Month: August 2019

  • Təhsil naziri şagirdlərlə bağlı əmr imzaladı

    Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.

    Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” 15 avqust 2019-cu il tarixindən istifadəyə veriləcək.
    Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

  • Nura Suri bikinidə – 43 yaşlı ifaçı qüsursuz bədənilə heyran etdi – FOTO

    Türkiyənin turizm bölgələrinin birində dincələn Nura Suri çimərlik geyimində şəkillər paylaşıb.

    Median.Az xəbər verir ki, ifaçının “İnstagram” hesabında paylaşdığı fotolara izləyicilərdən çoxsayda bəyənmə gəlib.

    43 yaşlı, üstəlik də üç uşaq anası olan sənətçinin qüsursuz bədəni hər kəsi heyran edib.

    Fotolara nəzər saldıqda Nura Surinin sinəsini böyütməsi diqqətdən yayınmayıb.

  • Damladan yeni KLİP

    Azərbaycanlı müğənni Damla yeni mahnısını izləyicilərinə təqdim edəcək.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, o bu haqda “instagram” səhifəsində məlumat verib.

    Müğənni bildirib ki,”Şansın yox” adlı yeni mahnı və klip sabah yayımlanacaq.

  • Госагентство предупреждает столичных водителей

    В целях обеспечения безопасного движения транспортных средств сегодня с 22:00 Государственное агентство автомобильных дорог Азербайджана будет проводить работы по нанесению дорожной разметки на улице Шарифзаде Ясамальского района Баку, передает Trend.

    По этой причине агентство призывает водителей соблюдать осторожность, следовать временным дорожным знака и правилам дорожного движения, при движении по этой улице.

  • Azərbaycanlı həkim axtarışa verildi – İnsan alverinə görə

    Gürcüstanda fəaliyyət göstərən “Lanset” klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat “İnterpol”un rəsmi saytında yerləşdirilib.

    İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir.

    Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu “İnterpol” xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb.

    “Ceyranlı Fərman Cahan oğlu – 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. “İnterpol” kanalları ilə beynəlxalq axtarışdadır”,- deyə rəsmi məlumatda qeyd olunur.

    Qeyd edək ki, adıçəkilən şəxs iki il öncə Gürcüstanda “Lanset” klinikasında baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib. Ona 6 il həbs cəzası verilib, ötən il isə cəzası 2 il 3 ayadək azaldılıb. Onun cəzası 2019-cu ilin avqustunda başa çatır.

  • “Neftçi” “Arsenal”a qarşı: heyətlər açıqlandı

    “Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Arsenal”la (Tula, Rusiya) qarşılaşacaq.

    Median.Az xəbər verir ki, bu gün Bakının “Bakcell Arena” stadionunda keçiriləcək görüş üçün hər iki komandanın heyəti açıqlanıb.

    Saat 21:00-da start götürəcək görüşdə tərəflər aşağıdakı heyətlə çıxış edəcəklər.

    UEFA Avropa Liqası

    II təsnifat mərhələsi

    Cavab oyunu

    1 avqust

    21:00. “Neftçi” – “Arsenal” (Rusiya)

    Baş hakim: Alan Mario Sant (Finlandiya)

    “Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar

    Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,
    7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 88. İsmayıl Zülfüqarlı

    Baş məşqçi: Roberto Bordin

    “Arsenal”: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.

    Ehtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Acoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandru Tudorie, 71. Aleksandr Denisov

    Baş məşqçi: İqor Çerevçenko

    Bakı. “Bakcell Arena” stadionu

    İlk oyun – 1:0

  • Гаджи Мурад Ягизаров награжден орденом “Шараф”

    Президент Ильхам Алиев подписал распоряжение о награждении Гаджи Мурада Ягизарова орденом “Шараф”.

    Как сообщает Median.Az, согласно распоряжению, за заслуги в развитии азербайджанской культуры Гаджи Мурад Гаджи Ахмед оглу Ягизаров награжден орденом “Шараф”.

  • Hacı Murad Yagizarov “Şərəf” ordeni ilə təltif edilib

    Prezident İlham Əliyev Hacı Murad Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilib.

  • Məşhur müğənni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

    Prezident İlham Əliyev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, 2019-cu il 30 iyun –10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

    Təltif olunanların siyahısı aşağıdakı kimidir:

    Babazadə Aygün Zeynal qızı

    Bağırlı Araz Fikrət oğlu

    Bayramov Rizvan Mustafa oğlu

    Eyvazzadə Vasif Rasif oğlu

    Əhmədov Əfsun Məzahir oğlu

    Əliyeva Günay Sabir qızı

    Xıdırov Ələkbər Şahmar oğlu

    Pietro Laureano

    Sami Yusuf.

  • Bakı sakinləri ictimai çimərliklərin yaradılmasına görə təşəkkürlərini bildirirlər – VİDEO

    Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılması üzrə işlər başlayıb. Paytaxt sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, bu birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərliklər yaradılmağa başlanıb. Bu çimərliklər hazırda mövcud olan özəl istirahət mərkəzlərinin və pullu çimərliklərin alternativi olacaq. İlk belə çimərliklərdən biri Səbail rayonunda, Salyan şosesi, 32 ünvanında (Bakı Baş Gömrük İdarəsi ilə üzbəüz) 6 hektar ərazidə yaradılıb.

    BAKU.WS xəbər verir ki, bu gün Şıx çimərliyinə gəlmiş Bakı sakinləri və ölkəmizin qonaqları AZƏRTAC-a müsahibələrdə ictimai çimərliklərin yaradılması barədə təəssüratlarını bölüşüblər.

    Natalya Parfenyuk: “Mən Ukraynadan gəlmişəm. Burada hər şey yaxşıdır və ən başlıcası, hər şey pulsuzdur. Əvvəllər heç vaxt burada olmamışam, Azərbaycan hökuməti əhalinin yaxşı istirahəti məqsədilə şərait yaradılması üçün nə mümkündürsə edib. Buna görə dərin təşəkkürümü bildirirəm”.

    Azad Ələkbərov, Bakı sakini: “Sahilin çirklənməsi və zibillənməsi, çimərliklərdə sanitar-gigiyena normalarına riayət edilməməsi üzündən uzun müddət əziyyət çəkmişik. Burada asfalt yol yox idi, maşınlar tez-tez sıradan çıxırdı. İndi hər şey dəyişib. Sahil boyunca asfalt döşənib, avtomobillər üçün dayanacaq düzəldilib. Bundan əlavə, çimərlik ərazisində vətəndaşların istirahəti üçün kifayət qədər skamya, zibil qabları qoyulub. Bunlar bizi sevindirməyə bilməz”.

    Dadaşovlar ailəsinin üzvləri Təməl və Familə əvvəllər baxımsız vəziyyətdə olan bu ərazinin abadlaşdırılmasını və təmizlənməsini qeyd etdilər. Təməl Dadaşov Şıx çimərliyinin yeni görkəmi barədə təəssüratların belə ifadə etdi: “Biz çox razıyıq. Burada çətirlər, paltardəyişmə yerləri, duş kabinələri və söhbətgahlar düzəldilib, indi buraya gələnlər təbiətin qoynunda yaxşı istirahət edə bilərlər”.

    Xatırladaq ki, yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərliklər istifadəyə veriləcək. Bütövlükdə, paytaxtın sahilyanı ərazisində 7 bu cür çimərlik yaradılması nəzərdə tutulur.

    İctimai çimərliklərə giriş və xidmətlər pulsuzdur. Ərazidə təmizliyə riayət edilməsi üçün xidmət heyəti nəzərdə tutulur.