Month: October 2019

  • “Neft xalqındır” – YAP-çı deputatdan Murad Dadaşova cavab

    Xəbər verdiyimiz kimi, dünən tanınmış şoumen, “M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun söylədiyi “Neft mənimdir, sənindir deyənlərə bir sualım var: “Sən bu neft üçün nə etmisən?” fikri vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

    Belə ki, məşhurun bu açıqlaması sürətlə sosial şəbəkələrdə yayılıb. İnsanların məsələyə münasibəti də fərqli olub. Onlardan böyük əksəriyyəti şoumenin fikri ilə razılaşmayıb və onu tənqid ediblər.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə BakuPost-a münasibət bildirib. O deyib ki, şoumenin bu fikri ilə razı deyil:

    “Murad müəllimlə şəxsi tanışlığımız var, dostumuzdur. Mənim incəsənət xadimi kimi onun özünə və sənətinə hörmətim var. Ancaq bu məsələdə fikirlərimiz fərqlidir. Bu fikir doğru deyil.

    Təbii sərvətlərin hamısı xalqındır. Eləcə də, neft. Təbii sərvətlərdən gələn gəlirlərdə hər kəsin payı var. Ondan gələn gəlir hər bir kəsə düşür. Bilirsiniz ki, neftdən qazanılan gəlir ölkədə müxtəlif istiqamətlərdə istifadə olunur.

    Bura silahlı qüvvələrimizin saxlanılması, təhlükəsizliyimizin qorunması, səhiyyə ocaqlarının saxlanılması, təhsil ocaqları, orta məktəblər, ali məktəblərin yaradılması, müxtəlif yenidənqurma və abadlıq işlərinin aparılması, əmək haqlarının, təqaüdlərin verilməsi və xeyli başqa məsələlər aiddir.

    Mən bir daha qeyd edirəm: bütün bu işlərdə bütün vətəndaşların iştirakı və payı var. Neft xalqındır!”

  • Хабиб высказался о соперничестве с Бузовой в Instagram

    Чемпион Абсолютного бойцовского чемпионата (UFC) Хабиб Нурмагомедов высказался о популярности в Instagram.

    Спортсмену было приятно, что он обогнал по количеству подписчиков в соцсети певицу Ольгу Бузову.

    “Если я скажу, что инстаграм мне не важен, то совру. А врать не хочется. После боя с Дастином Порье вышла эта информация про меня и Бузову. Я даже этого не знал, что идет соперничество, не соревновался с ней. Но всегда приятно быть первым”, – цитирует Нурмагомедова РИА “Новости”.

  • Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Abşeron rayonunun Fatmayı kəndində sursat aşkar olunması barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

    XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 3 ədəd top mərmisidir.

    Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.//report.az

  • Ədliyyə orqanlarına işə qəbulla bağlı keçiriləcək test imtahanının vaxtı məlum olub

    Ədliyyə orqanlarına işə qəbulla bağlı test imtahanının keçiriləcəyi tarix məlum olub.

    Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qulluğa qəbulla bağlı bu ilin avqust ayında elan edilmiş açıq müsabiqədə iştirak barədə ərizə qəbulu davam edir və oktyabr ayının 9-dək müraciət edən ilk qrup hüquqşünaslarla test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə oktyabr ayının 12-də müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə keçiriləcək.

    Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

    Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

    İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.

  • Ученые опубликовали сценарий ядерной войны в 2025 году

    Американские ученые оценили последствия ядерной войны между Индией и Пакистаном.

    Как сообщает АПА со ссылкой на РИА Новости, в работе, опубликованной в журнале Science Advances, группа исследователей смоделировала конфликт, который может произойти в 2025 году. Модель ученых исходит из того, что к этому времени в распоряжении каждой из стран будет от 400 до 500 единиц ядерных вооружений мощностью до сотни килотонн на каждую боеголовку.

    Если Индия нанесет удар примерно сотней стратегических ракет, Пакистан сможет задействовать 150. Тогда в течение недели погибнет от 50 до 125 миллионов человек, считают исследователи.

    Кроме того, ядерная война приведет к значительному изменению климата. Например, после ядерных взрывов образуются углеродосодержащие аэрозоли, в частности, сажа, в количестве десятков миллионов тонн. Поднимаясь в верхние слои тропосферы, аэрозоли начнут поглощать солнечный свет, и наступит глобальное похолодание.

    Из-за похолодания снизится уровень осадков. По оценке ученых, их выпадет в среднем на 15-30 процентов меньше, чем сейчас. На откат к прежним температурам уйдут десятки лет, считают авторы исследования.

  • Hacıqabulda mikroavtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var

    Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

    “Mersedes” markalı yük maşını sərnişin daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər, Hacıqabul sakinləri – 1963-cü il təvəllüdlü Əhmədova Rəfiqə Həmdan oğlu, 1970-ci il təvəllüdlü Gözəlov Ədalət Nəriman oğlu və Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Çərkəzova Nazlı Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra hər üçü ambulator müalicəyə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəkidə ev yanıb

    Şəkidə ev yanıb.

    Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, şəhərdə ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin çardağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Gömrükdə gizlədilən dərmanlar aşkarlandı

    Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Zafira” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, baxış zamanı avtomobilin arxa oturacağının altında və tavan hissəsində gömrük nəzarətindən gizlədilən 5400 kapsul “Xiltam”, 1650 kapsul “Kist Al-Xindi”, 1000 kapsul “Sennol” və 2 ədəd flakonda üzərində “Minoxidil” 60 ml (2FLOZ) yazılan dərman preparatları aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sahil Babayevin qəbul vaxtı dəyişdi

    Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin bu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin oktyabr ayında Tərtər rayonunda keçirəcəyi qəbul günü dəyişib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin rayonda Tərtər və Ağdam rayon sakinlərinin qəbulu oktyabrın 25-də keçiriləcək.//ölkə.az

  • “Maşın şou”da növbəti qalmaqal: Yemək zamanı mübahisə düşdü – VİDEO

    “Maşın şou”nun dördüncü günü də qalmaqalsız ötüşməyib.

    Median.Az xəbər verir ki, 14 nəfərin mübarizə apardığı “Maskarad” adlı yarışda aşıq Namiq Fərhadoğlu ilə müğənni Ayan Babakişiyeva arasında yemək fasiləsi zamanı mübahisə yaşanıb.

    Aşıq Namiq Fərhadoğlu “Baku Tv”nin mikrofonu vasitəsilə Ayan Babakişiyevaya müraciət edib:

    “Sən nə Cenifer Lopezsən, nə də Şakira. Bir az sadə ol”.

    Daha geniş reportajı təqdim edirik: