Month: September 2019

  • В Иране повесили гея

    В Иране прилюдно казнили мужчину, признанного виновным в нарушении законов о гомосексуализме. Как пишет The Jerusalem Post, произошло это в начале года, однако известно стало только сейчас.

    Отмечается, что 31-летний иранец, чье имя не сообщается, был повешен в январе в городе Казерун (провинция Фарс). Его обвинили в нарушении закона о половых сношениях между мужчинами, а также в похищении двух 15-летних. При этом агентство ISNA указало, что жители города “выразили удовлетворение [казнью] и поблагодарили судебные органы”.

    В 2016 году сообщалось о казни молодого человека – гея в иранском Центральном остане (Маркази). При этом осудили его за “принудительное половое сношение с мужчиной” еще до совершеннолетия. Также известно о казнях трех иранцев-геев в 2011 году.

    Иран – одна из примерно 70 стран мира, в которых однополые отношения являются уголовным преступлением. При этом за подобные нарушения можно получить как срок в тюрьме или телесные наказания, так и быть приговоренным к смертной казни.

  • Xaçmazda “VAZ” avtomobili yanıb

    Xaçmaz rayonunun Xudat şəhərində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//milli.az

  • Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

    Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

    Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

  • Bakı leysan yağışlarına hazırdır?

    Dünən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. Eldar Əzizovun başçılığı ilə keçirilən iclasda payız-qış mövsümündə xüsusi halların baş verməsi zamanı hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.

    Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsi nəzərə alınaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

    Bəs Bakı leysan yağışlarına nə dərəcədə hazırdır? Güclü yağışlar zamanı ənənəvi mənzərənin şahidi olacağıq, yoxsa?..

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, hazırda payız-qış mövsümünə hazırlıqlarla bağlı işlər gedir:

    “Kanalizasiya kollektoru, xətlər yoxlanılır, yuyulur, palçıqdan, qumdan, gildən, daşdan təmizlənir. Eyni zamanda, kanalizasiya baxış quyuları, yağış barmaqlıqları yoxlanılır ki, yağıntılı aylarda xətlər normal işləsin. Dünən intensiv yağıntılar olmasına baxmayaraq, sistemlər tam şəkildə işlədi”.

    A.Cəbrayıllı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natəvan küçəsində yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda dünən baş verən qəza ilə bağlı da açıqlama verib.

    O qeyd edib ki, Biləcəri qəsəbəsində çökmüş hissədə sovet dövründə tikilmiş diametri 500 millimetr olan kanalizasiya kollektorunun 50 metrlik hissəsinin dəyişdirilməsinə qərar verilib.

  • “TurAz Qartalı – 2019” təlimlərinin açılış mərasimi olub – VİDEO

    Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.

    General-leytenant R.Tahirov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. Komandan bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu diqətə çatdıraraq bu təlimlərin hər iki ölkənin ordularının təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib.

    Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan briqada generalı İ.Köseali qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Hərbi attaşe təlimlərin başlanması ilə əlaqədar iştirakçıları təbrik edib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində onlara uğurlar arzulayıb.

    Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.

  • Vüqar Səfərli: “Jurnalistlərə birbaşa ev verilməyib”

    Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Yenicag.az-a müsahibəsində jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərə “kupça” verilməməsinin səbəblərini açıqlayıb.

    – Şəhərsalma və Arxitektura Komitəsi jurnalistlər üçün inşa edilmiş ikinci binanın istismarına icazə versə də, Əmlak Komitəsindən bildirilib ki, mənzillərə çıxarış verilməsi üçün KİV-ə Dövlət Dəstəyi Fondundan onlara əlavə sənədlər təqdim olunmalıdır. Söhbət hansı sənədlərdən gedir?

    – Bilirsiz, məsələ necədir? Bu, dövlət aktıdır, verilib ki, bina istismara hazırdır. O bina dövlətin əmlakıdır. Bina Əmlak Komitəsi tərəfindən bizim balansımıza verilməlidir, “kupça” təqdim olunmalıdır. Bu məsələni birinci olaraq, Fond sənədləşdirməlidir. Bundan sonra baxaq görək, o mənzillər hansı formada jurnalistlərə veriləcək. Jurnalistlərə birbaşa ev verilməyib axı…

    – Bu məsələni Əmlak Komitəsindən yuxarıda qeyd olunduğu kimi izah etdilər…

    – Komitədən zəng etmişdilər, mən də dedim ki, buyurun, “kupça”ları verin də, görək, necə verirsiniz…

    – Yəni indiki mərhələdə Komitənin sizə təqdim etməli olduğu sənədlər var?

    – Əvvəla, o sənədlər hazırlanmalı və binaya ümumi “kupça” verilməlidir. Bundan sonra görək, o mənzillər jurnalistlərə hansı formada veriləcək… Bu, xidməti ev kimi bir şeydir… Dövlətin əmlakıdır. Bunu elə-belə götürüb vermək olmaz, başa düşürsünüz? O məsələni bu gün Qulu müəllimlə (Dövlət Əmlak Komitəsi mətbuat xidmətinin rəhbəri – red.) danışdım ki, öz rəhbərlikləri ilə müzakirə edib aydınlaşdırsınlar, bu işi necə etmək olar? Keçən dəfə (jurnalistlərin 1-ci binası – red.) bu işlər başqa formada oldu. İndi qaydalarda dəyişikliklər var. O mənzillərin jurnalistlərə verilməsi haqqında hansısa bir sənəd yoxdur. Siyahı tutulub, Aparatla, Prezidentlə razılaşdırılıb və Fondun İdarə Heyətinin qərarı ilə verilib. Ancaq biz o mənzillərə əlavə bir sənəd verə bilmirik axı…

    – Yaxşı, bu məsələnin çətinliyi nədədir?

    – Bu məsələlər Əmlak Komitəsi ilə həll olunmalıdır. O mənzillər jurnalistlərə birbaşa verilə bilməz. Dövlət əmlakıdır, keçən dəfə biz onu özəlləşdirdik, ondan sonra danışıldı, Əmlak Komitəsi ilə razılaşdırıldı ki, onlar qəbul etsinlər… Mənzillər elə bil, hədiyyə kimi verildi. Bu prosesdə sənədlər hazırlanmalıdır. Onu birbaşa vermək olmaz. Onlara da dedim ki, edə bilirlərsə, etsinlər, etirazım yoxdur.

    – Jurnalistlərin 1-ci binasında “kupça”ların verilməsi prosesdurunu indi təkrarlamaq mümkün deyil?

    – Yenə deyirəm ki, orada müəyyən məqamlar var, qanunlara dəyişiklik edilib. Mən də ona görə Qulu müəllimə dedim ki, öz rəhbərliyi ilə danışsın, hansı formada və necə edək. Bu işi onlar etməlidir. Bizə bunun yolunu göstərsinlər, edək. Bir də ki mən başa düşə bilmirəm, axı binanın istismarına icazə verilib, istənilən mənzil sahibi müraciət edə bilər, gəlsinlər, hansı mənzilin onlara aid olmasına dair arayış verək. Onlar o arayışla mənzilə qeydiyyata düşə bilər. Yəni bina istismara qəbul edildikdən sonra, artıq o problem yoxdur. “Kupça” isə ikinci məsələdir. Dövlət verən evlərə baxmayın, bunlar xidməti ev kimidir. Birinci ora özəlləşdirilməlidir, “kupça”sı alınmalıdır, sonra bağışlanmalıdır. Biz dövlət əmlakını necə bağışlaya bilərik?

  • Qardaşı arvadını diri-diri yandırdı – Zabratdakı dəhşətli hadisənin təfərrüatı

    Bakıda qardaşı arvadını diri-diri yandıraraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət edib.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.3-cü yəni, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə təqsirli bilinən Əsgərov İlkin Nizami oğlu barəsindəki hökmün dəyişdirilməsi tələbi ilə Ali Məhkəməyə müraciət edib.

    Onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 11-də keçiriləcək.

    Qeyd edək ki, dəhşətli qətl Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Amma İlkin Əsgərov məhkəmədə bildirib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.

    Qeyd edək ki, İ.Əsgərov Apelyasiya Məhkəməsinə müraciət etsə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilməyib.

  • В Шереметьево столкнулись два самолета – ВИДЕО

    Лайнеры авиакомпаний “Аэрофлот” и Royal Flight столкнулись во время буксировки в аэропорту Шереметьево, сообщил источник РИА Новости.

    По информации представителя экстренных служб региона, воздушные суда зацепились крыльями и получили незначительные повреждения.

    Пассажиров “Аэрофлота” вывели из самолета, никто не пострадал.

    Авиакомпания готовит резервный борт.

  • Şeremetyevoda iki təyyarə toqquşdu – VİDEO

    Moskvanın Şeremetyevo hava limanında iki təyyarə toqquşub.

    Vesti.ru saytının verdiyi xəbərə görə, iki hava gəmisi qanad-qanada gəlib.

    İnsident zamanı xəsarət olan olmayıb: “Royal Flight” şirkətinin təyyarəsi boş imiş, “Aeroflot”a məxsus – Pekinə yollanan ikinci təyyarənin sərnişinləri isə tez bir zamanda təxliyyə olunub.

    Toqquşmanın səbəbləri barədə məlumat verilmir.

  • Bibilərindən erməni atalarını öldürən bacılara ittihamlar: Seks gecələri keçirirdilər – VİDEO

    Ötən ilin ən səs-küylü qətl hadisəsinin istintaqı başa çatmaq üzrədir.

    Söhbət Moskvada yaşayan erməni ailəsində baş verən qətl hadisəsindən – 57 yaşlı Mixail Xaçaturyanın doğma qızları tərəfindən qətlə yetirilməsindən gedir.

    Doğma atalarını qətlə yetirən qızların vəkili bildirib ki, ekspertiza atanın onlara qarşı fiziki və seksual xarakterli zorakılıq etdiyini sübuta yetirib.

    Öldürülən şəxsin bacıları Naira və Marina isə bunun yalan olduğunu iddia edirlər. “Birbaşa efir” verilişinin studiyasında bacılar qəddar qətldən danışıblar. Eyni zamanda, Xaçaturyan ailəsinin arxivindən unikal kadrlar göstərilib.

    Mərhumun bacısı Naira bildirib ki, bununla bacılar özlərini “sudan quru çıxarmaq” istəyiblər. O, qeyd edib ki, Mixail Xaçaturyan heç vaxt onları döyməyib, əksinə, ərköyün böyüdüb və istəklərini həyata keçirib.

    Bundan başqa, Naira verilişin aparıcısı Andrey Malaxova bildirib ki, qardaşı həyat yoldaşı Aureliyanı evdən qovmayıb. Tərəflərin arasında münaqişənin səbəbi isə Sergeyin Mixailin oğlu olmaması ilə bağlı olub.

    Mərhumun bacısı danışıb ki, Sergey dərslərdən qaçıb və narkotik maddə satmağa başlayıb. Xaçaturyan qızlarına görə narahat olduğu üçün oğlanı evdən qovub.

    Naira qeyd edib ki, Sergey onun yanına gələrək bir neçə il onun evində yaşayıb. Əvvəlcə qadın narkotik maddələr barədə məlumatsız olsa da, sonradan bu məlumat öz təsdiqini tapıb.

    Xaçaturyanın digər bacısı Marina bildirib ki, 2018-ci ilin 26 iyun tarixində qardaşıgildə qonaq olub. Onun sözlərinə əsasən, Mixail kefsiz olub və bildirib ki, qızları ilə bacara bilmir və buna görə də bacıları analarının yanına göndərmək istəyir.

    Mərhumun bacıları həm də iddia edirlər ki, Xaçaturyan evdə olmadığı günlərdə bacılar özlərini pis aparıblar:

    “Mixail bir ay, iki ay səfərlərdə olurdu və evə qayıdanda başqa mənzərə ilə qarşılaşırdı. Qızların atasına deyirdilər ki, o, evdə olmayanda bacılar mənzildə seks və spirtli içki gecələri təşkil ediblər. Bu isə Xaçaturyanın xoşuna gəlmirdi və buna görə də əsəbiləşərək, qışqırıb dalaşa bilərdi”.

    Qonşu Valentina Bijbalova da verilişdə bildirib ki, heç kəsə belə övlad arzu etməzdi.