Month: September 2019

  • Боец MMA отправил противника в нокаут за три секунды и установил рекорд – ВИДЕО

    Речь идет о британце Рикки Уайатте. Злая судьба свела с ним на турнире британского же промоушена RAGED UK MMA Янника Мезеповса, пишет MAXIM.

    Как сказано в «Фейсбуке» промоушена, встреча была короткой: будущий побежденный успел лишь сделать сопернику «эть» ножкой, а будущий победитель ответил ему стремительным нокаутом. Три секунды! Это рекорд промоушена, ликует RAGED!

  • За кражи из автомобилей задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники 5-го отделения полиции Бинагадинского РУП в результате проведенной операции задержали жителя Кюрдамирского района Д.Ширалиева, который вместе с “поддельником” 7-го сентября украли из автомобиля марки “Mitsubishi” 1000 манатов.

    Кроме этого, сотрудники Масаллинского РОП задержали жителя района Р.Рагимова, который 7-го сентября украл из автомобиля марки “Mercedes” 550 манатов.

    Сотрудники Низаминского РОП задержали жителя г.Гянджа К.Аллахвердиева, который украл из автомобиля марки “ВАЗ-2107” магнитофон и аккумулятор.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Avtomobillərdən oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 1000 manat oğurlayan Kürdəmir rayon sakinləri C.Şirəliyev saxlanılıb, onunla cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

    Bundan başqa, Masallı RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 550 manat oğurlayan Masallı rayon sakini R.Rəhimov saxlanılıb.

    Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “VAZ-2107” markalı avtomobildən maqnitofon və akkumulyator oğurlayan Gəncə şəhər sakini K.Allahverdiyev saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Ученые выяснили, насколько кошки привязаны к хозяевам

    Путем экспериментов ученые выяснили, что кошки привязываются к хозяевам так же, как и собаки. Для своего исследования специалисты наблюдали за 79 котятами в возрасте от 3 до 8 месяцев и их хозяевами, передаёт Median.Az со ссылкой на Рен.тв.

    Сначала котята находились в незнакомой комнате вместе с хозяевами. Потом люди выходили из помещения, оставив животных внутри, а затем снова возвращались. В это время ученые следили за поведением питомцев. Если котенок был крепко привязан к хозяину, то оставался спокоен и уделял внимание как хозяину, так и исследованию незнакомой территории. В обратном случае животное вело себя беспокойно: у него подергивался хвост, котенок прыгал на колени к хозяину и замирал.

    «Кошки, которые непрочно привязаны к хозяевам, чаще бегают, прячутся и показывают свою отчужденность. В течение долгого времени бытовало предвзятое мнение о том, что так ведут себя все кошки. Но для большинства из них хозяин представляет источник безопасности. Ваш питомец зависит от вас, ему нужно чувствовать свою защищенность в моменты стресса», – отмечает автор исследования Кристин Витале.

    В результате исследования 64% котят оказались крепко привязаны к людям. Такие же показатели ученые получили, повторив эксперимент со взрослыми животными.

  • Спать в одежде вредно для здоровья

    Как стало известно, ученые рассказали, почему не стоит спать в одежде и как это может отразиться на здоровье человека.

    Обладающий ученой степенью в области микробиологии Джейсон Тетро издал книгу под названием «Микробы», в которой сообщил, почему вредно спать одетым, пишет hyser.com.ua со ссылкой на The Guardian.

    Согласно опубликованным выводам ученого, на протяжении дня на наших телах и повседневной одежде скапливается большое количество невидимых простому глазу грязи и бактерий. Когда человек засыпает в том, в чем ходил весь день, бактерии начинают активно размножаться, попав во вполне благоприятные для этого условия.

    Как можно этого избежать? Каждый вечер перед сном принимать душ и надевать чистую одежду для сна. Только такие методы смогут помочь.

  • ООО «Азерпочт» предупредило абонентов мобильных сетей о мошенниках

    ООО «Азерпочт» при Министерстве транспорта, связи и высоких технологий обратилось к гражданам страны, передаёт Median.Az со ссылкой на Trend.

    В обращении говорится:

    «В последнее время от имени ведомства гражданам поступают фальшивые сообщения с логотипом «Азерпочт». Текст сообщения приблизительно таков: Поздравляем пользователей «Азерпочт». Спасибо за вход. Вы получили еще один шанс выиграть устройство Samsung Galaxy 10. От вас требуется лишь правильно выбрать коробку с подарком.

    При выполнении указанных в сообщении действий у пользователей запрашиваются данные банковской карты. Отмечается, что можно будет получить подарок, после внесения определенной суммы. Таким образом, с банковских счетов обманутых граждан снимаются средства».

    Служба электронной безопасности при министерстве доводит до сведения граждан, столкнувшихся с такими случаями, что если при пользовании интернета, браузер перенаправляет вас на другой сайт, это означает, что ваше мобильное устройство или компьютер заражены вредоносным ПО (adware). «В этом случае с этого сайта поступают pop-up рекламы, в то же время загружаются вредоносные программы.

    Целью является обман пользователей, с обещаниями крупных сумм денег и выигрышей. Для решения проблемы необходимо удалить вредоносную программу из списка расширений (extension), зайдя в настройки Chrome или другого браузера, или же используя панель управления Windows. Проверьте мобильный телефон или компьютер на наличие вредоносного ПО лицензионным антивирусом.

    «Азерпочт» и СЭБ продолжает расследования по этому поводу. Напоминаем пользователям, что такие сообщения не имеют никакого отношения к ведомству.

    И государственные, и частные ведомства регулярно сталкиваются с такими нелицеприятными случаями. Просим граждан быть осмотрительными», – говорится в сообщении.

  • Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

    Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə oktyabrın 4-də keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

    Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 4 oktyabr saat 09:00-da başa çatacaq.

    Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.

    “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

    Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.

  • Qısamüddətli yağış yağacaq, duman olacaq

    Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 26-27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Badamdar sürüşmə zonasından xəbər var

    Oktyabr ayında Badamdar qəsəbəsində sürüşmə zonası kimi tanınan ərazidə su və kanalizasiya sistemərinin yenidən qurulmasına başlanılacaq.

    Bu barədə oxu.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

    O bildirib ki, Badamdar qəsəbəsi, üçüncü massiv ərazisində həm su, həm də şəbəkələrinin tikintisi ilə bağlı layihələndirmə işlər yekunlaşıb:

    “Ərazidə layihələndirmə işləri, demək olar ki, başa çatıb. Oktyabr ayında Badamdar qəsəbəsinin sürüşmə zonası ərazisində su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. Layihəyə əsasən, ərazidə 23 km-ə yaxın kanalizasiya, 12 km-ə qədər isə su xətlərinin çəkilişi nəzərdə tutulub.

    Kanalizasiya xətlərinin tikintisində 200-800 mm diametrli, su xətlərində isə diametri 225-63 mm-lik borulardan istifadə olunacaq. İşlərin yekununda ərazidə yerləşən evlərin hər birinə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Düşünürük ki, oktyabr ayında başlanacaq layihə 2020-ci ildə tam yekunlaşacaq”.

  • Azərbaycanlı tələbələr xaricdəki hansı universitetlərdə oxuyacaq? – RƏSMİ

    Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində, 2019/2020-ci tədris ili üzrə müvafiq təqaüd proqramları əsasında 250-ə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alacaq.

    Bu barədə Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

    Məlumatda qeyd edilib ki, Macarıstan üzrə 200 nəfər, Çin Xalq Respublikası üzrə 37 nəfər, Latviya üzrə 13 nəfər, Böyük Çin Səddi təqaüd proqramı üzrə bir nəfər, Rusiya (MGIMO) üzrə üç nəfər xaricdə təhsil almaq hüququ qazanıb:

    “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə dövlət hesabına təhsili hazırda Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində həyata keçirilir. 2019/2020-ci tədris ilində Azərbaycan vətəndaşları sözügedən xətlə Macarıstan, Çin Xalq Respublikası, Latviya, Rumıniya, Rusiya (MGIMO), Qazaxıstan kimi ölkələrdə təhsil almaq hüququ qazanıb.

    Qeyri-dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının Təhsil Nazirliyində qeydiyyatı aparılmadığından onların hansı ölkələri seçdikləri barədə məlumat verilməsi mümkün deyil.

    Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən müxtəlif ölkələrin, təşkilatların fərdi qaydada elan etdiyi xaricdə təhsil imkanları barədə nazirliyin internet səhifəsində ayrıca elanlar (Türkiyə, Rusiya, Almaniya Serbiya, Yaponiya, Slovakiya, Koreya Respublikası, Çin, İsveç və s.) ictimaiyyətə təqdim edilir və yerli vətəndaşlar müxtəlif ölkələrin təqaüdlərindən yararlanır”.

    Nazirlikdən bildirilib ki, HTP çərçivəsində təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları Macarıstan üzrə “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, Latviya üzrə “Riga Technical University”, “University of Latvia”, ” Latvia University of Agriculture”, “Riga Graduate School of Law”, Çin üzrə “Pekin University”, “University of Science and Technology Beijing”, “Shanghai University of Finance and Economics”, “Fudan University” kimi aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

    “2018/2019-cu tədris ilinin sonuna olan məlumata əsasən yerli ali təhsil müəssisələrində 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb. Ölkədə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyəti Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin Xalq Respublikası və Nigeriya kimi ölkələrdən olmaqla 90-dan çox ölkənin vətəndaşlarıdır”, – deyə nazirlikdən qeyd edilib.