Month: October 2019

  • Prezident İlham Əliyev Şəfayət Mehdiyev küçəsində görülən işlərlə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

  • Гражданка РФ пропала без вести в Баку

    В Баку пропала без вести гражданка Российской Федерации.

    Как сообщает АПА, житель поселка Рамана Мусаев Джахид Мухаббат оглу обратился с заявлением в Сабунчинское районное управление полиции и в 12-й отдел полиции и сообщил, что гостившая в его доме гражданка России Гумбатова Эльнара Эльхан гызы (1998 г.р.) вышла из дома и не вернулась.

    Проводится расследование.

  • Paytaxtda marşrut avtobusu piyadanı vurub

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə “Sədərək” ticarət mərkəzi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sərraf Asif idarə etdyi “DAEWOO” markalı, 10 TE 234 dövlət nömrə nişanlı 124 saylı xətt avtobusu ilə yolu keçən, 1996-cı il təvəllüdlü Amar Tağıyevi vurub. A.Tağıyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda Rusiya vətəndaşı olan qız itkin düşüb

    Bakıda Rusiya vətəndaşı itkin düşüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Ramana qəsəbə sakini Musayev Cahid Mühəbbət oğlu Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək Rusiya vətəndaşı olan qonağı, 1998-ci il təvəlllüdlü Hümbətova Elnarə Elxan qızının evdən çıxaraq getdiyini və geri qayıtmadığını bildirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq ediləcək

    Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, sərəncama əsasən, Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə xəstəxananın 2019-cu il noyabrın 1-dən fəaliyyətini təmin etmək tapşırılıb.

    Nazirlər Kabineti İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il noyabrın 1-dən 50 faiz artırılmasını da təmin etməlidir.

    Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Şahbuz Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etmək tapşırılıb.

  • В Баку автобус сбил пешехода

    В Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает АПА, авария произошла недалеко от торгового центра «Сядяряк».

    Житель Баку Сарраф Асиф на управляемом им маршрутном автобусе 124 марки Daewoo (10 TE 234), сбил переходящего дорогу Амара Тагиева (1996 г.р.). А.Тагиев был госпитализирован.

    Ведется расследование.

  • Mədəniyyət Nazirliyi: Bakının brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq

    Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması münasibətilə Bakınn brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə həsr olunan brifinqdə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr və innovativ əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

    Onun sözlərinə görə, bu brendləşmə ölkəmizə gələcək turist sayına təsir edəcək:

    “Həmçinin ölkəmizdə yaradıcı mühiti təşviq edəcək. Burada əsas faktor insan zəkasıdır”.

    Vasif Eyvazzadə əlavə edib ki, hazırda Bakının Baş Planı hazırlanır:

    “Növbəti illərdə Bakıda kreativ mərkəzin formalaşdırılması üçün bütün tədbirləri həyata keçirəcəyik. Hesab edirik ki, bu layihələr Bakının yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək.

    Cənubi Qafqaz regionunda yalnız Bakı və Şəki şəhərləri bu siyahıya salınıb. Gələcəkdə də başqa şəhərlərimizi də ədəbiyyat, musiqi şəhəri kimi UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə cəlb etmək üçün bütün işlər görəcəyik. Amma hələlik bu şəhərlərin adlarını açıqlamaq istəmirik”.

  • ABŞ-ın növbəti prezidenti o ola bilər

    ABŞ-ın birinci xanımını belə kölgədə qoyan İvanka Trampla bağlı qəribə iddia meydana çıxıb. Belə ki, deyilənə görə, 38 yaşlı 3 uşaq anasının gözü atası Donald Trampın kreslosundadır.

    İddialara görə atası Donald Tramp ABŞ prezidenti seçildikdən sonra İvanka həyat yoldaşı Cared Kuşner ilə məsləhətçi kimi Ağ Evdə işləməyə başlayıb. Trampın davranışları da belə bir planın mövcudluğuna işarə edir.

    Hazırda İvanka Trampın istər geyimi, istər danışıq tərzi, istərsə də bədən dili onun yaxın vaxtlarda siyasətçi kimi çıxış edəcəyini göstərir.

  • Подробности вооруженного инцидента в Агстафинском районе

    Стали известны подробности вооруженного инцидента в селе Кочаскер Агстафинского района, в результате которого огнестрельные ранения получили два человека.

    Сархан Мамедов 1989 года рождения на автомобиле марки Mercedes приехал в чайхану и выстрелил из охотничьего ружья в своего дядю Габиля Мамедова.

    Находившийся рядом с ним Аладжов Юсиф Аскер оглу также получил ранения.

    Согласно предварительной информации, причиной инцидента стало недоразумение, возникшее между мужчинами на свадьбе, состоявшейся за день до этого.

    Г.Мамедов сделал замечание своему нетрезвому племяннику по поводу его поведения. На следующий день С.Мамедов решил завершить неоконченный разговор и, найдя своего дядю в чайхане, выстрелил в него.

    С.Мамедов уже задержан.

    Состояние раненых оценивается как средней степени тяжести.

    Отметим, что в Генпрокуратуре Азербайджана возбуждено уголовное дело, назначены экспертизы.

    Об этом Oxu.Az сообщил старший прокурор пресс-службы Генеральной прокуратуры Кянан Зейналов.

    По его словам, в настоящее время продолжаются необходимые следственные мероприятия.

  • Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi – Ağstafadakı cinayətin təfərrüatı

    Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

    Hadisəni törədən 1989-cu il təvəllüdlü Sərxan Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin çayxanasına gəkərək ov tüfəngi ilə əmisi Qabil Məmmədova atəş açıb.

    Bu zaman Q.Məmmədovun yanında olan Yusif Əsgər oğlu Əlləcov da müxtəlif xəsarətlər alıb.

    İlkin məlumatlara görə, hadisəyə bir gün öncə kənddə toy məclisində yaranan anlaşılmazlıq səbəb olub.

    Əmisi içkili vəziyyətdə olan S.Məmmədova özünü yaxşı aparması barədə xəbərdarlıq edib və ona davranışları ilə bağlı irad tutub. Bu gün isə S.Məmmədov əmisi ilə yarımçıq qalan söhbətini davam etdirmək qərarına gəlib. Əmisinin olduğu çayxanaya gələrək onu güllələyib.

    S.Məmmədov artıq polis tərəfindən saxlanılıb.

    Yaralıların vəziyyəti orta-ağırdır.

    Baş Prokurorluqda Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, eləcə də, ekspertizalar təyin edilib.

    Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

    İlkin istintaqla hadisənin Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də, iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.