Month: September 2019

  • “Ölümə qaçan” kişi son anda xilas oldu – VİDEO

    Sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb.

    Videodan göründüyü kimi yaşlı kişi yolu keçmək istəyir.

    Lakin kişi yolu keçmək əvəzinə maşınların üstünə gedir.

    Avtomobilin sürücüsü isə zorla da olsa kişini vurmaqdan son anda qurtarır.

    Şərhlərdə isə bildirirlər ki, həmin kişi intihar məqsədilə özünü maşının altına atmaq istəyir.

    Həmin görüntüləri təqdim edirik:

  • Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi

    Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

    Bu barədə aktrisa özü məlumat yayıb:

    “Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

    Əziz və sevimli Mehriban xanım, Siz, mənim illər uzunu ən böyük problemimi – evsizliyi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram.

    Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə”.

  • “Cərimələyirsən, yenə saxlayırlar” – 1 manatlıq taksilər yığışdırılsınmı? – VİDEO

    Sumqayıt, Xırdalan və Abşeronun müəyyən ərazilərinə hər gün 1 manatlıq taksilər işləyir. Həmin taksilərin yolda 5-10 saniyə dayanması pik saatlarda hərəkətin intensivliyini demək olar ki, iflic vəziyyətinə salır.

    ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

    İllərdir müşahidə olunan bu mənzərənin qarşısını almaq üçün, Bakı Nəqliyyat Agentliyi (BNA) “20 yanvar” dairəsi və ona yaxın ərazilərdə dayanma-durma qaydalarını sərtləşdirib. Bu qərarla qanunsuz sərnişin daşıyanlar ərazidən uzaqlaşdırılıb. Həmin nəqliyyat vasitələrindən istifadə edənlər isə, küçələrdə qalıb.

    Sakin: “Yol məsafə uzaqdır deyə manatlıq taksi ilə getmək sərf edir. Çox rahatçılıqdır”.

    Tətbiq edilən qayda, 20 yanvar metrosu yaxınlığında sıxlığın azaldılmasına kömək etsə də, Şamaxinka kimi tanınan ərazidə köhnə mənzərə olduğu kimidir.

    Taksi sürücüsü: “Güya biz nə qazanırıq, milyonları qazanmırıq ki, 1 manata işləyirik də. 1 manat çörəkpulu qazanırıq”.

    Mikroavtobus sürücüsü: “Bir az kənarda, hərəkətə mane olmayan yerdə müvafiq meydança yaradılsa, biz də rahat sərnişin yığıb çıxıb gedərik, belə vəziyyət də yaranmaz”.

    Avtobus sürücüsü: “Qardaş, bizi boğaza yığıblar. Vəziyyət pisdir. Onlar yolun kənarında saxlayırlar, biz də məcbur olub yolu kəsirik”.

    Elmar Əhmədov – BNA-nın əməkdaşı: “Sürücülər bizə məhəl qoymurlar. Bir dəfə keçirsən, saxlama deyirsən, cəriməliyirsən yenə saxlayırlar”.

    Rəsmi qurumlar Sumqayıt və ətraf ərazilərdə yaşayan sakinlərə avtovağzal ərazisindən istifadə etməyi tövsiyyə etsələr də, buna çox az adam əməl edir. Mütəxəssislər deyir ki, əhalinin gur olduğu “20 yanvar” dairəsi və ona yaxın ərazidə xüsusi dayanacaqların yaradılmasına ehtiyyac var. Bunun üçün isə müəyyən işlər görülməlidir.

    Elməddin Muradlı – Ekspert: “Əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək lazımdır. Mən demirəm onların iş yeri bağlansın. Bunun üçün baza, sturuktur qurulmalıdır. Yaxşı olar ki, bunlardan düzgün istifadə edilsin. Normal nəzarət olsa, təmiz yeni mikroavtobuslar və taksilər də işləsə problem yaranmaz”.

    Tətbiq edilən yeniliklərdən daha vacibi, mənzil başına çatmaq uğrunda küçələrdə mübarizə aparan o insanların, nəqliyyat şəraitinin yaxşılaşdırılmasıdır. Yaşanan mənzərə isə göz qarşısındadır.

  • Bakıda Liviya vətəndaşı süpürgəçi qadını vurub öldürdü

    Bakıda naməlum sürücü yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşını vurub.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

    Naməlum sürücü paytaxtın Azadlıq prospekti, “Skripka” parkının yaxınlığında kobud qayda pozuntusu törədərək yolun kənarında təmizlik işləri aparan, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızını vurub, hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    R.Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən “Mercedes E-Class” markalı 019 D 011 nömrə nişanlı avtomobilin sürücüsünün Liviya vətəndaşı Annsi Elnamrud olduğu müəyyən edilib.

    Faktla bağlı istintaq davam edir.

  • Hadı Rəcəbli: “Gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir”

    “Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir”.

    Bunu APA -ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

    H.Rəcəbli deyib ki, payız sessiyası sentyabrın 30-da başlayacaq: “Dünyada bütün parlamentlərdə payız sessiyası əsasən növbəti ilin büdcə layihəsinin müzakirəsinə həsr edilir və büdcə təsdiqlənir. Büdcə layihəsi öncə parlament komitələrində, sonra isə parlamentdə müzakirə olunur. Əvvəlki illərdən fərqli olaraq 2020-ci ilin dövlət büdcəsinin təxminən 40 faizə yaxını sosial məqsədlərə ayrılacaq. Bu, olduqca böyük göstəricidir. Biz əvvəllər deyirdik ki, büdcəmiz investisiya tutumlu, sosial yönümlüdür. İndi isə deyəcəyik ki, büdcəmiz həm sosial yönümludur, həm də sosial tutumludur”.

    Komitə sədrinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində bu illə müqayisədə sosial məqsədlərə təxminən 5 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub: “Bu vəsait əmək haqqının artırılması və digər məsələlərə yönəldiləcək. Onu da vurğulamaq istəyirəm ki, gələn ildən pensiyalar və əmək haqlarında artımın olması ehtimalı var, büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması bundan xəbər verir”.

    H.Rəcəbli bildirib ki, büdcədə yenə də əsas məqsəd Azərbaycan vətəndaşı, onun həyat şəraitinin daha da yaxşılaşdırılması olacaq: “Bununla əlaqədar da hazırlıq işləri görülür. Biz oktyabrın sonunda, noyabrın əvvəlində büdcəmizi təsdiqləyəcəyik”.

    Onun dediyinə görə, payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklər də nəzərdə tutulub: “Prezident parlamentdə çoxlu sayda qanunlara əlavələr və dəyişikliklər göndərir. Bu əlavə və dəyişikliklərin böyük bir qismi də bilavasitə sosial müdafiənin gücləndirilməsinə yönəlir”.

  • Azərbaycanda oktyabrın 1-dən gecə reysləri bərpa olunur

    Ölkədaxilində şəhərlərarası gecə reyslərinin fəaliyyəti bərpa olunur.

    Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova məlumat verib.

    O qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb.

    Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobuslarının uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.

  • Bakıda kütləvi dava: Bıçaqlananlar var

    Bakıda kütləvi dava olub.

    Median.Az “unikal.org”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ədalət Məhəbbət oğlu Muxtarov ilə mübahisə edib.

    Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.

    Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.

    Hər iki şəhər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü(Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

  • Bakıda avtoyuma məntəqəsinin işçisi qəza törədib, ölən var – FOTO

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

    Avtoyuma məntəqəsində çalışan Yusif (soyadı hələlik məlum deyil) adlı şəxs yumaq üçün məntəqəyə gətirilmiş “Toyota Prado” markalı avtomobili qanunsuz götürərək idarə edərkən təmir sexinin qarşısında dayanmış “Opel” markalı avtomobilə çırpıb.

    Nəticədə avtomobilini təmir elətdirən “Opel”in sürücüsü Saleh Ağayev öz maşınının altına düşərək ölüb.





  • Afaq Aslana evlilik təklif edən gənc yenidən efirə çıxdı – VİDEO

    İctimai TV-də yayımlanan “3D” verilişində maraqlı anlar yaşanıb.

    Ötən gün efirdə Afaq Aslana evlilik təklif edən gənc bu dəfə İTV efirində görünüb. O verilişdə katibə rolunu canlandıran Lyubaya evlilik təklif edib.

    Lyuba isə ona “yox” deyib. Gənc isə “siz də mənə yox desəz, REAL-a gedəcəm” deyib. Lyuba isə istəyirsən “Barselona”ya get cavabını verib.

    Həmin anları təqdim edirik:

  • Депутат Рафаэль Джабраилов: «Клянусь Аллахом, клянусь Кораном, я верну эти деньги» – СЕНСАЦИОННОЕ ВИДЕО

    Председатель Дисциплинарной комиссии Милли Меджлиса, депутат Агаджан Абиев заявил, что возглавляемая им комиссия может рассмотреть дело депутата Рафаэля Джабраилова, который заложил свое депутатское удостоверение.

    В комментарии изданию Qafqazinfo Агаджан Абиев заявил, что осенняя сессия парламента начнется 30 сентября.

    «После этого соберутся члены Дисциплинарной комиссии. Рафаэль Джабраилов поступил неправильно. Так делать нельзя», – сказал он.

    Напомним, что на депутата Милли Меджлиса Рафаэля Джабраилова подали в суд из-за долгов. 9 сентября 2015 года депутат взял в долг 300 тысяч долларов для строительства дома.

    Вскоре выяснилось, что депутат не может выплатить долг. Когда прошли все обговоренные сроки, Рафаэль Джабраилов решил оставить в качестве залога свое удостоверение депутата Милли Меджлиса III и IV созывов. В феврале 2019 года в Абшеронский районный суд был подан иск от имени Тараны Фаталиевой, которая утверждала, что Рафаэль Джабраилов отказывается возвращать ей долг. Суд принял решение в ее пользу.

    Накануне в социальных сетях также появилось сенсационное видео, на котором видно, как Рафаэль Джабраилов лично убеждает своих кредиторов в том, что он скоро вернет долги.

    «У нас в Новханах, где построен молодежный городок, есть более 200 квартир. Но их никто не покупает. Я верну долг и подарю вам оттуда квартиру», – убеждает азербайджанский депутат.

    Затем Тарана Фаталиева снова звонит Рафаэлю Джабраилову и требует вернуть долг, который депутат задержал почти на 5 лет.

    «Клянусь Аллахом, клянусь Кораном я верну эти деньги. Войдите в мое положение, у нас проблемы», – умоляет депутат женщину.
    //haqqin.az