Month: October 2019

  • Хафиз Пашаев подал прошение об отставке с должности замминистра иностранных дел Азербайджана

    Заместитель министра иностранных дел Азербайджанской Республики и ректор Университета AДА Хафиз Пашаев обратился к Президенту Азербайджанской Республики Ильхаму Алиеву с прошением об освобождении его от должности заместителя министра иностранных дел.

    В своем обращении Хафиз Пашаев отметил, что 27 лет своей трудовой деятельности проработал в государственных структурах независимого Азербайджана и, всегда ставя превыше всего интересы нашей страны, делал все от него зависящее для оправдания доверия основателя современного Азербайджана Гейдара Алиева и Президента Ильхама Алиева.

    Х.Пашаев подчеркнул, что предпринял этот шаг, принимая во внимание призыв главы государства о приходе на госслужбу новых и молодых кадров для эффективного осуществления реформ под руководством Президента Ильхама Алиева.

    Учитывая, что Университет АДА функционирует при МИД, Х.Пашаев продолжит деятельность в качестве ректора Университета и члена Коллегии МИД.

  • Güləşçimiz dünya çempionu oldu

    Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan idmançısı Turan Bayramov finalda Yaponiya güləşçisinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

    Median.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib.

    Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb.//azvision.az

  • Üç rayonun qaz təchizatında fasilələr olacaq

    Ağdaş, Cəlilabad və Göyçayın təbii qaz təchizatında fasilələr olacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Oktyabrın 30-da qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, yeni tikilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və sair işlərlə bağlı saat 09:00-dan işlər başa çatanadək Ağdaş, Cəlilabad və Göyçay rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.//azvision.az

  • Maliyyə Nazirliyində struktur və kadr dəyişiklikləri olub

    Maliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb.

    “Report”un məlumatına görə, mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub.

    Bundan başqa, Nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq.

    Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə Nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunub.

    Adı çəkilən şöbənin əvəzində isə 2 yeni şöbə yaradılıb. Bunlardan biri Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsidir ki, ona müdir Cavid Məmmədov təyin edilib. Digər yeni şöbə isə Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsidir ki, onun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Zakir Hacıyevə həvalə olunub.

    Həmçinin Maliyyə Nazirliyinin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri dəyişib. İndiyə qədər şöbəyə rəhbərlik edən Rafiq Hüseynovu Etibar Kərimov əvəz edib.

    Bundan başqa, Nazirliyin Ümumi şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şahin Qarayevə həvalə olunub. O, bu vəzifədə bir qədər əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmiş Lalə Həsənovanı əvəzləyib.

  • В Гейгеле пропал чабан

    В Гейгельском районе без вести пропал 58-летний чабан.

    Как передает Median.Az, инцидент зафиксирован в поселке Фирузабад.

    Работающий в поселковой ферме, житель села Керкендж Шамахинского района Аллазов Мамед Ибрагимхалил оглу 1961 года рождения утром 27 октября вышел из фермы и до настоящего времени не вернулся.

    По факту ведется расследование.

  • Oktay Gülalıyevi maşın vurdu

    Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

    Median.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

    Bildirilir ki, bu gün axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yol keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət almasa da, 1 saylı Təcili Tibbi yardım mərkəzinə yerləşdirilib və müayinədən keçirilib.
    Məlumata görə, qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

  • Hafiz Paşayev istefa verdi

    Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.

    Median.Az xəbər verir ki, müraciətində H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib.

    H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.
    Qeyd etmək istərdik ki, H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq, XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

  • Ədalət Şükürova AĞIR İTKİ

    Tanınmış müğənni, əməkdar artist Ədalət Şükürova ağır itki baş verib.

    Axeber.az-ın məlumatına görə, müğəninin qardaşı 52 yaşımda dünyasını dəyişib.

    Xatırladaq ki, 2015-cu ildə əməkdar artistin atası Zakir Şükürov qəflətən vəfat etmişdi. Ondan bir müddət əvvəl isə anası dünyadan köçmüşdü.

  • Bakıda yeniyetməni avtomobil vurub

    Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

    “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Abidinli Emin Ənvər oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку пущены на линию новые автобусы – ФОТО

    В Баку продолжается модернизация системы общественного транспорта.

    Как сообщает Median.Az со ссылкой на Бакинское транспортное агентство, за прошедший период предприниматели привезли в столицу и сдали в эксплуатацию свыше 200 новых автобусов. Соответствие новых автобусов требованиям, утвержденным решением Кабинета министров от четвертого марта 2019 года № 73, обязательно

    С 29 октября будет заменена часть автобусов регулярного маршрута № 38. Компания General Avto Kompani, занимающаяся пассажироперевозками на этой линии, привезла 10 новых автобусов марки İsuzu Citibus.

    Эти автобусы, отвечающие стандартам “Евро-5” позволяет повысить качество предоставляемых пассажирам услуг. В них предусмотрены надлежащие условия для людей с ограниченными физическими возможностями, а также для пассажиров с детскими колясками. Для этого в автобусах установлены специальные механизмы.