Month: October 2019

  • В Мингячевире обнаружен труп мужчины

    В Мингячевире, на территории жилмассива «Энергетик» обнаружен труп мужчины.

    По предварительным данным, умершим является житель города Асиф Гусейнов 1968 г.р, передает АПА.

    По сообщению, мужчина скончался несколько дней назад при неизвестных обстоятельствах.

    Также сообщается, что мужчина, оставивший семью несколько месяцев назад, был бездомным.

  • Bakıda avtomobil 49 yaşlı kişini vurub

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserinin qarşısında qeydə alınıb.

    Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Mahir Tahir oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

  • Elon Mask bloqerə bir milyon dollar bağışladı

    Məşhur iş adamı, “SpaceX” və “Tesla Motors” şirkətlərinin qurucusu İlon Mask ağacəkmə kampaniyasına dəstək olub.

    O, “MrBeast” ləqəbli, 20 milyon izləyicisi olan video bloqer Cimmi Donaldsonun sosial şəbəkədə başlatdığı ağacəkmə kampaniyasına “Twitter” vasitəsilə dəstək olan Mask layihəyə bir milyon dollar bağışlayacağını bildirib.

    Bu kampaniyaya bu vaxtaqədərki ən yüksək yardımı edən Mask sosial şəbəkədəki adını da “Treelon” olaraq dəyişdirib.

    Qeyd edək ki, sözügedən kampaniyaya Maskdan əlavə “Twitter”in yaradıcısı və sahibi Cek Dorse də 150 min dollar miqdarında yardım edib.

  • “Pokrovka Məhərrəm”in həbsinin təfərrüatları məlum oldu — VİDEO

    Azərbaycanlı biznesmen, “Pokrovka Məhərrəm” adı ilə məşhur olan Məhərrəm Quliyev Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmə qərarına əsasən, M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə Rusiya ərazisindən çıxarılacaq.
    Median.Az
    virtualaz.org-a istinadən bildirir ki, bəzi məlumatlara görə, son vaxtlar M.Quliyev dəbdəbəli həyat tərzi sürüb, gizli kazinolarda böyük məbləğdə pullar uduzub.

    Sonuncu dəfə həbs olunduqda isə 3 milyon rubl girov müqabilində azad edilib. Nəticədə müəyyən müddət hüquq mühafizə orqanlarının gözündən yanına bilib.

    Bu dəfə M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. Hazırda “Pokrovka Məhərrəm” xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir. Onun ölkədən çıxarılması ilə bağlı qərarı Volqoqrad vilayəti Novonikolayevski rayon məhkəməsi verib.

    Qeyd edək ki, “Pokrovka” ləqəbini M.Quliyev Pokrovski tərəvəz bazası sayəsində alıb. O, Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib olub. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb.
    M.Quliyev bazarın ərazisinə daxil olan hər arabadan müxtəlif məbləğlərdə 500-3000 dollar arası haqq alıb. O, hazırda sağ olmayan “Rövşən Lənkəranski”nin qruplaşmasına daxil idi.

    Bir neçə il əvvəl M.Quliyev yaşadığı ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdı. Domodedovo məhkəməsi tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

    Ev dustaqlığında olmasına baxmayaraq “Pokrovka Məhərrəm” dostları ilə restoranları gəzib, kef məclisləri qurub, təntənəli mərasimlərdə videçarxlar çəkib. Bir müddət sonra isə gizlənməyə müvəffəq olub. Nəhayət, barəsində federal axtarış elan olunub.

  • Победительница “Машын шоу” получила свой автомобиль – ВИДЕО

    Победительница реалити-шоу “Машын” Суна Кязымоглу получила приз.

    Как передает Median.Az, сегодня турецкой ведущей были вручены ключи от заветного автомобиля.

    Отметим, что на церемонии присутствовали и другие участники шоу.//oxu.az

  • Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb

    Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən mılumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Namazəliyevin “QAZ-31” markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə aparan, rayon ərazisindəki evlərdən birinin həyətindən elektrik sobası, habelə Biləsuvar rayon sakini İ.Abbasovun mobil telefonunu oğurlayan şəxsin hazırda Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbiyev olması müəyyən edilib.//trend.az

  • Uşaqlarda HİPERAKTİVLİK – Səbəblər və əlamətlər

    Median.Az saglamolun.az-a istinadən psixoloq Vüsalə Hüseynovanın yazısını təqdim edir.

    Hiperaktivlik uşağın yaş və inkişaf səviyyəsinə uyğun olmayan aşırı hərəkətlilik, istəklərini ərtələyə bilməmə (impulsivlik) və diqqət yayınıqlığı ilə müşahidə olunan psixoloji problemdir.

    Başlama yaşı 3-4 yaş olaraq görülsə də, əlamətlər daha erkən vaxtlarda özünü göstərə bilir. Hələ körpəlik dövründən uşağın az yatması, narahatlığı, tez-tez ağlaması hiperaktivliyin ilkin göstəricilərinə misal ola bilər.

    Oğlanlarda qızlara nisbətən 3-4 dəfə daha artıq müşahidə olunur.

    Hiperaktivliyin hansı səbəblərdən yaranması elmə hələ tam aydın olmasa da, bununla bağlı müəyyən fikirlər mövcuddur.

    Genetik yolla ötürülmə: Hiperaktiv uşaqların birinci dərəcəli qohumlarında da bu tip əlamətlər görülməkdədir. Ailə ilə bağlı edilən araşdırmalarda üzə çıxan nəticələr onu göstərir ki, hiperaktiv uşaqların ata-analarında bu əlamətlərin görülmə ehtimalı 2-8 dəfə , bacı-qardaşlarında isə başqa uşaqlarla müqayisədə 2-3 dəfə daha çox rast gəlinir. Həmçinin əkizlər üzərində aparılan tədqiqatlarda eyni yumurta əkizində problemin cüt görülmə ehtimalı 80-90%, fərqli yumurta əkizlərində isə 30%-dir.

    Mühitin təsiri: Birbaşa olaraq hiperaktivliyə səbəb olmasa da, genetik yatqınlığı olan şəxslərdə bu problemin üzə çıxmasına şərait yaradır. Bu təsirlərə ailənin quruluşu, keçirdiyi travmatik hadisələr, doğum öncəsi (hamiləlik dönəmində ananın keçirdiyi stress, istifadə etdiyi zərərli maddələr), doğum anı (ərkən doğum) və doğum sonrasında (keçirdiyi xəstəliklər, istifadə etdiyi dərmanlar və s.) baş verən müəyyən hadisələr aiddir.

    Hiperaktivliyin əsas göstəriciləri aşırı hərəkətlilik, diqqət yayınıqlığı və impulsivlikdir (istəklərinə, danışığına və hərəkətlərinə nəzarət edə bilməmə). Bəzi uşaqlarda bunların ikisi qabarıq görüldüyü halda (məsələn, diqqət dağınıqlığı ilə hərəkətlilik və ya impulsivliklə hərəkətlilik), bəzi qismində 3-cü dərəcəli hiperaktivlik adlandırdığımız ən ağır forma impulsivlik, diqqət yayınıqlığı və hərəkətliliyin üçü birgə görülür.

    Hiperaktivliyin əsas əlamətləri:

    – çox ağlamaq,

    – az yatmaq,

    – yatılı vəziyyətdə də çox hərəkət etmək,

    – oturmağı sevməmək, otursa belə, əlini- ayağını oynatmaq,

    – nəticəni düşünmədən özünü təhlükəyə atmaq,

    – evdə divanın üstündə gəzmək,

    – diqqətini bir işə və ya dərsə verə bilməmək,

    – başqa uşaqları itələmək, vurmağı sevmək,

    – tez həyəcanlanmaq və əsəbləşmək.

    Hiperaktivlik yeniyetməlik və yetkinlik dönəmində aşırı hərəkətliliklə müşahidə olunmasa da, uşaqlıqda düzgün korreksiya olunmayıbsa və sağlıqlı ailə ortamı yaradılmayıbsa, diqqət yayınıqlığı, qərarsızlıq, depressiyaya meyillilik, bir yerdə qərar tuta bilməmə, unutqanlıq kimi hallar özünü göstərə bilər.

  • Mingəçevirdə meyiti aşkarlanan şəxsin şəxsiyyəti məlum olub – YENİLƏNİB

    Mingəçevirdə meyiti aşkarlanan şəxsin şəxsiyyəti müəyyən edilib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, ölən şəxs 1968-ci il təvəllüdlü Asif Hüseynovdur.

    ***

    Mingəçevir şəhərinin “Energetik” yaşayış massivində, fərdi təsərrüfatlardan birində kişi meyiti tapılıb.

    İlkin baxış zamanı onun 1968-ci il təvəllüdlü soyadı tam dəqiqləşdirilməmiş Asif adlı şəhər sakini olduğu müəyyən edilib.

    Bəlli olub ki, meyiti aşkar edilən şəxs bir neçə gün öncə naməlum şəraitdə dünyasını dəyişib.

    Məlumata görə, ailəsindən boşanan bu şəxs son zamanlar tüfeyli həyat sürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • На границе задержали мужчину с лекарствами

    Сотрудники Главного управления полиции на воздушном транспорте пресекли попытку провоза незадекларированных лекарств через таможенную границу Азербайджанской Республики.

    Как сообщили Oxu.Az в Государственном таможенном комитете, гражданин Азербайджана, прилетевший рейсом Стамбул-Баку, был задержан при попытке покинуть зону таможенного контроля, и перенаправлен в “Красную зону”.

    Когда ручную кладь гражданина пропустили через рентгеновский аппарат, на мониторе появились изображения подозрительных предметов, поэтому гражданина пригласили для повторного досмотра.

    В результате в сумке были обнаружены 13 наименований незадекларированных лекарственных препаратов, а в обуви, находившейся в багаже – инструкцию к ним.

    По факту ведется расследование.

  • Ağstafada gənc oğlan döyülüb – YENİLƏNİB

    Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

    Belə ki, 1991-ci il təvəllüdlü Fərid Salıfov kənd ərazisində keçirilən toyda qonaqlara qulluq edən zaman onunla mərasimə gələn qonaqlardan biri ilə mübahisə yaranıb. Mübahisə zamanı qarşı tərəf butulka ilə ona bir neçə zərbə vurub və döyüb.

    O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir.

    Hadisənin səbəbləri hələ ki məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. Mübahisə zəminində döyülən gənc (şəxsiyyəti araşdırılır – red) müxtəlif bədən xəsarətləri alıb. O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir.

    Hadisənin səbəbləri hələ ki məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.