Month: August 2019

  • Di Kapriodan gözlənilməz addım

    Di Kaprio Amazoniyadakı yanğınlarla mübarizə aparmaq üçün 5 milyon dollar yönəldəcək.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, məşhur Hollivud aktyoru Leonardo Di Kaprio tərəfindən təsis edilən EarthAlliance xeyriyyə fondu Amazoniya meşələrində təbii yanğınlarla mübarizə aparmaq üçün beş milyon dollar köçürəcəkdir.

    Bu barədə Fondun nümayəndələri məlumat veriblər. Problemin həlli üçün işləyən vəsait təşkilatın tərəfdaşları və bölgənin yerli əhalisi tərəfindən alınacaq, nəşrlərdə göstərilir.

    “EarthAlliance Amazon meşələrinə yerli əhaliyə və digər yerli tərəfdaşlara ən mühüm resursların ötürülməsi üçün beş milyon dollar fövqəladə yardım fondu yaradıb”, – Fondun nümayəndələri bildiriblər.

  • Лесной пожар в Гахе потушен – ОБНОВЛЕНО

    Живая сила и техника Государственной службы пожарной охраны МЧС потушили пожар в лесной полосе вблизи села Сускенд Гахского района.

    В результате пожара на лесной полосе сгорели кустарники, деревья на площади 0.5 га, сообщили АПА в МЧС.

    Остальная часть лесной территории была защищена от пожара.

    ***

    В Гахе вспыхнул лесной пожар.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, возгорание зафиксировано в лесополосе на территории сел Сюскенд и Фыстыглы.

    В настоящее время пламя охватывает территорию почти в полгектара.

    К тушению пожара привлечены техника и живая сила Государственной службы пожарной охраны МЧС.

    Продолжаются меры по тушению пожара.

  • Qaxdakı meşə yanğını söndürüldü – YENİLƏNİB + FOTO

    Qaxda meşə zolağında baş verən yanğın söndürülüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, yanğın Süskənd və Fıstıqlı kəndləri ərazisində, meşəlik ərazidən keçən yolun sağ və sol tərəfində baş verib.

    Əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən texnikası və iyirmidən artıq canlı qüvvəsi cəlb olunub.

    Yanğın nəticəsində yarım hektar ərazidə quru kol-kos və bəzi yerlərdə ağaclar yanıb.

    Yanğın söndürülüb, 400 hektara yaxın meşə zolağı yanğından mühafizə olunub.

    ***

    Qaxda meşə yanğını başlayıb.

    Hadisə rayonun Süskənd və Fıstıqlı kəndlərinin ərazisindəki meşə sahəsində qeydə alınıb.

    Yanğın hazırda yarım hektara yaxın ərazini əhatə edir.

    Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.

    Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

  • В Шеки 21 гость попал со свадьбы в больницу

    В Шекинском районе Азербайджана произошел случай массового отравления.

    Как передает Median.Az, инцидент зафиксирован в селе Чешмели.

    Как сообщили в Министерстве здравоохранения, 21 человек после свадебного торжества обратился в Шекинскую центральную районную больницу с жалобами на самочувствие. У всех был выявлен дисбактериоз.

    В министерстве отметили, что пациентам оказали необходимую помощь и выписали на амбулаторное лечение.

  • Şəkidə toya gedən 21 nəfər xəstəxanalıq oldu – Yeməkdən zəhərləniblər

    Şəkidə toyda kütləvi zəhərlənmə olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Çeşməli kəndində baş verib.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər:

    “Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar”.

    Nazirlikdən qeyd edilib ki, xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

  • Millimizin heyəti açıqlandı

    AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. 

    Komandanın baş məşqçisi Nikola Yurçeviç oyunlara hazırlıq məqsədilə sentyabrın 2-dən 9-dək təlim-məşq toplanışı üçün 22 oyunçuya dəvət göndərib. 

     

    AD / SOYAD KLUB
    Səlahət Ağayev Neftçi
    Emil Balayev Tobol (Qazaxıstan)
    Şahruddin Məhəmmədəliyev Qarabağ
    Maksim Medvedev Qarabağ
    Ömər Buludov Neftçi
    Rahil Məmmədov Qarabağ
    Anton Krivotsyuk Neftçi
    Pavel Paşayev Oleksandriya (Ukrayna)
    Şəhriyar Rəhimov Səbail
    Təmkin Xəlilzadə Sabah
    Bəhlul Mustafazadə Sabah
    Qara Qarayev Qarabağ
    Riçard Almeyda Qarabağ
    Emin Mahmudov Neftçi
    Dmitri Nazarov Erzgebirge Aue (Almaniya)
    Cavid Hüseynov Zirə
    Rəşad Eyubov Sabah
    Mahir Emreli Qarabağ
    Araz Abdullayev Qarabağ
    Ramil Şeydayev Dinamo (Moskva, Rusiya)
    Rüfət Dadaşov Proysen Münster (Almaniya)
    Renat Dadaşov Pakuş de Fereyra (Portuqaliya)
    Ağabala Ramazanov Səbail

  • Bakıda xalaoğlular qadını maşında zorladılar – Dəhşətli cinayətin təfərrüatı

    Bakıda qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirən, ona qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən İntiqam Yunusov və onun xalası oğlu Yaqub Məmmədov Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, onların müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Rizvan Səfərovun sədrliyi ilə avqust ayının 28-də keçiriləcək.

    İttihama görə, Xətai rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

    İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu, Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

    Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və qadın avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd olunan cinayəti törətdiklərini bildiriblər.

    İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək),

    181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

  • Официальный Баку жестко отреагировал на выступление Мнацаканяна

    Министерство иностранных дел Азербайджана отреагировало на выступление главы МИД Армении Зохраба Мнацаканяна, которое состоялось 27 августа перед руководителями центрального аппарата МИД, а также дипломатических и консульских представительств Армении.

    Как заявили в пресс-службе министерства, З.Мнацаканян позволил себе совершенно оторванные от реальности и несоответствующие сути переговоров выпады в адрес Азербайджана.

    В министерстве подчеркнули, что Нагорный Карабах был, есть и будет неотъемлемой частью Азербайджана.

    “Все мировое сообщество признает этот факт и однозначно осуждает оккупацию территорий Азербайджана Арменией. Не существует понятия “народ Нагорного Карабаха”, есть армянская и азербайджанская общины этого региона Азербайджана. Принятая на международном уровне модель урегулирования армяно-азербайджанского нагорно-карабахского конфликта строится на нормах и принципах международного права, соответствующих решениях ООН, ОБСЕ и других международных организаций, четырех резолюциях Совета Безопасности ООН. Конкретные шаги в рамках мирного урегулирования были предложены сопредседателями Минской группы ОБСЕ и неоднократно озвучены ими, в том числе в их последнем заявлении от 9 марта сего года.

    Азербайджан как полиэтническое государство с международно признанным мультикультурным обществом не идет ни в какое сравнение с моноэтнической Арменией, изгнавшей все азербайджанское население с его исконных земель и, более того, совершившей чудовищные этнические чистки на оккупированных территориях Азербайджана, апогеем которых стала Ходжалинская трагедия.

    Попытки главы МИД Армении хоть как-то оправдать агрессивные намерения его страны, ссылаясь на право народа на самоопределение, предполагающее свободное волеизъявление граждан, ни в коей мере не согласуются ни с международным правом, ни со здравым смыслом. Невозможно ратовать за реализацию прав части населения какой-либо территории, полностью попирая права другой ее части.

    Права азербайджанской общины Нагорно-Карабахского региона Азербайджана, ныне находящегося под оккупацией вооруженных сил Армении, были в массовом порядке нарушены вследствие агрессии Армении против Азербайджана. И лишь после восстановления фундаментальных прав азербайджанской общины Нагорно-Карабахского региона Азербайджанской Республики на безопасное возвращение в родные места и достойное проживание можно будет конкретно обсуждать формы осуществления прав жителей региона на самоуправление.

    Последнее заявление министра иностранных дел Армении, адресованное внутренней аудитории, чревато очень опасной тенденцией эскалации конфликта, а не его разрешения мирным путем, о чем столь рьяно просит З.Мнацаканян.

    Армении следует определиться: они хотят мира, или же эскалации?! Складывается впечатление, что нынешнее армянское руководство сознательно склоняется к эскалации ситуации, а не к урегулированию. К сожалению, приходится констатировать, что официальный Ереван сегодня исходит из аннексионистских, а не из привязанных к реалиям позиций. Однако при любом раскладе очевидно, что Азербайджан никогда не смирится с существующим статус-кво, основанным на оккупации. Наше терпение имеет предел”, – заявили в МИД Азербайджана.

  • Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!

    Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 27-də Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxışına reaksiya verib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Mnatsakanyan Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib.

    Nazirlikdən vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu, gələcəkdə də belə olacaq:

    “Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir. “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

    Beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti, bütün əzəli azərbaycanlı əhalini hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz.

    Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil.

    Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub. Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaq.

    Ermənistan Xarici İşlər nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.

    Ermənistan artıq müəyyən etməlidir, o, sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəssüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil”.

  • В Сальяне задержаны 3 человека, совершавшие кражи из магазинов

    Как сообщает Median.Az, cотрудники Сальянского РОП в ходе оперативно-розыскных мер задержали жительницу района К.Мамедову, жителей района, ранее судимых А.Джафарова и Р.Эйвазова, которые 24-го августа украли из магазина на территории района 65 манатов.

    Во время разбирательства выяснилось что, Р.Эйвазов и К.Мамедова 25-го августа украли еще из одного магазина 625 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.