Month: September 2019

  • Ölkədə internetin sürəti zəifləyib? – RƏSMİ AÇIQLAMA

    Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə əlaqədar provayderlərə müraciət edib, qarşılığında isə onlara heç bir problem olmadığını bildiriblər.

    Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova iddiaların həqiqətə uyğun olmadığını deyib:

    “Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən paytaxt və bölgələrdə rəqəmsal infrastruktur inkişaf etdirilir, daha dayanıqlı internet şəbəkəsinin qurulması üzrə işlər həyata keçirilir.

    Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır”.

    Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Oxu.Az-a açıqlamasında bu məsələyə iki aspektdən yanaşmağın zəruriliyini qeyd edib:

    “İnterneti iki üsulla əldə etmək mümkündür – telefon xətti və ya optik yolla. Korlanmış telefon xətti internetin sürətinə kifayət qədər təsir göstərə bilər. Yox, əgər optik üsuldan istifadə edirsinizsə, o zaman internetin sürətinin zəifliyi 100 faiz provayderlərdən asılıdır”.

  • В Азербайджане появятся новые леса

    В ближайшее время в Азербайджане планируется начать закладку лесов для нужд промышленности.

    С этой целью будут высаживаться различные виды быстрорастущих деревьев. Их будут регулярно вырубать и использовать в перерабатывающей промышленности.

    Об этом заявил директор департамента лесного развития Министерства экологии и природных ресурсов Агагардаш Гарашов.

    По его словам, в ближайшей перспективе запланированы широкомасштабные работы для использования лесных хозяйств в промышленных целях:

    “Мы рекомендуем бизнесменам выращивать на своих земельных участках быстрорастущие деревья. В этой работе мы, как Министерство экологии и природных ресурсов, открыты для предложений. Мы можем помочь своими рекомендациями в выборе деревьев. В то же время открытые участки лесного фонда могут быть арендованы предпринимателями для этих целей”.

  • Azərbaycanda yeni meşələr salınacaq – Ağacları tez-tez kəsiləcək

    Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Bu məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq ki, həmin ağaclar kəsilib ağac emalı sənayesinin inkişafında davamlı olaraq istifadə olunsun.

    Bunu Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

    A.Qaraşov deyib ki, meşə təsərrüfatından sənaye məqsədləri ilə istifadə üçün yaxın perspektivdə bu sahədə geniş işlərin görülməsi nəzərdə tutulub:

    “Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağac cinslərini yetişdirsinlər. Bu işdə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətlərə açığıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər”.

  • АФФА сурово наказала “Нефтчи”

    Дисциплинарный комитет АФФА принял решение по поводу инцидентов в матче третьего тура азербайджанской Премьер-лиги “Нефтчи” – “Сумгаит”.

    Тренер “Нефтчи” Этибар Тарывердиев был дисквалифицирован на 20 матчей за удар главного тренера соперника Айхана Аббасова, а его клуб оштрафовали на 16 000 манатов.

    На 82-й минуте встречи 17-й номер “Сумгаита” Мурад Хаджаев получил вторую желтую карточку и был удален с поля, за что был дисквалифицирован на один матч, а его клуб оштрафовали на 200 манатов.

    Кроме того, на четвертой добавленной ко второму тайму минуте 5-й номер “Нефтчи” Антон Кривоцюк получил вторую желтую карточку и покинул поле. Его команда выплатит за это 200 манатов.

    Также в добавленное время 3-й номер сумгайытского клуба Вургун Гусейнов за агрессивное поведение получил прямую красную карточку, за что был дисквалифицирован на три матча. Нарушение обойдется клубу в 2 400 манатов.

    За агрессивные высказывания наставника “Сумгаита” Айхана Аббасова на пресс-конференции Дисциплинарный комитет дисквалифицировал его на одну игру, а клуб оштрафовал на 800 манатов.

    За выход на поле по завершении матча работников клуба “Нефтчи” без соответствующих пропусков “нефтяники” заплатят 800 манатов.

  • AFFA-dan “Neftçi”nin məşqçisinə sərt cəza: 20 oyundan uzaqlaşdırıldı, 16 min manat cərimə ödəyəcək

    AFFA-nın İntizam Komitəsi XXVIII Premyer Liqanın III turunda “Neftçi” – “Sumqayıt” oyununda baş verən insidentlərlə bağlı qərar qəbul edib.

    Matçın “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalandırılıb, klub 16000 manat cərimə edilib.

    Oyunun 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 nömrəli futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə olunub.

    Bundan başqa, qarşılaşmanın 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 5 nömrəli futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə edilib.

    Həmçinin qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb, klub 2400 manat cərimə olunub.

    “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında A.Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalandırılıb, klub 800 manat cərimə edilib.

    Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduğu üçün klub 800 manat cərimə olunub.

  • В Баку затопило туннель, машины оказались под водой – ВИДЕО

    В результате проливных дождей затоплен строящийся туннель на третьем пикете (точка разметки расстояния на автомобильных дорогах на местности с шагом в 100 м – ред.) 14-го километра станции Сабунчи.

    Как сообщила глава пресс-службы ЗАО “Азербайджанские железные дороги” Натаван Байрамова, во время строительства подземного туннеля был установлен насос в соответствии с годовым уровнем осадков в Сабунчинском районе Баку.

    “Однако в связи с тем, что работы пока не завершены, а также по причине обилия дождевой воды, насос не справился с ее откачкой. Были приняты меры, установлен дополнительный насос для откачки воды из туннеля. В результате движение транспортных средств из туннеля было восстановлено”, – сказала Н.Байрамова.

    Она отметила, что работы по созданию инфраструктуры в подземном туннеле завершены не полностью и объект еще не передан “Азербайджанским железным дорогам” компанией-подрядчиком:

    “Однако, учитывая просьбы местных жителей, для устранения пробок туннель был открыт для движения автомобилей”.

  • Bakıda tuneli su basdı, maşınlar altında qaldı – RƏSMİ AÇIQLAMA + VİDEO

    Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məsələ ilə bağlı bildirib ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb.

    Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzlaşmasını çatdıra bilməyib:

    “Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub”.

    N.Bayramova bildirib ki, yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. “Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədi ilə tunel maşınların hərəkəti üçün açılıb”, – QSC-nin sözçüsü bildirib.

    Qeyd edək ki, tuneli su basması nəticəsində avtomobillər suyun altında qalıb.

  • В Хатаинском районе житель столицы отобрал у женщины сумку

    Как сообщает Median.Az, сотрудники 36-го отделения полиции Хатаинского РУП и полка оперативного реагирования МВД в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого Р.Алиева, который 1-го сентября отобрал у жительницы столицы Д.Джахангировой сумку.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Xətai rayonunda qadının çantasını ələ keçirən şəxs tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 1-də Bakı şəhər sakini G.Cahangirovanın çantasını soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • İranda 13 yaşlı qızı ərə verdilər – Toydan VİDEO

    İranlı jurnalist Məsih Alinejad “Twitter”də 13 yaşlı qızın toy videosunu paylaşaraq, bu görüntülərin onu ağlatdığını bildirib.

    Onun sözlərinə görə, video İranda – Boyər-Əhməd əyalətinin Bəhməy şəhərində lentə alınıb.

    Məsih qızın heç 13 yaşı olmadığını iddia edir. Jurnalist İslam qanunlarına qəzəblənərək yazıb ki, o qanunlara əsasən, 13 yaşlı qız ərə gedə bilər, lakin öz libasını seçə bilməz.