Month: October 2019

  • Ağdaşda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

    Ağdaş rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 1968-ci il təvəllüdlü Etibar Yusibov, 1972-ci il təvəllüdlü Muradxan Hüseynov, 1967-ci il təvəllüdlü Muxtar Abışov və 1971-ci il təvəllüdlü Şəmsəddin Şahbazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb və vəziyyətlərinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda narkoman qadın narkotikin təsirindən hamamda öldü

    Bakıda qadın narkotikin təsirindən ölüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

    Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.

    Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Göygöldə çoban itkin düşdü

    Göygöl rayonunda 58 yaşlı çoban itkin düşüb.

    Median.Az xəbər verir ki, hadisə rayonun Firuzabad qəsəbəsində qeydə alınıb.

    Qəsəbədə yerləşən fermada çoban işləyən, Şamaxı rayon Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Əlləzov Məmməd İbrahimxəlil oğlu oktyabrın 27-də səhər saatlarında fermadan çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Oqtay Əsədov: “Azərbaycan-Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipləri üzərində qurulub”

    Azərbaycan və Türkiyə arasında münasibətlər bir millət, iki dövlət prinsipləri üzərində qurulub. Tarixi köklərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz, mənəviyyatımız bizim ən böyük sərvətimizdir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı rəsmi qəbulda Milli Məclisin sədri Oqtay Əsədov deyib.

    O.Əsədov bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə bu qədər bağlı olsun:

    “Dövlətlərimiz strateji tərəfdaşdırlar və bu tərəfdaşlığın möhkəm hüquqi təməli var. Bu günə qədər ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənəd imzalanıb, 27 sənəd baxılma mərhələsindədir”.

    O.Əsədov vurğulayıb ki, iki ölkə arasında ticari əlaqələr inkişaf edir:

    “Ötən il ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 3,4 milyard dollardan çox olub. Ancaq bu ilin 9 ayında bu göstərici 3 milyard 300 milyon dolları ötüb. Azərbaycan və Türkiyənin birgə səyləri ilə həm bölgə, həm də dünya üçün önəmli beynəlxalq layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr xalqlarımızın firəvan gələcəyinin təmin edilməsinə yönəlib. İndiyə qədər Türkiyə şirkətləri Azərbaycana 12,2 milyard dollar, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,1 milyard dollar investisiya qoyub. Ötən il Türkiyədə istifadəyə verilən “Star” Neft Emalı Zavodu qardaş ölkələr arasında iş birliyinin yeni böyük uğuru olub “.

    O.Əsədov iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını bildirib: “Milli Məclisdə 80-dən çox ölkənin parlamenti ilə dostluq qrupları mövcuddur. Ancaq parlamentdə ən böyük dostluq qrupu Azərbaycan-Türkiyə dostluq qrupudur. Biz həmişə deyirik ki, Azərbaycanın bütün millət vəkilləri özlərini bu qrupun üzvü sayırlar. Azərbaycan və Türkiyənin xarici siyasəti uzlaşdırılmış şəkildə həyata keçirilir. Beynəlxalq təşkilatlarda, beynəlxalq parlament assambleyalarında nümayəndələrimiz sıx əməkdaşlıq edirlər. Bu təşkilatlarda müzakirə edilən problemlərlə bağlı Türkiyə və Azərbaycanın mövqeləri həmişə üst-üstə düşür. Qarşıya çıxan problemləri əl-ələ verərək birgə həll edirik”.

    Spiker vurğulayıb ki, Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə xalqı və dövləti həmişə Azərbaycanın yanında olub:

    “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti açıq və aydındır. Türkiyə Prezidenti bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bu dəstəyə görə bir daha Türkiyə xalqına öz dərin minnətdarlığımı bildirirəm. Xalqlarımızın birliyi və bərabərliyi əsrlərin sınağından çıxıb və bugünkü səviyyəyə qalxıb. Əminəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək. Bayramınızı təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluq və qardaşlığı!”.

  • В Баку автомобиль столкнулся с мотоциклом, есть пострадавший

    В Низаминском районе города Баку произошло ДТП, в результате которого пострадал 1 человек.

    Как сообщает АПА, легковой автомобиль марки «BMW» столкнулся с мотоциклом, за рулем которого находился Геюшов Мамед Сабир оглу (1961 г.р.).

    В результате аварии мотоциклист получил травму и был госпитализирован. У него диагностировали перелом ноги и повреждение лица.

    По факту проводится расследование.

  • Konor Makroqer Putinlə görüşündən danışdı – “Putin, zəhər testi etdirdi”

    Ötən il Dünya Kubokunu izləmək üçün Rusiya gələn UFC üzrə döyüşçü Konor Makqroqer Putinlə görüşü haqqında çox ciddi məqamları açıqlayıb.

    Maqkroqer Putinlə görüşündə sahibi olduğu şirkətin istehsal etdiyi bir şüşə viskini ona hədiyyə edir.

    Putin isə həmin viski şüşəsini zəhər testi etdirmək üçün laboratoriyaya göndərir. Maqkroqer bunları deyib: “Putin isə təhlükəsizlik məqsədi ilə viskidən zəhər olub-olmamasını yoxlatdırmaq üçün laboratoriyaya göndərdi. Ancaq test yoxlamasından sonra dadına baxdı. Əminəm ki, çox xoşuna gəldi”.

  • Azərbaycanda qadına qarşı iyrənc əməl: “Cinsi əlaqədə olmasan, maşından düşürəcəm”

    Seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Şamaxı şəhər sakini Rasim Təhməzov və 1991-ci il təvəllüdlü Qobustan rayon sakini Əhməd Qəribovun cinayət işinə baxılıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə hər iki təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.

    İttihama görə, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayon sakin, Məlahət Vəliyeva (ad və soyad şərtidir – red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

    Rasim Təhməzov orada şam yeməyindən sonra Məlahət Vəliyevaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib. O, Əhməd Qəribovla əlbir olub.

    Rasim Təhməzov özünün “VAZ-21011” markalı avtomobilində Əhməd Qəribovla birlikdə Məlahəti yaşadığı kəndə aparıblar.

    Gecə yarı saat 2 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Məlahətin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib.

    Məlahət onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib. Bu səbəbdən avtomobildən düşüb, yaşadığı kəndin içərisinə doğru yollanıb.

    Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə qaytarıb. Orada onunla cinsi əlaqədə olmaq istəyib.

    Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisəsinə imkan verməyib.

    Bu ərəfədə Məlahət mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng edib, Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

    Rasim və Əhməd Məlahətin qolundan tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar.

    Daha sonra Əhməd Cəmilənin əllərindən tutaraq saxlayıb. Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Məlahəti döyərək soyundurub.

    Məlahətin daha öncədən Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə gəliblər. Polislər gəldiyi üçün Rasim niyyətini başa çatdıra bilməyib.

    İstintaq orqanı tərəfindən Rasim Təhməzov və Əhməd Qəribovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törədilkidə) maddəsilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin şikayətini qismən təmin edib. Onların cəzaları 6 ildən 5 ilə endirilib.

    Bu qərardan narazı qalan hər iki təqsirləndirilən kasasiya şikayəti verib.

    Ali Məhkəmənin hakimi şikayəti araşdırıb və sonda təmin olunmaması barədə qərar elan edib.

  • В Шабране частично сгорел тепловоз

    В Шабранском районе на тепловозе произошло возгорание.

    Как передает Oxu.Az, инцидент зафиксирован на улице Низами.

    Возгорание произошло на принадлежащем Локомотивному депо Баладжары тепловозе марки TEM-27661.

    На место происшествия была привлечена техника и живая сила Государственной противопожарной службы Шабранского района, усилиями которых пожар удалось потушить.

    В результате пожара частично сгорел моторный отсек тепловоза.

  • Bu xəstəliyə tutulan 3 nəfərdən 1-i ölür – Siqaretdən uzaq durmaq lazımdır

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir. Bu təşkilatın məlumatına görə, hər il yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bunların 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruridir.

    Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən verilən məlumata görə, adətən bu xəstəliyə tutulanların üçdə biri ölür, qalanları isə əlilə çevrilir:

    “Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

    Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər. İnsult simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.

    İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlar lazım deyil. Sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Üç əsas şey – hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır”.

    Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir:

    “İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır. Lakin onu da qeyd edək ki, səhhətinə biganə qalmayan hər bir insan üçün bu xəstəlikdən qorunmaq asandır. Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski, demək olar ki, sıfıra bərabərdir. Vaxtlı-vaxtında həkim müayinələrindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.

    Mütəxəssislər belə hesab edirlər ki, yarmalar, meyvələr və balıq insult riskini 30 faiz azaldır”.//milli.az

  • Yeni gətirilən avtobuslar xəttə buraxılıb – FOTOlar

    Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində işlər görülür. Bu sektorda çalışan sahibkarlar onlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından istifadə edərək ötən dövrdə paytaxtımıza 200 -dən artıq müasir avtobus gətirərək istismara verib. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir.

    Oktyabrın 29-dan 38 nömrəli müntəzəm marşrut üzrə də istismarda olan avtobusların bir qismi yenilənəcək. Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib.

    “Avro 5” standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.//milli.az