Month: August 2019

  • Qadın uşağın üzünü küçədəcə DOĞRADI – Dəhşətli hadisənin anbaan VİDEOSU

    Gürcüstanın paytaxtı Tiflisin mərkəzində üç yaşlı uşaq azğın qadının hücumuna məruz qalıb.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, qadın valideynləri ilə küçədə gedən iki azyaşlı uşağa hücum edib.

    Kadrlarda görünür ki, o, valdieynlərinin yanında gedən uşağa gözlənilmədən hücum edir və onun sifətinə iki zərbə vurur. Bundan sonra o, sakit addımla gedir, lakin tezliklə geri qayıdır. Anası zərərçəkmiş oğlanı bağladıqdan sonra hücum edən qadın ikinci uşağa – atasının əlindən tutan qıza diqqətini yönəldir. Valideyn vaxtında reaksiya verir və uşağa xəsarət verməyə icazə vermir.

    Sonra qadın geri dönür və sakitcə yol boyunca gedir. Atası onu tutmaq üçün cəhd edir, lakin o, kəsici alət ilə atanı qorxudur.

    Gürcüstanın birinci kanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib ki, ailəyə hücum edən 50 yaşlı qadın saxlanılıb. Onun barəsində “yetkinlik yaşına çatmayan şəxsin sağlamlığına qəsdən ağır ziyan vurması” maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə onu yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

    2015-ci il təvəllüdlü zərərçəkmiş uşaq burun və sağ yanaq nahiyəsində dərin yaralarla xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, onun plastik əməliyyata ehtiyac olmaması üçün əllərindən gələni edirlər.

  • Elektrik cərəyanı yeniyetmənin ölümünə səbəb oldu

    Neftçalada yeniyetmə qızı elektrik cərəyanı vurub.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Boyat kəndində baş verib.

    Kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyeva Zərifə Mahir qızı evdə elektrik cihazını elektrik şəbəkəsinə qoşmaq istəyib. Bu zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

    Prezident İlham Əliyev avqustun 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

  • Yük maşını aşdı, Ələt yolu bağlandı – FOTO

    Salyan şosesinin Qaradağ rayonu Ələt qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, “KamAZ” markalı, 90 SV 488 dövlət nömrə nişanlı yük avtomobili aşıb.

    Qum daşıyan yük maşınının aşması nəticəsində Salyan şosesinin Ələt qəsəbəsindən keçən hissəsində yol bağlanıb.

    Avtomobillərin hərəkəti köməkçi yola yönləndirilib.

    Hadisə yerinə polis və FHN xilasediciləri cəlb edilib.

    İlkin məlumata görə, yük maşınının sürücüsü ağır xəsarət alıb.

  • Aralıq dənizində gəmi batdı, onlarla miqrant öldü – VİDEO

    Avropaya getmək üçün yola çıxan miqrant gəmisi Liviya sahillərində batıb.

    Gəminin batması nəticəsində 100 nəfərdən 40-ı ölüb.

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Çarli Yaxley bildirib ki, miqrantlar, əsasən, Misir, Tunis, Sudan və Mərakeş vətəndaşlarından ibarətdir.

    Qeyd edək ki, bu il Aralıq dənizində həyatını itirənlərin sayı 900 nəfərə çatıb.

  • В Азербайджане будет введено новшество в связи с усыновлением детей

    Министерство труда и социальной защиты населения Азербайджана создает подсистему “Дети, оставшиеся без попечения родителей, и усыновление”.

    Как сообщили в министерстве, данная подсистема будет вести электронный учет детей, лишенных родительской опеки, усыновленных (удочеренных) детей и лиц, желающих усыновить (удочерить) ребенка, а также осуществлять ряд электронных процедур, связанных с усыновлением.

    Теперь требуемые при усыновлении документы будут интегрированы в подсистему, их можно будет получить в электронном формате из информационного ресурса госорганов. Это сэкономит время. Создание электронной инфраструктуры управления также позволит осуществлять процесс усыновления в объективной и прозрачной форме.

    Новую электронную систему планируется запустить 1 ноября текущего года.

  • Azərbaycanda övladlığagötürmə ilə bağlı yenilik

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” alt sistemi yaradır.

    Nazirliyin məlumatına əsasən, həmin alt sistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də, övladlığagötürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.

    Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığagötürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.

    Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.

  • Флора Керимова подала на журналистку в суд

    Народная артистка Флора Керимова подала в суд на журналистку Ульвию Аловлу.

    Информацию об этом опубликовал сайт Axşam.az.

    Причиной скандала, разгоревшегося между женщинами, стала реакция У.Аловлу на мнение Ф.Керимовой по поводу трех девушек в видеозаписи. Тогда Ф.Керимова отметила:

    “Завтра нашим сыновьям, рассуждающим о нашей национальной чести, будут показывать это видео как пощечину им, мол, неужели такова ваша женщина, ваш мужчина и ваша честь?”

    На что У.Аловлу ответила:

    “Уважаемая народная артистка, не вы ли это в эфире телевидения многомиллионного Азербайджана на вопрос журналиста “увели мужчину из семьи, а потом женили на себе” в свое оправдание ответили, что “от хорошей жены муж не ушел бы”? Не вы ли с гордостью говорите, что впервые в эфире появились в платье в декольте, в таком преклонном возрасте полуголая сфотографировались в ванне? Теперь вы ищете того, кто посеял в обществе семена безнравственности? А не вы ли эти семена посеяли? И с каких это пор вам можно, а им нельзя?!”

    Как заявила Oxu.Az народная артистка Ф.Керимова, она подала на журналистку в суд и утверждает, что та оскорбила ее:

    “Я возвращаю долг. Откройте, почитайте, посмотрите, какие слова она употребила в мой адрес, что написала обо мне. Не хочу углубляться в суть вопроса. Но суд однозначно будет”.

    Корреспондент Oxu.Az связался по этому вопросу с У.Аловлу.

    Журналистка утверждает, что никого не оскорбляла, а просто выразила свое мнение:

    “Я не оскорбляла Флору Керимову и не стала бы этого делать. Я просто сказала, что она вышла в эфир в платье с декольте и в пожилом возрасте сфотографировалась обнаженной в ванной. Я журналистка и комментирую все происшествия в обществе. Это мое право. Но, в отличие от Флоры ханум, я никого не оскорбляла.

    Она гениальная артистка и дива Азербайджана, но в своих высказываниях допустила очень большую ошибку. Лично она обругала и оскорбила этих трех девушек, даже настраивала людей против них. Это не поддается никакой логике. Она – не полиция нравов, а Народная артистка. Никто не имеет право унижать их (троих девушек) честь и достоинство”.

    У.Аловлу подчеркнула, что, если дело дойдет до суда, она постарается, чтобы процесс проходил в открытой форме, и что она не хочет выставлять кого-либо правым либо неправым.

    “Я впервые слышу от вас, что на меня подали в суд. Если подала, то дай Бог ей здоровья. Я же буду стараться, чтобы судебный процесс проходил открыто, чтобы в нем принимали участие коллеги-журналисты. Пусть они своими глазами увидят, кто прав, а кто нет”, – сказала журналистка.

  • Çılpaq qızlar qalmaqala səbəb oldu – Kərimova ilə jurnalist məhkəmədə görüşəcək

    Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.

    Bu haqda Axsam.az saytı məlumat yayıb.

    Tərəflər arasında qalmaqala səbəb Xalq artisti Flora Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?!” fikirlərinə Ü.Alovlunun sərt reaksiyası olub.

    “Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?!”, – deyə Alovlu Kərimovaya səslənib.

    Xalq artisti Flora Kərimova Oxu.Az-a açıqlamasında jurnalisti məhkəməyə verdiyini təsdiqləyib və Alovlunun onu təhqir etdiyini söyləyib:

    “Mən borclarımı qaytarıram. Açın, oxuyun, görün, o mənim ünvanıma hansı sözlər işlədib və haqqımda nələr yazıb. Mən indi bu məsələnin dərinliyinə varmaq istəmirəm. Lakin məhkəmə olacaq”.

    Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Ü.Alovlu ilə də əlaqə saxlayıb.

    Jurnalist qarşı tərəfi təhqir etmədiyini, sadəcə fikrini dilə gətirdiyini söyləyib:

    “Mən Flora Kərimovanı təhqir etməmişəm, etmərəm də. Sadəcə söyləmişəm ki, o, efirdə ilk dəfə dekolteli libas geyinib və ahıl yaşında çılpaq şəkildə vannada uzanıb şəkil çəkdirib. Mən jurnalistəm, cəmiyyətdə baş verən hər hansısa hadisəyə münasibət bildirmişəm. Bu, mənim haqqımdır. Amma mən Flora xanımdan fərqli olaraq heç kimi söyməmişəm.

    O, Azərbaycanın dahi sənətkarı və divasıdır. Amma fikirlərində çox böyük yalnışlığa yol verib. Şəxsən o, həmin üç qızı söyüb, təhqir edib. Hətta qızlara qarşı müxtəlif çağırışlar edib. Bu isə heç bir məntiqə sığmır. O, əxlaq polisi deyil. Xalqın artistidir. Onları baltalamağa, şərəf və layəqətlərini ayaqlar altına atmağa nə onun, nə də digər insanların ixtiyarı var”.

    Ü.Alovlu məhkəmə olacağı təqdirdə prosesin açıq şəkildə keçirilməsinə çalışacağını, bu qalmaqalda kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarmaq istədiyini vurğulayıb.

    “Məhkəməyə verildiyimlə bağlı xəbəri ilk sizdən eşidirəm. Əgər məhkəməyə veribsə, canı sağ olsun. Mən də çalışaram məhkəmə prosesi açıq keçsin, jurnalist həmkarlarımız gəlib iştirak etsinlər. Onlar da bu məsələdə hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunu öz gözləri ilə şahidi olsunlar”.

  • В Масаллы за квартирную кражу задержан бывший зэк

    Как сообщает Median.Az, cотрудники Масаллинского РОП в результате оперативно-розыскных мер задержали жителя села Тезекенд, ранее судимого М.Гамидова, который украл из дома на территории района золотые украшения на сумму 4000 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.