Month: September 2019

  • Памятник Агарунову изготовили бесплатно – ФОТО

    Несколько дней назад Median.Az сообщил об установке в Баку памятника Национальному герою Азербайджана Альберту Агарунову.

    Проект памятника был подготовлен под руководством народного художника Омара Эльдарова преподавателями кафедры скульптуры Азербайджанской государственной академии художеств Замиком Рзаевым и Рагибом Гараевым.

    Основная часть памятника отлита из бронзы, а постамент – из бетона и бронзы.

    Впервые предложил установить памятник Национальному герою Гаджи Азимов, командир танкового батальона “Сабаил”, в котором сражался А.Агарунов. Г.Азимов встретился с О.Эльдаровым и обсудил этот вопрос. Затем состоялась беседа на эту тему с О.Эльдаровым председателя религиозной общины горских евреев Баку Милиха Евдаева.

    Эскиз проекта подготовили Замик Рзаев и Рахиб Гараев и восемь месяцев назад представили его О.Эльдарову. Работы начались 1 апреля этого года после утверждения проекта Министерством культуры.

    Отметим, что З.Рзаев и Р.Гараев плату за работу брать не стали.

    Национальный герой Азербайджана Альберт Агарунов родился 25 апреля 1969 года в бакинском поселке Амирджан в еврейской семье.

    8 мая 1992 года в боях за Шушу А.Агарунов был ранен и скончался на поле боя.
    /oxu.az/



  • Aqarunovun heykəlini hazırlayan gənc müəllimlər: təmənnasız işləyiblər – FOTO

    Bir neçə gün öncə Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılması ilə bağlı məlumat vermişdik.

    Layihə Ömər Eldarovun rəhbərliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimləri Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb.

    Heykəlin əsas hissəsi tuncdan tökülüb, postamenti isə beton və bürüncdən hazırlanıb.

    Heykəlin qoyulması ilə bağlı ilk təklif Aqarunovun döyüşdüyü “Səbail” tank taborunun komandiri Hacı Əzimovdan gəlib. O, Ömər Eldarovla görüşüb və bu məsələni müzakirə edib. Daha sonra Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev də Ö.Eldarovla bu barədə danışıb.

    Layihənin eskizi Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb, səkkiz ay əvvəl Ö.Eldarova təqdim edilib. Mədəniyyət Nazirliyi təsdiq etdikdən sonra bu ilin aprelindən işlərə başlanılıb.

    Məlumatlara görə, Zamik Rzayev və Rahib Qarayev bu işi təmənnasız görüblər.

    Qarayev Rahib Arif oğlu 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

    2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. 2017-ci ildə Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü hazırlayıb. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakim Həsənovun heykəlinin müəllifidir.

    Zamik Süleyman oğlu Rzayev 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2006-ci ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinin heykəltəraşlıq fakültəsinə qəbul olub.

    2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə, 2015-ci ildə həmin akademiyanın magistr bölməsinə daxil olub. 2017-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasınında müəllim kimi fəaliyyət göstərir. Bir sıra beynəlxalq və yerli sərgilərin iştirakçısıdır.

    Qeyd edək ki, Milli Qəhrəman Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

    A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
    /oxu.az/



  • В Баку будут судить “Пабло Эскобара”

    Завершилось предварительное следствие по уголовному делу в отношении Тариха Мехдиева, Вадима Кязымова и Мухаммеда Мамедзаде, обвиняемых в незаконном обороте наркотических средств.

    Материалы уголовного дела направлены для рассмотрения в Бакинский суд по тяжким преступлениям.

    Дело будет рассматриваться под председательством судьи Алиовсата Аббасова.

    Отметим, что в апреле этого года в Хатаинском районе Баку были задержаны члены преступной группировки, занимавшейся незаконным оборотом наркотиков.

    Сотрудниками полиции был задержан подозреваемый в краже житель столицы Кянан Джавадов. На допросе он сообщил, что украденное обменял у некоего Эльхана на наркотики для личного употребления.

    Продавший К.Джавадову наркотики житель столицы – ранее судимый Эльхан Мамедов – был задержан. Кроме того, были задержаны еще четверо жителей Баку, принимавших наркотики в доме Э.Мамедова: Эльшад Сеидов, Вагиф Мамедов, Самир Гурбанов и Ялчин Гусейнов. Сотрудники полиции также установили источник поставки Э.Мамедову наркотиков и задержали наркодилера Магомеда Мамедзаде.

    Отметим, что кумир М.Мамедзаде – наркобарон Пабло Эскобар, мужчина даже сделал на груди татуировку с его именем.

  • “Pablo Eskobar” mühakimə olunacaq

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tarix Mehdiyev, Vadim Kazımov və Məhəmməd Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Cinayət işi materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş hakim Əliövsət Abbasovun icraaatında araşdırılacaq.

    Qeyd edək ki, Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri aşkar edilərək məsuliyyətə cəlb ediliblər.

    Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, elektronika, qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları Xətai rayon ərazisində yaşayan Elxan adlı şəxsə verərək əvəzində şəxsi istifadə üçün ondan narkotik vasitələr aldığını bildirib.

    İdarə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə K.Cavadova narkotik vasitələri satan paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 510 qram narkotik vasitə olan heroin, 6 kiloqram 50 qram qurudulmuş marixuana, 1,590 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, həmçinin K.Cavadovun müxtəlif mənzillərdən oğurlayaraq ona verdiyi əşyalar aşkar edilərək götürülüb.

    E.Məmmədovun yaşadığı evdə, həmçinin narkotik vasitələrin qəbulu üçün ayrılmış xüsusi otaq da müəyyən edilib. Həmin otaqda o, narkotik vasitələri satdığı şəxslərə elə orada qəbul etmək üçün şərait yaradıb. E.Məmmədov saxlanılan zaman onun evində narkotik vasitə qəbul edən daha 4 nəfər – paytaxt sakinləri Elşad Seyidov, Vaqif Məmmədov, Samir Qurbanov və Yalçın Hüseynov da tutulublar. Onların üzərinə baxış zamanı şəxsi istifadələri üçün E.Məmmədovdan aldıqları heroin və metamfetamin aşkar edilərək götürülüb.

    Polis əməkdaşları E.Məmmədovdan aşkar edilən narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirərək ona bu maddələri satan paytaxt sakini Məhəmməd Məmmədzadəni də saxlayıblar. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

    İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədovla M.Məmmədzadəni Salyan rayon sakini Vadim Kazımov tanış edib. Daha sonra M.Məmmədzadə narkotik vasitələri V.Kazımov vasitəsilə E.Məmmədova verərək satışını təşkil edib. Əməliyyat zamanı V.Kazımov da müəyyən edilərək saxlanılıb.

    Qeyd edək ki, narkotik vasitələrin satışını təşkil edən M.Məmmədzadə özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürərək, hətta sinəsinə belə onun adını döymə ilə yazdırıb.

  • В Баку будут действовать 962 группы дошкольной подготовки

    В Баку в 271 общеобразовательном учреждении будут функционировать 962 группы дошкольной подготовки.

    Об этом сообщили в Управлении образования города Баку.

    “Была проведена электронная регистрация 21 тыс. 270 детей для приема их в подготовительные группы в столичных школах (согласно данным на 09:30 5 сентября).

    Благодаря условиям, созданным государством, в дошкольные группы принято 90% всех детей в возрасте пяти лет”, – отметили в управлении.

    Согласно данным на 5 сентября, в электронной системе размещены 47 тыс. 794 заявки о приеме детей в первые классы столичных школ.

    Из них 44 тыс. 955 выбрали общеобразовательные школы, 2 тыс. 839 – лицеи и гимназии. Это 98% от прогноза по приему детей в первые классы столичных школ.

    Работы по подготовке к новому учебному году продолжаются.

  • Bakıda 962 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək

    Bakıdakı 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub.

    Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 21 270 ərizənin onlayn qeydiyyatı (05.09.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb.

    2019-2020-ci tədris ilində bütün beşyaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb. Sentyabrın 5-nə (saat 09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 47 794 sorğu yerləşdirilib.

    Onlardan 44 955-i ümumi təhsil məktəblərini, 2 839-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır. Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

  • Азербайджанская нефть подорожала

    На мировых рынках цены на азербайджанскую нефть повысились.

    Цена нефти марки Azeri LT CIF (Azeri Light) увеличилась на 3,1 доллара, или на 5,1%.

    В настоящее время стоимость одного барреля азербайджанской нефти составляет 63,95 доллара.

  • Neftimiz bahalaşdı

    Dünya bazarlarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

    “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,1 ABŞ dolları və yaxud 5,1% artıb.

    Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,95 dollara satılır.

  • В Баку частная фирма снесла исторический памятник: в дело вмешались госструктуры – ФОТО

    Частная фирма снесла исторический памятник в Хазарском районе Баку.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, фотографии разрушенного памятника были выложены в социальных сетях.

    Сообщается, что 30 августа частная фирма сравняла с землей мечеть и гробницу, расположенные в древнем населенном пункте Келазаг в Хазарском районе Баку. Памятник предположительно относится к XVI веку – эпохе правления последнего правителя Ширваншахов. Куда делись обломки памятника, неизвестно.

    Сотрудник Oxu.Az позвонил в Государственную службу по охране, развитию и восстановлению культурного наследия при Министерстве культуры, чтобы получить информацию о происшествии.

    Пресс-секретарь Госслужбы Фариз Гусейнов заявил нашему сайту, что по факту сноса памятника будет проведено расследование:

    “В ходе осмотра был выявлен факт разрушения кладбища и гробницы эпохи Ширваншахов с помощью тяжелой техники.

    О произошедшем мы проинформировали Исполнительную власть Хазарского района. Будут собраны необходимые сведения, которые будут переданы правоохранительным органам”.

    Отметим, что древний населенный пункт Келазаг был включен в список охраняемых государством материальных памятников культуры и истории решением Кабинета министров Азербайджана от 2 августа 2001 года.




  • Bakıda özəl şirkət tarixi abidəni yerlə-yeksan etdi, rəsmilər işə qarışdı – FOTO

    Bakının Xəzər rayonunda yerləşən tarixi abidə özəl şirkət tərəfindən dağıdılıb.

    Bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb.

    Məlumata görə, Bakının Xəzər rayonunda yerləşən Kələzağ qədim yaşayış məntəqəsində XVI əsrə, son Şirvanşaha aid olduğu güman edilən məscid-məqbərə özəl şirkət tərəfindən yerlə-yeksan edilib. Avqustun 30-da sökülən abidənin daşlarının hara atıldığı da məlum deyil.

    Məsələ barədə Oxu.Az-ın əməkdaşı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

    Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov saytımızın sorğusuna cavab olaraq bildirib ki, dağıdılan abidə barədə araşdırma aparılacaq:

    “Xəzər rayonu, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan “Qışlaq yaşayış yeri”nin dağıdılması barədə daxil olmuş məlumata əsasən, əməkdaşlarımız abidəyə baxış keçiriblər.

    Baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub.

    Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib. Zəruri məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da təqdim ediləcək”.

    Qeyd edək ki, Kələzağ qədim yaşayış məntəqəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunun daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
    /oxu.az/