Month: September 2019

  • Zeynalabdin Tağıyevin Bakıda qoyulacaq heykəli belə ola bilər – FOTO

    Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

    Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşların qatıldığı müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər (maketlər) Heydər Əliyev Mərkəzində, eləcə də müsabiqənin elektron poçt ünvanında qəbul olunub.

    AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov deyib. Onun sözlərinə görə, müsabiqədə tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəllif də iştirak edir.

    Müsabiqədə iştirak edənlər arasında Azərbaycanın məşhur heykəltəraşları – Xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səhlab Məmmədov, Əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı da var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib.

    Müsabiqəyə Azərbaycanın bölgələrindən də (Gəncə şəhəri və Saatlı rayonu) heykəltəraşlar qoşulublar. “İctimaiyyətdə böyük maraq yaratdığına görə peşəkarlarla yanaşı, həvəskarlar da müsabiqəyə qatılıblar. Belə ki, ixtisasca hüquqşünas olan, həvəskar heykəltəraş İlkin Məmmədov layihə təqdim edənlər arasındadır.

    Təqdim olunan eskizlərdə Hacı Zeynalabdin Tağıyevin faytonu, buxara papağı, ənənəvi libası, təsbehi, əsası, orden və medalları, bənnaçılıqdan başlayaraq tikinti ustası və təşkilatçısı kimi formalaşması, onu milyonçuya çevirən neft buruqları, təhsilə qayğısı əsas elementlər kimi göstərilir.

    Təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalib müəyyənləşdiriləcək. Müsabiqə iştirakçılarının seçimi mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialının emal texnologiyasına uyğunluğu kimi meyarlar üzrə həyata keçirilir.

    Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcək.

    Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

    Qeyd edək ki, müsabiqəyə ərizə və eskizlər bu ilin aprelin 25-dən iyunun 30-dək qəbul olunurdu. Müsabiqəyə olan maraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və bir sıra heykəltəraşların müraciətləri nəzərə alınaraq müsabiqə avqustun 31-dək uzadılmışdı.







  • ИВ пожаловалась в суд на незаконную постройку в Джейранчеле

    В Гянджинском административно-экономическом суде рассмотрено заявление об обеспечении иска Исполнительной власти Товузского района против фермерского хозяйства Narzan.

    В заявлении указано, что на участке площадью 80,0243 га, расположенном на Джейранчельском зимнем пастбище в Товузском районе и являющемся собственностью ИВ, осуществляется незаконное строительство.

    Истец требует прекратить строительство и снести постройку за счет ответчика.

    Суд иск не удовлетворил.

    Причиной стало то, что к материалам дела не было прикреплено подтверждение отправки копии искового заявления фермерскому хозяйству и принятия им этого иска.

  • İcra Hakimiyyəti Ceyrançöldəki qanunsuz tikiliyə görə məhkəməyə müraciət etdi

    Gəncə İnzibati-İqtisadi Məhkəməsində Tovuz Rayon İcra Hakimiyyətinin “Narzan” Kəndli Fermer Təsərrüfatına qarşı iddia ərizəsinə baxılıb.

    Ərizədə Tovuz Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində yerləşən 80.0243 ha torpaq sahəsində həyata keçirilən qanunsuz tikintinin qarşısının alınması və cavabdehin hesabına sökülməsi tələbi əksini tapıb.

    Lakin məhkəmə iddia ərizəsinin geri qaytarılması haqqında qərar qəbul edib.

    Buna səbəb iddia ərizəsinin surətinin cavabdeh “Narzan” Kəndli Fermer Təsərrüfatına göndərilməsi və onun tərəfindən qəbul edilməsinə dair sübutun iş materiallarına əlavə edilməməsi olub.

  • Депутат предложит выдавать пособие на детей до шести лет

    Депутат Милли Меджлиса Фазиль Мустафа на осенней сессии поднимет вопрос о восстановлении выплаты детского пособия.

    Как передаёт Median.Az, об этом oxu.az  сообщил сам парламентарий.

    “Я будут выдвигать предложения по поводу детских пособий до тех пор, пока их не примут”, – сказал депутат.

    Ф.Мустафа отметил, что сначала предложит выдавать пособия на детей до шести лет.

    Напомним, что ранее председатель Комитета ММ по общественным объединениям и религиозным структурам Сиявуш Новрузов высказался по поводу детских пособий.

    По его мнению, должен быть установлен такой размер детского пособия, который бы удовлетворял основные потребности ребенка и снизил финансовую нагрузку семьи.

    Этот вопрос обсуждается совместно с Министерством труда и социальной защиты населения Азербайджана.

  • Parlamentdə uşaq pulunun 6 yaşadək uşaqlara verilməsi təklif ediləcək

    Milli Məclisin deputatı Fazil Mustafa parlamentin payız sessiyasında uşaq pulunun bərpası ilə bağlı məsələ qaldıracaq.

    Bu barədə oxu.az-a F.Mustafanın özü məlumat verib.

    “Mən uşaq pulu ilə bağlı təkliflərimi ardıcıl şəkildə səsləndirəcəyəm ki, qəbul olunsun”, – millət vəkili bildirib.

    F.Mustafa əlavə edib ki, uşaq pulunun hələlik 6 yaşa qədər olan uşaqlara verilməsini təklif edəcək.

    Xatırladaq ki, bir müddət bundan əvvəl Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uşaq pulu ilə bağlı müzakirə aparıldığını demişdi.

    Onun fikrincə, uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirmək lazımdır ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda, ailənin maddi yükünü azaltsın.

    Bu istiqamətdə müzakirələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aparılır.

  • В ДТП в августе погибли 87 человек, 80 – пострадали

    С 1 по 31 августа в ДТП в Азербайджане погибли 87 человек, причем 25 из них – пешеходы.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, соответствующая статистика опубликована на сайте Министерства внутренних дел в разделе “Криминальная хроника”.

    В результате аварий пострадали 80 человек.

    Для сравнения: в ДТП за аналогичный период прошлого года погибли 69 человек, из них 14 пешеходов, а пострадали 246 человек.

  • Qəzalarda 87 nəfər öldü, 80 insan yaralandı – Bir ayın statistikası

    Bu il avqustun 1-dən 31-dək ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində ümumilikdə 87 nəfər həlak olub.

    Oxu.az müvafiq statistikanı Daxili İşlər Nazirliyinin saytının kriminal xronika bölməsindən əldə edib.

    Bu ölüm hallarından 25-i piyadaların vurulması ilə bağlıdır.

    Yol qəzaları nəticəsində 80 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

    Ötən ilin eyni dövründə baş vermiş yol-nəqliyyat hadisələri zamanı isə 69 nəfər ölüb ki, onlardan 14-ü piyadadır.

    2018-ci il avqustun 1-dən 31-dək qeydə alınmış qəzalar nəticəsində ümumilikdə 246 nəfər xəsarət alıb.

  • В Баку мужчина на глазах у матери проглотил ложку

    Любителя металлических ложек госпитализировали в Клиническую городскую больницу №2 им. М.Э.Эфендиева.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Сабаильского района Баку.

    3 сентября в 8-е отделение полиции указанного района поступило заявление от женщины. Последняя сообщила, что ее сын Мамедов Эльмар Этибар оглу 1983 года рождения проглотил чайную ложку, в связи с чем его пришлось госпитализировать. По словам матери, сын в демонстративной форме пытался совершить суицид.

    Кроме того, Э.Мамедов облил себя бензином и хотел совершить самосожжение, но мать помешала ему это сделать.

    В ходе предварительного расследования было установлено, что ранее судимый за незаконный оборот наркотиков Э.Мамедов вступил в конфликт с матерью, требуя от нее недвижимость, но, не добившись своего, решил воздействовать на женщину показательным суицидом.

    Сообщается также, что, кроме того, мужчина намеревался сжечь дом, в котором живет.

    Отметим, что это не единственный случай, когда на почве семейного конфликта в Баку глотали ложку. В июле этого года в Хатаинском районе был доставлен в больницу Бабаев Аламат Назим оглу 1989 года рождения, который из-за конфликта с тещей проглотил ложку и гвоздь.

  • Anasının gözü qarşısında qaşığı uddu, özünü yandırmaq istədi

    Bakıda 36 yaşlı kişi anasının gözü önündə qaşığı udub.

    Bu barədə oxu.az-a Səbail Rayon Polis İdarəsindən bildirilib.

    Belə ki, həmin şəxsin anası sentyabrın 3-də 8-ci Polis bölməsinə müraciət edib.

    O, övladı – 1983-cü il təvəllüdlü Məmmədov Elmar Etibar oğlunun çay qaşığı udduğunu bildirib. Ananın sözlərinə görə, bu yolla oğlu nümayişkaranə şəkildə intihar etməyə çalışıb.

    Bundan əlavə, E.Məmmədov üzərinə benzin tökərək, özünü yandırmaq istəyib, lakin anası buna imkan verməyib. O, 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    İlkin araşdırma zamanı məlum olub ki, əvvəllər qanunsuz narkotik satışına görə məhkum olunmuş E.Məmmədov anası ilə dalaşaraq mülk tələb edib. İstədiyinə nail olmadıqda isə intihara cəhd etməklə anasına təsir göstərməyə çalışıb.

    Onun yaşadığı evi də yandırmaq istədiyi qeyd olunur.

    Xatırladaq ki, bu, ailə münaqişəsi zəminində qaşıq udmaqla bağlı ilk hadisə deyil. Bu ilin iyulunda Xətai rayonunda qayınanası ilə münaqişə zamanı qaşıq və mismar udan 1989-cu il təvəllüdlü Babayev Alamat Nazim oğlu xəstəxanaya yerləşdirilmişdi.

  • Задержан вор, укравший деньги у гражданина на станции “28 Мая”

    Как сообщает Median.Az, житель столицы Х.Мусаев обратился в отделение полиции метрополитена ГУП г.Баку и показал что, на станции “28 Мая” у него из кармана неизвестный украл 188 манатов.

    В результате оперативно-розыскных мер по “горячим следам” полицейские на станции метро “Koroğlu” задержали жителя г.Хырдалан Н.Гейдарова.

    По факту ведется расследование.