Month: August 2019

  • В Азербайджане обнародован уровень солнечной активности

    Шамахинская астрофизическая обсерватория имени Туси НАНА опубликовала информацию о текущей и ожидаемой космической погоде.

    В настоящее время солнечная активность на очень низком уровне, сообщает Trend со ссылкой на обсерваторию. На солнечном диске нет пятен. На корону графических изображениях не видно каких-либо тел летящих к Земле.

    По данным измерений спутника ACE, текущие параметры солнечного ветра соответствуют норме, скорость в пределах 310-330 километров в секунду.

    Геомагнитный фон за последние 24 часа был спокойным.

    Отмечается, что в прогнозируемый период (26-28 августа) солнечная активность будет на очень низком уровне, ожидается относительное увеличение параметров солнечного ветра.

    За первые два дня прогнозируемого периода (26, 27 августа) ожидается нестабильный геомагнитный фон, в последний день (28 августа) – сравнительно стабильный фон. Вероятность магнитной бури 26 и 28 августа оценивается менее пяти процентов, а 27 августа – менее 10%.

  • Dünyada İLK: günəş enerjisi ilə işləyən dəmir yolu istifadəyə verildi

    “Riding Sunbeams” şirkəti Britaniyanın Hempşir şəhərində dünyada günəş enerjisi ilə işləyən ilk dəmiryolu xəttini istifadəyə verib.

    Median.Az “ictnews”a istinadla xəbər verir ki, sözügedən dəmiryol xəttinin uzunluğu çox olmasa da, artıq eksperimental deyil, davamlı işləyir.

    Şirkət rəsmisi 2020-ci ildə şəhərətrafı dəmiryol xətlərini yeni enerji mənbəyinə keçirməyə söz verib.
    Kontakt relsinə enerji birbaşa günəşdən deyil, kabel vasitəsilə yaxınlıqda yerləşən günəş elektrik stansiyasından verilir. Yaxınlıqda yerləşən fermer təsərrüfatında enerji generasiya edən 100 günəş paneli quraşdırılıb.

    Bu layihənin özəlliyi odur ki, günəş elektrik stansiyası xüsusi olaraq dəmir yolu üçün qurulub.

  • Sumqayıtda itkin düşən uşaq tapılıb – YENİLƏNİB

    Sumqayıtda itkin düşən uşaq tapılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu yaşadığı binanın həyətindən çıxaraq digər binanın qarşısına keçib. Sonra yolu itirdiyindən başqa binaların həyətinə gəlib.

    Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.

    ***

    Sumqayıtda 7 yaşlı uşaq itkin düşüb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib

    Belə ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu həyətdə oynadığı yerdən yoxa çıxıb. Yaxınları dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat veriblər

    Faktla bağlı araşdırma aparılır.

  • В Федерацию самбо назначен новый вице-президент – ФОТО

    Сегодня состоялось заседание исполкома Федерации самбо Азербайджана.

    Согласно решению исполкома, Мурад Джафаров назначен вице-президентом Федерации по боевому самбо.

    Также Мурад Джафаров наряду с Руфатом Исмаиловым был избран членом исполкома Федерации.

  • Putin Ərdoğanı dondurmaya qonaq etdi – VİDEO

    Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq edib.

    Median.Az xəbər verir ki, ekspozisiyaları ziyarət etdikdən sonra liderlər bir çox dünya siyasətçiləri tərəfindən bəyənilən məşhur rus incisi olan çadıra yaxınlaşıblar.

    Rusiya dövlət başçısı üçün buradan dondurma almaq artıq bir növ ənənəyə çevrilib və o, türkiyəli həmkarını da qonaq etməyə qərar verib.

    V.Putin dondurmanın çeşidlərı haqqında xanım satıcıdan məlumat alıb və iki növ seçib.

    Dondurmaların ümumi məbləği 210 rubl edib. Putin, cibindən bir dəstə əskinas çıxarıb, onların içərisindən üzərində Krımın simvolu olan beş minlik rublu satıcıya uzadıb.

    “Pulun qalığını nazirə verərsən”, – deyə Putin Sənaye və Ticarət naziri Denis Manturova tərəf işarə edib: “Bu, aviasiyanı inkişaf etdirmək üçündür”.

    Nazir isə öz növbəsində “Səxavətinizə görə təşəkkür edirəm”, – deyib.

    R.T.Ərdoğan elə oradaca dondurmanı açıb və dərhal dadına baxıb.

    V.Putin isə şokoladlı dondurmadan daddıqdan sonra ətrafdakı hər kəsi qonaq etmək qərarına gəlib: “Bizə bir neçə dənə daha dondurma verin. Hamını qonaq edəcəyik”.

    Hər iki nümayəndə heyətinin üzvləri tələsik çeşid seçiblər.

  • Bakıda yanğın olub

    Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 75 kv.m olan anbarın yanar konstruksiyaları, içərisində taxta materialları və sahəsi 40 kv.m olan vaqon tipli köşkün yanar konstruksiyaları yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//milli.az

  • Ağstafada top mərmisi tapıldı – FOTO

    Ağstafada top mərmisi aşkarlanıb.

    ANAMA-dan verilən məlumata görə, 2019-cu il 27 Avqust tarixində saat 16:37-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzi sistemindən Agentliyə Ağstafa şəhəri ərazisində yerləşən “İdeal” mebel salonunun yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal “İdeal” mebel salonunun yerləşdiyi Ağstafa şəhəri, H.Əliyev prospekti 93 ünvanına göndərilib.

    Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 85 mm-lik top mərmisi (O-365) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Top mərmisinin ətrafında 100 kvm əraziyə yerüstü, 10 kvm əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//oxu.az

  • Раскрыт секрет “вечной молодости” Путина

    Президент Российской Федерации Владимир Путин выглядит лучше, чем десять лет назад, сообщает испанская газета El Mundo.

    По информации издания, российскому лидеру в свои 66 лет удается оставаться в хорошей форме благодаря достаточному сну, правильному питанию, занятиям спортом и отказу от спиртных напитков. Как пишет газета, Путин – “самый спортивный президент, которого когда-либо видел Кремль”, поясняя, что глава российского государства является большим любителем хоккея, обладает восьмым даном по дзюдо, обожает плавание и пешие прогулки.

    Кроме того, авторы статьи отмечают его стиль в одежде. Издание также обратило внимание на то, что президент России предпочитает костюмы итальянских модных брендов.

    Владимир Путин занимается восточными единоборствами более 50 лет, имеет звания мастера спорта по дзюдо и самбо, а также черный пояс по карате. В июле 2018 года форвард сборной России по футболу Артем Дзюба попросил главу государства “сменить коньки на бутсы”. В ответ на это российский лидер заявил, что он физкультурник, а не спортсмен, поэтому занимается “всем подряд”.

  • Bakı-Tbilisi-Qars dəmir yolu ilə nə qədər yük və sərnişin daşınır?

    Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitsilə hər ay təxminən bir milyon ton yük daşınır.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə nəqliyyat bazarındakı mənbə məlumat verib.

    Mənbənin sözlərinə görə, daşımaların həcmi ötən illə müqayisədə artıb və ildən-ilə artacaq.

    Qeyd edək ki, ötən ilin oktyabr ayında açılan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətləri arasında əldə edilən razılaşma əsasında həyata keçirilib. İlkin mərhələdə illik yükdaşıma 6,5 milyon ton, sərnişin daşıma isə bir milyonadək insan səviyyəsində olacaq.

    Bakı-Tbilisi-Qars Azərbaycan vasitəsi ilə Çindən Avropaya malların çatdırılmasının müddətini əhəmiyyətli dərəcədə qısaldır. Bu isə marşrutu xüsusilə cəlbedici edir.

  • Altıağac milli parkına giriş pulsuz olacaq – FOTO

    Altıağac milli parkının yaranması günü ilə əlaqədar 31 avqust tarixində parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac milli parkının füsunkar təbiətini görmək üçün hər kəsi milli parka dəvət edirik.

    Qeyd edək ki, Altıağac milli parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb.//milli.az