Month: August 2019

  • В Великобритании обнаружили крупный клад с дорогими монетами

    Клад с монетами XI века стоимостью 5 млн фунтов (6,2 млн долларов) обнаружен на одной из ферм в графстве Сомерсет на юго-западе Англии.

    Как передает Median.Az со ссылкой на banki.ru, об этом сообщает газета The Sun.

    По информации издания, 2 571 пенни, отчеканенный в период правления последнего англосаксонского короля Гарольда II Годвинсона (1022—1066), нашла семейная пара с помощью металлоискателей. Монеты, каждая из которых оценивается в диапазоне от 1 тысячи до 5 тысяч фунтов, находятся в отличном состоянии.

    По информации экспертов, находка могла принадлежать обеспеченному человеку. «Это значительная сумма для того времени. Речь, скорее всего, идет если и не о короле, то о высокопоставленном чиновнике <…> Их владелец умер, не успев забрать их», — отметил специалист по нумизматике Найджел Миллс, добавив, что клад, предположительно, был закопан между 1066 и 1072 годами.

    Стоимость найденных монет оказалась на 1 млн фунтов выше, чем знаменитое Стаффордширское сокровище — собрание украшений и предметов из золота и серебра, обнаруженное в 2009 году охотником за кладами с помощью металлоискателя вблизи старинного города Личфилд, ныне пригорода Бирмингема.

    Пара проинформировала о своей находке полицию, как того требует закон, и передала монеты в Британский музей для оценки.

  • İngiltərədə orta əsrlərə aid xəzinə aşkarlanıb

    İngiltərənin cənub-qərbindəki Somerset qraflığında XI əsrə aid 5 milyon funt sterlinq dəyərində sikkələrdən ibarət xəzinə aşkarlanıb.

    Median.Az “The Sun”a istinadən xəbər verir ki, İngiltərənin son anqlosaks kralı İkinci Harald Qodvinsonun dövründə (1022-1066) zərb olunduğu bildirilən və yaxşı vəziyyətdə olan, hərəsi 1000-5000 funt məbləğində dəyərləndirilən sikkələri bir ər-arvad cütlüyü xüsusi cihazlar vasitəsilə taparaq polisə məlumat verib, sonra da qiymətləndirilməsi üçün Britaniya Muzeyinə göndəriblər.

    Ekspertlərin fikrincə, belə bir xəzinə kral olmasa da, hər halda yüksək zümrədən olan zadəganlardan birinə məxsus ola bilərdi. “Pulların sahibi öldüyünə görə daşıya bilməyib” – deyən numizmatika eksperti Naycel Mills xəzinənin 1066-1072-ci illər arasında gömüldüyünü güman edib.

    Bu xəzinənin 2009-cu ildə Birminqam yaxınlığında tapılmış, qızıl və gümüş zinət əşyalarından ibarət məşhur Staffordşir xəzinəsindən 1 milyon funt daha bahalı olduğu müəyyənləşib.

  • İki qardaşın şah damarını kəsdi — Nisyə mal vermədikləri üçün

    Şəmkirdə iki qardaşın şah damarını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Əsədoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi sentyabr ayının 4-nə təyin olunub.

    Qeyd edək ki, hadisə ötən il Şəmkir rayonunun Qapanlı kəndində qeydə alınıb. Qapanlı kəndində mağaza işlədən iki qardaşa hücum edən 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu əvvəllər də məhkumluq həyatı yaşayıb. Bildirilir ki, Nurəddin Əsədoğlu Qapanlı kənd sakini – 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovun evin qarşısında işlətdiyi ərzaq mağazasına gəlib. O, Eşqindən spirtli içki və digər ərzaq malları verməsini tələb edib. Mağaza sahibi isə Nurəddinin onlara aldığı mallar qarşılığında xeyli borcu olduğunu, heç olmasa bu dəfə götürdüklərinin pulunu verməsini deyib. Lakin N.Əsədoğlu bununla razılaşmayıb və mübahisə etməyə başlayıb. Eşqin və ona kömək edən qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov isə həmin şəxsə istədiyi ərzaqları verməyəcəklərini deyiblər. Bundan əsəbiləşən 28 yaşlı Nurəddin mağazanı dağıtmağa, vitrinləri qırıb-tökməyə başlayıb. İki qardaş onu tutaraq mağazadan çıxarmaq istəsə də, gənc oğlan üstündəki bıçaqla onlara hücum edib. O, Eşqinə 7, İbrahimə isə 2 bıçaq zərbəsi endirib. Maraqlıdır ki, N.Əsədoğlu iki qardaşı öldürməkdə isirarlı olub və hər iki şəxsin boynundakı şah damarı kəsib.

  • Qadın oğurluq etdi — Uşağını isə yadından çıxardı – VİDEO

    Amerikanın Nyu Cersi ştatındakı Midltaun şəhərində qadınlar uşaq arabasını oğurlamaq qərarına gəlir və mağazada uşağı unudurlar.

    Median.Az xəbər verir ki, hadisə ötən həftə “Bambi Baby” mağazasında baş verib. CCTV kamerası tərəfindən çəkilən kadrlarda üç qadının uşaqlarla mağazaya necə girdiyini görünür. Sonra onlardan biri 300 dollara (510 man) olan uşaq arabasına yaxınlaşır, qatlayır və gedir. Təxminən altı dəqiqədən sonra soyğunçulardan biri mağazaya qayıdır və orada qalan uşağı götürür.

    “Bambi Baby”nin meneceri: “Bir insanın bir mağazada qalan uşağından çox uşaq arabası oğurlamaq maraqlandırır. Bu məni daha çox narahat etdi” deyib. Polis, üç qadından ikisini izlədiklərini və İngiltərə vətəndaşları olduqlarını bildirib. Uşaq arabasının yenidən mağazaya qaytarıldığı məlum olub. Bambi Baby sahibinin sözlərinə görə, indi əlavə nəzarət kameraları quraşdırmağı planlaşdırır.

  • В Гяндже маршрутный автобус попал в аварию, есть пострадавшие

    В Гяндже маршрутный автобус попал в аварию.

    Как сообщает Median.Az, ДТП произошло на пересечении проспектов Хатаи и Ататюрк. Маршрутный автобус № 6 марки «Hyundai» столкнулся с автомобилями «Hyundai» и «Mercedes».

    В результате пострадали две пассажирки автобуса.

  • Sambo Federasiyasına yeni vitse-prezident təyin olundu – FOTO

    Bu gün Azərbaycan Sambo Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, İcraiyyə Komitəsinin qərarı ilə Murad Cəfərov döyüş sambosu üzrə vitse-prezident vəzifəsinə təyin edilib.

    Həmçinin Murad Cəfərov federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib.

    Bundan başqa, Rüfət İsmayılov da İcraiyyə Komitəsinin üzvü olacaq.

  • Travolta Teylor Sviftlə oxşarını səhv saldı, aləm qarışdı – VİDEO

    Ötən gün baş tutan MTV musiqi mükafatları gecəsi kuryoz hadisə ilə yadda qalıb.

    Median.Az xəbər verir ki, dünya şöhrətli aktyor Con Travolta qaliblərdən birinin mükafatını verərkən yanlışlığa yol verərək gülünc duruma düşüb.

    Belə ki, Hollivud ulduzu MTV Video Musiqi Mükafatları mərasimi zamanı qaliblə onun oxşarını səhv salıb.

    Müğənni Teylor Sviftə çatası mükafatı ona bənzəməsi ilə tanınan Ceyd Coli adlı transeksuala verib.

    Əslində aktyoru bu hərəkətinə görə qınamaq da olmur, çünki hətta Teylor özü də Ceydi əkizi kimi görür. Elə bu səbəbdən müğənni onu “You need to calm” adlı mahnısına çəkilmiş klipə dəvət edib.

  • В Баку 256-килограммовой женщине сделали сложную операцию – ФОТО

    В Баку успешно прооперировали женщину, весившую 256 килограммов.

    Как передает BAKU.WS об этом в социальной сети сообщил хирург Фарид Рафиев.

    Доктор медицинских наук Ф.Рафиев отметил, что пациентка была прооперирована во вторник: «Сегодня мы провели успешную операцию по уменьшению желудка над самым тяжелым пациентом в моем опыте. Пациентка, обратившаяся к нам, весила 256 килограммов. К операции ее готовили месяц и сегодня она была прооперирована. Фотография, снятая до операции, наглядно все демонстрирует. В тот момент мне в голову приходили тысяча мыслей. В конце концов, успешное завершение операции стало для нас награждением».

    Отметим, что страдающая избыточным весом пациентка за месяц диеты смогла похудеть всего на 7 килограммов.

  • Gəncədə marşrut avtobusu qəzaya düşüb, xəsarət alanlar var

    Gəncədə marşrut avtobusu qəzaya düşüb.

    Median.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Xətai və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan “Hyundai” markalı marşrut avtobusu “Hyundai” və “Mercedes” markalı avtomobillərlə toqquşub.

    Nəticədə avtobusda olan iki qadın sərnişin xəsarət alıb.

    Xəsarət alanlardan biri 1993-cü il təvəllüdlü Süleymanova Ramidə Rafiq qızıdır.

    Hadisəyə avtobusun əyləc sistemində yaranmış problem səbəb olub.

  • 7 ildir axtarışda olan Elnur Hüseynov Türkiyədə ələ keçdi

    Yeddi il öncə barəsində axtarış elan edilən və qiyabi olaraq həbs qətimkan tədbiri seçilən Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycana gətirilib.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hüseynov Elnur Elxan oğlu külli miqdarda psixotrop maddənin satış məqsədilə qanunsuz yolla əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılığını həyata keçirən sabit cinayətkar qrup – mütəşəkkil dəstənin rəhbəri olub.

    Azərbaycan gömrükçüləri həmin cinayətkar dəstənin izinə 2011-ci ilin oktyabrında törədilən cinayət işini araşdırarkən düşüb.

    Həmin tarixdə Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən cinayətkar qrupun üzvü Azərbaycan Respublikasının vətəndaşı Bağırov Əfqan İlham oğluna məxsus çamadana gömrük baxışı keçirilərkən gömrük nəzarətindən gizlədilmiş şəkildə 2295,7 qram metamfetamin psixotrop maddəsi aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb.

    İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun rəhbəri Hüseynov Elnur Elxan oğlu İran İslam Respublikasında şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə birlikdə qeyd edilən külli miqdarda psixotrop maddəni Azərbaycanın gömrük sərhədindən tranzit qaydada keçirməklə İrandan Tailand və Malayziya krallıqlarına göndərməyi planlaşdırıb.

    Bu məqsədlə Hüseynov Elnur Elxan oğlu cinayətkar dəstə yaradıb, dəstəyə digər iştirakçılar, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları – Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlunu cəlb edərək onları təlimatlandırıb, iştirakçıların fəaliyyətlərini əlaqələndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər verib, cinayətlərin icraçılarına haqq ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsini təşkil edib və beləliklə, planlaşdırılan cinayətlərin törədilməsinə rəhbərlik edib.

    Hüseynov Elnur Elxan oğlu Tehran şəhərində 2295,7 qram metamfetamin psixotrop maddəsini alaraq Cabbarzadə Yeganə Əlişah qızına verib. Yeganə Cabbarzadə həmin psixotrop maddəni Elnur Hüseynovdan qəbul edərək Tehran-Astara avtobusu ilə İranın Astara şəhərinə, oradan da cinayətkar qrupun digər üzvü Rzayev Bayram Nadir oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90 BD 671 dövlət nömrə nişanlı avomobilin yük yerində Bakı şəhərinə daşıyıb və Bayram Rzayevə təhvil verib. Bayram Rzayev isə psixotrop maddəni Tailand Krallığına daşımaq üçün Bağırov Əfqana çatdırıb və onu idarə etdiyi avtomobillə Heydər Əliyev Beynəlxalq Hava Limanına gətirib.

    Beləliklə, Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilib, cinayətlərin təşkilatçısı Hüseynov Elnur Elxan oğlu isə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbsli axtarış elan olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu təqsirli bilinərək hər biri 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

    Cinayət işinin istintaqı zamanı qrupun cinayətkar fəaliyyətilə bağlı həmçinin 4 nəfər Azərbaycan vətəndaşının – Quliyev Ruslan Xanqulu oğlu, Abdullayev Nəbi Yaşar oğlu, Ələkbərov Niyammədin Xanlar oğlu və İsmayılova İradə Namid qızının psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı Malayziyada, digər Azərbaycan vətəndaşının – Məmmədov Rəşad Kamal oğlunun Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı müəyyən edilib.

    Həmin şəxsləri cinayətkar fəaliyyətə cəlb etmiş Hüseynov Elnur Elxan oğlu barəsində isə 2012-ci ilin fevralında axtarış elan edilib və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə qiyabi olaraq həbs qətimkan tədbri seçilib.

    Nəhayət, 7 il sonra – bu ilin avqust ayında Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasının İstanbul şəhərində saxlanılıb və Azərbaycan Respublikasına gətirilərək DGK Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib.

    Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Hüseynov Elnur Elxan oğluna ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.//milli.az