Month: September 2019

  • Suraxanıda evdən oğurluq edən keçmiş məhkum tutulub

    Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 600 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Баку появились “цветочные аферисты”

    В Баку владельцев магазинов заставляют покупать горшки с цветами.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, информация об этом появилась в социальных сетях.

    Сообщается, что в Хатаинском районе группа лиц подходит к магазинам и выдает себя за работников Исполнительной власти города Баку. Они заявляют, что согласно новым правилам возле магазинов нужно ставить горшки с цветами. Один горшок с тремя цветами предлагается за восемь манатов.

    В ИВ Баку на запрос oxu.az заявили, что таких указаний не было:

    “Информация в соцсетях не соответствует действительности. Мы никому не давали таких распоряжений. Будет проведено расследование и приняты серьезные меры”.

  • Bakıda yeni “dibçək fırıldaqçıları” peyda olub – BŞİH adından istifadə edirlər

    Bakıda yerləşən mağazaların qarşısına qoyulması üçün sahibkarlara məcburi şəkildə dibçək gülləri satılır.

    Median.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilir ki, Xətai rayonunda bir qrup şəxs mağazalara yaxınlaşaraq, özlərini Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) işçisi kimi təqdim edir. Onlar yeni qaydalara görə mağazaların qarşısında dibçək güllərinin qoyulmalı olduqlarını deyirlər. Bir dibçəkdə 3 gül var və o, 8 manata satılır.

    Bakı Şəhər İcra Hakimiyyətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumdan belə bir tapşırıq verilməyib:

    “Sosial şəbəkələrdə səsləndirilən iddialar əsassızdır. Heç kimə belə bir ixtiyar verilməyib. BŞİH adından istifadə edib belə bir addım atanlar barədə araşdırma aparılacaq. Məsələ barədə ciddi ölçü götürələcək”.

  • Azərbaycanda nə qədər “reket” qəzet var? – SİYAHI

    Azərbaycanda hazırda 91 “reket nəşr” var.

    Bu barədə oxu.az-a Mətbuat Şurasından məlumat verilib.

    Bildirilir ki, həmin mətbuat orqanları “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozublar.

    Həmçinin tənqid obyektlərinin fikirlərinin dərcinə önəm verməyiblər, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşıblar.
    Mətbuat Şurası bəyan edir ki, həmin qəzetlər səhifələrində insanların şərəf və ləyaqətini aşağılayıblar.

    Buna görə də, nəşrlər “qara siyahı”ya daxil edilib.

    N  
    Nəşrin adı
     
    Baş redaktor
     
    Təsisçi
    001 “Gündəm” qəzeti Habil Əliyev Bəhruz Quliyev
    002 “Ədalət Uğrunda+” qəzeti Eldar İbişov Eldar İbişov
    003 “Media Azərbaycan” qəzeti Kifayət Quliyeva Lətif Süleymanov
    004 “Jurnalist və qanun” qəzeti İliç Əliyev Ramiz Əsgərov
    005 “Ailə” qəzeti Qəvami Sadıqbəyli Qəvami Sadıqbəyli
    006 “İdeal Azərbaycan” qəzeti Yeganə Cabbarova Bəhruz Quliyev
    007 “Vətəndaş hüququ” qəzeti Elşən Abdullayev Elşən Abdullayev
    008 “İdeal” qəzeti Əli Həsənov Nazim Quliyev
    009 “Aydın Azərbaycan” qəzeti Ədalət Yusifov Ədalət Yusifov
    010 “Avrotayms” qəzeti Elxan Məhərrəmov Elxan Məhərrəmov
    011 “Azadlıq və zaman” qəzeti Mehman Məmmədoğlu Mehman Məmmədoğlu
    012 “Azərbaycan yolu” qəzeti Daşqın Gülməmmədov Daşqın Gülməmmədov
    013 “Xalq vəkili” qəzeti Azər Abbasov Azər Abbasov
    014 “Regionun səsi” qəzeti Ağasəf Həsənov Ağasəf Həsənov
    015 “Yeni Azərbaycan dünyası” qəzeti Mahir Hümbətov Mahir Hümbətov
    016 “Bizim respublika” qəzeti Hürniyyə Əzizova Hürniyyə Əzizova
    017 “Bakı press” qəzeti Novruz Əzizov Novruz Əzizov
    018 “Yeni olay” qəzeti Sadiq Nəbiyev Sadiq Nəbiyev
    019 “Mayak” qəzeti Türbət Baxşıyev “M.M.97” firması
    020 “Jurnalist P.S.” qəzeti Fərhad Məmmədov Fərhad Məmmədov
    021 “İstintaq” qəzeti Savalan Məmmədov Savalan Məmmədov
    022 “Yeni Azərbaycan bələdiyyəsi” qəzeti Vüsal Rzazadə Vüsal Rzazadə
    023 “Qulp” qəzeti Bəhruz Məmmədov Təqdim olunan rəsmi sənədlərdə adı göstərilməyib
    024 “Dövlət qanunları” qəzeti Nazim Quliyev Nazim Quliyev
    025 “Respublika qanunları” qəzeti Zəmanət Əzimov Zəmanət Əzimov
    026 “Azərbaycan parlamenti” qəzeti Məmmədbağır Əliyev Məmmədbağır Əliyev
    027 “Parlamentin sədası” qəzeti Ramiz Məmiyev Ramiz Məmiyev
    028 “Nota” qəzeti Sərdar Əlibəyli Südabə Tarıverdiyeva
    029 “Müfəttiş” qəzeti Azər Abbasov Azər Abbasov
    030 “Xalq nəzarəti+” qəzeti Fəaliyyət Qurbanov “N.H.Q.X.N.Ş” MMC
    031 “Qanun və gerçəklik” qəzeti Eldar Əsgərov Şahin Tanrıverdiyeva
    032 “Maliyyə nəzarəti” qəzeti Zakir Cabbarlı Zakir Cabbarlı
    033 “Doğma respublika” qəzeti Baloğlan Mirzəliyev Baloğlan Mirzəliyev
    034 “Korrupsiya və cəmiyyət” jurnalı Məmməd Həmidov Məmməd Həmidov
    035 “Qanun və mühakimə” qəzeti İlham Şükürov İlham Şükürov
    036 “Günəşli Azərbaycan” qəzeti Sevinc Quliyeva Sevinc Quliyeva
    037 “Presedent” qəzeti Vidadi Məmmədov Cavid Şirəliyev
    038 “İrəvan press” qəzeti Azər Abbasov Azər Abbasov
    039 “İynə” jurnalı Baloğlan Mirzəliyev Baloğlan Mirzəliyev
    040 “Son olay” qəzeti Ramin Məhəmmədoğlu Həzi Hüseynov
    041 “Kafkaz news” qəzeti Vaqif Aşurzadə Vaqif Aşurzadə
    042 “Hüquq və ittiham” qəzeti Vadim Həsənov Vadim Həsənov
    043 “Xəbər xətti” qəzeti Elnur Məmmədov Anar Eyvazov
    044 “Güzgü” qəzeti Səttar Zərdabi H.B.Zərdabi adına Dünya Azərb-ları Xeyriyyə Cəm.
    045 “Mozalan” jurnalı Mövsüm Mövsümov (Mövsüm Əşrəfoğlu) Mövsüm Mövsümov (Mövsüm Əşrəfoğlu)
    046 “Dünya kriminal” qəzeti Əjdər Mehdiyev Əjdər Mehdiyev
    047 “Əsas xəbər” qəzeti Bəxtiyar Bağırov Bəxtiyar Bağırov
    048 “Zərbə” qəzeti Pərvanə Ələsgərova (Pərvanə Çərkəzqızı) Pərvanə Ələsgərova (Pərvanə Çərkəzqızı)
    049 “Türk Azərbaycan dünyası” qəzeti İlham Əliyev (İlham Qəriboğlu) İlham Əliyev (İlham Qəriboğlu)
    050 “Azərbaycan tərəqqisi” qəzeti Leyla Cəfərova Rasim Hüseynov
    051 “Qanun və həyat” qəzeti Balayar Qurbanov Əliabbas Qurbanov
    052 “Detektiv press” qəzeti Seymur Gülməmmədov Seymur Gülməmmədov
    053 “Azərbaycan və iqtisadi yüksəliş” qəzeti Müştəba Əliyev Müştəba Əliyev
    054 “Qulaqburması” jurnalı Sadiq Nəbiyev Sadiq Nəbiyev
    055 “Korrupsiyaya son” qəzeti İbrahim İsmayılov İbrahim İsmayılov
    056 “Xalq keşiyində” qəzeti Səyyad Əsgərov Səyyad Əsgərov
    057 “Xalq nəzarəti və sahibkarlıq” qəzeti Zərdabi Abbasov Zərdabi Abbasov
    058 “Rəsmi Azərbaycan” qəzeti Ruslan Əmirov Ruslan Əmirov
    059 “Vedi inform” qəzeti Vaqif Paşayev Vaqif Paşayev
    060 “Azad yeni fikir” qəzeti Aqil Mahmudov Aqil Mahmudov
    061 “Həftəlik Azərbaycan” qəzeti Aqil Mahmudov Aqil Mahmudov
    062 “Ədalət carçısı” qəzeti Afət Hacıxanmədli Afət Hacıxanmədli
    063 “Vətəndaş haqqı” qəzeti Azər Kazımov Ramid Abdullayev
    064 “Sağlamlıq keşiyində” qəzeti Süleyman Cəfərov Süleyman Cəfərov
    065 “Əyalətin səsi” qəzeti Kamaləddin Rəhimov “XSVR” MMC
    066 “Xural” qəzeti Əvəz Zeynallı Əvəz Zeynallı
    067 “Azərbaycan gündəmi” qəzeti Elnur Məmmədov (Elnur Vaqifoğlu İlham Əliyev (İlham Qəriboğlu)
    068 “Qanun: izah və şərhlər” qəzeti Bəylər İmanlı Bəylər İmanlı
    069 “Polit press” qəzeti Sudef Məcdov Sudef Məcdov
    070 “Yeni axtarış” qəzeti Ələsgər Rüstəmov Redaksiya heyəti
    071 “Ədalət carçısı” qəzeti Lətif Süleymanov Lətif Süleymanov
    072 “Ədalət tribunası” qəzeti Aynur Babayeva Araz Süleymanov
    073 “Təzə xəbər” qəzeti Vəkil Rüstəmov Vəkil Rüstəmov
    074 “Seans” qəzeti Xəyyam Salmanzadə Xəyyam Salmanzadə
    075 “Əsrin kirpiləri” qəzeti Vüqar Ələkbərov Vüqar Ələkbərov
    076 “Həqiqətin güzgüsü” qəzeti Həqiqət Qədimova Qədiməli Qədimov
    077 “Azərbaycan ideyası” qəzeti Müştəba Əliyev Müştəba Əliyev
    078 “Obyektiv fikir” qəzeti Çingiz İbadov Çingiz İbadov
    079 “Korrupsiya və qanun” qəzeti Xuraman Quliyeva Xuraman Quliyeva
    080 “Azad Azərbaycan Respublikası” Elmar Əliyev Elmar Əliyev
    081 “Arama” jurnalı Mahir İmanov Mahir İmanov
    082 “Təhqiqatın gücü” qəzeti Aqil Qaraşov Aqil Qaraşov
    083 “Korrupsiyaya yox” qəzeti    
    084 “Obyektiv.org” saytı    
    085 “Aztoday.az” saytı    
    086 “Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı    
    087 “Dünyapress.com” saytı    
    088 “Nia.az” saytı    
    089 “Reallıq.info” saytı    
    090 “Qanunxəbər” İA (“Qanunxeber.az” saytı)    
    091 “Xalqınsesi.com” saytı    

  • Sumqayıt sakinləri Şabranda qəzaya düşdü – Ər-arvad yaralandı

    Şabranda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Şahnazərli kəndində qeydə alınıb.

    İki maşının toqquşması nəticəsində bir ailənin iki üzvü, Sumqayıt şəhər sakinləri – 34 yaşı Namiq İbrahimov, onun həyat yoldaşı 36 yaşlı Minirə İbrahimova və digər maşının sürücüsü Malik Nemətov müxtəlif bədən xəsarətləri alıb. Hər üç yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Вилаят Эйвазов произвел новые назначения

    В органах внутренних дел Азербайджана произведены новые назначения.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, соответствующие приказы подписал министр внутренних дел генерал-полковник Вилаят Эйвазов.

    Согласно приказу, майор полиции Юнис Алескеров назначен начальником 12-го отделения полиции Управления полиции Сабунчинского района г. Баку.

    До этого Ю.Алескеров был заместителем начальника данного отделения.

    Согласно другому приказу министра, начальником 17-го отделения полиции Управления полиции Наримановского района столицы назначен начальник 19-го отделения полиции Управления полиции Насиминского района полковник-лейтенант полиции Ильтимаз Юсифли.

    В Главном управлении полиции города Баку подтвердили нашему сайту эту информацию.

  • Задержана женщина, укравшая кошелек в Хатаинском районе

    Как сообщает Median.Az, сотрудники 34-го отделения полиции Хатаинского РУП в результате оперативно-розыскных мер задержали жительницу Нефтчалинского района Т.Ширханову, которая украла из дома в поселке Ахмедлы кошелек, где находились 3200 манатов и 703 маната.

    По факту ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Xətai rayonunda evdən oğurluq edən qadın saxlanılıb

    Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əhmədli qəsəbəsindəki evdən, içərisində 3200 manat və 703 dollar olan pulqabını oğurlayan Neftçala rayon sakini T.Şirxanova saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Əməkdar artistin oğlu: “Küçələrdə yatıram, zibil daşıyıram, mənə yardım edin” – VİDEO

    SSRİ əməkdar artisti, tanınmış sənətkar Fatma Mehrəliyanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.

    Sənətkarın oğlu azxeber.com-a açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.

    Qabil Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır: “Mənim 74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik “butka”da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər.

    Qabil Mehrəliyevin saytımıza video açıqlamasını təqdim edirik:

  • Masazırda avtoyuma məntəqəsində faciə: 23 yaşlı işçini cərəyan vurdu

    Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində, “Əlincə” Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib.

    Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç “Zil” markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub.

    Nəticədə o, yerindəcə dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.