поручено обеспечит финансирование в сумме, указанной в распоряжении, Кабмину – решить вытекающие из распоряжения вопросы.

  • İlham Əliyev dövlət büdcəsindən 18,7 milyon manat ayırdı

    Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunur ki, 17 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

    Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Gəmi ilə xeyli tekstil məmulatı gətirib gömrükçüləri aldatmaq istədilər – VİDEO

    Azərbaycan gömrükçüləri külli miqdarda tekstil məmulatlarının gömrük orqanına düzgün bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postuna Türkmənistandan tekstil məmulatlarının yükləndiyi “Fikrət Əmirov” adlı gəmi daxil olub. Türkmənistan istehsalı olan 1853 kq çəkidə 15 min kv.m və 3 min kq çəkidə 20 min kv.m həcmdə tekstil məmulatları “Arçın KM” MMC-nin ünvanına göndərilib.

    “Arçın KM” MMC həmin malları müvafiq gömrük bəyannamələri üzrə sərbəst dövriyyə üçün buraxılış proseduru altında rəsmiləşdirib. Gömrük bəyannamələri Baş İdarədə qəbul edildikdən sonra idxal olunan mallar gömrük postunun ərazisinə boşaldılıb.

    Gömrük baxışı zamanı idxal olunan malların gömrük bəyannamələri və mal-müşayiət sənədlərində göstərilən miqdarından artıq – 400 ədəd müxtəlif tekstil məmulatları, 700 metr parça və 17 min kv.m bez parçası malları aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rəsmi Bakı: Erməni nazir “sabitlik” sözünü düzgün başa düşmür

    Rəsmi Bakı Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın fikirlərinə reaksiya verib.

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində yazıb ki, Ermənistanın xarici işlər naziri “sabitlik” sözünün mənasını düzgün başa düşmür.

    XİN rəsmisi Mnatsakanyanın Ermənistanı “sabitlik adası” adlandırmasını belə əsaslandırıb ki, erməni nazir bu sözü düzgün anlamır.

    “Başqa dövlətin torpaqlarını işğal altında tutan və etnik təmizləmə aparan təcavüzkar necə “sabitlik adası” ola bilər? İlk növbədə beynəlxalq hüquqa hörmət etmək lazımdır!”, – deyə L.Abdullayeva bildirib.

  • В Баку выявлена аптека, где сбывались психотропные препараты

    Как сообщает Median.Az, сотрудники Шабранского РОП на основании полученной оперативной информации задержали жителя столицы Э.Мамедова, у которого обнаружили 30 таблеток “Трамадол”а.

    Во время допроса он признался в том что, приобрел психотропные препараты в одном из аптек в г.Баку.

    В результате осмотра в указанной аптеке полицейские обнаружили 280 таблеток “Трамадол”а и 42 пакетов марганца.

  • Bakıda psixotrop həblər satan aptek aşkarlanıb


    Median.Az
    xəbər verir ki, daxil olan məlumat əsasında Şabran RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Məmmədovdan 30 ədəd tramadol həbi götürülüb.

    Saxlanılan şəxsin həbləri Bakı şəhərindəki apteklərin birindən satın alması müəyyən edilib.

    Həmin aptekə baxış zamanı oradan 280 ədəd tramadol həbi və 42 ədəd xırda sellofan bükümündə marqanes aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olundu – SİYAHI

    Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olunan abituriyentlər haqqında statistikalar açıqlanıb. 
    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2019/2020-ci tədris ilində 3 nəfər incəsənət sahəsi üzrə, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan “Internatİonal Baccalaureate” təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub. 

    Müsabiqədənkənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar.

    Digər müsabiqə iştirakçılarının nəzərinə çatdırılır ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.

    Həmin siyahı ilə BURADAN tanış ola bilərsiniz.

    1 nəfər “Internatİonal Baccalaureate” təhsil proqramı məzunu isə ADA Universiteti “Beynəlxalq münasibətlər” ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub.

    5 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

    Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən, 12 nəfər “Kompüter elmləri”, 5 nəfər “Kompüter mühəndisliyi”, 3 nəfər “İnformasiya texnologiyaları”, 22 nəfər “İqtisadiyyat”, 21 nəfər “Beynəlxalq münasibətlər”, 36 nəfər “Biznesin idarəolunması”, 5 nəfər isə “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə ADA Universitetinə qəbul olub.