Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan iki nəfərin bank hesabından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini tutulub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olmuş O.Cəlilov saxlanılıb.
Сотрудники Насиминского районного управления полиции Баку задержали лиц, обворовавших магазин.
Об этом сообщили в МВД Азербайджана.
Полицейские по подозрению в краже 960 манатов из магазина, расположенного на территории района, задержали жителей Ярдымлинского района Р.Дадашзаде и Сабирабадского – Т.Гусейнову.
В ходе расследования выяснилось, что Р.Дадашзаде также были похищены из салона автомобиля 1 тыс. 200 манатов.
Nəsimi polisi mağazadan oğurluq edən şəxsləri tutub.
Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşları oğurluq hadisəsi ilə əlaqədar əməliyyat tədbiri keçiriblər.
Nəticədə, Yardımlı rayon sakini R.Dadaşzadə və Sabirabad rayon sakini T.Hüseynova şübhəli bilinərək saxlanılıb. Onların Nəsimi rayonundakı mağazaların birindən 960 manat pul oğurladıqları bildirilir.
Qeyd edək ki, aparılan əlavə tədbirlər nəticəsində R.Dadaşzadənin daha bir avtomobildən 1200 manat pul oğurlaması da müəyyən edilib.
Bakının Xətai rayonunda “Masaj Salonu” adı altında əxlaqsızlıq yuvası fəaliyyət göstərir.
Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat veriblər. Bildirilir ki, masaj salonu adı altında əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Burada müxtəlif yaşda qadınlar pul qarşılığında bədənlərini satırlar.
Digər şikayət isə Suraxanı rayonu sakinlərindən gəlib. Bildirilir ki, Günəşli qəbirstanlığına gedən yol, “Xalqlar” körpüsündən düşəndə, sağda yerləşən obyektlərdə fahişəxanalar fəaliyyət göstərir.
Bundan başqa, Günəşlidən Qaraçuxur qəsəbəsinə düşən yolda da yerləşən obyektlərdə açıq insan alveri gedir.
Buradakı obyektlərdə intim xidmətləri təklif olunur. Obyektlərdə kiçik kabinetlər var.
Sözügedən obyektlərdən çəkilən görüntüləri Baku.ws-in “qaynar xətti”nə göndəriblər.
İnanırıq ki, sözügedən ərazilərdəki obyektlərdə baş verənlər polis nəzarətinə götürüləcək. Baş verən əxlaqsızlığın qarşısı tez bir zamanda alınacaq.
Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür.
1 saylı İqtisad Məhkəməsi və Nəsimi rayon prokurorluğunun yaxınlığında, Bakıxnov küçəsi 42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib.
Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır.
Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydan vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.
Müstəqil.az-ın əldə etdiyi məlumata görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbətlik etdiyi ZQAN holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşirdi.
Söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı binanın təcili və sürətlə sökülməsi tapşırığını aldığını bildirib.
Şəhərdə avtomobillərin çoxluğu təbii ki, öz növbəsində tıxacın da yaranmasına səbəb olur. Dərslər başlandıqdan sonra isə bu vəziyyət daha acınacaqlı olur. Bəs görəsən tıxacların qarşısını almaq üçün hansı addımlar atmaq lazımdır?
Median.Az ARB TV-yə istinadən xəbər verir ki, yeni dərs ilinə cəmi 10 gün qalıb. Bir neçə aydır davam edən nisbətən sakit şəhər həyatı yenidən qaynayacaq. Metro, avtobus, özəl avtomobillər və s. Yollarda yaşanacaq vəziyyəti təsəvvür etmək heç də çətin deyil. Ekspertlər yollarda müşahidə olunan sıxlığı aradan qaldırmaq üçün təklif irəli sürüblər.
Elməddin Muradlı – Nəqliyyat Eksperti: “Nəzərə almaq lazımdır ki, məktəblərin qarşısında əsas sıxlıq məhz ibtidai sinif uşaqlarına görə yaranır. Düşünürəm ki, biz artıq o sovet sistemindən uzaqlaşmalıyıq. Dünyanın heç bir yerində saat 8 də dəsr başlamır. Bu ancaq ola bilər MDB məkanında Budakı sovet quruluşunun təsiridir ki, bəzi ölkələrdə hələdə qalır. Yəni onlar üçün saat 8-də yox 9 da da dərs başlaya bilər”.
Təhsil ekspertləri də oxşar fikirdədirlər. Deyirlər ki, səhər növbəsində təhsil alan azyaşlıların əksəriyyəti yuxudan oyanmaqda çətinlik çəkir. Təhsil aldığı məktəb yaşadığı evdən uzaq məsafədə yerləşən balacalar üçün isə bu proses daha da çətin olur.
Elşad Qafarov – Təhsil Eksperti: “Əslində 6 yaşlı uşağın fizioloji xüsusiyyətlərinin nəzərə alanda ən azı 7 dən yuxudan oyanmalıdır. Xüsusən də biz nəzərəalsaq şəhər yerlərində bir yerdən başqa yerə gedərkən və şəhərdə tıxacların olmasına görə ən azı 7 nin yarısı evdən çıxmalıdırlar bunun üçün isə ən azı 6 da yuxudan durmalıdırlar. Xüsusən də aşağı sinif şagirdləri üçün dərs zamanı yuxulu olması dərs prosesinin düzgün mənimsəməməsi bu problemləri yaradır və s”.
Psixoloqlar isə fərqli fikirdədi. Onların fikrincə uşaqlarda yuxu rejimini erkən yaşlarında formalaşdırmaq lazımdır. Əfsus ki, bəzi valideynlər buna əməl etmirlər.
Vəfa Əkbər – Psixoloq: “Düzdür bunun bir adaptasiya dövrü var. Əvvəlcədən bir necə həftə buna adaptasiya olunacaqdır. Sonra isə bu uşaq üçün qrafikaya çeviriləcəkdir. Bəzi uşaqlar var ki,onlarda səhər tezdən öyərnmək daha asan olur. Yəni tez qavrayırlar. Uşaqlar var ki,onlar tezdən duranda qavraya bilmirlər. və s”.
Qeyd edək ki, Təhsil Nazirliyi 2015-ci ildə rəsmi olaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına Bakıdakı təhsil müəssisələrində iş qrafikinin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, məsələyə müsbət cavab verilməyib.
Как сообщает Median.Az, сотрудники Ленкораньского РОП в результате проведенной операции задержали жителя села Сапнакеран И.Акперова, у которого в дворовом участке обнаружили 14 кустов конопли, а в доме дополнительно 3 кг. марихуаны.
В Следственном отделе РОП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.
Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Səpnəkəran kənd sakini İ.Əkbərova məxsus həyətyanı sahədə, kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 14 ədəd çətənə kolu aşkar ediblər.
Araşdırma zamanı, İ.Əkbərovun evinə baxış zamanı 3 kq. qurudulmuş marixuana götürülüb.
ŞRPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.
Abşeron rayonunun Məmmədli kəndinin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq “Zabrat” yarımstansiyasından çıxan 10 kVt-luq “Məhəmmədi-1” elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixində kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.
Müğənni Elnarə Xəlilova 15 il çəkilən fotosunu yayımlayıb.
Sənətçi şəkli 2004-cü ildə əsgərlərlə görüşdə lentə aldırdığını vurğulayıb.
Elnarə paylaşımına “15 il Sərhəd Qoşunları ilə çiyin-çiyinə. Onda hərbi qulluğa başlasaydım, indi polkovnik idim. Fəxr edirəm ki, sərhədçiyəm” sözlərini yazıb.
Qeyd edək ki, E.Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir. O, leytenant rütbəsini daşıyır.