Month: August 2019

  • Göyçay sakinindən 80 kilodan çox narkotik götürüldü

    Göyçay sakininin evində çətənə kolları və marixuana aşkarlanıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 48 yaşlı Sahil Abdullayev saxlanılıb.

    Davam etdirilən tədbirlərlə onun yaşadığı evə və həyətyanı sahəsinə də baxış keçirilib. Oradan ümumi çəkisi 80 kq-dan artıq olan, xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 24 ədəd çətənə bitkisi və 1 kq 50 qr narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu küçədə rənglənmə işləri aparılacaq

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

    Median.Az-ın məlumatına görə, bu barədə “Ölkə.Az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Şamaxıda üzümçülük sahəsi üzrə ilk kooperativ təsis edilib

    Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək (KYRİD) proqramının icrasına texniki yardım layihəsi çərçivəsində Şamaxı rayonunda “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin yaradılması üzrə təsis yığıncağı keçirilib.

    “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, fermer Qurbanəli Babaşov “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin sədri seçilib.

    tədbirdə Nazirliyinin məsul şəxsləri, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, KYRİD proqramının icrasına texniki yardım layihəsinin mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.

    Tədbirdə çıxış edən Kənd Təsərüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin sektor müdiri Azər Əliyev, sözügedən sektorun baş məsləhətçisi Fuad Məmmədov dövlət tərəfindən kooperativləşmə prosesinə verilən dəstəklə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan İsmayılov da öz növbəsində kooperativləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklərə toxunub. O, “Aqrar Tədarük və Təchizat” ASC-nin kooperativlərə verə biləcəyi dəstəklə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.

    Kənd Yerləri və Regionların İnkişafına Dəstək layihəsinin mütəxəssisləri Elməddin Namazov və Elçin Atababayev isə layihənin məqsədlərinə toxunaraq Şamaxı rayonunda üzümçülük və şərabçılığın inkişafı üçün kooperativləşmənin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Natiqlər KYRİD layihəsi tərəfindən aparılmış tədqiqatların nəticələrinə istinad edərək kooperativləşmənin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

    Tədbirdə çıxış edən fermerlər kooperativin yaradılma məqsədi barədə məlumat veriblər. Kənd təsərrüfatı məhsulları istehsalçıları bildiriblər ki, kooperativin yaradılması təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək.

    Daha sonra “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyat keçməklə bağlı qərar qəbul ediblər. İmzalanma mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr təşkil olunub, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.

  • Azərbaycanda axtarışda olan şəxslər Rusiya və Gürcüstanda saxlanılıb

    Azərbaycanda axtarışda olan şəxslər Rusiya və Gürcüstanda saxlanılıb.

    Median.Az-ın məlumatına görə, bu barədə “Report”un Qərb Mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yaxınlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) maddəsi ilə axtarışda olan 23 yaşlı Mikayıl Nəsirov Rusiya Federasiyasında tutularaq ölkəmizə ekstradisiya olunub.

    RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, Cinayət Məcəlləsinin 315.2 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstan Respublikasında tutularaq ölkəmizə ekstradisiya olunub.

  • Глава государства подписал распоряжение об очередном призыве на военную службу

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о призыве граждан Азербайджана на срочную действительную военную службу с первого по 30 октября 2019 года, и увольнении в запас военнослужащих срочной действительной военной службы, передает Азертадж.

  • Из Саратова в Баку открывается прямой авиарейс

    Авиакомпания “Ижавиа” получила допуск на полеты из Саратова в Баку из саратовского аэропорта “Гагарин”.

    Как передает Median.Az, такая информация содержится в приказе Росавиации от 27 августа за подписью и.о. руководителя Александра Суханова.

    Заявленная частота полетов – два раза в неделю.

    “ИжАвиа” базируется в аэропорту Ижевска (Удмуртия).

    Этим же приказом компания получила допуск на осуществление полетов еще по 20-ти направлениям.

    Напомним, что аэропорт “Гагарин” был официально открыт 20 августа. 27 августа его посетил президент РФ Владимир Путин.

    Как сообщалось ранее, Росавиация дала разрешение авиакомпании “Ижавиа” на выполнение регулярных рейсов из Перми в Баку. Планируется, что они будут выполняться из пермского аэропорта два раза в неделю.//report.az

  • Bakı ilə Saratov arasında birbaşa təyyarə reysi açılır

    Rusiyanın “İjavia” aviaşirkəti bu ölkənin Saratov şəhəri ilə Bakı arasında birbaşa uçuşlar yerinə yetirmək üçün müvafiq rəsmi icazə əldə edib.

    Median.Az xəbər verir ki, ötən gün imzalanan rəsmi əmrə görə uçuşlar həftədə iki dəfə Saratov şəhərinin 20 avqust tarixində rəsmi açılışı keçirilmiş yeni hava limanına həyata keçiriləcək.

    Xatırladaq ki, bir qədər əvvəl adıçəkilən şirkət Rusiyanın Perm şəhərindən də Bakı arasında həftədə iki dəfə birbaşa uçuşlar yerinə yetirmək icazəsi almışdı.//report.az

  • Valideynlərə TÖVSİYƏ: Uşaqlara düzgün oturmağı öyrədin, əks halda…

    “Yeni dərs ili başlayır. Uşaqlara düzgün oturma qaydalarını evdə öyrətmək lazımdır”.

    Median.Az Modern.az-a istinadən bildirir ki, bu fikirləri pediatr Vaqif Qarayev deyib.

    Pediatrın sözlərinə görə, hər şeyi məktəbin üzərinə yükləmək də doğru deyil:

    “Xüsusən ibtidai sinif şagirdləri düzgün oturmağı öyrənməlidir. Hər şeyi məktəbin (müəllimin) boynuna yükləmək düzgün deyil. Çiyinlər bu və digər tərəfə əyilməməlidir. Dirsəkdən aşağı (said nahiyəsi) hər iki əl masanın (partanın) üzərində olmalıdır. Uşağın gözü ilə masa (parta) arasındakı məsafə 30-35 sm olmalıdır.

    Yoxsa qamət pozğunluğu qaçılmaz olacaq”.

  • В Баку появились удивительные почтовые ящики – ФОТО

    В центре Баку, на улицах между Площадью фонтанов, Низами (бывшая Торговая) и Зимним бульваром появились удивительные красочные почтовые ящики, сообщает Trend.

    На почтовых ящиках отображены различные композиции с национальным колоритом. Глядя на эти ящики, так и хочется написать письмо или открытку, и послать знакомым, близкими, родным и любимым…

  • Messinin zədəsi uzun çəkə bilər

    Barcelona komandasının futbolçusu Lionel Messinin zədəsi uzun çəkə bilər.

    Median.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir ay yaşıl meydanlardan kənar qalacaq. Argentinalı forvard zədə səbəbindən Kataloniya təmsilçisinin ABŞ-dakı təlim-məşq toplanışını və La Liqanın birinci turunu buraxmalı olub.

    Qeyd edək ki, Messinin ayaq əzələsində problem var. Barcelona-da Luis Suares, Usman Dembele və qapıçı Neto da zədəlidir.