Month: September 2019

  • Müəllimlərin müddətli müqavilə əsasında işə qəbulunun nəticələri açıqlandı

    2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə üçüncü turun nəticələri açıqlanıb.

    Nazirlikdən verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

    Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 547 namizəd uğur qazanıb.

    Müəllim adını qazanmış şəxslər oktyabrın 2-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti üzrə təqdim etməlidirlər.

    Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş müəllimlər müvafiq sənədlərini aidiyyəti ümumi təhsil müəssisəsinə, digər vakansiyalara yerləşən şəxslər isə aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Daha sonra namizədlər şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamalıdırlar.

    Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti müəssisə tərəfindən təsdiq olunmuş şəxslərin işə qəbulu rəsmiləşdiriləcək.

  • Ankarada marşrut avtobusu dayanacağa çarpıldı: ölənlər var

    Türkiyədə sərnişin avtobusu idarəetmədən çıxaraq, dayanacağa girib.

    Hadisə paytaxt Ankaranın Mamak rayonunda qeydə alınıb.

    Nəticədə üç nəfər ölüb.

  • Prezident icra başçısını vəzifəsindən azad etdi

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Qasım oğlu Seyidəliyev vəzifəsindən azad edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Prezidentin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

  • Ağcabədidə ağac kəsən fermer cəzalandırıldı

    “Əkinçi BO Fermer Təsərrüfatı” MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı MMC barəsində ağacların köçürülməsinə aid verilən icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi rayon Prokurorluğuna göndərilib.

  • Xızıda dələduz saxlanıldı – FOTO

    Xızıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Məmmədov saxlanılıb.

    Dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazilərində sürücüləri müxtəlif bəhanələrlə yolun hərəkət hissəsində saxlatdığı, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirərək onlardan aldatma yolu ilə pul aldığı məlum olub.

    Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

    Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin, Xızı RPŞ-yə və ya şəhər telefonlarından (02331) 5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

  • Murad Dadaşov: “Maşın” şou “mafiya” oyunudur – VİDEO

    Mən “Maşın” realiti şousunda xəyanətləri təbliğ etmirəm. İnsan həyatda yalnız özünə etibar etməli, niyyəti isə saf olmalıdır. Məhz bunu tamaşaçılara göstəririk.

    Bu sözləri sözügedən televiziya layihəsinin aparıcısı, Xalq artisti Murad Dadaşov “Popumuz var” verilişində dilə gətirib.

    O bildirib ki, ölkənin ən bahalı verilişində avtomobili udanlar niyyəti, fikri saf olan insanlardır:

    “Maşın” şou barədə çoxları danışır və bu layihəni kifayyət qədər danlayıb, tənqid edirlər. Bu şou “mafiya” oyunudur. Burada iştirakçılar strateji addımlar və müxtəlif analizlər aparırlar. Qalmaqal isə onun ayrılmaz bir elementidir. Çünki iştirakçılar mimikalarla danışıb, oyun apara bilmızlər.

    Verilişə baxan tamaşaçı nələrisə öyrənmək istəyirsə, “Maşın” şouya baxsın. Digər verilişləri isə izləməyə ehtiyac yoxdur. Bu, bizim içimizi tanıdan bir şoudur. “Maşın” şou Azərbaycanın bu günü deməkdir.

    Gün ərzində ən etibarlı dostundan xəyanət görürsən, inanmadığın insandan özünə dəstək görürsən. Bu şouda avtomobili, həqiqətən, niyyəti saf olan insanlar udub”.

  • Polisə əlavə səlahiyyət verilsin – TƏKLİF

    Milli Məclisin deputatı Aqil Abbas Milli Məclisin iclasında polisə əlavə səlahiyyət verilməsini təklif edib.

    Deputat ölkədə tiyəsi dörd santimetrdən artıq olan bıçaq gəzdirməyin qadağan olunmasını xatırladıb.

    “Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var, ya yox… Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar hallar baş verir.

    Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. Dörd santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”, – deyə A.Abbas bildirib.
    /oxu.az/

  • В Гедабейском районе “ВАЗ-2101” сбил насмерть женщину

    Как сообщает Median.Az, 29-го сентября в селе Гарамамедли автомобиль марки “ВАЗ-2101”, управляемый жителем района С.Байрамовым сбил насмерть жительницу района Сохбат Рагимову.

    В Гедабейском РОП по факту ведется расследование.

  • Gədəbəydə “VAZ-2101” qadını vurub, öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 29-da Qaraməmmədli kəndi ərazisində, rayon sakini S.Bayramov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə rayon sakini Söhbət Rəhimovanı vurub.

    Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Gədəbəy RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане усиливается контроль за деятельностью ломбардов

    Законопроект «О ломбардах» на сегодняшнем пленарном заседании Милли меджлиса Азербайджана был принят во II чтении, сообщает Report. Об этом сообщил председатель парламентского комитета по экономической политике, промышленности и предпринимательству Зияд Самедзаде.

    Он отметил, что в стране существует серьезная необходимость в принятии этого законопроекта: «С учетом большого количества негативных случаев в этой сфере, документ предназначен для защиты прав потребителей в целях предотвращения злоупотреблений и повышения эффективности деятельности ломбарда».

    Согласно законопроекту, ломбарды будут действовать на основе лицензии, выданной Палатой по надзору за финансовыми рынками Азербайджана. Предметы, заложенные в ломбард или переданные на хранение, должны быть оценены независимыми оценщиками и застрахованы.