Month: October 2019

  • Sevil və Sevincin anası xəstəxanalıq oldu

    Müğənnilər Sevinc və Sevilin anası insult keçirib.

    Bu barədə onlar özü məlumat verib.

    Bildirilir ki, o, artıq üç gündür xəstəxanadadır:

    “Bizi sənsiz, tək başına buraxma, ana. Çünki sənsiz bacarmarıq, ana! Bizim sənə ehtiyacımız var. Evimizin bəzəyi, üzümüzün təbəssümü, tez sağal, ana. Allah bizi ailəmizlə sınağa çəkməsin. Bu 3 günü o qədər çarəsiz idim ki… Allah səni bizə çox görməsin!” deyə, bacılar İnstaqramda yazıb.

  • Скандальный боец ММА сразился с медведем – ВИДЕО

    Таким необычным образом он готовится к поединку с Дмитрием Смоляковым на турнире Fight Nights Global 94.

    Российский боец Максим Новосёлов опубликовал видео схватки с медведем на своей странице в “Инстаграме”, сообщает Life.ru.

    “Медведь на медведя. Это был мой мёд”, – так подписал он это видео.

  • Gündə bir siqaret bu dəhşətli xəstəliyi yaradır – Diqqətli olun!

    Siqaret günümüzün ən aktual mövzularından biridir. Həm insan sağlamlığına, həm də maddi durumuna zərər vurur. Dünyada hər 5 ölümdən biri siqaret çəkməkdən olur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bir ədəd siqaret, insan həyatını 11 dəqiqə azaldır. Siqaretin tərkibində 470 ədəd kimyəvi maddə vardır ki, bunun da 69 ədədinin xərçəng hüceyrələrini bədəndə aktivləşdirdiyi elm tərəfindən müəyyən edilmişdir. Bundan başqa siqaret çəkən şəxslərdə bürqer xəstəliyi yaranır.
    Bürqer xəstəliyi zamanı orta və kiçik arteriya və damarlarda iltihab yaranır, damarlar sıxılır, qan dövranı kəskin pozulur.

    Xəstəlik əksər hallarda ayaqlar və qollar damarlarında inkişaf edir.

    Xəstəliyin inkişaf etmə səbəbi məlum deyil. Lakin məlumdur ki, Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. Bu səbəbdən xəstəliyin əsas risk faktoru siqaret çəkmək sayılır. Həmçinin siqaret çəkməyin davam etməsi Bürqer xəstəliyi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.

    Xəstəlik əksər hallarda 20-40 yaşlar arası siqaret çəkən kişilərdə inkişaf edir. Nadir hallarda bu xəstəliyə qadınlarda da rast gəlinir. Bu siqaret çəkmək kimi pis vərdişin qadınlar arasında yayılması ilə izah olunur.

    Xəstəliyin əvvəlində insanda ayaqlarda və əllərdə qan dövranının pozulmasının simptomları inkişaf etməyə başlayır – ayaqlar və əllər soyuq olur, keyiyir, qarışda yeriməyi hissi yaranır, barmaqlarda həssaslıq itir, barmaqlar göyərir, ağrılar, qıcolmalar əmələ gəlir. Qan dövranının pozulması barmaqların uclarından başlayır və sonra yuxarı – qola və ayağa yayılır.

    Ayaqların damarları zədələndikdə insan axsamağa başlayır. Xəstəlik inkişaf etdikcə ətraflarda ödemlər inkişaf edir, dərinin vəziyyəti pisləşir, rəngi dəyişilir, dəridə xoralar əmələ gəlir. Xəstəliyin ən təhlükəli ağırlaşması – qanqrenadır (bədənin bir yerində toxumaların çürüməsi). Qanqrenanın yeqanə müalicə üsulu zədələnmiş hissənin kəsilməsidir.

    Xəstəliyin diaqnostikası zamanı damarların doppler USM-i, angioqrafiya (arteriyaların rentgeni) istifadə olunur.

    Bürqer xəstəliyi olan insan mütləq siqaret çəkməkdən imtina etməlidir. Əks halda xəstəlik inkişaf etməkdə davam edəcək və nəticədə ətrafların amputasiyasına (kəsilməsinə) səbəb olacaq. Xəstəyə xüsusi müalicə (spazmolitik, qanduruldan, toxumalarda metabolizmi yaxşılaşdıran və s. preparatlar) təyin olunur. Ayaqlarda xoralar və qanqrena olmayan xəstələrə gün ərzində bir neçə dəfə 20-30 dəqiqə ərzində piyada gəzmək tövsiyə olunur. Konservativ müalicə kömək etmədikdə cərrahi müalicə tətbiq oluna bilər.

  • Binə qəsəbəsində avtomobil piyadanı vurub

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

    Belə ki, Südçülük sovxozunun ərazisində 1999-cu il təvəllüdlü Əliyev Hikmət Rafət oğlunu avtomobil vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Ona sağ baldırının sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda qadın qonşusu tərəfindən bıçaqlanıb

    Sumqayıt şəhərində qadın qonşusu tərəfindən bıçaqlanıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, qanlı hadisə şəhərin 18-ci məhəlləsindəki 1 saylı yataqxanada qeydə alınıb.

    Belə ki, 1964-cü il təvəllüdlü Şəhla Rəhimova qonşusu ilə aralarında yaranmış münaqişə zamanı bıçaq xəsarəti alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Кредитование в Азербайджане растет

    Банковское кредитование в Азербайджане на август 2019 года составило 13,86 миллиарда манатов, что на 12,6 процента больше показателя аналогичного периода прошлого года, сообщает Trend.

    Согласно данным Центробанка, за август в Баку выдано кредитов на 10,87 миллиарда манатов, что в 4,1 раза больше, чем в регионах. При этом, удельный вес кредитов в национальной валюте составил 58,4 процента от общего объема кредитования, объем которого составил 6,3 миллиарда манатов.

    Среднегодовая процентная ставка по кредитам в Азербайджане в августе составила 11,7 процента, по Баку – 9,8 процента.

  • Müəllimlər günündə ağır qəza — 1 müəllim öldü, 7 yaralı var – FOTO

    Bu gün Naxçıvanın Zeyvə kəndində avtobus qəzaya uğrayıb.

    Median.Az xəbər verir ki, Zeyvə-Düdəngə marşrutu üzrə hərəkətdə olan mikroavtobus qəzaya düşməsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

    Qəzada vəfat edən şəxs 60 yaşlı Əsədov Vilayət Həsən oğludur. Onun müəllim olduğu bildirilir.//ölkə.az

  • Жительница Сумгайыта получила ножевые ранения от соседа

    В Сумгайыте женщине нанесены ножевые ранения.

    Как передает Median.Az со ссылкой на АПА, кровавый инцидент произошел в общежитии №1 в 18 квартале города.

    По сообщению, Шахла Рагимова 1964 г.р. получила ножевые ранения от соседа в ходе бытового конфликта.

    По факту ведется расследование.

  • Bu ölkələr arasında müharibə başlasa, 125 milyon insan ölə bilər — Böyük təhlükə

    Hindistan və Pakistan arasında nüvə müharibəsi olacağı təqdirdə 125 milyon insanın ölə biləcəyi irəli sürülüb.

    Median.Az TRT-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-da aparılan bir araşdırmanın nəticəsi “Science Advances” jurnalında dərc olunub.

    Araşdırmada milyonlarla insanın ölümü ilə yanaşı nüvə buludları səbəbiylə yer üzünə gələn Günəş şualarının 20-35 faizinin 20 ilə 35 dərəcə azala, bunun havanın istiliyini 2-5 dərəcə azalda, yağış və qarın 15-30 nisbətində azalda biləcəyi qeyd edilib.
    Nüvə silahının səbəb ola biləcəyi mümkün iqlim dəyişikliyi kənd təsərrüfatı məhsullarının 15-30 faiz azalmasına, bu vəziyyətin aclığa səbəb ola biləcəyi qeyd olunub. Müharibənin təsirləri isə 10 ildən çox davam edə bilər.

    Araşdırmaçı Alan Robk qeyd edib ki, belə bir müharibə nəinki bombaların düşəcəyi yerləri təhdid edir, bütün dünyaya təhdiddir.

  • Bakı metrosunda qanlı hadisə: 20 yaşlı oğlan…

    Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı metrosunun “28 may” stansiyasının içində qeydə alınıb.

    Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrət Əli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.