Month: September 2019

  • Bakının mərkəzində bu binanın sökülməsinə başlanılır

    Bakının Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanındakı 3 mərtəbəli binanın sökülməsinə hazırlıq işləri gedir.

    Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

    Onun sözlərinə görə, hazırda üçmərtəbəli binadakı ailələrin köçürülməsi yekunlaşmaq üzrədir: “Bina üçmərtəbəlidir, 1889-cu ildə inşa olunub. Burada 43 ailə yaşayırdı. 1998-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti binadakı sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin vaxt binada olan ailələrdən 23-ü köçürülüb. Bu ailələrin köçürüldüyü mənzillərdə sonradan məcburi köçkünlər məskunlaşıb. Artıq həmin ailələr də binadan köçürülüblər. Hazırda sözügedən ünvanda 4 ailə qalıb ki, onlardan da 3-ü məcburi köçkündür. Yaxın günlərdə həmin ailələr də köçürüləcək və binanın sökülməsinə başlanacaq”.

    İ. Kərimov bildirib ki, bina qəzalı vəziyyətdə olduğu üçün sökülür. Binadakı ailələr Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürülür.

  • Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin sözçüsünü işdən çıxardı

    Müdafiə Sənayesi Nazirliyinin sözçüsü işdən çıxarılıb.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Şəfəq Kərimli Müdafiə Sənayesi Nazirliyinin Ümumi şöbəsinin baş məsləhətçisi vəsifəsindən azad edilib. O, bu vəzifə ilə yanaşı nazirliyin sözçüsü funksiyasını yerinə yetirirdi.

    Nazirliyin sözçüsü vəzifəsi isə İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakova həvalə olunub.

    Qeyd edək ki, bu ilin iyun ayında Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov da vəzifəsindən azad olunub və müvafiq əmrlə bu vəzifəyə Zaur Əliyev təyin edilib. Həmçinin Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev də vəzifəsindən azad olunub. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyində struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.

    Belə ki, nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə – Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Buludxan oğlu Bayramov MSN-nin Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

    Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

  • Uşaqpulu bərpa olunsun! – Milli Məclisdə məsələ qaldırıldı

    “Uşaq əməyinin istismarı, onların insan alverinin qurbanına çevrilməsi ilə bağlı ciddi işlər görməliyik”.

    Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

    O bildirib ki, hər kəsin hökumət qarşısında təkliflərlə çıxış etməsi vacibdir:

    “O təkliflər nədən ibarət ola bilər?! Göstərilir ki, valideynlərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tənbeh verilib. Bu, yetərli deyil. Bununla uşağın problemi həll olunmur. Bunun yolu odur ki, işlər aparılmalıdır. Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində burada iştirak edən məktəblilərimizlə əməkdaşlığı gücləndirməliyik. İkinci vacib məsələ odur ki, bu uşaqların böyük əksəriyyəti valideyn himayəsindən məhrum olanlardır.

    Ona görə də ölkədə aliment fondunun bərpası haqqında düşünməliyik. İqtisadçıların hesablamalarına görə bu fondun təşkili üçün 12-13 milyon vəsait lazımdır. Bu həm də o vəsaitdir ki, dövlət özü büdcəsindən alimenti uşaqlara bu fond vasitəsilə ödəyir. Sonradan onu aliment ödəməyən valideyndən məcburi qaydada geri alır”.

    Deputat uşaqpulunun bərpası barədə də təklif səsləndirib:

    “Əlbəttə, istərdik ki, bu, 18 yaşadək bütün uşaqlara şamil olunsun. Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı.
    Uşaqpulunu mütləq bərpa etməliyik. Ən azından 6 yaşına qədər uşaqlar arasında bu pul bərpa olunmalıdır. Statistika göstərir ki, uşaqlar arasında yoxsulluq səviyyəsi 10 % təşkil edir. Ona görə də düşünmək lazımdır.

    Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”.

  • В Шамкире за разбой задержан житель района

    Как сообщает Median.Az, сотрудники Шамкирского РОП в результате оперативно-розыскных мер задержали жителя района, ранее судимого С.Мамедова, который угрожая жителю района И.Гамидову ножом, отобрал у потерпевшего 100 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Şəmkirdə quldurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini İ.Həmidovu bıçaqla hədələyib, quldurluq yolu ilə 100 manat pulunu alan həmyerlisi, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • “İdeal”dan aldığı ətirin qalıcılığı olmadığı üçün geri qaytardı, başına gəlməyən qalmadı – İDDİA (FOTO)

    “Doğrudur, bir ətirlə mən heç nə itirməyəcəm, amma “İdeal” bu saxtakarlıqla hələ çox insanın büdcəsini dağıdacaq”.

    Bu barədə azxeber.com-a müraciətində, gənc yazıçı-publisist Türkan Turan söyləyib. Şikayət məktubu ilə portalımıza müraciət edən T.Turanın sözlərinə görə, 20.08.2019 tarixində “İdeal”ın VİP bölümündən aldığı “Tom Ford White Patchouli” adlı ətiri qoxusu daimi qalmadığı üçün qaytarmaq istəsə də, buna nail ola bilməyib:

    “Sizə bir neçə gün əvvəl “İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsinin Nizami küçəsində yerləşən filialında başıma gələn saxtakarlıqdan bəhs edəcəm. 20.08.2019 tarixində “İdeal”ın VİP bölümündən “Tom Ford White Patchouli” adlı ətir aldım. Qeyd edim ki, bu məhsuldan cəmi bir dənə olmağı məni şübhəyə saldı. Mütəmadi istifadə etdiyim üçün bilirdim ki, uzun müddətdir ölkəyə idxalı dayandırılıb. Məhsulu satan satış meneceri Quliyev Hümbət məni əmin etdi ki, şübhəm doğru deyil. Bildirdi ki, əgər problem çıxsa gətirərsiniz qaytararıq. Narahat olmağa heç bir əsas olmadığını dönə-dönə vurğuladı. Razılaşdıq. Üstündən 2 saat keçməmiş qoxunun uçub getdiyini gördüm. 24 saat tamam olmamış 21.08.2019 tarixində məhsulu geri qaytardım. Mağazadakı Timur adlı şəxs bildirdi ki, ətir ekspertizaya göndəriləcək. Növbəti gün Hümbət Quliyev özü mənə zəng etdi və dedi ki, ətir həqiqətən saxtadır. Mağaza əməkdaşlarının da üstlərinə vurub yoxladığını, lakin qoxunun qalmadığını dedi. Daimi müştərisi olduğum üçün hətta dəfələrlə üzrxahlıq da elədi. Sentyabrın 1-də pulumun geri qaytarılacağını, heç bir narahatçılığa əsas olmadığını söylədi”.

    Şikayətçinin sözlərinə görə, deyilən tarixdən bir gün öncə mağazaya gedib və ödənişi geri almağa çalışıb: “Daha əvvəl dialoqumuz olan Timur adlı şəxs harasa zəng etdi və mənə yalnız birinci gün köməklik edəcəklərini dedi. Həmin vaxt məsələnin qəsdən uzadıldığını gördüm, bu dəqiqə həll edilməsini tələb etdim. Az əvvəl danışdığı şəxsə yenidən zəng etdi və qarşı tərəfin mənimlə danışmaq istədiyini dedi. Adının Fuad olduğunu deyib, özünü “İdeal”ın VİP rəhbəri kimi təqdim etdi. Onunla uzun və mübahisəli danışığımız oldu. İsrarla mənə sırıdıqları geydirmə məhsulu müdafiə edirdi. Sözlərindən əmin idim ki, saxta məhsullarına sahib çıxmaq istəmirlər. Çünki dayanmadan bəhanələr uydururdu, bir sözü digərin ilə uyğun gəlmirdi. Axırda rəy olmasa mənə yardım edə bilməyəcəyini dedi. Bundan əlavə özünü VİP təmsilçisi kimi aparmadığını xüsusi vurğulamalıyam. Üstündən 3 gün keçdi. Mağazadan mənə zəng elədilər və parfümü gedib götürə biləcəyimi söylədilər. Getdim. Bu dəfə “İdeal”ın Nizami filialının mağaza direktoru olduğunu deyən Anar adlı bəydən ekspertizanın rəyinin mənə də təqdim edilməsini söylədim. Lakin bunu yazılı əsasla deyil burunları ilə yoxladıqlarını dedi. Həmin vaxt anladım ki, bu boyda ətir şəbəkəsinin ekspertiza rəyi dedikləri burunları imiş. Təbii ki, gülməli durum idi. Maraqlı olan budur ki, mağazanın satış təmsilçisi də israrla ətirin saxta olduğunu vurğuladı. Bundan əlavə aldığım məhsulun qutusunda yazılan barkodu malın orjinallığını təsdiqləyən sistemə yazdım “bu məhsul saxtadır” cavabını aldım. “İdeal”da satılan ucuz ətirlərin saxta olduğunu qəbul edirdim. Amma VİP bölümündən bu boyda rəzalət və saxtakarlıq gözləmirdim. Doğrudur, bir ətirlə mən heç nə itirməyəcəm, amma “İdeal” bu saxtakarlıqla hələ çox insanın büdcəsini dağıdacaq. Bunu yazmağı özümə borc bildim, ən azından başqaları da mənim kimi, bu cür halların qurbanına çevrilməsin deyə”.

    Sözügedən iddia ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.




  • YAP-dan yeni qərar – Nazirlər suallara cavab verəcək

    Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

    Layihənin məqsədi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

    Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.

    Sentyabrın 10-da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

  • Hacı Mazan təcili Almaniyaya aparıldı

    İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyaya aparılıb.

    Median.Az xəbər verir ki, bu barədə “BakupPost”a xəstənin yaxınları məlumat verib.

    Onların sözlərinə görə, Bakıda iki dəfə əməliyyat olunduqdan sonra müalicəsinin Almaniyada davam etdirilməsi qərarına gəlinib:

    “Hazırda səhhəti nisbətən normallaşıb, amma uzunmüddətli bir müalicə alacaq. Buna görə də bir müddət orada qalması nəzərdə tutulub”.

    Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”ində qəzaya uğrayıb.

    Nəticədə o özü və sürücüsü – 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

    Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.

  • Bakı sakininə 40 manata görə işgəncə verilib? – Artıq dozadan qarabasma gördüyü iddia edilir

    42 yaşlı Bakı sakininin işgəncələrə məruz qalması faktı üzrə cinayətin təfərrüatı məlum olub.

    Daha öncə oxu.az-ın verdiyi məlumata görə, avqustun 29-da paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 122, mənzil 4 ünvanında Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Həsənov Azər Əliyyə oğlu Rövşən adlı tanışından aldığı 40 manat borcu qaytara bilmədiyi üçün işgəncəyə məruz qalıb.

    A.Həsənovun sözlərinə görə, saat 21 radələrində Rövşənin Elmir adlı dostu onu mebel daşımağa kömək etmək adı ilə aldadaraq Rövşənin yaşadığı ünvana aparıb. Həmin ünvanda Elmir və Rövşən A.Həsənovu dəmir parçası ilə döyərək, ayaqlarını qaynar su ilə yandırıblar.

    Avqustun 30-u saat 04 radələrində A.Həsənov Rövşən və Elmirin yuxuda olmasından istifadə edərək qaçıb və 22-ci Polis bölməsinə müraciət edib.

    Polis əməkdaşlarının operativ-axtarış tədbirləri nəticəsində daha öncə dələduzluğa görə məhkum edilən 43 yaşlı Rövşən Xankişiyev saxlanılıb.

    İlkin araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər narkotik istifadəçiləridir.

    A.Həsənovun R.Xankişiyevə 40 manat borclu olması qismən təsdiqlənib. Onlar arasında mübahisə “mal” (narkotik) üstündə yaranıb. Lakin dindirmə zamanı saxlanılan şəxs A.Həsənova işgəncə vermədiyini və döymədiyini bildirib.

    Onun sözlərinə görə, dozadan çox narkotik qəbul edən A.Həsənovun halı pisləşib və məhz buna görə R.Xankişiyev onun üzərinə ilıq su töküb. A.Həsənov isə qarabasma və hallüsinasiya nəticəsində ona işgəncə verildiyini düşünüb.

    Hazırda fakt üzrə araşdırma davam edir. Təyin edilən tibbi məhkəmə ekspertizasının nəticələri hələlik məlum deyil.

  • Bakıda Albert Aqarunova heykəl qoyuldu – FOTO

    Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova Bakıda heykəl qoyulub.

    Bu barədə oxu.az-a Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

    Onun sözlərinə görə, heykəl paytaxtın Nərimanov rayonu ərazisində qoyulub:

    “Heykəl elə Albert Aqarunov küçəsində ucaldılıb”.

    Qeyd edək ki, Milli Qəhrəman 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

    A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.