Month: September 2019

  • Ev sahibinin tanışı oğurluq etdi: Külli miqdarda pul apardı

    Bakının Sabunçu rayonunda mənzildən oğurluq hadisəsi qeydə alınıb. Qarət 6 sentyabr tarixində, gündüz saatlarında baş verib.

    Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Məlum olub ki, ev sahibi bir saatlıq müddətə evdən çıxıb. Bu isə evin qarət olunmasına zəmin yaradıb.

    Naməlum şəxs pəncərənin çərçivəsini sındıraraq S.M.-nın mənzilinə daxil olaraq 10 min manatını oğurlayıb. Təhqiqatçıların ehtimalına əsasən, oğru ev sahibinin tanışıdır. Çox güman ki, ev sahibi söhbət əsnasında evdə külli miqdarda pulu olduğu barədə kiminsə yanında danışıb. Bildirilir ki, ev sahibi əlvan metalların toplanması və satışı ilə məşğul olur.

    Faktla bağlı araşdırma aparılır.

  • Ученые назвали лучшие ночные перекусы

    Правильные вечерние и ночные перекусы полезны для худеющих и людей с диабетом.

    К такому выводу пришли зарубежные диетологи, передает портал food.news.

    По их мнению, поздним вечером нужно есть белковую пищу с минимальным содержанием жира, поскольку она помогает стабилизировать ночной уровень сахара в крови. К таким продуктам относятся яйца вкрутую, огурцы, морковь, греческий йогурт без сахара, также можно позволить себе немного миндаля или грецких орехов. Худеющим женщинам порекомендовали ужинать небольшим стейком с овощным гарниром.

    Белковая пища, содержащая полезные жиры и немного углеводов, ограничит выброс глюкозы в кровь и поддержит ее низкий уровень в течение ночи и с утра, подытожили диетологи.

  • Putin etiraf etdi: Moskva problemlərdən xali deyil

    Rusiya Prezidenti Vladimir Putin Moskvanın inkişafını yüksək qiymətləndirib, amma şəhərin problemlərdən xali olmadığını da deyib.

    Median.Az Trend-ə istinadən bildirir ki, V.Putin bunu Şəhər günü münasibətilə təşkil olunan tədbirdə deyib.

    Prezident bildirib ki, Moskvada son illərdə rahat və işgüzar mühit, sosial və rəqəmsal infrastrukturun yaradılması üçün çox işlər görülüb:

    “Bununla belə, bu miqyasda meqapolisdə problem olmaya bilməz. Onlar kifayət qədərdir. Amma çoxlu işlər də görülməkdədir. Bütün parklar, küçələr, prospektlər vahid ansamblı – hamımızın sevdiyi və qürur duyduğu Moskvanı yaradır”.

  • Facebook telefon nömrələrinin ifşa olunduğunu təsdiqlədi

    Facebook 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin internetdəki məlumat bazasında ifşa olunduğunu təsdiqləyib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, şirkət məlumat bazasını kimin yaratdığını və internetə “təhlükəsiz halda” buraxılmasının araşdırıldığını söyləyib.

    Sözügedən məlumat bazasında facebook istifadəçilərinin istifadəçi adı və telefon nömrələri təhlükəsizliyi təmin edilməyən veb serverə yüklənilib və şifrə ilə qorunmayıb.

    Məlumat bazasının facebook tərəfindən yaradılmadığı düşünülür.

    “TechCrunch” saytı məsələ ilə bağlı veb hosting şirkətinə müraciət etdikdən sonra məlumat bazası internetdən yığışdırılıb.

    Qeyd edək ki, facebook 2018-ci ildə istifadəçilərinə kimisə telefon nömrəsi ilə axtara bilmək funksiyasını yığışdırıb. Şirkət açıqlamışdı ki, müxtəlif “zərərli proqramlar” milyonlarla telefon nömrəsi daxil edərək nömrələrin kimə aid olduğunu tapmağa çalışırdı. Beləliklə də, telefon nömrələrini Facebook profillərinə əlavə etdikdən sonra gizlilik şərtlərini dəyişməyən istifadəçilərin telefon nömrələri ələ keçirilmə ehtimalı vardı.

    “TechCrunch”ın ortaya çıxardığı məlumat bazasının da bu yollarla yarada bilinəcəyi düşünülür.

  • Yol polisi reyd keçirdi: 40 sürücü barəsində protokol tərtib olundu – FOTO

    Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları tərəfindən Zaqatala rayonu ərazisində reyd keçirilib.

    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmayan, sərxoş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

    Reyd zamanı 80-dən artıq avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 40-nın sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub.

    Eyni zamanda, yol polisi əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıb, onları sükan arxasında diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.

  • В Азербайджане увеличилось число возглавляемых женщинами учреждений

    В связи с защитой прав женщин в Азербайджане создана сильная законодательная база. Эти документы гарантируют равное представительство мужчин и женщин в управлении государством, устранение любой формы дискриминации.

    Как передает Median.Az со ссылкой на Trend, об этом сообщила заместитель председателя Государственного комитета по проблемам семьи, женщин и детей Садагат Гахраманова во время выступления на пятом заседании молодежного крыла и шестом – женского крыла Международной конференции азиатских политических партий İCAPP (İnternational Conference of Asian Political Parties), проведенном в Баку.

    Зампредседателя комитета отметила, что женщины активно участвуют в экономическом, социальном и политическом развитии страны, повышении уровня жизни населения, сокращения бедности, достижении устойчивого экономического развития, обеспечении гендерного равенства во всех сферах.

    Гахраманова отметила, что с каждым годом растет число женщин, работающих в правоохранительных органах, в сфере науки, образования, культуры, спорта и других. Председатель Госкомитета подчеркнула, что за последние годы в Азербайджане наблюдается рост числа учреждений, возглавляемых женщинами. В настоящее доля женщин-предпринимателей в стране составляет 30 процентов.

  • Biləcəri qəsəbəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

    Bu gün səhər saatlarından başlayaraq axşam saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəzanın baş verməsi nəticəsində dağılmış asfalt-beton örtüyünün bərpası işləri aparılacaq.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) APA-ya verilən məlumata görə, qeyd olunan müddətdə sözügedən ərazidə hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

    Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

  • Sumqayıtda mənzildən Rusiya vətəndaşının meyiti tapılıb

    Sumqayıtda mənzildən meyit tapılıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhərin 10-cu mikrorayon ərazisində, ev 62 ünvanında mənzillərdən birində kişi meyiti aşkar olunub.

    Ölən şəxsin Rusiya Federasiyasının vətəndaşı 1961-ci il təvəllüdlü Uszenov Vyaçeslav Maqammedoviç olduğu müəyyən edilib.

    Onun Sumqayıta anasının yas mərasiminə gəldiyi bildirilir. Yas mərasimindən sonra ondan xəbər olmadığını görən qonşular müvafiq qurumlara müraciət ediblər.

    Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

  • Роды с летальным исходом: кто виноват в смерти молодой женщины в Баку

    Причины, которые привели к смерти роженицы в бакинской больнице, будут проанализированы, любые возможные ошибки будут выявлены, а виновные понесут наказание.

    Как передает Median.Az, об этомSputnik Азербайджан сказала главный гинеколог Севиндж Мамедова.

    На днях 26-летняя Айгюн Мурадова, уроженка села Юхары Калунхур Гусарского района, скончалась в родильном доме номер семь в Баку. Смерть наступила спустя несколько часов после родов (на свет появилась девочка) в результате сердечной недостаточности. По факту прокуратурой Низаминского района города Баку возбуждено уголовное дело по статье 314.2 (халатность, повлекшая по неосторожности смерть потерпевшего или иные тяжкие последствия) Уголовного кодекса АР.

    О том, что причиной смерти роженицы стала сердечная недостаточность, в одной из соцсетей написал человек, близкий к семье Мурадовой, обвинив в случившемся родственников женщины: “Никто ее в больницу не водил. Женщина всегда жаловалась на боли в сердце. Поэтому ей резко стало плохо, и ребенок родился недоношенным. Сама она скончалась под утро. В случившемся виновны ее муж и свекровь. Ребенок остался сиротой”.

    Что касается состояния новорожденной, то, по неподтвержденной информации, она находится в кювезе, ее состояние нестабильно. К сожалению, информацию о состоянии ребенка в указанной больнице по запросу редакции предоставить отказались.

    Главный гинеколог республики Севиндж Мамедова, к которой Sputnik Азербайджан обратился за комментариями, рассказала, что ознакомилась с материалами дела. Как оказалось, родители женщины, ее муж и другие члены семьи наблюдали у нее одышку и другие признаки заболевания, но при этом, как они сами признались, ни разу не обращались к врачу. При этом Мамедова с сожалением отметила, что близкие родственники, члены семьи, которые не позаботились вовремя о здоровье женщины, никакого наказания за это не понесут.

    Комментируя вопрос об ответственности врачей в данной ситуации, Мамедова отметила, что в больницу роженицу следует доставлять с наступлением первых схваток. В таком случае у врачей будет достаточно времени, чтобы ее обследовать.

    Вообще, указала она, важно в первые же дни наступления беременности проводить обследование сердца. При наличии некоторых заболеваний беременность вообще запрещена. При этом еще до наступления беременности женщина должна проходить общее обследование, а затем, забеременев, постоянно находиться под наблюдением врача.

  • Samuxda piyadanı avtomobil vurub

    Samuxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini 1959-cu il təvəllüdlü Vəliyev Mirzə Yasin oğlunu yaşadığı evin qarşısında, yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

    Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

    Hadisə ilə bağlı polisə məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır.