Month: September 2019

  • “Yeni Bakı”da 3 nəfəri güllələyən “komendant” azadlıqda – FOTO

    Bu ilin aprel ayında Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən “Günəş” alqı-satqı ofisinin qarşısında 3 nəfəri güllələyən “Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov azadlığa buraxılıb.
    Bu barədə Faktaz.com-a “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri məlumat veriblər. “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “Yeni Bakı Yaşayış Kompleksi” adlı səhifə isə E. Yusifovun azadlıqda olduğunu göstərən fotonu paylaşıb və yaşayış kompleksinin sakinlərinin təşviş içində olduqlarını yazıb: “Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən “komendant” niyə azadlıqdadır?

    “Yeni Bakı” şəhərciyinin sakinləri təşviş içərisindədirlər.
    Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin sakinləri olaraq biz bu günlərdə yenidən təşviş içərisindəyik. Buna səbəb yaşayış kompleksinin idarəetməsini uzun illər qeyri-qanuni şəkildə həyata keçirmiş komendant Ehtiram Yusifovun 27 aprel, 2019-cu il tarixində törətdiyi cinayət işinə görə saxlanılmasından sonra yenidən azadlığa buraxılmasıdır”.
    Xatırladaq ki, sözügedən hadisədən sonra Abşeron Rayon Prokurorluğu məlumat yayaraq faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işinin başlanıldığını və iş üzrə müvafiq ekspertizalar təyin edildiyini bildirmişdi. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov isə iş üzrə şübhəli şəxs qismində tutulmuşdu.

    Qeyd edək ki, aprelin 27-si saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən “Günəş” alqı-satqı ofisinin qarşısında “Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Talıbov Məmməd, Qasımov Kamran və Zaur Gəncəliyevə “Vinçester” markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi.

  • В Баку на строительной площадке погиб рабочий

    Очередная смерть рабочего на строительной площадке зафиксирована сотрудниками Управления полиции Хатаинского района Баку.

    Как сообщили oxu.az в указанном столичном подразделении МВД, несчастный случай произошел 23 сентября в 15:00 в Baku White City на проспекте Нобеля.

    Здесь с третьего этажа 7-этажной новостройки упал рабочий – житель Губинского района Гонагов Ниджат Аждар оглу 1996 года рождения.

    Пострадавший был доставлен в Baku City Hospital, где на следующий день скончался.

    В настоящее время по факту проводится расследование.

    Районная прокуратура выясняет, почему на строительной площадке не были соблюдены меры безопасности.

    Отметим, что из-за несоблюдения руководством некоторых строительных компаний необходимых мер безопасности на стройплощадках Баку периодически регистрируются факты падения с высоты со смертельным исходом.

  • Bakıda daha bir fəhlə tikinti meydançasında öldü

    Xətai Rayon Polis İdarəsinin əməkdaşları tikinti meydançasında daha bir fəhlənin ölüm faktını qeydə alıblar.

    Oxu.az-a sözügedən idarədən verilən xəbərə görə, bədbəxt hadisə sentyabrın 23-də, saat 15:00-da Nobel prospektində yerləşən “Ağşəhər”də baş verib. Fəhlə – Quba rayon sakini, 1996-cı il təvəllüdlü Nicat Əjdər oğlu Qonaqov yeddimərtəbəli yeni tikilinin üçüncü mərtəbəsindən yıxılıb.

    Zərərçəkəni “Baku City Hospital”a aparıblar, növbəti gün N.Qonaqov ölüb.

    Hazırda faktla bağlı araşdırma başlanılıb.

    Rayon prokurorluğu tikinti meydançasında təhlükəsizlik tədbirlərinin nə üçün görülmədiyini araşdırır.

    Qeyd edək ki, tikinti şirkətləri zəruri təhlükəsizlik tədbirləri görmədiyindən, Bakıdakı tikinti meydanlarında yuxarı mərtbədən yıxılmaqla ölüm faktı müntəzəm şəkildə qeydə alınır.

  • FHN Binəqədi ərazisində yanan avtomobili söndürdü – VİDEO

    Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda yanan avtomobillə bağlı məlumat yayıb.

    Məlumatda deyilir ki, bəzi sosial şəbəkə səhifələrində 25 sentyabr 2019-cu il tarixində Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobil yanması zamanı yanğınsöndürənlərin cəlb olunmaması barədə yazılanlar həqiqətə uyğun deyil:

    “Bununla əlaqədar bildiririk ki, bu gün saat 14:55-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 15:00-da (daxil olmuş zəngdən 5 dəqiqə sonra) hadisə yerinə çataraq yanğının mühərrik bölməsindən avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıb və 15:05 radələrində yanğın tam söndürülüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus “Mercedes” markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanıb, digər hissələr isə yanğından mühafizə olunub.

    Əlavə olunmuş müşahidə kameralarından götürülmüş kadrlardan da göründüyü kimi, yanğın FHN-in hadisə yerinə vaxtında çatmış yanğınsöndürənləri tərəfindən operativ olaraq söndürülüb. Odur ki, bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, həqiqətə uyğun olmayan bu kimi məlumatlara deyil, nazirliyin rəsmi saytı vasitəsilə yayılan təsdiqlənmiş məlumatlara istinad edilsin”.

  • Bakıda doğuşda körpə öldü, həkim işdən çıxarıldı

    Bakıda doğuş zamanı körpə ölümü baş verib.

    Bu barədə “Qafqazinfo”ya məlumatı xəstənin qohumu Xalid Nəmətzadə verib. O bildirib ki, hadisə 2 saylı Dəmiryol Uşaq Poliklinikasında baş verib. Səadət Qurbanova adlı qadın 23 sentyabr tarixində doğuş sancısı ilə xəstəxanaya aparılıb. Lakin bu zaman məlum olub ki, onun həkimi Zərnişan İsmayılova istirahətə gedib. Odur ki, doğuşu başqa həkim Səkinə Əsədova həyata keçirib:
    “Doğuş 4 saat çəkdi və bu zaman ərzində bizə heç bir məlumat verilməyib. Son anda bildik ki, körpə ölüb. Ölümə səbəb kimi isə uşağın çəkisini göstərdilər. Uşaq 4 kiloqram 700 qram doğulub. Hamı dedi ki, bu zaman həkim qeysəriyyə əməliyyatı etməli idi. Lakin bizə məlumat verilməyib.

    Hətta ana da ölə bilərdi. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, baş həkimə müraciət etmişik. Baş həkimin müavini bildirdi ki, artıq həkim işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından da aldığımız məlumata görə, hazırda istintaq işi aparılır”.

  • Хады Раджабли анонсировал рост зарплат и пенсий

    В следующем году в Азербайджане ожидается повышение заработных плат и пенсий.

    Об этом сообщил АПА, председатель Комитета Милли Меджлиса по труду и социальной политике Хады Раджабли.

    По его словам, осенняя сессия начнет работу 30 сентября:

    «Во всех парламентах в мире на осенней сессии обсуждается, в основном, проект бюджета на следующий год, утверждается бюджет. Проект вначале обсуждается в парламентских комитетах, затем в парламенте.

    В отличие от предыдущих лет, примерно 40 процентов средств госбюджета на 2020 год будут выделены на социальные нужды. Это большое достижение. Теперь мы можем сказать, что наш бюджет социально ориентирован и социально емкий».

    По словам председателя комитета, в госбюджете на 2020 год планируется выделить на социальные цели средства на 5 миллиардов манатов больше по сравнению с нынешним годом:

    «Эти средства будут направлены на повышение заработной платы и другие вопросы. Хочу также подчеркнуть, что со следующего года возможен рост пенсий и заработной платы. Об этом свидетельствует увеличение средств, выделяемых в бюджете на социальные цели».

  • Şirkətlərə BƏD XƏBƏR: Xidməti müqavilə ilə işçi işlədə bilməyəcəklər – YENİLİK

    Azərbaycanda bəzi sahələrdə mülki-hüquqi müqavilə (xidməti müqavilə) ilə işləməyə məhdudiyyət qoyulması gözlənilir. Artıq bununla bağlı təkliflər hazırlanıb və hökumətdə baxılır.

    Təkliflərdə, indiyədək bəzi hallarda vergidən yayınmaq üçün istifadə edilən xidməti müqavilələrlə bağlı məhdudiyyətlərin qoyulması nəzərdə tutulur.

    Bu təkliflərdə mülki-hüquqi müqavilə ilə işləyənlər üçün qaydalar və tələblər müəyyən edilib. Tələblər göstərilən xidmətlərin çeşidinə, müqavilə ilə işləyənlərin iş rejiminə və fəaliyyət formasına, xidmətlərin ödənilməsi qaydalarına, müqavilənin müddətinə aiddir.
    Xidməti müqaviləni bir neçə aydan artıq bağlamaq da mümkün olmayacaq, eləcə də müqaviləni sonradan uzatmağa da icazə verilməyəcək. Hər halda belə hallar qarşısının alınması üçün nəzarət ediləcək.
    Kimlər xidməti müqavilə ilə işləyə biləcək?

    Təkliflərdə işçilərin xidməti müqavilə ilə cəlb edilməsinə icazə verilən sahələrin təqribi siyahısı da yer alır. Bura müvəqqəti kompüter xidmətləri, aqrar xidmətlər, təmri işləri və sair aiddir: «Məsələn 1-2 ay müddətində İT xidmətlərinin göstərilməsi, kompyuterlərin təmiri, santexnika və ya aqrotexniki xidmətlər və sair».
    Bundan başqa, qaydaya görə, xidməti müqavilə ilə işləyənlərlə sifarişçilər arasında heç bir əmək müqasibəti olmamalıdır. Yəni iş rejimi, tabeçilik olmamalı, aylıq fiksə olunmuş əmək haqqı ödənilməməlidir. Ödəniş yalnız bütün işin həcminə uyğun müəyyən edilməlidir.

    Bununal yanaşı, mülki müqavilə ilə işləyənlərin vergiyə cəlb edilməsi forması dəyişməyəcək. Gəlir vergisi (illik 5%) və aylıq DSMF ödənişləri indi olduğu kimi qalacaq.//yeniavaz

  • Ermənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIR

    1,3 milyon dollarlıq saatı oğurlanan azərbaycanlı ilə bağlı yayılan məlumatlardan sonra ölkəmizdə brend marka saatlarına maraq göstərənlərin heç də az olmadığı ortaya çıxıb.

    Qiyməti təqminən 1-2 milyon dollar arasında dəyərləndirilən “Richard Mille” markası İsveçrə saatlarının daha çox müraciət edilən reytinq cədvəlində ilk onluğa düşür.

    Onluğa düşən saat markalarından biri də “Franc Muller”dir. Zəngin təbəqədən olan insanların brend markadan olan saatlara maraq göstərməsi təəccüblü deyil. Təəccüblü olan azərbaycanlıların da daha çox müraciət etdiyi “Franc Muller” saatlarını istehsal edən kompaniyanın rəhbərinin millətcə erməni Vartan Sirmakes olmasıdır.

    Vartan Sirmakes İsveçrədə 7 brend markanın 14 istehsal müəssisəsinin sahibi, “ArmSwissBank”ın prezidentidir. Ən diqqətçəkəni Sirmakes – İsveçrədəki erməni diasporunun əsas himayədarıdır. Vartan Sirmakes “Franck Muller” şirkətinin Ermənistanda da nümayəndəliyini açıb və bu ölkənin iqtisadiyyatına böyük yatırımlar edir. Onun rəhbəri olduğu kompaniyanın istehsalı olan saatı alan azərbaycanlılar isə dolayısı ilə Ermənistan iqtisadiyyatına töhfə vermiş olurlar. Hətta faktlar da bunu sübut edir.

    2018-ci il aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmədə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin evindən edilən oğurluq işində ona aid olan 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung” telefon, 20 min manatlıq “Franck Muller” qızıl saatı, qaz tapançası və suvenir bıçağı götürüldüyü bildirilib.

    Məsələnin ən dəhşətli tərəfi budur ki, ermənilər həmin saatın istehsalı üçün istifadə edilən qızıl hissələrini Kəlbəcərin qızıl yataqlarından çıxardıqları təbii ehtiyatlar hesabına əldə edirlər.

    26 ildir işğal aldında tapdalanan Kəlbəcər rayonu ərazisində ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları mənfur düşmənlər tərəfindən istismar edilir.

    Dolayısı ilə erməni Vartan Azərbaycanın təbii ehtiyatı hesabına ərsəyə gətirdiyi saatını minlərlə dollar qarşılığında elə azərbaycanlılara satır. Əldə edilən maliyyə isə erməni iqtisadiyyatına, erməni əsgərinin saxlanmasına yönəldilir. Həmin erməni isə öz torpağımızda xidmət göstərən əsgərimizə güllə tuşlayır. (Modern.az)

  • Hakim: “Necə olur ki, bir əsgər 32 dəfə şəhər buraxılışına gedir?”

    Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “report”a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahidlər dindirilib. Onlar K.Həsənov komandir olduğu bolüyün əsgərləri olub. Şahid qismində dindirilən Vəliyev İsrafil bildirib ki, K.Həsənovun komandir olduğu bölükdə əsgər olub. 3 dəfə şəhər buraxılışına, bir dəfə uzunmüddətli məzuniyyətə getdiyini deyən şahid bildirib ki, buna görə komandirə heç nə verməyib və başqalarının da pul verməsindən xəbəri yoxdur.
    Şahid Məmmədov İxtiyar, Tapdıqov Fədai, Tapdıqov Sahib və Süleymanov Nicat da oxşar ifadə veriblər.
    Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim bir əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub.

    Təqsirləndirilən bunu belə izah edib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb və nümunəvi xidmətinə görə, çox buraxılıb. Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış qeudiyyatı kitabının tədqiq ediləcəyini bildirib.
    Proses oktyabrın 1-ə təyin edilib.

    Qeyd edək ki, K.HəsənovCinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.
    Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olam əsgərlərdən həftəsonu buraxılışı üçün 30-40 manat məbləğində rüşvət alıb.
    İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

    O bildirib ki, ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb və əsgərlərdən biri o birinə güllə atıb. Sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.
    Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

  • Поезд сошел с рельсов в Иране, пострадали 40 человек

    На юго-востоке Ирана пассажирский поезд сошел с рельсов, в результате происшествия пострадали 40 человек, передает РИА Новости со ссылкой на IRNA.

    Отмечается, что состав двигался из Захедана в Тегеран.

    О причинах происшествия информации не поступало.