Month: September 2019

  • İsveçin məşhur tatu ustası meyxanaçı Ağasəlimin oğludur?

    Bu gün yerli KİV və sosial şəbəkələrdə İsveçdə yaşayan tanınmış tatu ustası Josef Loconun mərhum meyxanaçı Ağasəlim Çildağın oğlu olduğu iddia edilib.

    Feysbuk və instaqram istifadəçiləri, xəbər səhifələri sözügedən şəxsin fotolarını paylaşaraq gəncin adının Yusif olduğunu, bir müddət əvvəl Azərbaycandan köçdüyünü qeyd ediblər. Həmçinin, Josefin Çildağın nikahdankənar övladı olduğu qeyd olunub.

    Əldə etdiyimiz məlumata görə, meyxanaçının biri oğlan, digəri qız olmaqla iki övladı olub. A. Çildağın qızı yaşasa da, oğlu bir müddət əvvəl dünyasını dəyişib.

    Eyni zamanda meyxana ustadı Ağamirzənin qardaşı axşam.az-a dayısı Ağasəlim Çildağın belə bir övladının olmadığını qeyd edib.
    Bundan əlavə, Josefin Ağasəlimin oğlu olması barədə xəbər yayan Maraqlı.TV adlı instaqram səhifəsinin şəxsi mesaj yerinə tatu ustası özü də mesaj yazıb. O bildirib ki, meyxanaçının oğlu deyil: “Salam, siz bu gün mənim şəklimi paylaşmısız. Kim sizə dedi ki, mən
    Ağasəlimin oğluyam? Bu, doğru deyil”.

    Xatırladaq ki, A.Çıldaq 2008-ci ildə dünyasını dəyişib.//qafqazinfo.az

  • В Самухе женщина получила ранение осколком стекла

    В Самухском районе женщина получила проникающее ранение осколком стекла в живот.

    Как передает Median.Az, инцидент произошел в поселке Гараери.

    Гусейнова Эльнара Самандар гызы 1978 года рождения пострадала при невыясненных обстоятельствах.

    Женщину незамедлительно доставили в одну из больниц Гянджи, где она была прооперирована.

    В настоящее время состояние здоровья Гусейновой Э. оценивается, как среднетяжелое.

    По факту ведется расследование.

  • Nənə böyrəyini nəvəsinə, gəlin qaraciyərini baldızına bağışladı – VİDEO

    Onu sizə ürəyi övladları üçün döyünən gözəl ana və yaxud fədakar nənə kimi tanıtmaq istəyirəm. Zəngilanda doğulub, məcburi köçkünlük bir çoxlarımız kimi, onun da alın yazısı olub. 63 yaşlı Nərgiz Ağayeva gülərüz, mehriban, qonaqpərvər və həyat dolu bir qadındır. İki övladı, üç nəvəsi var. Düz 26 ildir paytaxtın Qaradağ rayonunda, Lökbatan qəsəbəsində məskunlaşıblar.

    Deyir ki, tale onu çox sınağa çəkib, amma mübariz olub. İki övladı var. “Övlad nəfəsdir” – deyən həmsöhbətimizin sözlərinə görə, qız nəvələrini də elə övladları qədər sevir. Yaşadığı 63 illik ömrün ən ağır sınağı isə nəvəsi Fərzailin səhhətindəki problemlərlə bağlı olub: “O, 17 yaşlı gəncdir, mən ömrümün 63 yaşını yaşamışam. Fərzailin səhhətində problem olduğu üçün o, həmişə mənim üçün digər nəvələrimdən fərqli olub. Bilirsizmi, beş barmağın hansını kəssən, eyni ağrını duyursan. Düşünürəm ki, bu addımı nəvələrimin hamısı üçün atardım”.

    Fərzail Nərgiz xanımın ikinci nəvəsidir. 17 yaşı var. Əgər səhhəti ilə bağlı problem yaşamasaydı, o da həmyaşıdları kimi orta məktəbi bitirib arzularının arxasınca gedəcəkdi.

    Nənəsi Nərgiz xanım Fərzailin 10 yaşı olanda epilepsiya xəstəliyi keçirdiyini deyir. Fərzail həkimlərin səyi nəticəsində sağlamlığına qovuşsa da, sonradan böyrək çatışmazlığından əziyyət çəkməyə başlayıb. Nənəsi deyir ki, valideynləri bunu eşitdikdən sonra Fərzailin müalicəsi üçün müxtəlif mütəxəssislərə üz tuturlar. Beləcə, ailənin döymədiyi qapı, gəzmədiyi ölkə qalmır.
    Düz yeddi ildən sonra Fərzailin böyrəkləri öz funksiyasını tam itirir, hemodializdən asılılıq yaranır. Ailəyə məsləhət görülür ki, donor tapılmalıdır. Əgər gecikərlərsə, Fərzailin həyatı təhlükə ilə üz-üzə qala bilər: “Balamı bizə yenidən verdilər. Nəvəmin bütün həkimlərinə minnətdaram”.

    Heç tərəddüd etmədən Nərgiz xanım nəvəsi üçün donor olur. Nə əməliyyat riskini düşünür, nə də yaşını. Həkimlər onun donor olmaq üçün tam sağlam olması haqda qərar verir. Götür-qoy etməyən nənə canından pay verir nəvəsinə.

    Və əməliyyat uğurlu alınır. İndi nənə də, nəvə də yaxşıdır. Fərzail özünü əvvəlkindən daha yaxşı hiss edir. Dərsləri yarımçıq qaldığına görə bir az daha düşüncəlidir. Deyir ki, əgər xəstəliyi ağırlaşmasaydı, təhsilini tam başa vuracaqdı. Arzularına gəlincə, deyir ki, tam sağlamlığına qovuşduqdan sonra təhsilini davam etdirəcək: “Ağrılarım çox şiddətlənmişdi. Artıq dializə qoşulmuşdum. İndi yaxşıyam, hələ də ağrılarım var. Bir il özümü qorumalıyam. Səhhətim imkan versə, oxuyacam. Həkimin məsləhəti ilə çalışıram hərəkət edim. Nənəmi çox istəyirəm”.

    Cərrah-transplantoloq Mircəlal Kaziminin təcrübəsində canından övladına, nəvəsinə, qardaş və bacısına pay verənlər az deyil. Bəzən donor doğmalar bunu digərinin xəbəri olmadan da edirlər: “Donor olmaq həm də insanları doğmalaşdırır. 750 transplantasiya əməliyyatı o deməkdir ki, 1500 ailə içərisində olmuşuq biz”.

    Orqan transplantasiyasının 50 illik tarixi olduğunu deyən mütəxəssisin sözlərinə görə, 2008-ci ildən bu günədək artıq 750-dək qaraciyər və böyrək transplantasiya əməliyyatları icra olunub. Buna baxmayaraq, əməliyyatların ürək açmayan nəticələri də olub. Ən maraqlı fakt gəlinin qaraciyərinin bir hissəsini baldıza verməsi olub. Bundan başqa, qayınata kürəkəninə orqan bağışlayıb, gəlin öz qaynına böyrəyini hədiyyə edib. Bu, ailələr arasında bağlılığı və bilavasitə fədakarlığı nümayiş etdirir. Yəni sözün əsl mənasında nümunəvi ailə: “Dünyasını dəyişən xəstələrimiz təbii ki, olub. Dünyanın ən inkişaf etmiş klinikalarında belə əməliyyat zamanı dünyasını dəyişənlər olur. Bilirsiz necədir, çoxlu sayda əməliyyatlar ediriksə, bəzən ürək açan nəticələrin olmaması da labüddür. Bu, normal bir haldır. Olmamağını arzu edirik. Əgər hər hansı bir mərkəz və yaxud cərrah “mənim əməliyyatlarım zamanı tələf olan qeydə alınmayıb” deyirsə, bilin ki, yalan danışır və yaxud heç əməliyyat etməyib. Orqan köçürülməsi əməliyyatları sadə bir əməliyyat deyil”.APATV

  • Azərbaycanda doğuş zamanı ölən anaların sayı AÇIQLANDI

    “Ötən il Azərbaycanda 142 min doğuş həyata keçirilib. Doğuş zamanı isə 17 ana ölümü qeydə alınıb”.

    Median.Az xəbər verir ki, bunu APA -ya Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.

    O bildirib ki, bu ilin 9 ayı ərzində isə 100-110 min doğuş zamanı 17 ana ölümü qeydə alınıb: “2017-2018-ci illərdə doğuşun 26-27%-ni qeysəriyyə kəsiyi əməliyyatı təşkil edib. Bu il tamamlanmadığı üçün hər hansı rəqəm demək tezdir. Aborta gəldikdə isə bu say 2017-ci ildə 37 min, 2018-ci ildə 36 min təşkil edib. Bu da ümumi doğuşların 26-27%-ni təşkil edir”.

    S.Məmmədova dölü ana bətnində inkişafdan saxlayan əsas səbəblərdən də danışıb. O qeyd edib ki, bu səbəblər həm ana, həm də döldən asılı ola bilər: “Əgər anada hər hansı xəstəlik, infeksion proseslər nəticəsində ciftində olan qocalmalar, problemlər varsa, uşağa gedən qidalanma pozulur. Bu səbəbdən uşaq inkişafdan qalır. Döl hər hansı infeksion xəstəlik, ürək qüsuru, başqa qüsurlardan asılı olaraq inkişafdan qala bilər. Bətndaxili inkişaf ləngiməsi varsa, diaqnoz qoyub təsdiqləyirik və hamiləliyi sonlandırırıq. Sonlanmanın iki növü var. Bu, təbii doğuş və cərrahi yolla sonlanmadır. Əgər uşağın yaşama şansı varsa, qeysəriyyə əməliyyatı ilə götürürük. Yaşama şansı çox az olduqda isə kəsik etmirik, çünki qeysəriyyədən sonra tikişlər bitişənə qədər qadın iki il hamilə qala bilməz”.

    Baş mama-ginekoloqun sözlərinə görə, doğuşdan sonra uşaq ölümlərinin səbəbləri də müxtəlif ola bilər: “Yarımçıq doğulma, ürəkdəki qüsurlar, baş beyində olan qeyri-travmatik qansızmalar, uşağın özündə olan infeksiya ilə əlaqədar inkişaf edən septik hallar nəticəsində uşaq tələf ola bilər. Uşaq doğulandan 12 saat sonra müayinə zamanı diaqnoz qoya bilirik. Statistik göstəricilərdə belə ölüm halları ya infeksiyadan, ya ürək qüsurlarından, ya da yaşama qabiliyyəti olmayan inkişaf qüsurlarından olur”. “Dünyada hər il doğuşların 10-15 faizini erkən doğuşlar təşkil edir. Erkən doğuşlarla bağlı builki rəqəmi hələ ki, açıqlaya bilməyəcəm. Amma ümumilikdə artım yoxdur”, deyə S.Məmmədova əlavə edib.

  • Səhhəti pisləşən xalq artistinin SON DURUMU

    Səhhətində yarandığı problemlərə görə Türkiyəyə gedən Xalq artisti Naibə Allahverdiyeva vəziyyətinin normal olduğunu deyib.

    Median.Az xəbər verir ki, lent.az-a açıqlama verən tanınmış aktrisa bildirib ki, müalicəsi üçün heç kimdən pul istəməyib:

    “Səhhətim pisləşəndən sonra bir çox insanlar mənə zəng etdi. Maraqlananlar çoxdur. Mənə görə narahat olurlar. Bəzi mətbuat orqanları yazıb ki, guya müalicə üçün pul istəmişəm. Bütün bunlar yalandı. Elə söz deməmişəm. Demişəm ki, səhhətim pis olduğuna görə qayıda bilmirəm. Bura da çox bahalı klinika imiş. Mənə bunu deməmişdilər. Dedikləri kimi olmadı. Vəziyyətim pis olduğuna görə, qayıda bilmirəm. Bu gün vəziyyətim normaldır. Hələ nə zaman Bakıya qayıdacağımı bilmirəm”.

    Qeyd edək ki, N.Allahverdiyeva bundan əvvəl mediaya açıqlamasında bu sözləri demişdi:

    “Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar”.

    Türkiyədəki həkim aktrisaya vurulan iynənin vaxtı keçmiş olduğunu bildirib.

  • Gürcüstan parlamentində qadın deputat kişi həmkarını vurdu – Video

    Gürcüstan parlamentinin Hüquq komitəsinin iclası iki deputatın davası ilə yarımçıq saxlanılıb.

    Median.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, qadın millət vəkili Eka Beseliya həmkarı – hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının deputatı Vano Zardiaşvilini vurub. İnsident müzakirə zamanı Zardiaşvilinin deputat Qedevan Popxadze ilə Beseliya haqda danışması səbəbindən baş verib. Zardiaşvilinin qadın həmkarı haqda konkret nə söləyədiyi bilinməsə də, Beseliya “Beseliyanın hansı əxlaqı?” deyərək deputata hücum edib.

    O, Zardiaşviliyə “əclaf” deyərək onun dodaqlarının üstünə vurub. Bu səbəbdən iclasa texniki fasilə verilib. Deputatların davası isə davam edib.

  • Elmar Məmmədyarov Belarusun xarici işlər naziri ilə görüşüb

    BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.

    XİN-dən APA-ya verilən məlumata görə, nazirlər Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin cari vəziyyəti, mövcud əlaqələrin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

    Tərəflər bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və bu xüsusda həyata keçirilən hazırlıq tədbirləri, Azərbaycanın qarşıdan gələn üç il ərzində Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.

    Tərəflər, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi həyata keçiriblər.

  • Хикмет Гаджиев отреагировал на выступление Никола Пашиняна в Генассамблее ООН

    “У Азербайджана нет территориальных претензий к какому либо государству. Приемлемое для Азербайджана решение конфликтов основывается на Уставах ООН, международном праве и справедливости, и эту позицию поддерживает международное сообщество”.

    Как сообщает Median.Az, об этом заявил заведующий отделом по вопросам внешней политики Администрации Президента Хикмет Гаджиев, обращаясь к выступлению премьер-министра Армении Никола Пашиняна в Генассамблее ООН.

    Он отметил, что для разрешения конфликта армянские войска должны быть выведены с оккупированных территорий Азербайджана, восстановив тем самым территориальную целостность и суверенитет страны, и азербайджанские вынужденные переселенцы вернутся на свои родные земли. В заявлении от 9 марта 2019 года описана дорожная карта разрешения конфликта. Нет модели разрешения конфликта вне территориальной целостности Азербайджана. Скорейшее решение конфликта может привести к обеспечению устойчивого мира и безопасности в регионе, улучшению благосостояния армянской общины Нагорно-Карабахского региона Азербайджана, ныне проживающего в тяжелых условиях, и развитию самой Армении.

  • Qulu Məhərrəmli telekanal rəhbərlərini “topa tutdu”: Proqramlarda bayağı söhbətlər müzakirə edilir

    Televiziya kanalları yeni mövsümdən təkrar bayağı, ucuz, bəsit, aşağı səviyyəli, zövqsüz şoulara üstünlük verir.

    Median.Az-ın məlumatına görə, bunu Oxu.az-a açıqlamasında teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli son günlər televiziya kanallarında nümayiş olunan şou proqramları şərh edərkən deyib.

    Onun sözlərinə görə, dəfələrlə kanallara xəbərdaqlıq edilsə də, onlar yenə də öz əməllərindən əl çəkmir:

    “Xüsusilə, özəl kanallarda bu proses hələ də davam edir. Kanallar aşağı səviyyəli şoulardan, proqramlardan yapışıb buraxmaq istəmirlər. Düşünürəm ki, onların bacardığı budur. Əlbəttə ki, səviyyəli və müəyyən informasiya verən şou proqramları olmalıdır. Amma yayımı bunun üzərində qurmaq yanlışdır. Kanallar maraqlı mövzular tapmalı, veriliş formatları düşünməlidir. Maliyyə problemlərinin olduğunu anlayırıq. Ancaq tamamilə xüsusi çəkisi artan şou proqramlarına əsaslanmaq doğru deyil.

    Əvvəl Milli Televiziya və Radio Şurası da onlara proqram zənginliyi baxımından irad bildirirdi ki, bu verilişlərin xüsusi çəkisi azalmalıdır. Bir müddət bu iradı kanallar nəzərə alsa da, bu mövsümdən yeni dalğa ilə eyni proqmaların yayımına başlayıblar. Görünür ki, ictimai qınaq olanda kanallar bunu nəzərə alır.

    Son vaxtlar dövlət kanallarında olan dəyişiklikləri cəmiyyət rəğbətlə qarşılayır. Çünki insanlar görmək istədikləri verilişlərə baxmayanda dağınıq dünya və virtual aləm olan sosial şəbəkələrə üz tuturlar. Sosial şəbəkələrin əksər hallarda zərərli nüansları çoxdur”.

    Qulu Məhərrəmli qeyd edib ki, kanallarda ucuz, bəsit şouların verilməsinin əsas səbəbkarları onların idarəediciləridir:

    “Kanallar öz auditoriyasını bərpa etmək, canlandırmaq, maraq oyatmaq üçün yeni layihələr etməlidir. Tamaşaçıları televiziyaya cəlb etmək üçün qanuni yollar tapılmalıdır. Deyilənlər olmayanda bəsit, aşağı səviyyəli, zövqsüz şoular ortaya çıxır. Proqramlarda bayağı söhbətlər və gərəksiz mövzular müzakirə olunur. Ona görə də tamaşaçılar həmin verilişlərdən üz döndərir.

    Peşakarların bu məsələyə cəlb olunması da mümkündür. Amma önəmli olan televiziyanın dəsti-xətti, oranı idarə edənlərin niyyət və məqsədidir. Məqsəd yaxşı proqramlar hazırlamaq, tamaşaçı cəlb eləmək, cəmiyyətdə sosial harmoniya yaratmaq, tamaşaçıları maarifləndirmək, auditoriyaya o estetik informasiyanı vermək olduğu zaman iradları və deyilənləri həyata keçirmək lazımdır. Amma həmin kanal idarəedicilərin belə niyyəti yoxdur. Sadəcə belə verilişlərlə tamaşaçıları və aşağı səviyyəli müğənniləri oraya cəlb eləmək, şouların çəkisini artırmaq, proqramları bəlli bir auditoriya yönəltmək istəyirlər”.

  • Azyaşlı məhkumlar: “17 yaşım 400 cinayətim var: atam olsaydı belə olmazdı” – VİDEO

    Orta yaş aralıqları 16-17, cinayətləri isə yaşlarından böyük olan azyaşlıların həbsxana həyatından süjet hazırlanıb.

    Median.Az xəbər verir ki, “Baku TV”nin əməkdaşları Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində olublar.

    Həyatın pis üzü ilə çox erkən yaşlarında qarşılaşan azyaşlı məhkumlar bu vəziyyətə necə düşmələri barədə etiraflar ediblər.

    Gənclik illərinin ən gözəl dövrünü dəmir barmaqlıqlar arxasında keçirən məhbuslardan biri atası olmadığı üçün bu yola düşdüyünü deyib.

    “Oğurluq yolla əldə etdiyim pulu özüm üçün xərcləyirdim. Bir gün evə qayıdanda polislər məni həbs etdi. Atam yoxdur, anam da məhkəmədən sonra oğurluq etdiyimi öyrəndi. Bəlkə də atam olsaydı, indi burada olmazdım. Hər nə etmişəmsə, pula ehtiyacdan etmişəm”, – deyə Zahid Əliyev bildirib.