Month: October 2019

  • “Euronews” Nəsimi Festivalı haqqında süjet hazırladı – VİDEO

    ”Euronews” telekanalı Bakıda keçirilən İkinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj yayımlayıb.

    Videomaterialda dahi Azərbaycan şairi İmaməddin Nəsiminin yaradıcılığına həsr edilən, şeir sənətinin tərənnümü məqsədi daşıyan festivalın ölkəmizdə ikinci dəfə keçirildiyi bildirilib.

    Genişmiqyaslı tədbir proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Filosoflar, musiqiçilər, incəsənət sahəsinin peşəkar üzvləri, eləcə də müxtəlif ölkələrin qiraətçiləri paytaxt Bakıda bir araya gəlib.

    Süjetdə yeni kitabını təqdim edən alman yazıçısı və Nəsimi sənətinin tədqiqatçısı Mixail Hessenin fikirləri də öz əksini tapıb.

    Qeyd edilib ki, Nəsiminin mürəkkəb düşüncəyə malik olması və bunu qısa, lakin gözəl şəkildə çatdırmaq qabiliyyəti gənc şairlərin də diqqətinə səbəb olub, onları ilhamdıra bilər.

    Həmçinin, nəzərə çatdırılıb ki, tədbirlərin bir hissəsi Nəsiminin vətəni hesab edilən Şamaxıda keçirilib.

    Yayımlanan reportajda dahi şair və böyük mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini möhtəşəm şəkildə geniş tamaşaçı auditoriyasına çatdıran Azərbaycan əsilli, dünya şöhrətli müğənni Sami Yusufun da müsahibəsi yer alıb.

    7 dəqiqəlik həzin ifası ilə sözügedən əsəri izləyicilərə çatdıran sənətçi fikirlərini bu cür şərh edib:

    “Nəsiminin yazdığı şeir və qəzəlləri diqqətlə nəzərdən keçirəndə aydın olur ki, bu gün bizim dövrümüzdə ehtiyac olan və verilən mesajlardır. Fikrimcə, bu musiqi insanları bir araya toplayır və onları adət-ənənələr ətrafında birləşdirir”.

    Bununla bərabər hazırlanan reportajda Almaniya, Fransa və Çindən olan musiqiçilərin də fikirləri geniş şəkildə yer alıb.

  • Женщина впала в кому после глотка диетической колы

    В Великобритании мать двоих детей Элизабет Перкинс впала в кому на три дня из-за острой аллергической реакции на диетическую колу.

    Об этом сообщает Daily Mirror.

    Известно, что у женщины и двух ее сыновей сильная аллергия на искусственный подсластитель аспартам, который используется в больших количествах в диетических безалкогольных напитках.

    По словам Перкинс, она “чуть не умерла” после глотка диетической колы в ресторане Burger King. При этом женщина при заказе подчеркнула, что ей нужна обычная кола, однако ей выдали напиток с сахарозаменителями.

    Уже после первого глотка у нее началось головокружение, а затем она потеряла сознание, впав в кому. Из этого состояния она выбралась лишь через трое суток. Отмечается, что в организме Перкинс нет ферментов, которые расщепляют подсластители, поэтому для нее этот напиток был как “мгновенный яд”.

  • В Евлахе задержаны 2 брата, совершившие кражу из магазина

    Как сообщает Median.Az, сотрудники Евлахского РОП в ходе оперативно-розыскных мер задержали жителей района С.Оламадзе и его брата, которые в ночь на 4-е октября украли из магазина на территории района 400 манатов, 2 мобильных телефона, сигареты и продукты.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Yevlaxda mağazadan oğurluq edən 2 qardaş saxlanılıb

    Median.Az xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-nə keçən gecə mağazadan 400 manat pul, 2 ədəd mobil telefon, tütün məmulatı və ərzaq məhsulları oğurlayan rayon sakinləri S.Olamadze və qardaşı saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Çardaqdan yıxılan Mingəçevir sakini ağır xəsarət alıb

    Mingəçevirdə keçmiş bank müdiri hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ərəş küçəsində yerləşən fərdi təsərrüfatların birində baş verib.

    Belə ki, 1952-ci il təvəllüdlü ev sahibi Qəzənfər Musayev tənək çardağından yıxılıb və ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı onun bel sümüyü və boyun fəqərəsində sınıqlar qeydə alınıb.

    Qeyd edək ki, Qəzənfər Musayev uzun müddət “Texnikabank”ın Mingəçevir flialının müdiri vəzifəsində çalışıb.

  • “Bu qədər sərvət yığmaq ədalətli deyil…” – Zukerberq

    Dünyada ən populyar sosial şəbəkə olan “Facebook”un sahibi və baş direktoru Mark Zukerberq ABŞ prezidentliyinə keçmiş iddiaçı Bernie Sanderin bu mövqeyi ilə razıdır ki, dünyada milyarderlər olmalı deyil.

    Zukeberq öz əməkdaşları ilə sual-cavab axşamında söhbətləşib. Suallardan biri belə olub: “Siz demokratların prezidentliyə namizədi olmuş Sandersin dünyada milyarderlərin mövcudluğunun düzgün olmadığı haqda sözlərinə necə yanaşırsınız?”

    Bernie Sanders belə fikirlə özünün Tvitter-bloqunda çıxış etmişdi.


    “Heç kimin bu qədər pula sahib olmağa haqqı yoxdur. Mən düşünürəm ki, nəsə yaxşı iş gördüyünüz üçün mükafatlandırılmalısınız, amma bu qədər sərvət cəmləmək məqsədyönlü və ədalətli deyil”, -Mark Zukerberq bildirib.

    Zukerberq bu yaxınlarda 40 yaşdan gənc ən varlı amerikalı elan edilib. “Forbes”in hesablamalarına görə onun kapitalı 70 milyard dollara yaxındır.


    “Facebook”un sahibi suala cavabında əlavə edib ki, onun indiki statusu xeyriyyəçiliklə məşğul olmaq üçün yaxşı imkan yaradır. O, pullarını gələcəkdə xəstəliklərin kökünü kəsmək üçün xanımı ilə birlikdə yaratdığı investisiya fonduna yatırır. Zukeber hesab edir ki, belə təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsi onların inkişafı sürətini ləngidərdi, yaxud ümumiyyətlə belə layihələr mümkün olmazdı. (Virtualaz.org)

  • Oğuzda 51 yaşlı kişi özünü öldürdü

    Oğuzda intihar hadisəsi qeydə alınıb.

    Median.Az qafqazinfo-ya istiandən xəbər verir ki, rayonun Ərmənət kənd sakini 1968-ci il təvəllüdlü Babayev Elxan Bəxtiyar oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

    E. Babayevin intihar səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Emin Ağalarov “Jara-2020”nin anonsunu etdi

    Xalq artisti Emin Ağalarov 2020-ci ildə keçirəcək “Jara” beynəlxalq musiqi festivalı ilə bağlı “Instagram” hesabında məlumat paylaşıb.

    Median..Az xəbər verir ki, E.Ağalarov beşincisi keçiriləcək festivalın ənənəvi olaraq 4 gün deyil, 5 gün davam edəcəyini bildirib.

    29-2 avqust tarixlərində baş tutacaq musiqi festivalında konsertlər, yaradıcılıq gecəsi, meqa-ulduzların çıxışları nəzərdə tutulub.
    Qeyd edək ki, “Jara” beynəlxalq musiqi festivalında Rusiya və Azərbaycan şou-biznesinin məşhur pop ulduzlar yer alır.

  • Bakı sakini mənzilində bıçaqlanıb

    Bakının Nizami rayonunda ev sahibi bıçaqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Elşən Süleymanov küçəsi 126 ünvanında baş verib.

    Belə ki, 1988-ci il təvəllüdlü Səfərov Samir Dağlar oğlu yaşadığı mənzildə tanışı tərəfindən bıçaqlanıb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Ziya Bünyadov prospektində qəza tıxaca səbəb olub

    Bir qədər əvvəl Ziya Bünyadov prospektində (Çermet körpüsünün üzərində), metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

    Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, bu səbəbdən də qeyd edilən yolda sıxlıq yaranıb.

    Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.