Türkiyənin İstanbul şəhərində 5,9 bal gücündə zəlzələ olub.
Məlumatı “Hurriyet” yayıb. Yeraltı təkanlardan qorxan sakinlər küçələrə çıxıb.
Dağıntılar barədə məlumat verilməyib

Tovuz rayonunda bədbəxt hadisə baş verib.
Median.Az baku.ws-ə istinadən xəbər verir ki, rayonun Bozalqanlı kəndində 7-ci sinif şagirdi Kamil Telman oğlu Əhmədov məktəbə gedərkən onu küçədə elektrik cərəyanı vurub.
Belə ki, uşaq kəndin ərazisində elektrik transformatorunun yanından keçərkən naqil qırılıb. Uşaq həmin naqilə toxunub və onu elektrik cərəyanı vurub.
Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda son illərdə abort etdirən qadınların sayı artıb.
Median.Az Səhiyyə Nazirliyinin yaydığı statistikalara istinadən xəbər verir ki, 5 ildə ölkədə ümumilikdə 163 min abort qeydə alınıb.
Ayrı illər üzrə rəqəmlər aşağıdakı kimidir:
2014-cü il – 27 220
2015-ci il – 27 452
2016-cı il – 34 569
2017-ci il – 37 618
2018-ci il – 36 141
Bu il tamamlanmadığı üçün 2019-cu ilin statistikası hələlik məlum deyil.
Qeyd edək ki, abort etdirənlər arasında 17-yə yaşa qədər olan yeniyetmələrin sayında da artım var.
Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan “Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilməli idi.
Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Elmar Rəhimovun icraatında olan prosesin bu günkü iclası da təxirə salınıb.
Buna səbəb dustaqların məhkəməyə gətirilməməsidir. May ayından etibarən Bənu iş üzrə artıq 12-ci iclasdır ki, ard-arda təxirə salınır. Hər bir iclasda da qeyri-müəyyən səbəbdən dustaqlar məhkəməyə gətirilməyib.
Növbəti iclas sentyabrın 30-a təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Etibar Məmmədov isə keçirilən əməliyyat zamanı məhv edilib.
Как сообщает Median.Az, cотрудники 40-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жительницу Евлахского района Ф.Абдуллаеву, которая 30-го августа украл из дома на территории района 250 манатов.
Кроме этого, сотрудники 40-го отделения полиции задержали жителя Шамкирского района, ранее судимого Н.Керимова, который 11-го сентября украл из маркета 200 манатов.
По фактам ведется расследование.
Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki evdən 250 manat oğurlayan Yevlax rayon sakini F.Abdullayeva saxlanılıb.
Bundan başqa, 40-cı polis bölməsinin əməkdaşları tərəfindən sentyabrın 11-də rayon ərazisindəki mağazadan 200 manat oğurlayan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Kərimov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

В Гяндже маленький ребенок погиб в результате несчастного случая.
Трехлетний Исмаилов Умид Ровшан оглу по неосторожности упал в бассейн во дворе дома и захлебнулся.
Близкие в срочном порядке доставили мальчика в больницу. Несмотря на усилия врачей, ребенка спасти не удалось.
По факту ведется расследование.

Gəncədə azyaşlı uşaq ehtiyatsızlıq nəticəsində hovuza düşərək ölüb.
Üç yaşlı İsmayılov Ümid Rövşən oğlu həyətdəki su hovzuna düşüb.
Yaxınları tərəfindən dərhal xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Терроризм – одно из тяжелейших преступлений. Поэтому его нужно осуждать, а террористов – судить. Нельзя допускать защиты и идеализации террористов.
Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сказал министр иностранных дел Азербайджана Эльмар Мамедъяров, выступая на министерских дебатах в Совете безопасности ООН.
По его словам, уязвимое географическое положение Азербайджана, продолжающиеся в регионе неурегулированные конфликты, этнические чистки и оккупация территорий страны, включая терроризм, повышают уровень трансграничной опасности.
“С конца 1980-х годов в отношении Азербайджана из-за рубежа неоднократно осуществлялись террористические атаки, ставшие причиной смерти тысяч граждан. Они были единственным способом претворения в жизнь безосновательных и незаконных территориальных претензий (к Азербайджану)”, – добавил Э.Мамедъяров.
Министр отметил, что регионы, где имеются вооруженные конфликты, в частности, оккупированные территории, способствуют эксплуатированию природных ресурсов террористами, преступными группировками и сетями.
Одновременно это приводит к незаконному обороту наркотиков и природных ресурсов, отмыванию денег и другим преступлениям.
По мнению главы МИД, региональные и субрегиональные организации являются незаменимым механизмом.
“Несмотря на то, что региональные организации понимают угрозы, с которыми столкнулся их регион, далеко не все они обладают способностью, политической волей и институциональным потенциалом соблюдать определенные законом соответствующие обязательства.
Прежде всего, региональные организации не должны допускать, чтобы ими злоупотребляли те, кто грубо нарушает международное право и пропагандирует безнаказанность. Очень важно, чтобы все страны-члены (ООН) следовали международным обязательствам и исполняли соответствующие резолюции Совбеза ООН, как того требует Устав ООН.
Они также должны быть уверены, что их территории не используются для осуществления под какими-либо предлогами террористической или связанной с ней преступной деятельности, в частности, для поддержки и финансирования этой деятельности”, – заявил министр.

Terrorizm ən ağır cinayətlərdən biridir. Buna görə də pislənilməli və bunu törədənlər mühakimə olunmalıdır. Terrorçuların müdafiə edilməsi və ideallaşdırılması hallarına yol verilməməlidir.
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycanın həssas coğrafi mövqeyi, bölgədəki həll olunmamış münaqişələrin davam etməsi, etnik təmizləmə və ölkənin ərazilərinin işğalı, terrorçuluq da daxil olmaqla transsərhəd təhlükələrin səviyyəsini yüksəldir.
“1980-ci illərin sonundan etibarən, əsassız, qanunsuz ərazi iddialarını həyata keçirmək üçün bir vasitə və müharibə üsulu olaraq, Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan xaricdən yönləndirilmiş terror hücumları həyata keçirilib”, – deyə E.Məmmədyarov əlavə edib.
Nazir qeyd edib ki, silahlı münaqişə bölgələri, xüsusən də xarici hərbi işğal altında olan ərazilər, terrorçulara, mütəşəkkil cinayətkar qruplara və şəbəkələrə təbii sərvətlərin istismarı üçün şərait yaradır.
Eyni zamanda, narkotik vasitələrin, mədəni sərvətlərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər əlaqəli cinayətlərdən yararlanmağa gətirib çıxarır.
Nazirin fikrincə, regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malikdirlər. Bununla belə, heç də hamısı, müvafiq öhdəliklərə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensiala sahib deyillər.
“Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir.
Onlar həmçinin terror, əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə də hər hansı bir bəhanə ilə, dəstəklənməsi, maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilmədiyindən əmin olmalıdırlar”.
/oxu.az/