Month: October 2019

  • “Maşın”ın qalibi Suna avtomobilinə qovuşdu – VİDEO

    “Maşın” realiti şousunun sonuncu – “Maskarad” adlı sürətinin qalibi Suna Kasımoğlu mükafatına qovuşub.

    Median.Az xəbər verir ki, bu gün türkiyəli aparıcıya qazandığı avtomobil təqdim olunub.

    Qeyd edək ki, təqdimetmə mərasimində şounun digər iştirakçıları da iştirak ediblər.//oxu.az

  • Азербайджанские шахматистки сыграли вничью с Россией, шахматисты уступили немцам – ОБНОВЛЕНО

    Сегодня в Батуми прошел VI тур командного чемпионат Европы по шахматам.

    Как передает Median.Az, мужская сборная Азербайджана уступила Германии.

    Германия – Азербайджан 2,5:1,5

    Ливиу-Дитер Нисипяну – Шахрияр Мамедъяров 0,5:0,5
    Матиас Блюебаум – Аркадий Найдич 0,5:0,5
    Даниэль Фридман – Рауф Мамедов 1:0
    Георг Мейер – Гадир Гусейнов 0,5:0,5

    Турнирная таблица: 1.Россия – 11 очков, 2.Германия – по 10, 3.Украина – 9, 12.Азербайджан – 7.

    Наша женская команда сыграла вничью с Россией.

    Азербайджан – Россия 2:2

    Гюнай Мамедзаде – Александра Горячкина 0,5:0,5
    Ульвия Фаталиева – Катерина Лагно 0,5:0,5
    Гюльнар Мамедова – Ольга Гиря 0,5:0,5
    Туркан Мамедъярова – Валентина Гунина 0,5:0,5
    Турнирная таблица: 1.Россия – 11 очков, 2.Грузия – 10, 3.Азербайджан – 9.

  • İstanbuldan gələn sərnişində dərman peraparatları aşkarlandı

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

    DGK-dan verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.

    Vətəndaşa məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub.

    Nəticədə çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı bəyan edilməyən 13 adda dərman preparatları və çantada olan ayaqqabının içərisindən dərmanlara aid təlimatlar aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.//Baku.ws

  • Bakıda 28 yaşlı gənc bıçaqlanıb

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Şüvəlan qəsəbəsində 1991-ci il təvəllüdlü İsmayılov Xəlil Qahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat olunub.

  • Sumqayıtda 38 yaşlı kişinin meyiti tapılıb

    Sumqayıtda 38 yaşlı kişinin meyiti tapılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Xəzər bağlarında qeydə alınıb.

    Belə ki, Xəzər bağlarında meyit tapılması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları əraziyə baxış keçirib və ölən şəxsin üzərində bir neçə bıçaq zərbəsinin olduğu aşkar edilib. Mərhumun 1981-ci il təvəllüdlü İsmayılov Ramil Çingiz oğlu olduğu müəyyənləşib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Xərçəngə qəfil yaxalanmaqdan necə qorunmaq olar?

    Kopenhagen (Danimarka) və Oksford Universitetlərindən (Böyük Britaniya) olan molekulyar bioloqlar hüceyrənin DNT-ni ölümcül zərərlərdən necə qoruduğunu kəşf edib.

    Əvvəllər bilinməyən mexanizmi izah edən məqalə Təbiət jurnalında dərc edilib.

    Alimlər 53BP1 və RIF1 zülallarının insan genomunun bütövlüyünü necə təmin etdiyini və onu DNT zəncirindəki ikiqat fasilədən qoruduğunu müəyyənləşdirib.

    Bu zülalları kodlaşdıran genlərdə anadangəlmə və qazanılmış mutasiyalar hüceyrələrin nüvələrində ağır dəyişikliklərə səbəb olur. Bu isə xərçəng də daxil olmaqla ciddi xəstəliklərin sürətli inkişafına gətirib çıxarır.

    Hüceyrədə DNT ipi qırıldıqda isə zədələri aradan qaldırmaq üçün təmir mexanizmləri işə salınır. Ancaq eyni zamanda, qırılmış DNT-nin ucları həddindən artıq kəsilməyə məruz qala bilər.

    Buna görə də onları qorumaq üçün hüceyrə nuklein turşularından və əlaqəli histon zülallarından ibarət xromatindən (xromosomların əsasını təşkil edir) istifadə edilir. Qoruma olmadıqda, xromosomlara ciddi ziyan dəyir.

    Mütəxəssislər aşkar etdikləri bu yeni formulu hələ bir neçə dəfə də sınaqdan keçirmək niyyətindədir.

  • Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı AÇIQLANDI

    Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtını açıqlayıb.

    Qurum rəhbəri döyüşün gələn ilin martında keçirləcəyini bildirib. O, hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.

    Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub. (report)

  • Житель Сумгайыта зарезал себя из-за алиментов

    В Сумгайыте зарегистрирован смертельный случай.

    Как передает АПА, житель города Исмаилов Рамин Чингиз оглу 1981 г.р. нанес себе удары ножом в различные части тела.

    Исмаилов был госпитализирован в тяжелом состоянии, однако врачи не смогли спасти его.

    Сообщается, что смерть наступила из-за обильной кровопотери.

    Отмечается, что мужчина наложил на себя руки из-за алиментской задолженности.

  • Özünü bıçaqlayan Sumqayıt sakini xəstəxanada ölüb

    Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayılov Ramin Çingiz oğlu bədəninin müxtəlif yerlərinə bıçaqla xəsarət yetirib.

    Çoxlu qan itirən R.İsmayılov xəsətəxanaya çatdırılsa da həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

    Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

    Onun aliment borcu olduğundan canına qəsd etdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Vilayət Eyvazov rəisi işdən çıxardı

    Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
    Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

    Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, “102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.