Month: September 2019

  • Минобороны опровергло новость о сбитом беспилотнике

    Министерство обороны Азербайджана отреагировало на появившуюся в армянских СМИ новость о том, что был сбит беспилотный летательный аппарат (БПЛА), принадлежащий азербайджанской армии.

    Как сообщили в министерстве, это сообщение является дезинформацией и не соответствует действительности.

    “Все БПЛА азербайджанской армии находятся на месте и потерь нет”, – заявили в Минобороны.

  • MN: Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması xəbərlərinə reaksiya verib.

    Müdafiə Nazirliyindən oxu.az-a bildirilib ki, yayılan məlumatlar dezinformasiya xarakterlidir.

    Qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan xəbər həqiqətə uyğun deyil.

    “Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur. Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

  • Названы самые высокооплачиваемые отрасли

    По предварительным данным, в январе-июле 2019 года по сравнению с аналогичным периодом прошлого года среднемесячная номинальная заработная плата в столице выросла на 3,7% и составила 819,4 маната.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Бакинском городском управлении статистики.

    Самая высокая среднемесячная заработная плата выплачивается работникам предприятий и организаций в сфере промышленности, финансов, страхования, профессиональной, научной и технической деятельности, информации и связи, строительстве.

    Самые низкие зарплаты были у работников, занятых в сферах здравоохранения, социального обеспечения, сельского хозяйства, операций с недвижимостью, образования, отдыха, развлечений и искусства.

  • Bakıda ən yüksək maaş verilən sahələr – SİYAHI

    2019-cu ilin yanvar-iyul aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı 3,7 faiz artaraq, 819,4 manat olub.

    Bu barədə oxu.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

    Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə, sığorta fəaliyyəti, peşə, elmi, texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərə verilib.

    Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

  • Две сборные Азербайджана получили путевки на Кубок мира

    Две сборные Азербайджана – женская и по вольной борьбе – получили путевки на Кубок мира по итогам чемпионата мира в столице Казахстана Нур-Султане, который состоялся с 14 по 22 сентября и носил лицензионный характер.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, сборные Азербайджана завоевали в общей сложности одну золотую, три серебряные и две бронзовые медали, заняв пятое место.

    Женская сборная с 48 баллами заняла восьмое место, что дало ей право участвовать в Кубке мира, который пройдет 16-17 ноября в японском городе Нарита.

    Сборная по вольной борьбе с 50 очками заняла седьмую строчку и также получила путевку на Кубок мира, который пройдет в октябре будущего года.

    Отметим, что Кубок мира проводится с участием восьми команд.

  • İki güləş millimiz Dünya Kubokuna vəsiqə qazanıb

    Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş güləş üzrə Olimpiadaya lisenziya xarakterli dünya çempionatında iki millimiz Dünya Kubokuna vəsiqə qazanıb.

    Dünya çempionatında ümumilikdə bir qızıl, üç gümüş və iki bürünc medal əldən edən ölkəmiz medalların əyarına görə V yeri tutub.

    Qadın güləşi komandamız 48 xalla komanda hesabında VIII yeri tutub. Bu isə millimizə noyabrın 16-17-də Yaponiyanın Narita şəhərində keçiriləcək Dünya Kubokunda iştirak hüququ verib. Lakin millimizin həmin yarışda iştirak edib-etməməsi sual altındadır.

    50 xalla VII pillədə qərarlaşan sərbəst güləş üzrə millimiz də analoji yarışa vəsiqə qazanıb. Güləşin bu növü üzrə Dünya Kuboku gələn ilin oktyabrında keçiriləcək. Ancaq təşkilatçı ölkə hələ müəyyənləşməyib.

    Qeyd edək ki, Dünya Kuboku səkkiz komandanın iştirakı ilə keçirilir.
    /oxu.az/

  • Bakıda Avtovağzalın qarşısında “Mercedes” yandı, hərəkət iflic oldu – VİDEO

    Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Məmmədov Elxana məxsus 50- CK-141 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yanmağa başlayıb.

    Median.Az “lent.az”a istinadən xəbər verir ki, cihazlar lövhəsində nasazlıq işığının yandığını görən sürücü dərhal avtomobili yolun kənarında saxlayıb.

    Hadisə yerinə Binəqədi Rayonu Yol Polis Şöbəsinin və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

    Görülən tədbirlər nəticəsində avtomobil söndürülüb. Avtomobilin yanması ilə bağlı yolda nəqliyyatın fəaliyyətində çətinliklər yaranıb.

  • Azərbaycanda qızılcaya və suçiçəyinə tutulanların sayı açıqlandı

    Ötən il Azərbaycanda 52 nəfər qızılca xəstəliyinə tutulub.

    Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

    Məlumata əsasən, xəstəliyə tutulanlardan 35 nəfəri kişi, 17 nəfəri qadın, 10 nəfəri isə 0-17 yaş qrupuna aid şəxslərdir. Bundan başqa, 2018-ci ildə 15870 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb ki, onlardan 8517-si kişi, 7353-ü qadın, 13780-i 0-17 yaş aralığına aiddir.

    Komitədən bu ilin statistikası haqqında da məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində 279 nəfər qızılca xəstəliyinə tutulub.

    Onlardan 140 nəfəri kişi, 139 nəfəri qadın, 62 nəfəri isə 0-17 yaş qrupunda olan xəstələrdir. Bundan başqa 2019-cu ilin 6 ayı ərzində 11301 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb. Xəstələrdən 6089-u kişi, 5212-si qadın, 9543-ü isə 0-17 yaş aralığında olanlardır.

    Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il ölkə üzrə suçiçəyi xəstəliyindən biri qız, biri oğlan olmaqla 2 nəfər ölüb. Qızılca xəstəliyindən isə ölüm halı qeydə alınmayıb.

  • “AZZA” 45 min manat cərimələndi

    Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “AZZA” QSC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

    Median.Az “report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, “AZZA”nın 45535 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

    Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

    Şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 9606645,71 rubl valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 1921329 rubl, yəni 45535 manat məbləğində inzibati cərimə olunub.

    Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb.

    Qeyd edək ki, 2008-ci ildə yaradılan “AZZA” QSC şirniyyat və spirtli içki satışını həyata keçirən mağazalar şəbəkəsidir. Hazırda 67 mağazası fəaliyyət göstərir.

  • Samirin qardaşının yalanı ortaya çıxdı: “Evi satıb o ailəni məhv etdi” – VİDEO

    ARB TV-nin “Elgizlə İzlə” verilişində maraqlı anlar yaşanıb.

    Belə ki, müğənni Samir Cavadzadənin keçmiş qonşusu studiyaya zəng edərək ifaçının qardaşı Ramin haqqında həqiqətləri açıqlayıb:

    “Sözüm o ailəni yox edən Raminədir. Onların evlərini satdırıb, getdi Rusiyaya. Ailəsinə dedi ki, barmaqlarını kəsiblər. Samir anası ilə birgə Rusiyanın küçələrinə düşüb Ramini axtardılar. Gedib gördülər ki, Raminin ətrafında pis insanlar var, onun gözünü çıxarıblar. Ramin, 40-a yaxın yaşı olan adama ana baxmalıdır? Utanmırsan? Özünü qınasın.

    Belə həyata düşməyəydi. Hansı evdən danışır? Onların evi var? Anası bacısıgildə qalır. Samir də kirayə yaşayır. Deyir, Samirə köməkliklər edib? Hansı köməklikdən danışır. Sənə edilib, sən heçnə etməmisən. Onlar məhlənin ən gözəl ailəsidir. O ailəni sən yox etdin. Diri ikən ölü ailə etdin. Özü-özünü o günə salıb.”

    Qeyd edək ki, verilişin ötən buraxılışında “Elgizlə İzlə”yə müraciət edən ifaçı Samir Cavadzadənin qardaşı Ramin Cavadzadə səfil həyat sürdüyünü, xəstə olduğunu və köməyə ehtiyacı olduğunu bildirib.