Month: September 2019

  • Polis xəbərdarlıq etdi: Ağır qəzalar ola bilər

    DİN Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən yağışlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

    İdarədən verilən açıqlamada bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların yağmurlu keçəcəyinə dair xəbərdarlıq edib, sürücülər və piyadalar bunu nəzərə almalıdır.

    “Artıq respublikanın bir sıra bölgəsində yağmurlu hava müşahidə olunur. Bunu nəzərə alaraq, sürücülərin diqqətinə çatdırırıq ki, yağışlı havada sürət rejiminə ciddi əməl etsinlər. Çünki yay aylarından asfalt üzərində yığılıb qalan toz qatı yağış sularının təsiri altında yapışqan və sürüşkən təbəqəyə çevrilir ki, bu da sürətli hərəkət zamanı nəqliyyat vasitəsinin sürüşməsinə, əyləc məsafəsinin uzanmasına gətirib çıxarır”, – deyə xəbərdarlıqda qeyd olunur.

    Yol polisi piyadaların da diqqətinə çatdırır ki, yağmurlu hava şəraitində yolun hərəkət hissəsinə qəflətən çıxmasınlar:

    “Bu, ağır qəzalara səbəb ola bilər”.

  • В Баку в результате септопластики скончалась сержант медслужбы

    Очередной жертвой септопластики стала сотрудница госпиталя МВД сержант медицинской службы Севиндж Гарибова 1971 года рождения.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил источник в правоохранительных органах.

    По полученным данным, медсестра лечебного учреждения умерла после операции по устранению искривления носовой перегородки (септопластика), проведенной 3 сентября хирургом Идраком Ахмедовым.

    В предварительном диагнозе указана смерть в результате тромбоэмболии легочной артерии.

    В настоящее время прокуратура Наримановского района проводит расследование по факту, уголовное дело пока не возбуждено, никто не задержан.

    Последний аналогичный трагичный случай произошел в столице в апреле этого года. Гульяз Гаджиева 1992 года рождения перенесла три операции по устранению искривления носовой перегородки и по причине низкой свертываемости потеряла много крови. Смерть наступила 18 апреля.

    До этого также неоднократно в Азербайджане были зафиксированы смертельные исходы из-за септо- и ринопластики.

  • DİN hospitalının əməkdaşı burun əməliyyatından sonra öldü

    Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı rinoplastikanın növbəti qurbanına çevrilib.

    Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib.

    Məlumata əsasən, tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölüb. İlkin diaqnozda ölümün ağciyər arteriyasının tromboemboliyası nəticəsində baş verdiyi qeyd olunur.

    Hazırda Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır. Hələlik cinayət işi açılmayıb, saxlanılan yoxdur.

    Oxşar hadisə paytaxtda bu ilin aprelində də baş vermişdi. 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva çəpər əyriliyi üzrə üç əməliyyat keçirdikdən sonra qan itirərək 18 apreldə dünyasını dəyişmişdi.

    Azərbaycanda burun əməliyyatı zamanı ölüm faktları daha öncə də dəfələrlə qeydə alınıb.

  • Древняя молельня Пир-Гусейна: армяне разграбили и ее – ФОТО

    Молельня Пир-Гусейн расположена в Гаджигабуле, возле Пирсаатского водохранилища, на древнем караванном пути Баку-Сальян.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, молельня возведена на месте могилы великого суфийского шейха, видного ученого и философа Гусейна Ширвани, сыгравшего важную роль в формировании исламского мировоззрения, в истории философской мысли в Азербайджане.

    В молельный комплекс входят гробница, мечеть, минарет, здания для паломников, хлев, крепостные стены, караван-сарай, средневековая гробница, кельи и древнее кладбище.

    Все стены гробницы Пир-Гусейна и надгробный камень украшены художественными изразцами.

    По словам историка-исследователя Мубариза Халилова, небольшую гробницу шейха Пир-Гусейна прославили именно эти изразцы.

    В 1906 году Тер-Аветисян, проводивший исследовательские работы в молельне, вывез часть изразцов. В 1913 году приехавшие из Парижа маклер М.Келекян и мадам Дюфантю также сняли большую часть изразцов и выставили их на аукцион в Париже.

    Колодцы во дворе молельни были вырыты еще в средние века. Вода в этих двух смежных колодцах всегда оставалась на одном уровне.

    Большая часть молельни Пир-Гусейна в 1918 году была разрушена отрядами разбойников под предводительством Лалаяна. В 2003 году молельня была восстановлена.

    Министерство культуры объявило молельню историко-архитектурным заповедником.

  • Bir bəzəklə tarixə düşən Pir Hüseyn xanəgahı: ermənilər buradan da oğurluq edib – FOTO

    Hacıqabulda yerləşən Pir Hüseyn xanəgahı rayonun Pirsaat su anbarının yaxınlığında, qədim Bakı-Salyan ticarət-karvan yolunun üzərində yerləşir.

    Xanəgah böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda fəlsəfi fikir tarixində İslam dünyagörüşünün formalaşmasında mühüm rol oynamış Hüseyn Şirvaninin məzarı ətrafında salınıb.

    Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansara, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir.

    Pir Hüseyn türbəsinin bütün daxili divarları və otaqların içərisindəki qəbir sənduqəsi vaxtı ilə bədii ustalıqla düzəldilmiş kaşı ilə bəzədilib.

    Taixçi, tədqiqatçı Mübariz Xəlilovun dediyinə görə, Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məşhurlaşdıran onun kaşı bəzəyi olub.

    1906-cı ildə xanəgahda tədqiqat işləri aparan Ter Avetisyan kaşıların bir hissəsini oğurlayaraq aparıb. 1913-cü ildə Parisdən xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Dufantyu kaşıların əksər hissəsini qopararaq, Parisdə hərraca çıxarıb.

    Xanəgahın həyətindəki su quyuları isə orta əsrlərdə inşa edilib. Bir-biri ilə yanaşı olan iki quyuda su həmişə eyni vəziyyətdə qalır.

    Pir Hüseyn xanəgahının çox hissəsi 1918-ci lidə Lalayanın quldur dəstələri tərəfindən dağıdılıb. 2003-cü ildə Pir bərpa edilib.

    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xanəgah tarixi memarlıq qoruğu elan edilib.



  • Семьи еще 104 шехидов получат единовременные выплаты

    В качестве исполнения соответствующего указа Президента Ильхама Алиева продолжаются работы по обеспечению наследников шехидов единовременными выплатами (11 000 манатов).

    Как сообщили в Министерстве труда и социальной защиты населения, на очередном заседании комиссии было принято решение о выдаче единовременной выплаты 162 наследникам 104 шехидов.

    В ближайшее время средства будут перечислены на банковские счета наследников.

    В целом установлено, что наследники 12 тыс. 268 шехидов имеют право получить единовременную выплату. До сегодняшнего дня 17 тыс. 111 наследник 11 тыс. 507 шехидов уже получили денежные средства.

    Программа по обеспечению наследников шехидов единовременными выплатами выполнена на 94%.

  • Daha 104 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcək

    Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, komissiyanın növbəti iclasında daha 104 şəhidin 162 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

    Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 507 şəhidin 17 111 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib.

    Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 94 faiz icra olunub.

  • Азербайджанец будет учиться в Китае в рамках стипендиальной программы

    Обнародованы результаты стипендиальной программы “Великая Китайская стена”, объявленной ЮНЕСКО совместно с Китайской Народной Республикой на 2019/2020 учебный год.

    Как сообщили в Министерстве образования Азербайджана, среди победителей есть и гражданин нашей страны.

    Победители будут обучаться в магистратуре китайского университета Shaanxi Normal University по специальности “Китайский язык”.

    Отметим, что стипендиальная программа рассчитана год. КНР совместно с ЮНЕСКО будут оплачивать обучение, проживание студента в общежитии, страховку, а также выплачивать ежемесячную стипендию.

  • В Баку задержана путана, обчищающая карманы клиентов

    Жрицу любви, обчищающую карманы своих клиентов, задержали сотрудники 1-го отделения полиции Хазарского района Баку в результате проведенных оперативно-розыскных мероприятий.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции района.

    32-летняя Р.Зейналова числилась в розыске с мая 2019 года. Она обвиняется в краже частного имущества.

    По полученным данным, женщина занималась тем, что за деньги оказывала интимные услуги, то есть промышляла проституцией. В полицию обратились четверо мужчин, которые показали, что после свиданий Р.Зейналова сбегала, предварительно обчистив их карманы.

    Отмечается, что однажды женщину уже ловили за аналогичную кражу, но позже отпустили. В полиции отметили, что в этот раз Р.Зейналовой снисхождения не будет, поскольку ее действия приобретают характер рецидива.

    Отметим, что кражи денежных средств и предметов стоимостью в пределах 500 манатов считаются мелкими, поэтому тюремное заключение за это не предусмотрено. В этих случаях применяются административные санкции. Еще пять лет назад мелкими считались кражи в пределах 100 манатов. Но поскольку пенитенциарные учреждения переполнены, в рамках гуманизации политики наказаний в Уголовный кодекс республики внесены определенные изменения.

  • Bakıda fahişə saxlanıldı – “Müştəri”lərinin ciblərini “təmizləyirmiş”

    Bakıda “müştəri”lərin ciblərini “təmizləyən” fahişə saxlanılıb.

    Bu barədə oxu.az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

    Bildirilib ki, əxlaqsızlıqla məşğul olan və şəxsi əmlakın oğurlanmasında ittiham olunan 32 yaşlı R.Zeynalova 2019-cu ilin may ayından axtarışda olub.

    Polisə müraciət edən dörd şikayətçi R.Zeynalovanın görüşdən sonra onların pullarını oğurlayıb aradan çıxdığını bildirib.

    Qadın daha öncə də oxşar cinayətə görə saxlanılıb, lakin sonradan azadlığa buraxılıb. Lakin hadisənin dəfələrlə təkrarlandığı üçün bu dəfə ona güzəşt olunmayacağı bildirilir.

    Qeyd edək ki, 500 manat civarında edilən oğurluq xırda sayılır və buna görə həbs cəzası nəzərdə tutulmur. Belə hallarda inzibati sanksiyalar tətbiq edilir.

    Cəmi beş il öncə 100 manat civarında edilən oğurluqlar xırda hesab olunurdu, lakin penitensiar müəssisələr dolu olduğundan cəza siyasətinin humanistləşdirilməsi çərçivəsində respublikanın cinayət məcəlləsinə müəyyən dəyişikliklər edilib.