Month: October 2019

  • Sumqayıt sakini su əvəzinə kimyəvi maddə içərək ölüb

    Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək ölüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.

    Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанский борец стал чемпионом мира

    На проходящем в столице Венгрии Будапеште чемпионате мира по борьбе (U-23) азербайджанский борец Туран Байрамов (65 кг) победил в финальной схватке японца 3:2 и стал чемпионом мира.

    По информации Федерации борьбы Азербайджана, в 1/8 финала Туран Байрамов победил канадского коллегу. В четвертьфинале наш спортсмен взял вверх над борцом из Молдовы и вышел в финал турнира.

    В решающей схватке Туран встретился с борцом из Франции. Проиграв первую часть схватки 0:1, азербайджанский борец сумел по итогам схватки одолеть французского спортсмена и стать чемпионом мира.

    Еще один азербайджанский борец Давуд Ибрагимов (70 кг) завоевал бронзовую медаль.

  • “İllərdir şəfadır deyib içirsiz, amma hər damlasında xərçəng var – 95 yaşlı amerikalı bioloqdan ŞOK

    Əsrlərdir hər damlası kiçikdən böyüyə lazımlıdır, orqanizm üçün şəfadır deyib içdiyimiz inək südü barədə amerikalı məşhur biokimyaçı professor Colin Kampbell süd içənləri dəhşətə gətirəcək açıqlama verib.

    Median.Az medicina.az-a istinadən bildirir ki, alim südün içində olan kazein maddəsinin kanserogen olduğunu bildirərək, südün müasir insan üçün ən təhlükəli qida olduğunu bildirdi.

    Colin Kampbell Çin Tibb Akademiyası, Cornell Universiteti və Oksfordun birgə yürütdüyü araşdırma ilə bütün ənənələri pozdu.

    “Kazein bu günə qədər xərçənglə ən güclü bağlantısı və əlaqəsi olan maddədir, o bədəndə çox yavaş parçalanır və parçanlanma prosesi orqanizmin sistemlərinə zərər verir” – deyə professor süd istehsalçılarının tənqidinə və hücumlarına qarşı cavab verib.

    Məsələ bundadır ki, kazein həll olarkən “casomorphin” deyilən maddə çıxır ki, bu da beyinə mənfi təsir edir. Beyin hər süd tərkibli qida qəbul edərkən daha da südə bağlanır və ciddi süd asılılığına səbəb olur.

    Süd sümükləri bərkidir fikri isə mifdir. Süddəki kalsium əksinə sümük əriməsinə səbəb olur.

    Kazein maddəsi inək südünün yüzdə 90%-də var və bu heyvan protein olub, vücudda toplanaraq, sümükləri parçalayır.
    Süd üzdə, dəridə qaşınma, səpki verir, mədə xəstəliklərinə də səbəb olur.

  • Sumqayıtda 20 yaşlı qız tanımadığı şəxs tərəfindən döyülüb

    Sumqayıtda döyülmə hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 1999-cu il Bağırzadə Humay Füzuli qızı tanımadığı şəxs tərəfindən döyülüb. Nəticədə o, xəsarət alıb. H.Bağırzadə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Сергей Шойгу прибыл в Азербайджан

    Глава минобороны России Сергей Шойгу прибыл во вторник в Азербайджан, где 30 октября под его председательством откроется заседание Совета министров обороны государств – участников СНГ, передает Median.Az со ссылкой на ТАСС.

    “На заседании будет рассмотрен комплекс вопросов взаимодействия в области обороны и военной безопасности”, – рассказала журналистам пресс-секретарь министра Россияна Марковская и добавила, что “намечено подвести итоги взаимодействия в военной сфере в 2019 году, а также рассмотреть проект концепции военного сотрудничества государств – участников СНГ до 2025 года”.

    “Будут приняты решения в области топографического, метрологического, информационного обеспечения военной деятельности и других сферах, – рассказала Марковская. – Также планируется согласовать совместные мероприятия на 2020 год и проанализировать ход подготовки знаковому событию совместной истории государств – участников СНГ – 75-летию Победы в Великой Отечественной войне”.

    В заседании совета примут участие делегации минобороны Азербайджана, Беларуси, Казахстана, Кыргызстана, России, Таджикистана и Узбекистана.

  • Hacıqabulda avtomobil 58 yaşlı kişini vurub

    Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, “QAZ 3110” markalı avtomobil yolu keçən Tovuz rayon sakini, 1961-ci il təvəllüdlü Əmiraslanov Ramiz Camal oğlunu vurub. Baş nahiyəsindən xəsarət alan piyada Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyanın müdafiə naziri Bakıya gəlib

    Rusiya müdafiə naziri Sergey Şoyqu MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya jurnalistlərə açıqlamasında deyib.

    “İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər nəzərdən keçiriləcək”, – deyə nazirliyin mətbuat katibi bildirib.

    Onun sözlərinə görə, “2019-cu ildə hərbi əməkdaşlığın nəticələrinin ümumiləşdirilməsi, habelə MDB üzvü olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması planlaşdırılır”.

    “Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək”, – Markovskaya belə deyib.

    O, görüşdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan müdafiə nazirliklərinin nümayəndə heyətlərinin iştirak edəcəyini də əlavə edib.

  • Перед станцией метро “Кероглу” насмерть сбит пешеход – ФОТО

    В Низаминском районе Баку пешеход стал жертвой ДТП.

    Как передает Median.Az со ссылкой на АПА, наезд на пешехода совершен на проспекте Гейдара Алиева, недалеко от станции метро «Кероглу».

    По сообщению, двигавшийся по скоростной полосе автомобиль марки Ravon сбил неожиданно выбежавшего на дорогу мужчину 50-55 лет. Пострадавший был доставлен в больницу в тяжелом состоянии, однако спасти его не удалось.

    Полиция выясняет обстоятельства ДТП и личность пешехода.

  • Bakıda avtomobil orta yaşlı kişini vurub öldürüb – FOTO

    Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Hadisə Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Samir adlı şəxs idarə etdiyi “Ravon” markalı avtomobillə prospektin yüksək sürətli hərəkət zolağı ilə gedərkən qarşısına təxminən, 50-55 yaşlı naməlum şəxs çıxıb. Bu zaman “Ravon” piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən piyadanı vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda avtomobil vuran restoran işçisinin ayağı sınıb

    Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

    Hadisə “Bursa” restoranının yaxınlığında qeydə alınıb. Belə ki, BMW markalı minik avtomobili “Bursa” restoranının motosikletlə hərəkətdə olan kuryer əməkdaşı, 1961-ci il təvəllüdlü Göyüşov Məmməd Sabir oğlunu vurub.

    Yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın sınığı, üzün əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.