Month: October 2019

  • Вилаят Эйвазов уволил начальника отдела

    Начальник отдела Государственной дорожной полиции Гейгельского РУП освобожден от занимаемой должности.

    Как передает Median.Az, соответствующий приказ подписал министр внутренних дел, генерал-полковник Вилаят Эйвазов.

    Согласно приказу, майор полиции Маис Мамедов освобожден от должности и зачислен в распоряжение.

    По информации, М. Мамедов занимал эту должность около двух лет.

    На его место пока никто не назначен.

  • Həbib Nurməhəmmədov növbəti döyüşünün anonsunu edib

    UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədov növbəti döyüşü haqqında məlumat verib.

    Synergy Global Forumda çıxış edən çempionun sözlərinə görə, döyüşün Sankt-Peterburqdakı “Qazprom Arena”da keçirilməsi üçün danışıqlar gedir:

    “Bir həftə əvvəl Birbaşa İnvestisiyalar üzrə Rusiya Fondunun baş direktoru Kiril Dimitriyevlə görüşüm oldu. Biz onunla döyüşü harada keçirə biləcəyimizi müzakirə etdik. Artıq UFC ilə döyüşün Rusiyada keçirilməsi haqqında danışıqlar gedir. Mən qeyd etdim ki, bu hökmən bağlı arena olmalıdır və yadıma “Qazprom Arena” düşdü”.

    Nurməhəmmədov döyüşün gələn ilin aprel-may aylarında keçirilə biləcəyini hesab edir. Çempion həmçinin, Rusiya üzrə ən çox azarkeş toplayacağına əminliyini bildirir.

    Qeyd edək ki, Həbib Nurməhəmmədovun aktivində 28 döyüşdən 28 qələbə var.

  • Bakıda avtomobillərdən silsilə oğurluqlar edən şəxslər tutulub

    Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

    Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.

  • Очередной конфликт на шоу “Машын” – ВИДЕО

    Четвертый день на шоу “Машын” так же не обошелся без конфликтов.

    Как передает Median.Az, в сезоне, именуемом “Маскарад”, в котором соперничают 14 участников, между ашуг Намигом Фархадоглу и певицей Аян Бабакишиевой во время перерыва на прием пищи произошел словесный конфликт.

    Ашуг Намиг Фархадоглу, воспользовавшись микрофоном Baku Tv, обратился к Аян Бабакишиевой: “Ты не Дженифер Лопес и не Шакира. Будь проще”.

    Более подробно в репортаже Baku Tv:

  • Kərim intiqam üçün 5 min xərcləyəcək

    Müğənni Kərim Abbasov onu aşıq Namiq Fərhadoğlunun əli ilə “Maşın”dan uzaqlaşdıran nazim Pişiyarini hədələyib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni həm Nazimdən, həm də meyxanaçı Aqşin Fatehdən intiqam alacağını bildirib.

    Kərim bunun üçün 5 min manatından keçəcəyini də gizlətməyib:
    “Kişi dediyin insan bir-birini satmaz. Aqşin gördü ki, insanlar və media onu yıxıb sürüyür, Nazimin sirrini açdı. Özünü bomba oğlan kimi çıxarmaq istədi. Amma tam əksinə oldu. İnsan nəfsinə satıldı. Aqşinin real sifəti onsuz da budur. Aqşin və Nazim, sizə söz verirəm ki, səsverməyə çıxsanız uduzacaqsınız. 5 minimdən keçəcəm, amma sizə imkan verməyəcəm. Nazim, ömürboyu ucuz olmusan. Turan İbrahimov sənə o vaxt “Maşın”da bir kəlmə işlətmişdi. Sən doğrudanda eləsən”.

    Qeyd edək ki, Nazimlə Kərim 12 ildir küsülüdür. “Maşın” şou zamanı Nazim Kərimdən intiqam alıb, onu oyundan uzaqlaşdırıb.

  • Azərbaycanda qəribə hadisə — Sürücüsü olmayan maşın hərəkətə gəlib piyadanı vurdu

    Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində binaların birinin qarşısında qeydə alınıb.

    İlkin məlumatlara görə, içərisində sürücüsü olmayan avtomobil anidən hərəkətə gəlib və binanın qarşısından keçən 1943-cü il təvəllüldü Həsənov Ənvər Ədil oğlunu vurub.

    Nəticədə yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Əməliyyat edilən 76 yaşlı piyadanın vəziyyəti ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma başlanılıb.

  • Məhəmmədhüseyn Şəhriyarın oğlu avtomobil qəzasına düşüb – YENİLƏNİB – FOTO

    Xəbərə fotolar əlavə olunub.

    ***

    Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcət Təbrizi avtomobil qəzasına düşüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, yol qəzası ötən gecə Təbrizdə qeydə alınıb.

    Xəstəxanaya yerləşdirilən Hadi Behcət Təbrizinin vəziyyəti ağırdır.

  • Hacıqabulda mikroavtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var – FOTO

    Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı sərnişin mikroavtobusu “Mercedes” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Göygöl rayon yol polisinin rəisi vəzifəsindən azad olunub

    Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilib.

    Hələlik bu vəzifəyə təyinat yoxdur.

    Qeyd edək ki, M.Məmmədov 2 ilə yaxın bu vəzifədə çalışıb.

  • “Onu tanıyana qədər evlilik barədə düşünmürdüm” – Tarix yazan Teymurun həyatı…

    Dünən çinli həmkarı Dinq Lirenə qalib gələrək şahmat üzrə dünya çempionu adını qazanan Teymur Rəcəbovun bioqrafiyası yenidən maraq cəlb edib.

    Median.Az “Qafqazinfo”ya istinadən bildirir ki, 1987-ci il təvəllüdlü T.Rəcəbov ən gənc beynəlxalq dərəcəli qrossmeyster adını 14 yaşında alıb. Bu nailiyyətlərindən sonra Teymur mərhum prezident Heydər Əliyevlə də görüşüb.


    Atası neft mühəndisi, anası isə ingilis dili müəllimi olan Teymur müsahibələrinin birində bildirib ki, 3 yaşından şahmat öyrənib və ilk məşqçisi elə atası Boris olub:

    “3-5 yaşımdan şahmat oynayıram. Şahmat karyeramda atamın rolu böyük olub. Elə ilk məşqçim də atamdır. Şahmat sakit oyundur. Məsələn, futbolda hər şey açıq-aşkardır. Emosiya insanları idarə edir. Şahmatda isə gizlilik olmalıdır. Bir şeyi açıq etmək məğlubiyyətdir”.

    Bundan sonrakı uğurları sırasında dünya çemionunu məğlub etmək də var. Teymur 16 yaşında ikən dünya çempionu və dahi Kasparovu qara fiqurlarla oynayaraq udub. Bu iki dahinin oyunu həmin il “Ən yaxşı oyun” mükafatı alıb. Teymur bu oyundakı qalibiyyəti ilə dünya birincisini udan ən gənc şahmatçı titulunu özünə götürüb.


    Bir il sonra isə Kasparovun tituluna bir addım da yaxınlaşan Rəcəbov şahmat üzrə dünya çempionatının yarımfinalçısı olub. 22 yaşından başlayaraq 3 dəfə Avropa çempionu olub. Həmçinin, bir il ərzində 3 FİDE dünya çempionunu məğlub edən yeganə şahmatçıdır.


    T.Rəcəbov Kasparovu, Anandı, Ponomaryovu, Topalovu da dünənki oyunda olduğu kimi qara fiqurlarla oynaraq məğlub edib. Teymur dünya sıralamasında 2767 xalla 9-cu yerdədir.

    İlk azərbaycanlı dünya çempionu sosial şəbəkələrdə də paylaşımları ilə diqqət çəkir. Onun beynəlxalq siyasət və texnoloji yeniliklərlə yaxından maraqlandığı bildirilir, həmçinin paylaşımlarında ABŞ prezidenti Donal Trampa simpatiyası da hiss olunur.

    Rəcəbov ailə həyatı ilə də tez-tez gündəmə gəlir. O, 2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub. Toyda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. 2013-cü ildə isə cütlüyün qızı olub.


    24 yaşında ailə quran Teymur Rəcəbov niyə tez evləndiyini belə açıqlayıb:

    “Çoxları soruşur ki, 24 yaşında evlənmək karyerama mane olmadı ki? Karyeram mənim üçün önəmlidir. Amma sənin yarın olacaq birini tapıb, onu həyatına daxil etmək istəyəndə yaş haqqında düşünmürsən”.

    Xanımı Elnarə Rəcəbova bir neçə il əvvəl müsahibəsində həyat yoldaşı ilə necə tanış olmalarından da bəhs edib:

    “Teymurla bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdır. Həmin matçda bizi sadəcə olaraq bir-birimizlə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi. Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi.

    O, çox təmkinli bir insandır. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidir. İdmanda o, çox sərtdir. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdir və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildir, xeyirxahdır və qayğıkeş atadır. Onunla yaşamaq mənə çox rahatdır. Buna görə də biz bir yerdəyik”.

    Teymur Rəcəbovun xanımı Elnarə və qızı Məryəm