Month: September 2019

  • İnsanın öldürülmə vaxtını təyin edən üsul tapıldı

    Seçenov Universitetinin alimləri Verona Universitetindən olan italiyalı həmkarları ilə birlikdə cinayət vaxtı insanın ölüm anını necə müəyyənləşdirməyin yolunu tapıblar.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu, mikroflyuid kağız kimi gözün vitreusundakı ammoniumun miqdarını təyin edən yeni texnologiyanın istifadəsi çərçivəsində baş verəcək.

    Ölüm vaxtını təyin etmək üçün vitreus nümunələri bir test zolağına yerləşdirilir, sonra ammoniumun və xüsusi reaktivin kağız üzərində qarşılıqlı təsirinin nəticəsi mobil telefonla çəkilir. Şəkil rəngdəyişməsinin dərəcəsini təyin edən tətbiqetməyə yüklənir. Nəticə insanın öldüyü vaxt intervalını təyin edir.

    TyumQU Hüquq və prosedur kafedrasının dosenti Viktor Kazımovun fikrincə, belə bir texnika gələcəkdə kriminalistlərin standart prosedurlarından biri ola bilər.

    Bundan əvvəl Rusiya müstəntiqləri məhkəmə ekspertizası zamanı cinayətlərin açılmasına kömək edən qurğular barədə danışıblar.

  • В Лондоне открывается азербайджанская школа

    В столице Великобритании Лондоне начнет действовать азербайджанская школа «Bilik».

    Открытие школы состоится 6 октября, передает Report.

    Занятия в азербайджанской школе «Билик», созданной совместно с действующими в Лондоне школами дополнительного образования «Знание», будут проводиться в воскресные дни.

    Наряду с азербайджанским языком, в школе отведут место истории, культуре и традициям нашей страны.

  • Число пострадавших в результате землетрясения в Пакистане превысило 640 – ОБНОВЛЕНО

    По меньшей мере 38 человек погибли, более 640 получили травмы в результате землетрясения магнитудой 5,8, которое произошло во вторник в восточной части Пакистана на границе с Индией.

    Как передает Median.Az, об этом ТАСС рассказали в пресс-службе Национального управления по борьбе со стихийными бедствиями в среду.

    “В общей сложности в двух провинциях Пакистана, пострадавших от землетрясения, погибли 38 человек, получили травмы 646, – отметили в пресс-службе. – Частично или полностью разрушены порядка 454 жилых домов”. “В результате ЧП частично был разрушен мост, соединяющий города Мирпур и Бхимдер”, – добавили в

  • Pakistanda baş verən zəlzələ zamanı 38 nəfər həlak olub, 646 nəfər yaralanıb – YENİLƏNİB

    Pakistanda baş vermiş zəlzələ zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə TASS ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.

    Məlumata görə, zəlzələ zamanı həmçinin 646 nəfər xəsarət alıb.

    Qeyd edilir ki, təbii hadisə nəticəsində 454 ev tamamilə və qismən dağılıb.

    “Fövqəladə vəziyyət nəticəsində Mirpur və Bhimder şəhərlərini birləşdirən körpü dağılıb”, – deyə idarədən bildirilib.

  • Xarici işlər naziri Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşüb

    Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

    APA xəbər verir ki, nazir Elmar Məmmədyarov xorvatiyalı həmkarını xarici işlər naziri təyinatı ilə bağlı təbrik edib.

    Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

    Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb və Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Гугуш вспомнила о своих корнях: певица обратилась к азербайджанцам – ВИДЕО

    В социальных сетях распространился ролик с концерта известной иранской исполнительницы азербайджанского происхождения Гугуш, которая во время своего концерта в Канаде исполнила азербайджанские песни, сообщает Sputnik Азербайджан.

    Видео вызвало бурные обсуждения в соцсетях, так как после ее концерта в 2017 году в Ереване многие азербайджанцы подвергли певицу критике и высказались против выступления Гугуш в Азербайджане. Спустя два года, как видимо, певица решила вновь вспомнить про свои корни и завоевать сердца азербайджанцев, включив в свой репертуар известные азербайджанские песни.

    Во время последнего концерта в Торонто она исполнила их и передала привет Азербайджану со словами Yaşasın Azərbaycan! («Живи, Азербайджан»).

    Отметим, что в 70-х годах Гугуш была одной из самых популярных певиц и актрис региона, прославилась в Турции, на Южном Кавказе, в США, Средней Азии. В СССР она стала известна благодаря фильму «Долгая ночь». Однако, после Исламской революции 1979 года ей было запрещено выступать в Иране. В 2000 году Гугуш переселилась в Лос-Анджелес, где и поныне продолжает свою творческую деятельность.

  • 63 yaşlı qadın əmisi oğlu tərəfindən döyülüb

    Gədəbəy sakini əmisi oğlu tərəfindən döyülüb.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən, hadisə rayonun Şahdağ kəndində baş verib. 63 yaşlı Zərraf Əsgərova amansızcasına döyülüb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, qadını öz əmisi oğlu ağac parçası ilə döyüb.

    Yaralı Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəzi kafi qiymətləndirilir. Qadını döyən əmi oğlu isə polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır

  • Sumqayıtda gənc oğlan qətlə yetirilib

    Sumqayıtda gənc oğlan qətlə yetirilib.

    Median.Az-ın report-a istinadən məlumatına görə hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib

    Belə ki, 1990-cı il təvəllüdlü Eldarov Şəhriyar Azad oğlu mübahisə zəmnində naməlum şəxs tərəfindən öldürülüb. Ona iki bıçaq zərbəsi vurulub

    Faktla bağlı araşdırma aparılır

  • Şəki sakinləri prezidentə MÜRACİƏT ÜNVANLADI – “…meşə fonduna ciddi ziyan dəyir”

    Şəkinin füsunkar dağ kəndi Baqqalın sakinləri qış aylarında gediş-gəlişi çətinləşdirən yoldan və yanacaq problemindən əziyyət çəkir.

    Redaksiyamıza müraciət edən sakinlər deyirlər ki, Baqqal kəndinin 500-dən çox sakini var. Bu kənd Şəki-Qax şose yolundan təxminən 3 kilometr şimalda, dağlar qoynunda yerləşir. Gözəl təbii mənzərəsi, turizm üçün yaxşı imkanları var. Lakin kənddə təbii qazın olmaması və Baqqala aparan yolun bərbad vəziyyəti turizm imkanlarından istifadəni məhdudlaşdırır.


    Şəki-Qax şose yolundan Baqqala qədər təxminən 3 kilometrlik torpaq-çınqıl örtüklü yol var. Payız-qış aylarında bu yolda hərəkət çətinləşir, Baqqaldan şose yola çıxmaq üçün xeyli əziyyət çəkirik. Yol yaxşı olmadığından gəlib-gedənlər də az olur, bu da kəndin turizm imkanlarından istifadəni məhdudlaşdırır. Son illər respublikanın hər yerində, o cümlədən ucqar dağlıq bölgələrdə çoxsaylı kənd yollarının çəkildiyini qürurla izləyirik və xahiş edirik ki, əlaqədar strukturlar Baqqal yoluna da bir əncam çəksinlər”,-kənd sakinlərindən Bilalov Ruzigar deyir.


    Kənd sakinləri düşünür ki, ölkə prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bu problemdən xəbər tutsa Baqqal yolunun abadlaşdırılması üçün müvafiq tapşırıq veriləcək. Çünki son illərdə Şəki rayonunda geniş miqyasda abadlıq işləri görülüb, yeni yollar çəkilib, körpülər tikilib.

    “Ölkə rəhbərliyinin Şəki rayonuna diqqət və qayğısından razıyıq, amma ümid edirik ki, Baqqal kəndinin yolu da nəhəyət asfalt üzü görəcək”,-digər sakin Paşa Şəkiliyev deyir.

    Kənd sakinlərini narahat edən digər ciddi problem-təbii qazın yoxluğu qış aylarında bir çoxlarını evlərini tərk etməyə məcbur edir. Baxmayaraq ki, magistral qaz kəməri kəndin bir neçə kilometrliyindən keçir və sakinlər xahiş edir ki, Baqqalda qazlaşdırma aparılması tezləşdirilsin. Çünki meşə fonduna ciddi ziyan dəyir, sakinlər qışda evlərini qızdırmaq üçün böyük əziyyət çəkməli olurlar…

  • В Сумгайыте убит молодой парень

    В Сумгайите убит молодой парень.

    Как передает Median.Az со ссылкой на Report, инцидент произошел в селе Гаджи Зейналабдин Тагиев.

    Так, Эльдаров Шахрияр Азад оглу 1990-го года рождения, убит неизвестным лицом на основе спора. Он получил две ножевые ранения.

    По факту ведется расследование.