Month: August 2019

  • Epilepsiya xəstəsi heyvan otararkən yıxılıb öldü

    Astara rayonunda heyvan otaran şəxs yıxılıb ölüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Şümrüd kəndində baş verib.

    Kənd sakini, 1952-ci il təvəllüdlü epilepsiya xəstəsi Zülfüqarov Cavanşir Məsti oğlu yaşadığı kəndin ərazisində mal-qara otararkən epileptik tutması yaranıb. C.Zülfüqarov otlaq sahəsində yıxılıb. O müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    C.Zülfüqarov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Армении арестован экс-глава комитета госдоходов

    Следственный департамент Службы национальной безопасности (СНБ) Армении во вторник задержал бывшего начальника Комитета государственных доходов, экс-министра финансов Гагика Хачатряна, который обвиняется в растрате государственных средств в особо крупных размерах и превышении служебных полномочий.

    Об этом говорится в сообщении пресс-центра СНБ, передает ТАСС.

    27 августа были проведены обыски в особняке и в квартирах Гагика Хачатряна, после чего Хачатрян и его племянник, бывшее должностное лицо в Комитете государственных доходов, были доставлены в СНБ и задержаны.

    Гагик Хачатрян был одним из крупнейших олигархов-чиновников Армении во время нахождения на посту президента Сержа Саргсяна (2008-2018 годы). В апреле 2018 года, после смены правительства, Хачатрян бежал в США, но потом вернулся. Ходили слухи, что новое правительство требовало от Хачатрян возврата похищенных денег, однако бывший министр не согласился с этим.

    Согласно информации СМИ, сыновья министра, Гурген и Артем, в 2010 году приобрели роскошный дом за 14,4 миллиона долларов в престижном районе Лос-Анджелеса. И сейчас собираются продать эту недвижимость за 35 миллионов долларов.

    Хачатрян не стал отрицать этот факт, сказав, что его сыновья приобрели имущество на законных основаниях, и что как лица, достигшие совершеннолетия, занимаются бизнесом в Соединенных Штатах.

  • Hansı dərmanlar mədəaltı vəzə ziyandı? – SİYAHI

    Dərman preparatlarının faydası ilə yanaşı əks təsirləri də vardır. Kimyəvi maddələrin toksiki təsirinə daha çox kisə formalı orqanlar – ürək, qaraciyər, mədəaltı vəz məruz qalır.

    Bəzi dərmanların özbaşına, yersiz, uzun müddət və dozası aşırı qəbulu mədəaltı vəzin incə divarının iltihabına səbəb olur. Tibdə dərman mənşəli pankreatit diaqnozu vardır. Bu orqanın ən cüzi zədələnməsi və pozulması şəkər, nekroz, xərçəngə kimi gətirib çıxarır.

    Median.Az medicina.az-a istinadən mədəaltı vəziniz üçün təhlükəli dərmanları təqdim edir:

    Antibiotiklər – tetrasiklik və metronidazol, ampisillin, seftriakson, eritromisin

    Sidikqovucu və hipotenziv dərmanlar

    Təzyiq üçün istifadə olunan bu dərmanlar mədəaltı vəz toxumasını dağıdır.

    Hormonal dərmanlar

    Qlükokortikosteroidlər – tibbin ağır artilleriyasıdır. Hormonlar mədəaltı vəzin insulin hasilatını pozur.

    Oral kontraseptivlər – hamiləliyə qarşı dərmanlar orqanda patoloji geridönməz proseslər yaradır. Ona görə bu dərmanları uzun müddət qəbul etmək olmaz.

  • Ermənistanın keçmiş Maliyyə naziri həbs olundu

    Ermənistanın keçmiş Maliyyə naziri Qaqik Xaçatryan həbs edilib.

    TASS xəbər verir ki, bu barədə Ermənistan dövlət təhlükəsizlik orqanları məlumat yayıb.

    O, külli miqdarda korrupsiyada və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

    Qeyd edək ki, Xaçatryan 2008-2018-ci illərdə Serj Sarqsyan iqtidarının əsas fiqurlarından biri olub.

    O, Maliyyə naziri vəzifəsindən əlavə, Dövlət Gəlirləri Komitəsinin rəhbəri kimi də fəaliyyət göstərib.

  • Путин купил Эрдогану мороженое, а сдачу оставил министру – ВИДЕО

    Президент России Владимир Путин во время посещения МАКС-2019 угостил своего турецкого коллегу Реджепа Тайипа Эрдогана российским мороженым. Главы двух стран после осмотра экспозиций подошли к палатке с лакомством, после чего Путин поинтересовался имеющимся ассортиментом, передает Median.Az.

    «Выбор большой: мороженое в стаканчике, в рожке, стаканчик шоколадный, сливочный, фисташковое. Есть ванильное», – рассказала девушка президенту России.

    После этого Путин приобрел себе и Эрдогану мороженое разных видов. Президент Турции сразу распечатал продукт и попробовал. Российский лидер тоже надкусил стаканчик с шоколадным мороженым, а затем предложил угостить лакомством всех членов делегаций двух стран.

  • “Android 10” bu tarixdə istifadəyə veriləcək

    “Google” şirkəti “Android” mobil əməliyyat sisteminin sonuncu – 10-cu versiyasının buraxılış tarixini açıqlayıb.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Google Pixel” smartfonlarının sahibləri “Android 10” versiyasını sentyabrın 3-dən etibarən quraşdıra biləcəklər.

    Məlumata görə, sistem yenilənməsi bütün “Pixel” smartfonları, o cümlədən “Pixel 3”, “Pixel 3XL”, “Pixel 3a”, “3a XL”, eləcə də köhnə “Pixel 2/2 XL” modelləri üçün buraxılacaq. Bundan başqa, 2016-cı il buraxılışlı orijinal “Pixel” və “Pixel XL” modelləri də “Android 10” sistemi ilə təchiz ediləcək.

    Qeyd edək ki, ötən həftə “Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfinə adlandırılması ənənəsindən imtina edəcəyini bəyan edib. Bunun əsas səbəbi kimi dünyanın müxtəlif ölkələrinin sakinlərinin şirniyyat adlarını başa düşməkdə çətinliklərlə üzləşməsi göstərilir.
    Qeyri-adi ənənə 2009-cu ildə buraxılan “Android 1.6 Cupcake” sistemindən başlayıb. Onun ardınca isə əməliyyat sisteminin “1.6 Donut”, “2.0 Éclair”, “2.2 Froyo”, “2.3 Gingerbread”, “3.0 Honeycomb”, “4.0 Ice Cream Sandwich”, “4.1 Jelly Bean”, “4.4 KitKat”, “5.0 Lollipop”, “6.0 Marshmallow”, “7,0 Nougat”, “8.0 Oreo” və “9 Pie” versiyaları işıq üzü görüb.

    Gələcəkdə “Аndroid” sisteminin növbəti versiyalarının hamısı yalnız yeni rəqəmə malik olacaq.

  • Antalya bu il rekord sayda əcnəbi turist qəbul edib

    Türkiyənin Antalya vilayəti bu il rekord sayda əcnəbi turist qəbul edib.

    Median.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.

    “Türkiyənin Antalyadakı məşhur turizm mərkəzləri bu il yanvarın 1-dən avqustun 22-dək olan dövr ərzində 10 milyondan çox turist qəbul edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricini 17,6% qabaqlayır. Ötən ilin sözügedən dövründə xaricdən gələn qonaqların sayı 8,6 milyon nəfər təşkil edib”, – deyə məlumatda bildirilir.

    Siyahıda birinci pillədə Rusiya, ardınca isə Almaniya və Ukrayna vətəndaşları qərarlaşıb.

  • В Анталье установлен исторический рекорд по количеству туристов

    На одном из самых известных турецких курортов зафиксировали исторический рекорд — с 1 января по 22 августа Анталью посетили 10 млн иностранных туристов, передает Рен.тв.

    В местном управлении по культуре и туризму отметили, что прирост туристов по сравнению с прошлым годом составил почти 18%. В 2017 году за аналогичный период времени в провинции побывали 6,7 млн путешественников.

    Первые три места стран, граждан которых в Анталье больше остальных туристов, заняли Россия, Германия и Украина, сообщила газета Hurriyet Daily News.

  • Xalq artistinin həyat yoldaşı — VƏFAT ETDİ

    Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası, xalq artisti Nübar Novruzovaya ağır itki üz verib. Aktrisanın həyat yoldaşı Ədalət bəy vəfat edib.

    Median.Az-ın məlumatına görə, bu barədə “Ölkə.Az”a teatrın aktyoru İlham Əsədov məlumat verib.

    Allah rəhmət eləsin!

  • “6 saniyədən sonra Rəşadda can olmayıb”

    Bu gün pilot Rəşad Atakişiyevin dəfnindən 7 gün keçirir. 

    Median.Az xəbər verir ki, mərhum pilotun Samux rayonunun Alabaşlı kəndində yas mərasimi keçirilib.

    Apa Tv-yə açıqlama verən Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev hadisədən danışıb.

    Atasının sözlərinə görə, hadisə baş verən zaman Rəşad 6 saniyə özündə olub. O istəyib ki, təyyarəni nizama salsın, texnikanı xilas etsin:
    “Ancaq 6 saniyədən sonra Rəşadda can olmayıb. Buna görə də o, katapult edə bilməyib. Cənab nazir Zakir Həsənov mənə dedi ki, ağsaqqal, siz fəxr etməlisiz. Çünki həmin 6 saniyənin bir saniyəsini Rəşad katapulta istifadə edə bilərdi. Amma Rəşad bunu yox, texnikanı xilas etməyi fikirləşib. Ancaq buna müyəssər olmayıb. Rəşadda cəmi 6 saniyə can olub”.

    Qeyd edək ki, hərbi təyyarə iyulun 24-də, gecə, təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Onun nəşi avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.