Elektrik cərəyanı yeniyetmənin ölümünə səbəb oldu

Neftçalada yeniyetmə qızı elektrik cərəyanı vurub.

Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Boyat kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyeva Zərifə Mahir qızı evdə elektrik cihazını elektrik şəbəkəsinə qoşmaq istəyib. Bu zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *