Month: October 2019

  • Завтра в некоторых районах не будет газа

    31 октября с 09:00 утра возникнут ограничения в подаче газа на территории Биласуварского, Агстафинского и Гахского районов.

    Как сообщили Oxu.Az в ПО “Азеригаз”, причиной является проведение работ на газопроводе и устранение обнаруженных утечек газа.

    В связи с этим будут возникать перебои с подачей газа в части упомянутых районов.

  • İş yerindən pul oğurlayan xadimə tutuldu

    Beyləqan rayonunda oğurluq edən qadın saxlanılıb.

    Median.Az xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də şəhər ərazisindəki idman kompekslərinin birində Bakı şəhər sakini T. Şərifovun çantasından 940 manat oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən rayonun Qəhrəmanlı kənd sakini R. Novruzova saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın alkoqollu içkilərinin ixracı 85 faiz artıb

    2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32 faiz, meyvə-tərəvəzin ixracı 14 faiz, şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayında qeyd edilir.

    Bildirilir ki, 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 136 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin sentyabr ayı ilə müqayisədə 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon ABŞ dolları və ya 19 faiz artıb. Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 milyon ABŞ dolları), Türkiyəyə (25,4 milyon ABŞ dolları), İsveçrəyə (13,9 milyon ABŞ dolları), Gürcüstana (12,5 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.

    2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 13,1 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon ABŞ dolları) üçüncü olub.

  • Бахрам Багирзаде решил покинуть театр КВН «Планета парни из Баку»

    Заслуженный артист Азербайджана Бахрам Багирзаде попросил директора театра КВН «Планета Парни из Баку» Таира Иманова уволить из театра.

    Заявление об уходе артист разместил на своей странице в социальной сети Instagram.

    «Уважаемый Таир Горхмазович! Я, как актер театра КВН «Планета «Парни из Баку», прошу вас уволить меня из состава театра. Я стар, я очень стар, я Super Star! Недавно я посмотрел интервью одного знаменитого астронома, который с помощью научных фактов доказал, что некоторым звездам пора уже погаснуть, пока они не превратились в дешевые фонарики, которые ничего, кроме раздражения, уже не вызывают, потому что перестают работать в самый ответственный момент. Очень хочется сказать «жаль» и выпустить пчёл, но я этого делать не буду – на моих многочисленных пасеках достаточно работы для полосатых тружеников. Пришло время обойти свои владения и наконец насладиться созревшим мёдом. И, может быть мне, все-таки, удастся найти ту самую кнопку, которую мы с Урри так и не нашли… А если у меня это не получится, поиск ответа на вечный вопрос «ну где же у него кнопка», я передаю по наследству молодому поколению! Welcome, новые и сверхновые звезды! Show must go on!!!!! Я устал и постарел. Я ухожу. Вам нужен новый вожак – сильный и мудрый, как Маугли.

    С уважением и надеждой на понимание, Бахрам Багирзаде», – написал артист.

  • SON DƏQİQƏ: Biləcəridə zəncirvari qəza – FOTO

    Bu gün axşam saat 19:40 radələrində Biləcəri qəsəbəsində zəncirvari qəza baş verib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, yük maşını da daxil olmaqla bir neçə maşın bir-birinə dəyib. Hadisə zamanı ciddi xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.

    Şahidlərin dediyinə görə, qəzaya motosiklet sürücüləri səbəb olub. Lakin onlar qəzadan sonra aradan çıxıblar.

  • XİN ABŞ-ın Bakıdakı Səfirliyinə etiraz bildirəcək

    Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı Səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb.

    XİN-dən verilən məlumata görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsinə münasibət bildirərkən deyib.

    L.Abdullayeva bildirib ki, səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb:

    “Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb.

    Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb.

    ABŞ tərəfi M.Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb”.

    Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda, Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı Səfirliyinə etirazını bildirəcək.//oxu.az

  • В Гейгеле пропал без вести 58-летний пастух – ФОТО

    В Гейгеле пропал без вести 58-летний мужчина.

    Как сообщили BAKU.WS, в Гянджинской региональной группе пресс-службы МВД, 27 октября житель шамахинского села Кяркяндж Мамед Аллазов 1961 г.р. утром вышел из фермы в гейгельском поселке Фирузабад, где работал пастухом, и больше не вернулся.

    Его приметы: рост 160-165 см, худощавый, волосы с сединой, карие глаза.

    Выходя из фермы на мужчине были военный костюм, военные брюки, шапка и спортивная обувь.

    Располагающих какой-либо информацией об указанном лице просят позвонить в call-центр 102 МВД, а также по городским телефонам 022-205-22-79, 022-205-50-57 и мобильным телефонам (055) 545-11-02, (070) 252-22-44.

  • Bakıda dələduzluq: Ev satmaq adı ilə vətəndaşlara 1 milyon manat…

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Qədirov 8 il, E.Məmmədov isə 7 il azadlıqdan məhrum ediliblər.

    “Meqa-Siti Holdinq” MMC-nin payçıları olan Aqil Qədirov və Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

    Cinayət işində 33 zərərçəkmiş var.

    İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasında eyni mənzili bir neçə nəfərə satıblar.

    Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

  • İstanbuldan gələn sərnişin qanunsuz dərman keçirmək istədi

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

    DGK-dan verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.

    Vətəndaşa məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub.

    Nəticədə çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı bəyan edilməyən 13 adda dərman preparatları və çantada olan ayaqqabının içərisindən dərmanlara aid təlimatlar aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • 14 краж только в одном районе: в Баку задержан грузинский гастролер

    14 квартир только на территории Хатаинского района Баку обчистила преступная группа, руководимая грузинским гастролером.

    Сотрудники Управления полиции этого района в результате проведенных оперативно-розыскных мероприятий задержали долго разыскиваемого гражданина Грузии Давида Гочиашвили.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Задержанный обвиняется в том, что с февраля по август этого года вместе с подельником путем подбора ключа к дверному замку проникал в квартиры жителей города с целью похищения денег и драгоценностей. Последними жертвами краж, совершенных группой, стали Цензура Мусаева, Мехмана Гуламова и Мушвиг Наджафзаде.

    По полученным данным, второй член группировки был задержан оперативниками еще в августе 2019 года.

    Отметим, что ранее судимый за наркотики Д.Гочиашвили находится в Азербайджане с 2016 года. Есть вероятность, что задержанные причастны также к квартирным кражам, совершенным на территориях других столичных районов.

    В настоящее время по фактам ведется расследование, устанавливается размер материального ущерба, нанесенного гражданам.