Month: September 2019

  • “Piylənmə iradə zəifliyinin nəticəsi deyil” – Psixoloqlardan açıqlama

    “Piylənməni insan özü üçün seçmir və piylənməyə görə insanı utandırmaq həmin adamı özü barədə daha pis düşünməyə sövq edir”

    Median.Az BBC-yə istinadla xəbər verir ki, bu fikirlər aparıcı psixoloqlar tərəfindən hazırlanan hesabatda öz əksini tapıb.
    Hesabatda qeyd olunub ki, səhiyyə işçiləri piylənmədən əziyyət çəkən insanların vəziyyətini yüngülləşdirmək üçün “şişman insan” ifadəsi əvəzinə “piylənməsi olan insan” ifadəsini işlətməlidirlər.
    Eləcə də qeyd olunub ki, səhiyyə işçiləri arıqlama mövzusunda daha da dəstəkverici ruhda danışmağı bacarmaq üçün məşq keçməlidirlər.

    Xərçənglə bağlı tədqiqatlar aparan xeyriyyə təşkilatının bu yaxınlarda buraxdığı “kök insanları utandıran” reklam tənqid olunub.
    İngiltərədə piylənmə səviyyəsi 2005-2017-ci illərdə 18 faiz artıb, Şotlandiya, Uels və Şimali İrlandiyada da göstəricilər oxşardır.
    Bu o deməkdir ki, Britaniyada böyüklərin hər dördündən birinin piylənməsi, təxminən üçdə ikisinin isə artıq çəkisi və ya piylənməsi var.

    Britaniya Psixoloji Cəmiyyətinin gəldiyi qənaətə görə, bu, “bir insanın iradə çatışmazlığı ilə əlaqəli deyil” və daha mürəkkəb məsələdir.

    Qeyri-sağlam dərəcədə piylənməyə meylli olan insanlarda bu keyfiyyət genetik səviyyədə özünü göstərir və adətən, belə insanların iş, təhsil rejimi və sosial fəaliyyəti normadan artıq yemək və hərəkətsiz həyat tərzinə səbəb olur.

    “Yoxsul məhəllələrdə yaşayan insanlar tez-tez həyati çətinliklər və travmalar da daxil olmaqla dərin stress keçirirlər. Çox vaxt bu cür ərazilərdə fiziki aktivlik üçün şərait və əlverişli sağlam qidanı əldə etmək imkanları məhdud olur”.

    Hesabatda deyildiyi kimi, insanın psixoloji təcrübəsinin də böyük rolu ola bilər, belə ki, piylənmədən şikayət edənlərin yarıdan çoxu uşaqlıq illərində çətinliklərlə üzləşib.

    İctimai kampaniyalar zamanı, həkimlər, rəsmilər vurğulayırlar ki, artıq çəkiyə görə yaranan utanc və stress hissi çox vaxt daha əlavə yeməklərin yeyilməsinə və nəticədə daha çox piylənməyə səbəb olur.

    Bu yaxınlarda britaniyalı komediyaçı Ceyms Korden piylənməyə görə insanları lağa qoymağın əleyhinə olaraq qeyd edib ki, “əgər bu, kök insanlara arıqlamağa kömək etsəydi, onda məktəblərdə piylənmiş uşaqlar olmazdı”.

    “Bedfordshire” Universitetinin doktoru Angel Çaterin qeyd etdiyi kimi, psixoloqlar sağlamlıq mütəxəssislərinə piylənmə ilə bağlı daha yaxşı ünsiyyət qurmaqda kömək edə bilərlər.

    O deyib ki, piylənmənin müalicəsi asan olsaydı, burada olmazdıq və bu hesabatı yazmazdıq:
    “İradəniz çox güclü ola bilər, lakin doğru qida, sağlam mühit, yaxşı həyat şəraitiniz yoxdursa … çətin olacaq”.

  • Rafael Cəbrayılovun məsələsinə Milli Məclisdə baxılacaq

    “Yaxın günlərdə Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək”.

    Bunu APA -ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deyib.

    O bildirib ki, İntizam Komissiyasının 9 üzvü var: “Həmin üzvlər bir araya gəldikdən sonra yaxın günlərdə İntizam Komissiyasının iclası keçirləcək. Komissiyasının iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması məsələsi müzakirə olunacaq”.
    Qeyd edək ki, Millət vəkili Rəfael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.

    R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

  • Qadın bankaların üzərinə yıxıldı, qarnı deşildi

    Samuxda qadın şüşə bankalarının üzərinə yıxılıb.

    Rayonun Qarayeri kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynova Elnarə qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyata götürülüb. Yaxınları bildirib ki, qadın ehtiyatsızlıq nəticəsində qış üçün tərəvəz konservləşdirmək üçün yığdığı şüşə bankaların üzərinə yıxılıb və şüşə qırıqları onun qarnını deşib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте легковой автомобиль врезался в автобус: есть пострадавший – ФОТО

    В Сумгайыте совершил ДТП автомобиль, уступивший дорогу пешеходу, передает АПА.

    Как передает Median.Az со ссылкой на АПА, инцидент произошел на улице Зульфи Гаджиева. Автомобиль марки «Mercedes» врезался в стоявший перед ним маршрутный пассажирский автобус №12. В результате аварии водитель автомобиля получил травму.

    По словам начальника Управления автотранспорта и пассажироперевозок Сумгайыта Тофига Сайдумова, в результате ДТП никто из пассажиров автобуса не пострадал: «Водитель автомобиля марки «Mercedes», функционирующего как такси, потерял управление, пытаясь уступить дорогу пешеходу, переходившему дорогу по пешеходному переходу, и в результате этого машина врезалась в пассажирский автобус. Никто из пассажиров не пострадал».

    По факту проводится расследование.

  • İlham Əliyev başsağlığı verdi

    Prezident İlham Əliyev Fransanın dövlət başçısı Emmanuel Makrona məktub ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, mətndə deyilir:

    “Hörmətli cənab Prezident,

    Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində Jak Şirakın böyük xidmətləri olmuşdur.

    Prezident Heydər Əliyevi Prezident Jak Şirak ilə möhkəm dostluq münasibətləri bağlayırdı. Onların görüşləri, aparılmış müzakirələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf xəttini müəyyən etmişdir. Prezidentlərin birgə səyləri sayəsində Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri böyük inkişaf yolu keçmişdir.

    Prezident Jak Şirakla çoxsaylı görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Bu görüşlər Azərbaycan-Fransa əlaqələrinin hərtərəfli inkişafına mühüm təkan vermişdir.

    Azərbaycan-Fransa münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə Jak Şirak ölkəmizin ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunmuş və bu orden mənim tərəfimdən Jak Şiraka təqdim edilmişdi.

    Bu ağır itkinin kədərini bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, bütün Fransa xalqına, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm”.

  • 294 kiloqram istifadəyə yararsız ət tapıldı – FOTO

    Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azxeber.com-a məlumat verilib.

    Verilən məlumata görə, növbəti belə tədbir sentyabrın 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Gəncə şəhərində keçirilib.


    Gəncə şəhər sakini A.Səmədovun Kəpəz rayonu Gülçülük yaşayış massivində yerləşən heyvandarlıq təsərrüfatına baxış zamanı oradan çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 294 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.

    Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Ölkəyə qeyri-qanuni gətirilən narkotik, siqaret və kosmetik vasitələr ələ keçirilidi

    Dövlət Gömrük Komitəsi əməkdaşları ölkəyə qeyri-qanuni olaraq gətirilmək istənən əşyalar aşkarlayıblar.

    DGK-dan verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında iki nəfər Azərbaycan Respublikasının vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

    Sorğu-sual zamanı vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Bundan sonra vətəndaşların gətirdiyi yüklər rentgen aparatından keçirilib.

    Yoxlama nəticəsində vətəndaşlardan birinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından və kiçik ölçülü əl çantasının içərisindən gömrük nəzarətindən gizlədilən yapışqanlı lentə sarılmış 2 büküm aşkarlanıb. Bükümlərin birində 30 ədəd, digərində isə 11 ədəd üzərində “F/M40” nişanəsi olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı aşkarlanıb.

    Şəxsi yoxlama zamanı isə həmin vətəndaşın üzərindəki şalvarın kəmərinin altından, yapışqanlı lentə sarılan daha bir büküm aşkarlanıb. Bükümə baxış zamanı içərisində 30 ədəd “F/M40” nişanəsi olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı olduğu məlum olub.

    Qeyd edək ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

    Bundan əlavə sözügedən postda İran İslam Respublikasından gələn daha bir Azərbaycan Respublikası vətəndaşının özü ilə gətirdiyi əl yükləri piyada keçid xəttindəki rentgen yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

    Şifahi sorğu-sual zamanı vətəndaş əl yüklərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı müxtəlif şüşə qab-qacaq olan 5 qutunun içərisində gömrük nəzarətindən gizlədilən, üzərində “Manchester” yazılan 6400 ədəd siqaret aşkarlanıb.

    Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında isə Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı avtomobilə gömrük baxışı keçirilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitə aşkar edilib.//oxu.az

  • В Баку стекло бизнес-центра рухнуло на дорогу: есть пострадавшие

    Несчастный случай произошел в четверг, 26 сентября, на проспекте Ходжалы в Баку, недалеко от станции метро «Хатаи»: на 20-м этаже высотного здания бизнес-центра Demirchi Tower разбилось окно, стекла которого посыпались на улицу, сообщает Sputnik Азербайджан.

    В результате ЧП пострадало несколько человек, находившихся в это время у здания. По имеющейся информации, среди пострадавших также оказался малолетний ребенок – он получил повреждения в области горла, и уже помещен в больницу.

    В самом бизнес-центре Demirchi Tower сообщили Sputnik, что в настоящее время идет расследование причин инцидента.

    «Осколки стекла от окна, разбившегося на 20-м этаже здания, уже убраны» – сказали в бизнес-центре, добавив при этом, что раненых в результате инцидента нет, «возможно, у кого-то были небольшие царапины».

  • Sumqayıtda minik avtomobili avtobusa çırpılıb, xəsarət alan var – FOTO

    Sumqayıtda piyadaya yol verən avtomobil qəza törədib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda dayanan 12 saylı marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü xəsarət alıb.

    Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA-ya bildirib ki, qəza nəticəsində marşrut avtobusunun sərnişinlərindən xəsarət alan olmayıb: “Taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən piyadaya yol vermək istəyərkən idarəetməni itirərək nəqliyyat vasitəsini sərnişin avtobusuna vurub. Sərnişinlərdən xəsarət alan yoxdur”.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı və Xaçmazda ət kəsimi ilə bağlı reydlər keçirilib – FOTO

    “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirlərini davam etdirir.

    AQTA-dan verilən məlumata görə, agentliyin əməkdaşları bu dəfə Bakının Yasamal rayonunda, eləcə də Xaçmaz rayonu ərazisində reydlər keçiriblər. Reydlərdə rayon icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.

    Yoxlama zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin müəyyən hissəsinin üzərində baytarlıq müayinəsindən keçməsini təsdiqləyən möhür və müvafiq arayışların olmadığı müəyyən edilib.

    Məntəqələrin sahiblərinə ciddi xəbərdarlıq olunub və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyyə edilib.//Baku.ws