Month: September 2019

  • Nəşi 3 gün neytral zonada qalan 20 yaşlı şəhidin evindən – VİDEOREPORTAJ

    “Bütün arzularımı, ümidlərimi gözümdə qoydu”

    Bu sözləri şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva deyib.

    Azxeber.com mərhum şəhidin evindən reportaj hazırlayıb.

    Qeyd edək ki, Zakir 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. O 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb.

    Fevralın 27-də Zakirin və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb. Fevralın 28-i isə Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

    Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə” medalı ilə təltif edildi.

    Həmin reportajı təqdim edirik:

  • В Баку за совершение грабежей задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники 29-го отделения полиции Ясамальского РУП в результате проведенной операции задержали жителя Апшеронского района Р.Рустамова, который 17-го сентября путем грабежа отобрал у жительницы столицы Х.Ахмедовой кошелек, где находились 40 манатов и мобильный телефон.

    Кроме этого, сотрудники 31-го отделения полиции Сураханского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Я.Мирошниченко, который
    26-го сентября пытался отобрать у жительницы столицы А.Садыговой кошелек, где находились 1000 манатов и 2 мобильных телефона.

    По фактам возбуждены уголовные дела.

  • Bakıda soyğunçuluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 17-də Bakı şəhər sakini X.Əhmədovanın, içərisində 40 manat və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Abşeron rayon sakini R.Rüstəmov saxlanılıb.

    Bundan başqa, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da A.Sadıqovanın, içərisində 1000 manat və 2 ədəd mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almağa cəhd göstərən Bakı şəhər sakini Y.Miroşniçenko saxlanılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Fədayə Laçının həbsdən öncə son – VİDEOSU

    Hazırda həbsdə olan müğənni Fədayə Laçının videosu yayılıb.

    Müğənninin videosu Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində göstərilib.

    Verilişdə qonaq olan Fədayənin bacısı İlahə bu videonun həbsdən 10 gün əvvəl çəkildiyi qeyd edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Məşhur AXCP üzvündən müraciət: Əli Kərimli diktatordur – VİDEO

    AXCP üzvü Aydın Əliyev sosial şəbəkədə “Cəbhədaşlarıma müraciət” başlığıya video yayıb.

    O partiyanın sədri Əli Kərimlinin ünvanına sərt ittihamlar səsləndirib.

    Aydın Əliyev deyib ki, Əli Kərimli partiyada diktatura rejimi yaradıb: “Əli Kərimli sənə müraciət edirəm ki, partiyadan istefa ver. Bilirəm ki, sən məni partiyadan çıxarmaq istəyirsən, ancaq mən heç vaxt istefa verməyəcəm. Sən istefa ver, qoy gənclər sədrliyə gəlsin”.

    Aydın Əliyev deyib ki, AXCP sədri siyasi dələduzdur: “Mən 1988-ci ildən meydanlardayam. İndi anlayıram ki, mən aldadılmışam. Bu gün də o gənclərimizi aldadır. Əli Kərimli partiyanın nizamnaməsini pozur, qanunları pozur. Sizin çoxunuz bundan xəbərdarsız, ancaq bunu dilə gətirməkdən qorxursuz. Qorxmayın, gəlin Əli Kərimlinin çirkin oyunlarına qarşı birgə mübarizə aparaq”.

    Qeyd edək ki, Əli Kərimli iki gün öncə verdiyi açıqlamada bildirmişdi ki, AXCP üzvləri onun istefasını tələb etsə, o məmnuniyyətlə istefa verər.

    Əli Kərimlinin bu bəyanatdan sonra hansı addım atacağı maraq doğurur.

    Aydın Əliyevin video müraciətini təqdim edirik:

  • Zamiqdən yeni – Fotosessiya

    Müğənni Zamiq Hüseynov növbəti fotosessiyasını təqdim edib.

    Pop ifaçısı bu dəfə “Var ol” adlı layihəsi üçün kamera qarşısına keçib. Zamiq obrazı üzərində özü çalışıb. Onun şəkillərinin müəllifi isə fotoqraf Niko Abbasovdur. Sözləri İsmayıl Əsədov, musiqisi Zamiq Hüseynova məxsus mahnıya çəkilən klipin premyerası isə bir neçə gün sonra baş tutacaq.

    Zamiqin rejissorluq etdiyi layihə real həyatdan götürülüb. Belə ki, sənətçi dostunun sevgi həyatını ekranlaşdır.
    /azxeber.com/










  • “Gəncə hadisələri”nə görə tutulan 4 nəfər azadlıqda

    Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncədə iğtişaş törətməkdə təqsirləndirilən 8 nəfərlik dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə təqsiirləndirilən Bəkrəm Əliyev 15, Həbib Qurbanov 8, Mirzə Hüseynov və Asif Cavadovun hər biri 5 il azadlıqdan məhrum edilib.

    Məhkəmənin qərarı ilə iş üzrə təqsirləndirilən Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Hüseynov və Emil Məmmədov azadlığa buraxılıblar.

    İttihama görə, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb. İş üzrə 80 nəfərdən artıq təqsirləndirilərək istintaqa cəlb edilib.

  • Tovuz rayonunda Kür çayına körpə balıqlar buraxılıb

    Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb.

    Bu münasibətlə təşkil olunan mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kür çayının sahilində keçirilən tədbirdə bir neçə saat ərzində çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.

    Bu ilin sonunadək, ümumilikdə, 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin tələbatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara müraciət edir ki, balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər.

    Milli Məclisin deputatı Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən bu layihəni yüksək dəyərləndirərək deyib: “Bu gün Tovuzun Hunanlar kəndi ərazisində Kür çayına körpə balıqlar buraxıldı. Bu prosesdə kənd əhalisi, xüsusən də uşaqlar iştirak etdilər. Bu layihə həm təbiətimizi qorumaq, həm də təbliğat xarakteri daşıyır. Eyni zamanda, gənclərimizdə flora və faunamızın, təbii ehtiyatlarımızın qorunması düşüncəsi daha da inkişaf edəcək. Təəssüf ki, ekoloji problemlər, o cümlədən brakonyerlərin yaratdığı problemlər səbəbindən çaylarda bir sıra balıq növlərimiz ciddi şəkildə azalır, nəsilləri kəsilir. Bu, ciddi problemlər yarada bilər. Ümid edirəm ki, balıq ovu ilə məşğul olanlar da bu amilə fikir verəcəklər”.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün tovuzlular tərəfindən böyük razılıqla qarşılandığını bildirən Q.Paşayeva qeyd edib ki, bu aksiya ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına böyük töhfədir. Tovuzlular da bu aksiyaya fəal qoşulacaqlar.

    “Burada Ekologiya və Təbii Sərvətlər naziri yeni bir layihə barədə də məlumat verdi. Meşələrimizin qorunması, ucqar dağ kəndlərində yaşayan insanların istiliklə bağlı probleminin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə ömrü bitmiş ağaclar yaşıllıqlara ziyan vurmadan kəsilərək sakinlərə satılacaq. Bu odunların qiymətləri də yerli əhali üçün sərfəli olacaq. Beləliklə, həm meşələrin qorunmasına, insanların daha uyğun qiymətə odun əldə etmələrinə, ağacların nəzarətsiz kəsilməsi ilə bağlı problemə də son qoyulacaq”, – deyə Q.Paşayeva əlavə edib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyib: “Bu gün ölkəmizdə balıq ehtiyatlarının artmasına töhfə verdik. Minlərlə balıq körpəsi Kür çayına buraxıldı. Bu cür layihələrin reallaşdırılmasında məqsəd odur ki, su hövzələrindəki balıqların sayı artsın, həm də insanlar çaylarda, dənizdə olan balıq ehtiyatlarının qədrini bilsin, qadağan olunmuş üsullardan istifadə etməklə kütləvi ovlamasınlar. Balıq ehtiyatları min bir əziyyətlə yetişdirilir. İnsanlara bir daha müraciət edirik ki, balıq ovunu sivil qaydada həyata keçirsinlər. Qadağan olunmuş alətlərdən istifadə etməsinlər. Kortəbii və qanunsuz balıq ovu gələcəkdə ciddi problemlər yarada bilər. Onu da bildirim ki, Kür çayında icazəsiz balıq torları qurulur. Elektrik cərəyanlarından istifadə olunur. Bir daha təbiətsevərlərə müraciət edirik ki, icazəsiz balıq ovunun qarşısının alınmasında bizə dəstək olsunlar, brokonyerlərə qarşı çıxış etsinlər”.

    Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinə böyük həvəslə hazırlaşdıqlarını bildirən İ.İbrahimova bildirib ki, artıq Tovuzda da hazırlıq işlərinə başlanılıb.

    Əhali və müvafiq xidmətlərlə görüşlər keçirilib, əkilməsi nəzərdə tutulan ağaclar tədarük olunur. “Aksiya zamanı hər bölgənin iqlim və relyefinə uyğun ağac növlərindən istifadə olunacaq. Hesab edirik ki, bu layihə sayəsində hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək, – deyə nazirliyin mətbuat xidmətinin rəhbəri əlavə edib.

  • Musa Quliyev siqaret məsələsini qaldırdı: Nəzarətə götürülsün!

    Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər.

    Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.

    O, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb:

    “Parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur. Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsələni nəzarətə götürsün”.
    /oxu.az/

  • Səbinə və dəstəsi tərəfindən evi soyulan müğənni: Açarı vermişdim, surətini çıxarıb

    Saat 19:00-21:00 radələrində ailə məclisinə getdik. İki saat ərzində evdə heç kəs olmayıb. Qapı qonşum mənzilimə girərək seyfi oğurlayıb. Vaxt olub ki, biz açarı qonşuya vermişik. O da bundan istifadə edib, açarın surətini çıxarıb və bu yolla mənzilə daxil olub. Ağlımın ucundan belə keçməzdi ki, oğurluğu qapı qonşum edər. Xəbər tutanda şoka düşdüm.

    Bu sözləri dəstə üzvləri tərəfindən mənzili qarət olunan “FM Express” estrada qrupunun banisi və solisti Fuad Musayev oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

    O, hələ də oğurlanan 1800 dollar pulun geri qaytarılmadığını bildirib.

    “Oğurluq edən qonşumun anası gəlib məndən üzr istəməyib. Elə bil ki, mən onların evlərini soymuşam. Yəqin, utandığından gəlmir. Mənzilimdə it də var. Amma qonşunu tanıdığından ona heç bir reasiya verməyib. Çünki it onu yaxşı tanıyır.

    Qonşum evə girib, iti hamama kilidləyib. Daha sonra isə dəstənin digər üzvləri mənzilə daxil olub. Heç istəməzdim ki, bu cür hadisə ilə mətbuat məndən yazsın və gündəmə gəlim. Amma bu cür hadisədən heç kəs sığortalanmayıb”.

    Qeyd edək ki, Bakı sakini F.Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyf naməlum şəraitdə oğurlanıb.

    Səbail RPİ və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

    Müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyeva evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

    Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədilə orada qazaraq basdırıb.
    /oxu.az/