Month: September 2019

  • Azərbaycanlı aktyorun acınacaqlı həyat hekayəsi: “Hələ də ət yeyə bilmirəm” –VİDEO

    ARB TV-nin “Elgizlə İzlə” verilişində aktyor Ramin Abdullayev haqqında süjet yayımlanıb.

    Çətin həyatından danışarkən aktyorun gözləri dolub:

    “Evin sonbeşiyi mənəm. Nadinc, dəcəl əslində isə ən çox çətinliyə düşən də mən oldum. O vaxt ət almağa imkanımız çatmırdı. Hələ də ət yeyə bilmirəm. O vaxtlar çox əziyyət çəkmişəm. Onu sözlə ifadə edə bilmirəm. Maşın yumuşam, su satmışam. 9-cu sinifdən artıq məni məktəbdən çıxartdılar, oxumurdum, çünki oxuya bilmirdim, işləyirdim.

    15 yaşımda uşaq yelləncəklərinə minirdim. Mənə deyirdilər ki, yekə oğlansan ayıbdır, uşaq yelləncəklərinə minmə. Deyirdim ki, mən uşaq vaxtı bunu yaşaya bilməmişəm. Atam yox idi, anam da quru maaşla bizə baxırdı. Məktəb ləvazimatlarımı, paltarlarımı özüm alırdım”.

  • Akif Çovdarov şikayətini geri götürdü – Əmlaklar həbsdə qaldı

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov kassasiya şikayətini geri götürüb.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edən Çovdarov şikayətini geri götürüb.

    Çovdarovlar ailəsi əmlaklarının üzərinə qoyulmuş həbs qərarının geri götürülməsi ilə bağlı şikayətlərinindən də imtina ediblər.

    Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmündən Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova apelyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların kasasiya şikayətləri təmin edilməyib.

    Ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

  • “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi tarix AÇIQLANDI

    Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlərin istifadəsinə veriləcək.

    Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

    O bildirib ki, HUB-a daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcəklək:

    “Metronun “Koroğlu” stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə qədər yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün tratil piltələrin düzəlməsi planlaşdırılıb”.

  • Bakıda 28 yaşlı qadın evdən qaçıb – Əri polisə müraciət etdi

    Bakıda 28 yaşlı qadın itkin düşüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yaşayan 1991-ci il təvəllüdlü Əlimərdanova Nərgiz Əli qızı sentyabrın 23-ü axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Əlimərdanov Seymur ərizə ilə müraciət edib.

    Faktla bağlı araşdırma aparıllr

  • Deputat: “Fədayə Laçının bağışlanması mümkündür”

    REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçından söz açıb. Telejurnalist sənətçinin həbsdən azad olunması üçün müraciət edib.

    “Siyasi məhbuslara xəyanəti bağışladıq, Fədaəyə Laçına da bəlkə sədaqətini bağışlayaq” deyə, Mirşahin bildirib.

    Mirşahin Ağayevin Fədayə Laçının həbsdən azad olunması üçün irəli sürdüyü təklif nəzərə alına bilərmi?

    Mövzuyla bağlı Milli Məclisin deputatı Çingiz Qənizadə Modern.az-a danışıb.

    “Fədayə Laçın Azərbaycan musiqi sənətinin həyatında tanınan şəxslərdən biri olub. Qadındır, səhv edib, günahı olub, cinayət törədib, amma bağışlamaq böyüklükdür. Onun bağışlanması mümkündür. Hesab edirəm ki, ona qanunun imkan verdiyi həddə hansısa bir cəza tətbiq etməklə hökümünü təxirə salıb azadlığa buraxmaq olar”.

    Çingiz Qənizadə də Fədayə Laçın üçün yaradılan kampaniyaya qoşulduğunu bildirib:

    “Mirşahinin və sənətçilərimizin çağırışına mən də qoşuluram. Hesab edirəm ki, bu istintaq və məhkəmə altında həbsdə qalması artıq ona və başqalarına kifayət qədər dərs oldu ki, bu cür xoşagəlməz hallara imkan vermək olmaz. Buna görə də Fədayə xanımın azadlığa çıxmasını arzulayıram”.

  • Bakıda sərxoş qadın polisləri hədələdi – FOTOLAR

    Bakıda avtomobili sərxoş halda idarə edən xanım sürücü polis əməkdaşlarının işinə maneə yaradıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları 90-TP-702 dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verib.

    Lakin avtomobili idarə edən xanım sürücü əmrə tabe olmayıb. Daha sonra o, polislər tərəfindən saxlanılıb. Sürücünün sükan arxasında sərxoş vəziyyətdə olduğu şübhələri yarandığından onu müvafiq məntəqəyə dəvət ediblər. O, Yol Patrul Xidmətinin əməkdaşlarının iradı ilə razılaşmayıb və ictimai asayişi pozmağa çalışıb. Sürücü sonda Alkoqol Sərxoşluğunun yoxlanılma məntəqəsinə dəvət olunsa da, o, sərxoş olmadığını iddia edib və avtomobili idarə edərək ərazidən uzaqlaşmaq istəyib. Sürücünün bu istəyinin qarşısı alınıb və məntəqəyə aparılıb.

    Ekspertin müvafiq rəyinə əsasən, məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə edib. Xanım sürücü inzibati məsuliyyətə cəlb edilib.






  • Прогноз погоды на завтра: синоптики обещают ветер и ливни

    В Баку и на Абшеронском полуострове 27 сентября ожидается переменная облачность, временами пасмурно, без осадков. Умеренный северо-западный ветер днем сменится северо-восточным.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 15-19, днем – 24-27, в Баку ночью – 17-19, днем – 25-27 градусов тепла.

    Атмосферное давление будет в пределах нормы – 761 мм ртутного столба, относительная влажность ночью 70-80%, днем – 50-55%.

    В районах Азербайджана будет преимущественно без осадков. Однако в некоторых северных и восточных районах ожидаются грозы, осадки, которые местами могут перейти в ливни. Ночью и утром в отдельных местах будет туман. Ветер западный, местами порывистый.

    Температура воздуха составит ночью 15-20, днем – 26-31, в горах ночью – 8-13, днем – 16-21 градус тепла.

    Согласно медико-метеорологическому прогнозу, 27 сентября на Абшеронском полуострове ожидается колебание метеорологических факторов в пределах нормы, что благоприятно для метеочувствительных людей.

  • Külək əsəcək, leysan yağacaq

    Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin norma daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Подача газа в Шабранский район будет ограничена

    Сегодня будет временно приостановлено газоснабжение центра и ряда сел Шабранского района Азербайджана.

    Как сообщили в ПО “Азеригаз” Госнефтекомании Азербайджана (SOCAR), это связано с заменой установленных на газоизмерительных узлах Управления экспорта газа сужающих устройств.

    Указанные работы будут проводиться с 16:00 до 18:00.

  • Bu rayonda qaz təchizatı dayandırılacaq

    Bu gün saat 16:00-dan 18:00-dək 2 saat müddətinə “Qaz İxrac” İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğularla əvəzlənməsi işləri aparılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bu müddət ərzində Şabran rayonunun mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılacaq.